ƏƏSMN niyə bütün mebel və inventarları eyni şirkətdən alır? .....                     “AAAF Park” sakinlərindən ETİRAZ… .....                     “iPhone 17” Azərbaycanda 4 199 manatdan satışa çıxdı .....                     Bu ölkədə də səfirliyimiz təsis ediləcək .....                     Putinin əmri olmasaydı... .....                     Güclü şimal-qərb küləyi əsəcək .....                     Azərbaycan Güləş Federasiyasında baş katib vəzifəsinə .....                     "Bir-İki dönər"dən şikayət .....                     Ət bahadır... .....                     "Hər iki valideynimin baxıma ehtiyacı var..." .....                     Sənədləşmə gözləyən insanların evlərini itirmək təhlükəsi... .....                     "Səhifəmi bağlayıb, sonra məndən pul istədilər" .....                     Hacı İsmayılın "AA" seriyalı "Land Rover" sürən oğlu cəzalandırıldı .....                     “Məndən başqa 15 nəfər işçinin də pulunu vermirlər” .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     Sahibkarları indi də elektron tərəzi ilə soyurlar... .....                     “Həkimlər bizi hədələyir ki, səsini çıxarsan, 2 ildə aldığınız pulları geri ödəyəcəksiniz” .....                     Şirvanda torpaq mübahisəsi zəminində qətl: Cəza ağırlaşdırıldı .....                     Hazırlıq başladı: İsraildə vardı, 38 il sonra Türkiyədə də olacaq .....                     Ağdamda 16 yaşlı qız cinsi zorakılığa məruz qaldı, 4 nəfər həbs olundu .....                     Beyləqanda bu ilin əvvəlində yaradımış şirkətin nizamnamə kapitalından .....                     Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... .....                     Nadir Bayramlı QINADI: .....                     Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır .....                     14 yaşlı qızla 20 yaşlı oğlan nişanlandı .....                     Azərbaycan Ordusunda praktiki məşğələlər icra olunub .....                     İsrail kəşfiyyatı Qətərdə əməliyyatı bir neçə həftə ərzində planlaşdırmışdı .....                     Ruslar Azərbaycana qarşı YENİ HƏBS DALĞASINA START VERİB... .....                     Qırmızı kitaba düşən heyvanlarla müştəri "cəlb" edilir .....                     Qarabağ Qazisi `Azəriqaz`la çəkişmədə... .....                     Azərbaycanda yeni nazirlik yaradılacaq? .....                     Tovuzda ƏDALƏT AXTARIŞI: məmursansa HAQLISAN? .....                     "Bu qərarı qanunsuz hesab edirəm" .....                     Paşinyan ermənilərdən ÜZR İSTƏDİ... .....                     Azərbaycanda sabiq məktəb direktoruna elektron qolbaq taxıldı .....                     Şimal və cənubdan Azərbaycana heyrətamiz böhtan .....                     Paşinyanın valideynləri: 12 yaşından Nikolu ögey anası böyüdüb .....                     Lavrov Əliyevin məşhur təklifini gündəmə gətirdi .....                     Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif .....                     Rusiyada qanunsuz miqrantlara qoyulan möhlət bu gün bitir .....                 

"İsa Qəmbər LGBT-nin nə olduğunu bilmir?" - Tənzilə Rüstəmxanlı
Tarix: 22-02-2025, 05:13 | Çap et
 "İsa Qəmbər LGBT-nin nə olduğunu bilmir?"
Milli Məclisin deputatı, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının TNS-ə müsahibəsi.

- Tənzilə xanım, ilk sualımız təbii ki, ictimai-siyasi fəaliyyətinizlə bağlı olacaq. Siz gənc yaşlarınızdan çox aktivsiniz, Milli Azadlıq Hərəkatından bu yana tanınırsınız. Amma təmsil olunduğunuz Vətəndaş Həmrəyliyi Partiyasında (VHP) həmişə bir az arxa planda olmusunuz sanki. VHP-nin aktiv funksioneri kimi görünməmisiniz. Bunun səbəbi nədir?

- Azərbaycanın müstəqilliyinin qazanılması uğrunda mübarizə bizim gəncliyimizə təsadüf edir. Bu səbəbdən biz aktiv olmaq məcburiyyətində idik. Qorbaçovun (Sovet İttifaqının ilk və son prezidenti Mixail Qorbaçov – red.) yenidənqurma dönəmindən sonra sovet respublikalarında artıq özünüdərk, milli şüur yüksəlməsi başladı. Ondan öncə Azərbaycanın ziyalıları, yazıçıları, şairləri əsərlərində şüuraltında beynimizdə millət və Vətən formalaşdırmağa çalışmışdılar. Məsələn, yadımdadır, biz universitetdə Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını gizli-gizli oxuyardıq. Azərbaycanda Milli Azadlıq Hərəkatı başlayanda yaşımızın elə dövrü idi ki, ora Azərbaycan, millət, torpaq sevgisi ilə, içimizdə zərrə qədər tərəddüt etmədən qoşulduq. Sonrakı siyasi proseslər də bizi istər-istəməz irəli apardı. Bir də gördük ki, o siyasi proseslərin içindəyik. Mən öncə siyasətdən uzaq durmağa çalışdım. Çünki bir siyasi prosesə qoşulanda partiyanın hədəfləri olur, ortaya iddia qoyursan, orduya, hakimiyyətə və. s. Mənim belə bir iddiam yox idi. Mən siyasətüstü bir qurum yaratmaq istəyirdim.

O vaxt – 1993-cü ildə Türk Dünyası Araşdırmalar Vəqfinin başqanı Turan Yazqan Sabir bəylə (VHP sədri Sabir Rüstəmxanlı – red.) məni Türkiyəyə dəvət etdi. Bir dəfə axşam yeməyində Turan hocanın çıxışı o qədər mənə təsir etdi ki, ona Türk dünyasına xidmət etmək istədiyimi bildirdim. Dedim ki, siyasətdə olmaq istəmirəm. O isə mənə məsələhət gördü ki, türk qadınlarının hüquqlarının müdafiəsi ilə əlaqədar bir dərnək qurum. Biz də Azəri-Türk Qadınlar Birliyini təsis etdik. Əslində onu Azərbaycan Türk Qadınlar Birliyi kimi qeydiyyatdan keçirmək istədik, o zaman mümkün olmadı.
Qurulduğu gündən hamı elə bilirdi ki, qadın problemləri ilə məşğul olacağıq. Əlbəttə, qadınların hüquqlarına da kifayət qədər diqqət yetirdik. Amma bizim əsas hədəfimiz milli kimliyimizin təbliği idi. Məsələn, 3 may - Türkçülük Günündə, Xocalı soyqırımının ildönümlərində və s. bu kimi məsələləri gündəmə gətirdik. Türkiyədən Azərbaycana alimləri dəvət edirdik. Biz bu işləri görürdük, Türkiyə ilə Azərbaycanın bir-birinə yaxınlaşması, Qarabağ, Xocalı, Qərbi Azərbaycan həqiqətlərinin qardaş ölkəyə, dünyaya çatdırılması üçün çalışırdıq. Eyni zamanda dünyanın dörd bir yanında olan türk təşkilatları ilə internetin olmadığı bir dönəmdə geniş əlaqələr qurmağa müvəffəq olduq.

Sualınıza gəlincə, mən bu yola Sabir bəylə bərabər çıxmışam. VHP-nin qurucularındanam, partiyanın inkişafında böyük əməyim olub. Amma dediyim kimi, arxa planda qalmağımın məqsədi fəaliyyətimin siyasətlə məhdudlaşmaması olub.

Onu da deməyi özümə borc bilirəm ki, Sabir Rüstəmxanlı kölgəsi nəhəng kişidir. Siyasi xadimdir, böyük yazıçıdır, şairdir. Milli olan nə varsa, Sabir Rüstəmxanlı onu özündə toplayıb. O kölgə bizə yetirdi. Sonra Sabir bəyin məsləhəti ilə bir az siyasi aktivliyimizi artırdıq.

- Sonuncu parlament seçkilərində namizəd olduğunuz dairə ən aktiv seçki dairəsi idi. Hər kəsin gözü-qulağı orada idi. Seçkiyə ayrı bir rəng qatdınız. Siz də müxalifətsiniz, onlar da özlərini guya müxalifət adlandırırlar. Niyə YAP-ın namizədi yox, məhz siz hədəf oldunuz?

- Mən ümumiyyətlə, bu mövzuda çox danışmaq istəmirəm, çünki orada çox haqsızlığa uğradıq. Amma məni orada narahat edən çox ciddi məsələlər ortaya çıxdı. Onun üzərində çox düşündüm. Məlumdur ki, bütün bölgələrimizdə işsizlik və digər sosial problemlər mövcuddur. Amma bunları bəhanə edib, bu cür hərəkətlər etmək başadüşülən deyil. Bu aqressiyanın arxasında xarici təsirin olduğu açıq-aydın görünürdü.

Təsəvvür edin, bizə qarşı Fetoçular, Qərb və İranın casus şəbəkəsi, LGTB birləşmişdi. Çünki mənə düşməndirlər, bilirlər ki, illərdir, onlara qarşı mübarizə aparıram. Avropanın Azərbaycanda mənəvi dəyərləri yox etmək istəyən bütün gücləri və ən əsas da türk düşmənləri orada birləşmişdilər. İranın nə qədər yerli agentləri var, orada idi. Dövlətimiz bunu araşdırsın. Bir gündə 100 min avro paylanılmışdı araqarışdıranlara. Kəndlərdə uşaqlara velosiped paylanılmışdı. Mən orada xüsusi təşkil olunmuş şeylər gördüm. Dəhşət idi. Elə təşkilatlanmışdılar ki, heyrətə düşürdüm. Avropadakı söyüşcül müxalifətin tək hədəfi biz idik.

Mən qorxaq insan deyiləm, heç nədən çəkinmərəm. Hələ, dövlətimin, millətimin əleyhinə bir fəaliyyət görsəm, üstünə gedərəm. Amma orada qarşıma çıxardıqları itirməyə heç nəyi olmayan biri idi. Leksikonunda “ayıb” sözü olmayan birini ömür boyu milli-mənəvi dəyərləri müdafiə edənə qarşı qoymuşdular. Tam zidd iki tərəf...

Mənim hər məntəqəyə üç müşahidəçi yerləşdirmək imkanım olmadı. Amma onun hər məntəqədə üç müşahidəçisi vardı. İkisi qarışıqlıq yaradırdı, biri çəkirdi, yayırdı. Hamısının əlində ən bahalı telefonlar vardı. Aralarında demək olar, yerli adam yox idi. Ölkənin hər yerindən öz adamlarını səfərbər edib, ora yığmışdılar. Sistemli şəkildə işləyirdilər.

Sorosçular, Fetoçular, Avropanın Azərbaycanda milli-mənəvi dəyərləri məhv etməyə yönəlmiş bütün gücləri, İran casusları, yəni, bütün türk düşmənləri orda idi. Azərbaycan Vəkillər Kollegiyasının bəzi üzvləri belə onun tərəfində idilər. Sosial şəbəkələri seçki dairəsinə çevirmişdirlər, elə bil, səsvermə Neftçalada yox, sosial şəbəkələrdə olacaqdı. Çox cidd maliyyə ayrılmışdı. .

Sadə xalqı aldatmağa nə var? O gənclərin beynini cahilliyindən istifadə edib, zəhərləyiblər. O mollaların təsiri altında olan bilirsiniz, nə qədər insan yetişdiriblər? İranın Azərbaycandakı kökləri bizə açıq şəkildə düşmənçilik elədi. Bir dəqiqədə görürdün ki, kütləvi şəkildə gəlirdilər. Bu, çox təhlükəlidir. Mən bu məsələ ilə bağlı düşünürəm ki, dövlətimizin xəbəri var. Yəqin ki, bunun üzərində işləyirlər. Amma çox çətindir.

Onların əməlləri vətənə xəyanət sayılır. Azərbaycanı işğalçı adlandırmaq, separatçıları zərərçəkmiş kimi təqdim etmək dövlətə xəyanətdir. Bunlar araşdırılmalıdır, onları müdafiə edənlər də o cümlədən.

Bu seçki mənə çox üzləri tanıtdı. Azərbaycanda özünü sağlam müxalifət kimi qələmə verən, neçə illik təcrübəsi olan, mənim ömür-gün yoldaşım Sabir Rüstəmxanlı ilə bir cəbhədə olmuş Müsavat Partiyasının başqanı İsa Qəmbər görəsən, LGBT-nin nə olduğunu bilmirdi? Məhəmməd Əmin Rəsulzadə dəyərləri ilə LGBT-nin nə əlaqəsi var? İsa Qəmbər bunu açıqlasın. Seçkidən sonra – sentyabrın 4-də həmin dəstə Bakıda Müsavat Partiyasının qərargahında mətbuat konfransı keçirdi, açıqlamalar verdi. Rəsulzadənin sümükləri sızıldadı...

Sizə deyim, onlar çox istəyərdilər ki, Qarabağ, digər torpaqlarımız azad edilməsin.

Mənimsə bir amalım var: 30 illik ləkəni bu millətin üzərindən silmiş, Qarabağı Azərbaycan etmiş cənab Prezident İlham Əliyevin arxasında bu xalq sonuna qədər durmalıdır. Yerdə qalan nə varsa, hekayədir. Millət, vətən belə sevilir.

Azərbaycan dövləti bu gün Qarabağ zəfərindən sonra bütün Avropada, Türk dünyasında sayılır, seçilir və zirvələrdədir. Azərbaycan dövlətinin Prezidentinin güclü bir lider olduğunu dönə-dönə deyirlər. İnanın ki, Türk dünyasında ən cəsarətli dövlət adamı İlham Əliyevdir. Azərbaycan artıq bu bölgədəki baş verən və verəcək hadisələrdə ən ciddi söz sahibi olan dövlətlərdən biridir. Azərbaycan və onun başçısı cənab Prezident! Ona görə də bizə düşən millət olaraq Prezidentimizin xarici siyasətini dəstəkləməkdir.

- Xocalı soyqırımının ildönümünə bir neçə gün qalıb. Bu dəhşətli hadisənin dünyaya çatdırılmasında böyük xidmətləriniz olub. İllərdir, Xocalı soyqırımı ilə bağlı gəzmədiyiniz ölkə, döymədiyiniz qapı qalmayıb. Keçirdiyiniz aksiyaların, tədbirlərin, görüşlərin nəticəsi necə olub? Yəni, insanları inandıra bilmisinizmi? Onların fikri dəyişibmi?

- Bugünkü Türkiyə - Azərbaycan münasibətləri baxın görün hansı səviyyədədir. Əlbəttə ki, ilbəil bu görüşlərdə və tədbirlərdə körpülər salındı, işlər aparıldı. Biz bu tədbirləri Türkiyədəki tərəfdaşlarımız və partnyorlarımız ilə edirdik. Cəmiyyət rəhbərləri və dərnək başqanları ilə görülər keçirirdik. Türkiyədə ömrünü Azərbaycan davasına həsr edənlər, 30 ildir, “Xocalı soyqırımı” deyə-deyə konfranslar keçirənlər var. Mən bu gün də onlarla çalışıram. Orada xeyli fikirlər dəyişib. 2007-ci ilin dekabr ayında İstanbulda “İstiqlal” prospektində bir yürüş təşkil elədik. Şüarımız da belə idi "2009-cu il Xocalı ili elan edilsin". O il Türkiyədə Ergenekon olayı baş verdi. O şüarları qaldıranların hamısını tutdular. Yəni, siz elə bilməyin ki, Türkiyədə o vaxt Xocalı ilə bağlı hansısa bir tədbir görmək asan iş idi. Artıq orada da vəziyyət çox dəyişib.

Bu yaxınlarda yenə Türkiyəyə gedəcəyik, Ankarada Xocalı soyqırımı ilə bağlı konfransımız var. Qarabağ azad olunandan sonra mən bu konfranslarda başı dik çıxış edirəm. Çünki biz qanımızı töküb, torpaqlarımızı azad etmişik. Torpağımız uğrunda canından keçən bütün şəhidlərimizin ruhu şad olsun.

- Müsahibə üçün təşəkkür edirik.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ƏƏSMN niyə bütün mebel və inventarları eyni şirkətdən alır? - İcazə verin, şübhələnək...
Bu gün, 12:44
“AAAF Park” sakinlərindən ETİRAZ… - Çıxarış problemi sakinləri ayağa qaldırdı
Bu gün, 12:38
“iPhone 17” Azərbaycanda 4 199 manatdan satışa çıxdı – ABŞ-də satışlar ayın 19-u başlayır
Bu gün, 12:35
Bu ölkədə də səfirliyimiz təsis ediləcək
Bu gün, 12:29
Putinin əmri olmasaydı... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:25
Güclü şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:13
Azərbaycan Güləş Federasiyasında baş katib vəzifəsinə yeni təyinat olub
Bu gün, 12:12
"Bir-İki dönər"dən şikayət - "İçərisindən şüşə çıxdı" (VİDEO)
Bu gün, 12:10
Ət bahadır... - Ekspert deyir ki...
Bu gün, 11:44
"Hər iki valideynimin baxıma ehtiyacı var..." - ETİRAZ VAR...
Bu gün, 11:39
Sənədləşmə gözləyən insanların evlərini itirmək təhlükəsi... - Yüzlərlə söküntü barədə qərar çıxarılıb
Bu gün, 11:37
"Səhifəmi bağlayıb, sonra məndən pul istədilər"
Bu gün, 11:25
Hacı İsmayılın "AA" seriyalı "Land Rover" sürən oğlu cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 11:24
“Məndən başqa 15 nəfər işçinin də pulunu vermirlər” - ÖZBAŞINALIQ...
Bu gün, 11:22
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - TƏFSİLAT
Bu gün, 11:10
Sahibkarları indi də elektron tərəzi ilə soyurlar... - ŞOK FAKTLAR
Bu gün, 11:09
“Həkimlər bizi hədələyir ki, səsini çıxarsan, 2 ildə aldığınız pulları geri ödəyəcəksiniz” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:05
Şirvanda torpaq mübahisəsi zəminində qətl: Cəza ağırlaşdırıldı – MƏHKƏMƏ
Bu gün, 10:59
Hazırlıq başladı: İsraildə vardı, 38 il sonra Türkiyədə də olacaq – Azərbaycanlılar üçün çağırış
Bu gün, 10:56
Ağdamda 16 yaşlı qız cinsi zorakılığa məruz qaldı, 4 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 10:53
Beyləqanda bu ilin əvvəlində yaradımış şirkətin nizamnamə kapitalından - 1 MİLYON MANAT GÖTÜRÜLÜR
Bu gün, 10:49
Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... – İDDİA
Bu gün, 10:44
Nadir Bayramlı QINADI: - “Oxumur, özünü rüsvay edir”
Bu gün, 10:42
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
Bu gün, 10:39
14 yaşlı qızla 20 yaşlı oğlan nişanlandı - Ata həbs edildi
Bu gün, 10:37
Azərbaycan Ordusunda praktiki məşğələlər icra olunub - VİDEO
Bu gün, 10:34
İsrail kəşfiyyatı Qətərdə əməliyyatı bir neçə həftə ərzində planlaşdırmışdı - KİV
Bu gün, 10:31
Ruslar Azərbaycana qarşı YENİ HƏBS DALĞASINA START VERİB... - bu dəfə...
Bu gün, 10:28
Qırmızı kitaba düşən heyvanlarla müştəri "cəlb" edilir - Restoranlarda "trend"ə çevrilən “vəhşilik”...
Bu gün, 10:14
Qarabağ Qazisi `Azəriqaz`la çəkişmədə... - Artıq bir ildir ki...
Bu gün, 10:10
Azərbaycanda yeni nazirlik yaradılacaq? - Görünəni odur ki...
Bu gün, 10:05
Tovuzda ƏDALƏT AXTARIŞI: məmursansa HAQLISAN? - NARAZILIQ VAR...
Bu gün, 10:00
"Bu qərarı qanunsuz hesab edirəm" - VİDEOMÜRACİƏT
Bu gün, 09:41
Paşinyan ermənilərdən ÜZR İSTƏDİ... - BUNA GÖRƏ...
Bu gün, 09:36
Azərbaycanda sabiq məktəb direktoruna elektron qolbaq taxıldı
Bu gün, 09:33
Şimal və cənubdan Azərbaycana heyrətamiz böhtan - AXI NİYƏ?
Bu gün, 09:27
Paşinyanın valideynləri: 12 yaşından Nikolu ögey anası böyüdüb - FOTO
Bu gün, 09:24
Lavrov Əliyevin məşhur təklifini gündəmə gətirdi – “Razıyıq!”
Bu gün, 09:13
Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif - DETALLAR
Bu gün, 09:01
Rusiyada qanunsuz miqrantlara qoyulan möhlət bu gün bitir - KİV
Bu gün, 08:59
Xankəndidə restoranda müştəriləri təhqir edən şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 08:57
Fransanın dizayn, konsaltinq və mühəndislik şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 08:56
Bir qrup müəllim deputatın direktor bacısından şikayətçidir - "Məktəb ciddi yoxlanılsın..."
Bu gün, 08:53
Trampın adamları Bakıda: Zəngəzur hazırlığı başladı - GƏLİŞMƏ
Bu gün, 08:47
Direktor təyinatında İKİLİ STANDART... - BU NƏDİ BELƏ?
Bu gün, 07:31
Masazırda barınan oliqarx-məmur... - İLGİNC FAKTLAR
Bu gün, 07:26
"Uşaq bağçasına yerlər 500 manata satılır" - NARAZILIQ VAR...
Bu gün, 07:22
Zirəddindən şok müharibə PROQNOZU
Bu gün, 07:18
İnteqrasiya təlimli internat məktəbinin qalmaqallı direktoru yenidən gündəmdə - bu dəfə vergi məsələsinə görə...
Bu gün, 07:16
Bakıda məktəb direktoru qeyri-adi səbəbə görə işdən ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 07:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru