Güclü şimal-qərb küləyi əsəcək .....                     Azərbaycan Güləş Federasiyasında baş katib vəzifəsinə .....                     "Bir-İki dönər"dən şikayət .....                     Ət bahadır... .....                     "Hər iki valideynimin baxıma ehtiyacı var..." .....                     Sənədləşmə gözləyən insanların evlərini itirmək təhlükəsi... .....                     "Səhifəmi bağlayıb, sonra məndən pul istədilər" .....                     Hacı İsmayılın "AA" seriyalı "Land Rover" sürən oğlu cəzalandırıldı .....                     “Məndən başqa 15 nəfər işçinin də pulunu vermirlər” .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     Sahibkarları indi də elektron tərəzi ilə soyurlar... .....                     “Həkimlər bizi hədələyir ki, səsini çıxarsan, 2 ildə aldığınız pulları geri ödəyəcəksiniz” .....                     Şirvanda torpaq mübahisəsi zəminində qətl: Cəza ağırlaşdırıldı .....                     Hazırlıq başladı: İsraildə vardı, 38 il sonra Türkiyədə də olacaq .....                     Ağdamda 16 yaşlı qız cinsi zorakılığa məruz qaldı, 4 nəfər həbs olundu .....                     Beyləqanda bu ilin əvvəlində yaradımış şirkətin nizamnamə kapitalından .....                     Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... .....                     Nadir Bayramlı QINADI: .....                     Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır .....                     14 yaşlı qızla 20 yaşlı oğlan nişanlandı .....                     Azərbaycan Ordusunda praktiki məşğələlər icra olunub .....                     İsrail kəşfiyyatı Qətərdə əməliyyatı bir neçə həftə ərzində planlaşdırmışdı .....                     Ruslar Azərbaycana qarşı YENİ HƏBS DALĞASINA START VERİB... .....                     Qırmızı kitaba düşən heyvanlarla müştəri "cəlb" edilir .....                     Qarabağ Qazisi `Azəriqaz`la çəkişmədə... .....                     Azərbaycanda yeni nazirlik yaradılacaq? .....                     Tovuzda ƏDALƏT AXTARIŞI: məmursansa HAQLISAN? .....                     "Bu qərarı qanunsuz hesab edirəm" .....                     Paşinyan ermənilərdən ÜZR İSTƏDİ... .....                     Azərbaycanda sabiq məktəb direktoruna elektron qolbaq taxıldı .....                     Şimal və cənubdan Azərbaycana heyrətamiz böhtan .....                     Paşinyanın valideynləri: 12 yaşından Nikolu ögey anası böyüdüb .....                     Lavrov Əliyevin məşhur təklifini gündəmə gətirdi .....                     Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif .....                     Rusiyada qanunsuz miqrantlara qoyulan möhlət bu gün bitir .....                     Xankəndidə restoranda müştəriləri təhqir edən şəxs həbs olundu .....                     Fransanın dizayn, konsaltinq və mühəndislik şirkəti .....                     Bir qrup müəllim deputatın direktor bacısından şikayətçidir .....                     Trampın adamları Bakıda: Zəngəzur hazırlığı başladı .....                     Direktor təyinatında İKİLİ STANDART... .....                 

Şimal və cənubdan Azərbaycana heyrətamiz böhtan - AXI NİYƏ?
Tarix: Bu gün, 09:27 | Çap et

Rusiya Politoloqlar Cəmiyyətinin Analitik Mərkəzinin direktoru Andrey Serenko cəfəng iddia ilə çıxış edib. Tribunainfo.az-ın xəbərinə görə, o, özünün Telegram kanalında yazıb ki, guya Pakistandan olan silahlılar Azərbaycana köçməyə hazırlaşır.

“Pəncab və pakistanlı puştunlar arasından 50 minə qədər yaraqlı Pakistandan Azərbaycana muzdlu kimi göndəriləcək. Köçürülmənin Əfqanıstan və Türkmənistan vasitəsilə həyata keçirilməsi planlaşdırılır”.

Serenkonun iddiasına görə, bu yaraqlılar Pakistanın İdarələrarası Kəşfiyyatının yardımı ilə təlim keçir: “Təlimatçılar kimi, Əfqanıstan bölgələrində Azərbaycan Ordusunun hərbi geyimli hərbi qulluqçuları var. Əsasən puştunların məskunlaşdığı Əfqanıstanın cənub-şərqi və şimal-qərbində”.

O, bir qədər də irəli gedərək iddia edib ki, Türkiyə və İsrail kəşfiyyat xidmətlərinin köməyi ilə pakistanlı muzdluların Azərbaycana sonrakı köçürülməsi planlaşdırılır. “Muzdlu əsgərlər toplayan Pakistan və Əfqanıstan Talibanı arasından vasitəçilərə komissiyalar Türkiyə xüsusi xidmət orqanları tərəfindən Azərbaycana 750 dollar həcmində verilir. Eyni mənbələr iddia edir ki, Türkiyə də 2000-ə qədər pakistanlı muzdlu əsgəri əlavə və daha dərin hərbi və dəniz təlimləri üçün köçürmək niyyətindədir”.

Rus politoloq sonda bu məsələni belə izah edib: “İsrail rejimi Əfqanıstan və Azərbaycan üzərindən İrana qarşı dağıdıcı partizan quru müharibəsi başlatmağı planlaşdırır. Mənbələrə görə, 50 min pakistanlı muzdlunun hamısı Əfqanıstandakı bütün təlim kursunu bitirməli və sonra 2026-cı ilin yazının əvvəlində tamamilə Azərbaycana köçürülməlidir”.

Serenko həqiqətən politoloqdursa, o zaman onun əqli problemləri var. Ən azından ona görə ki, belə bir şeyin mümkün olmamasını yaxşı bilməli idi. Əvvəla, Azərbaycanın özünün yetəri qədər güclü ordusu var və bu kifayət edir. İkincisi, Azərbaycan heç bir şəkildə və halda İrana qarşı müharibədə iştirak etmək fikrində deyil. Qeyd edək ki, bu absurd iddiaları SEPAH-ın Telegram kanalları yayıb.

SEPAH-ın Azərbaycana qənim kəsildiyi bəlli, bəs rus politoloq bu təxribatçı açıqlaması ilə nə demək istəyir?

Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a şimal və cənub qonşularımızın Azərbaycanı qısqanmalarının səbəblərini açıqladı: “Rusiya və İran yaxın gələcəkdə Zəngəzur dəhlizinin əsas logistika xətti olmasını həzm edə bilmir. Azərbaycanın şimal və cənub qonşularının bizi qısqanmalarının əsas səbəbi məhz budur. Çünki qlobal layihəyə qarşı hər hansı sərt tədbirlər görməkdə acizdirlər. Ona görə də bu cür cəfəng açıqlamalar verirlər. Bu kimi açıqlamaların heç bir məntiqi əsası yoxdur. Absurd və cəfəng sərsəmləmələrdir. Əslində Rusiyadakı dairələr bu kimi mesajlarla qapalı, şifrəli dillə ultimatum verirlər ki, Azərbaycanın da daxil olduğu meqa layihələri məhz Taliban yaraqlılarının, eləcə də digər islamçı radikalların əli ilə məhv edə bilərlər. Amma bu da mümkün olmayacaq. İstənilən halda "Bir kəmər, bir yol" layihəsi Çindən Britaniyaya uzanan nəhəng marşrutdur. Rusiya və İran Çin kimi müttəfiqləri ilə düşmən olan bilməzlər. Çini qarşısına almaq Tehran və Kreml rejimlərinə baha başa gələ bilər. Çünki Çin sanksiyalar məngənəsində boğulan İran və Rusiyanın yeganə iqtisadi nəfəsliyi sayılır. Bu baxımdan Tehran və Kremlə bağlı üçüncü, dördüncü dərəcəli dairələr bu cür sərsəm bəyanatlar verməklə öz içlərindəki yanğını söndürməyə çalışırlar".

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayevin sözlərinə görə, keçən ilin sonlarından Rusiyanın Azərbaycana qarşı müxtəlif vasitələrlə təxribatçı təbliğatlarının şahidi olmuşuq: “Azərbaycanla Ermənistan arasında onların vasitəçiliyi olmadan danışıqların aparılması, nəticədə Vaşinqtonda sülh müqaviləsi mətninin paraflanmasından sonra rəsmi Kremlin guya bu addımı dəstəkləməsi əslində saxta bəyanatlar idi. Rusiya özü üçün Cənubi Qafqazda gedən proseslərdən kənarda qalmağı imkansız hesab etdiyindən regionda yenidən eskalasiya yaradılmasında maraqlıdır. Ermənistan daxilində olan müxalifət vasitəsilə bunları həyata keçirmək istəyi alınmadığından prosesə cəlb etmək istədiyi qüvvələrin coğrafiyasını genişləndirməyə çalışır. Kremlin yüksək rütbəli məmurları hələlik nisbətən sakit görünməyə çalışsalar da, xidmətlərində olan insanlar, TV kanalları, saytlar vasitəsilə panik vəziyyətdə Azərbaycana qarşı kampaniya aparırlar. Andrey Sarenko da bu kampaniyanın çoxsaylı icraçılarından biridir. Rusiya İranda Azərbaycana qarşı kəskin münasibəti olan, eyni zamanda Ermənistanla kommunikasiya xətlərinin açılmasını istəməyən güclərin fəaliyyətinə yön vermək məqsədilə bu şəkildə fikirlər yayır. Azərbaycan qonşuları ilə hər hansı müharibəyə hazırlaşmır, əksinə, Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində ciddi işlər görür. Kənardan hər hansı hərbi müdaxilə olduğu bir zamanda özünün hərbi potensialı ilə cavab verməyə hazırdır. Ehtiyac yaranarsa, Türkiyə ilə ikitərəfli müqavilənin şərtlərindən irəli gələn qarşılıqlı öhdəliklər də işə düşə bilər. Pakistandan da eynilə, istədiyi vaxt yardım ala bilər. Amma dedikləri sərsəm fikirlərdə olduğu kimi, dost dövlətlərin hərbi kontingentini gizli şəkildə Azərbaycana gətirib, guya İrana qarşı əməliyyatlara hazırlıq aparılması iddiaları gülünc, eyni zamanda zəiflik əlaməti kimi dəyərləndirilməlidir. Azərbaycan regionda davamlı sülhün yaranması, beynəlxalq iqtisadi layihələr üzərində çalışdığı bir vaxtda Rusiya tərəfindən bu şəkildə kampaniyaların aparılması, İran tərəfindən də bəzi güclərin buna reaksiyalar verməsi onların açıq şəkildə Cənubi Qafqazda sabitlik və iqtisadi inkişafı istəməməsinin göstəricisidir. Amma bu cür məkrli planların həyata keçməsi ehtimalları da yoxdur. O səbəbdən aqressiv davranışlar sərgiləyirlər”.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Güclü şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:13
Azərbaycan Güləş Federasiyasında baş katib vəzifəsinə yeni təyinat olub
Bu gün, 12:12
"Bir-İki dönər"dən şikayət - "İçərisindən şüşə çıxdı" (VİDEO)
Bu gün, 12:10
Ət bahadır... - Ekspert deyir ki...
Bu gün, 11:44
"Hər iki valideynimin baxıma ehtiyacı var..." - ETİRAZ VAR...
Bu gün, 11:39
Sənədləşmə gözləyən insanların evlərini itirmək təhlükəsi... - Yüzlərlə söküntü barədə qərar çıxarılıb
Bu gün, 11:37
"Səhifəmi bağlayıb, sonra məndən pul istədilər"
Bu gün, 11:25
Hacı İsmayılın "AA" seriyalı "Land Rover" sürən oğlu cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 11:24
“Məndən başqa 15 nəfər işçinin də pulunu vermirlər” - ÖZBAŞINALIQ...
Bu gün, 11:22
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - TƏFSİLAT
Bu gün, 11:10
Sahibkarları indi də elektron tərəzi ilə soyurlar... - ŞOK FAKTLAR
Bu gün, 11:09
“Həkimlər bizi hədələyir ki, səsini çıxarsan, 2 ildə aldığınız pulları geri ödəyəcəksiniz” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:05
Şirvanda torpaq mübahisəsi zəminində qətl: Cəza ağırlaşdırıldı – MƏHKƏMƏ
Bu gün, 10:59
Hazırlıq başladı: İsraildə vardı, 38 il sonra Türkiyədə də olacaq – Azərbaycanlılar üçün çağırış
Bu gün, 10:56
Ağdamda 16 yaşlı qız cinsi zorakılığa məruz qaldı, 4 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 10:53
Beyləqanda bu ilin əvvəlində yaradımış şirkətin nizamnamə kapitalından - 1 MİLYON MANAT GÖTÜRÜLÜR
Bu gün, 10:49
Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... – İDDİA
Bu gün, 10:44
Nadir Bayramlı QINADI: - “Oxumur, özünü rüsvay edir”
Bu gün, 10:42
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
Bu gün, 10:39
14 yaşlı qızla 20 yaşlı oğlan nişanlandı - Ata həbs edildi
Bu gün, 10:37
Azərbaycan Ordusunda praktiki məşğələlər icra olunub - VİDEO
Bu gün, 10:34
İsrail kəşfiyyatı Qətərdə əməliyyatı bir neçə həftə ərzində planlaşdırmışdı - KİV
Bu gün, 10:31
Ruslar Azərbaycana qarşı YENİ HƏBS DALĞASINA START VERİB... - bu dəfə...
Bu gün, 10:28
Qırmızı kitaba düşən heyvanlarla müştəri "cəlb" edilir - Restoranlarda "trend"ə çevrilən “vəhşilik”...
Bu gün, 10:14
Qarabağ Qazisi `Azəriqaz`la çəkişmədə... - Artıq bir ildir ki...
Bu gün, 10:10
Azərbaycanda yeni nazirlik yaradılacaq? - Görünəni odur ki...
Bu gün, 10:05
Tovuzda ƏDALƏT AXTARIŞI: məmursansa HAQLISAN? - NARAZILIQ VAR...
Bu gün, 10:00
"Bu qərarı qanunsuz hesab edirəm" - VİDEOMÜRACİƏT
Bu gün, 09:41
Paşinyan ermənilərdən ÜZR İSTƏDİ... - BUNA GÖRƏ...
Bu gün, 09:36
Azərbaycanda sabiq məktəb direktoruna elektron qolbaq taxıldı
Bu gün, 09:33
Şimal və cənubdan Azərbaycana heyrətamiz böhtan - AXI NİYƏ?
Bu gün, 09:27
Paşinyanın valideynləri: 12 yaşından Nikolu ögey anası böyüdüb - FOTO
Bu gün, 09:24
Lavrov Əliyevin məşhur təklifini gündəmə gətirdi – “Razıyıq!”
Bu gün, 09:13
Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif - DETALLAR
Bu gün, 09:01
Rusiyada qanunsuz miqrantlara qoyulan möhlət bu gün bitir - KİV
Bu gün, 08:59
Xankəndidə restoranda müştəriləri təhqir edən şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 08:57
Fransanın dizayn, konsaltinq və mühəndislik şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 08:56
Bir qrup müəllim deputatın direktor bacısından şikayətçidir - "Məktəb ciddi yoxlanılsın..."
Bu gün, 08:53
Trampın adamları Bakıda: Zəngəzur hazırlığı başladı - GƏLİŞMƏ
Bu gün, 08:47
Direktor təyinatında İKİLİ STANDART... - BU NƏDİ BELƏ?
Bu gün, 07:31
Masazırda barınan oliqarx-məmur... - İLGİNC FAKTLAR
Bu gün, 07:26
"Uşaq bağçasına yerlər 500 manata satılır" - NARAZILIQ VAR...
Bu gün, 07:22
Zirəddindən şok müharibə PROQNOZU
Bu gün, 07:18
İnteqrasiya təlimli internat məktəbinin qalmaqallı direktoru yenidən gündəmdə - bu dəfə vergi məsələsinə görə...
Bu gün, 07:16
Bakıda məktəb direktoru qeyri-adi səbəbə görə işdən ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 07:04
Sülhü sabotaj edən səfir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:01
Nazirlik yanında İctimai Şura üzvü AYNA-nın qərarına etiraz etdi - "Bu, faktiki olaraq inhisarçılıqdır"
Bu gün, 06:59
"Rusiya Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilmir" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:56
Musiqi məktəblərindən də narazılıq var - Qiymət bahalaşıb, pulu da əvvəlcədən istəyirlər
Bu gün, 06:54
“Qalacaq yer tapmaq imtahandan sonra ikinci stressdir” - AKTUAL
Bu gün, 06:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru