
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Cavid Kəngərli vəzifəsindən azad edilib.
“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin I müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.
Onun digər sərəncamı ilə Dövlət Vergi Xidmətinin rəisi vəzifənin icrası müvəqqəti olaraq C.Kəngərlinin müavini Tural Abdulzadəyə həvalə edilib.