"Hörmətli vətəndaşlar, bu müddət ərzində mən sizin elektron poçtuma gələn məktublarınızı şəxsən oxumaq və cavablandırmaq üçün əlimdən gələni etmişəm. Hazırkı vəziyyət belədir: məzuniyyətdən bəri mənim elektron poçtumda minə yaxın məktub toplanıb, gündəlik məktubların axını da çoxalıb. Etiraf edim ki, bütün məktubları vaxtında oxuyub emal edə bilmirəm. Amma bu işi başqasına həvalə etmək istəmirəm, çünki bu kanalın əsas məqsədi vətəndaşlarla birbaşa ünsiyyət qurmaqdır".
Moderator.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, bunu baş nazir Nikol Paşinyan "Facebook" səhifəsində yazıb.
"Bu yazımın məqsədi ondan ibarətdir ki, üzr istəmək və sizə bildirmək istəyirəm ki, məktubların hədsiz çoxluğu səbəbindən onların hamısını vaxtında oxuya bilməyəcəm və məktubların oxunması və işlənməsi həmişəkindən daha çox vaxt aparacaq. Sizdən bağışlanma diləyirəm”.