"Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... .....                     2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq .....                     Paşinyan bu əməlinə görə də cavab verəcək .....                     Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır .....                     "`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" .....                     "Allahsız o deyil e, onu ora soxuşdurandır!" .....                     Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? .....                     Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə .....                     ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? .....                     Minaya düşən veteranın ayağı amputasiya edilib .....                     İrandan daha bir TƏHLÜKƏ .....                     Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib .....                     47 nəfər in qollarına qandal vuruldu .....                     Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb .....                     "Kənddən gəlib bazardan tərəvəz alarlar?" .....                     Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: .....                     ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: .....                     "Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" .....                     "İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır .....                     Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... .....                     Pentaqon kütləvi ixtisarlara hazırlaşır .....                     BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! .....                     Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... .....                     Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... .....                     Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır .....                     İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... .....                     Sülhün olmaması təhlükəli proseslərə zəmin yaradır .....                     Qəzzada İsrail və HƏMAS arasında sonuncu məhbus mübadiləsi... .....                     İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. .....                     Bu maddələrin yalnız birində... .....                     “7 oğuldan biri” çıxdı: neçə icra başçısı həbsdə qalıb? .....                     Turizm Agentliyi elə bir oyun qurub ki... .....                     Dövlətə borcu olana dövlət ortaqlıq edir .....                     “907-ci düzəliş” ləğv edilir, sonra..." .....                     Xocalıdakı mina partlayışından ALACAĞIMIZ DƏRS .....                     Sülh üçün Konstitusiya dəyişməlidir, amma... .....                     Fransanın Güney Qafqazla bağlı əsas planı belədir... .....                     Cənubi Qafqazın “unudulması” problem yaradır, yoxsa fürsət? .....                     Tramp bu addımla 80 illik beynəlxalq sistemi dağıdır .....                     "Hələ də bu istiqamətdə ölkəmizə qarşı təxribatlar törədirlər" .....                 

Paşinyanın səfərlərinin SİRRİ - DETALLAR MƏLUM OLDU!
Tarix: 18-02-2025, 09:09 | Çap et
Paşinyanın səfərlərinin SİRRİ
Münhendə 61-ci illik Təhlükəsizlik Konfransı (13-17 fevral) başa çatdı. Dəvət edilən qonaqlar arasında Ermənistanın baş naziri Nikol Paşinyan da var idi. Paşinyan Münhendə Almaniya kansleri Olaf Şolts və bir sıra digər ölkələrin rəsmiləri ilə bir araya gəldi.

Bu təmaslar zamanı Güney Qafqazda vəziyyət və Azərbaycan-Ermənistan sülh danışıqları da müzakirə edildi. Diqqətçəkicidir ki, Almaniya səfərindən bir neçə gün qabaq Paşinyan Fransada, ondan da az öncə (4-7 fevral) ABŞ-da olmuşdu. Beləcə cəmi yarım ay ərzində Qərbin 3 mühüm ölkəsini ziyarət etməklə Paşinyan görəsən nəyə nail oldu və ya olmaq istəyirdi? Rəsmi İrəvanın bu üç dövlətdən əsas gözləntisi nədir? İrəvan Bakı ilə danışıqlarda vasitəçimi axtarır? Kələyi nə? Bu səfərlərin Bakı ilə sülh anlaşmasına hansısa mənfi təsiri mümkünmü?

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın baş naziri regionda və dünyada tez-tez dəyişən geopolitik proseslər fonunda dəstək axtarışındadır: “Çox qısa müddət ərzində ABŞ-da, Fransada və Almaniyada səfərdə olması da bununla bağlıdır. Eyni zamanda Paşinyanın bu səfərlərində müdafiə naziri Suren Papikyan da iştirak edirdi. Bu da kifayət qədər nəzərə alınası ciddi nüansdır. Çünki Münhen Təhlükəsizlik Konfransında adətən hərbi səlahiyyətli şəxslər iştirak etmirlər. Bu, diplomatik və təhlükəsizlik məsələlərini əhatə eləyən müzakirə platformasıdır. Amma belə görünür ki, birbaşa olaraq hərbi dəstək, yardım əldə etmək məqsədilə danışıqlar aparılması da Nikol Paşinyanın planları çərçivəsində olub. Bütün səfərlərində çıxışlar eləyən Nikol Paşinyan həm də ölkəsinin müdafiə qabiliyyətinin artırılmasına dəstək olmağa çağırışlar edirdi. Ermənistanın Fransa, Hindistan silahları əldə etməsi ilə yanaşı ABŞ-la da ardı-arası kəsilməyən təmaslar, təlimlər keçirməsi də məlumdur. Bütün bunlar isə regionda sülhə xidmət etmir, təhlükəsizliyə təhdid yaradır. Eyni zamanda Münhen Təhlükəsizlik Konfransının gedişi zamanı həm də erməni hərbçilər Almaniyanın digər şəhərində NATO çərçivəsində təlimlərə cəlb olunmuşdular. Bütün bunlar Ermənistanın sülhə deyil, revanşizmə meylləndiyini əks etdirir. Həmçinin Ermənistanın Qərbə inteqrasiyasının davam etdirildiyini göstərməyə xidmət edir”.

Ekspert vurğuladı ki, Paşinyanın səfərlərində nümayiş etdirdiyi mövqe Ermənistanın sülh danışıqlarında maraqlı görünmədiyini, ona görə də heç vasitəçi də axtarmadığını nümayiş etdirdi: “Üzdə guya Azərbaycanla sülh razılaşmasına can atdığı görüntüsü yaratmağa çalışan Ermənistanın baş naziri reallıqda hücum silahları əldə etmək niyyətini gizlətmir. Hətta Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun da hesabatına baxanda görürük ki, Ermənistanda ballistik raketlərin sayı artıb. Bu da təhlükəsizliyə təhdid yaradan məqamlardandır. Biz Vətən müharibəsindən yaxşı bilirik ki, ballistik raketlər mülki ərazilərimizi vurmağa yönəldilmişdi. Ermənistan əldə etdiyi hücum silahlarını geri qaytarmalıdır və sülhə bağlı olduğunu nümayiş etdirməlidir. Azərbaycanın tələbi budur və bu tələb haqlı tələbdir. Ancaq təəssüf ki, Ermənistan tərəfindən bunun əksi edilir, ən müxtəlif mənbələrdən hücum silahları əldə etməyə çalışır və bu da əminlik yaradır ki, Ermənistan sülhə yox, müharibəyə hazırlaşır”.

Siyasi şərhçi Xəyal Bəşirov bildirdi ki, Nikol Paşinyanın son zamanlar xarici səfərlərini intensivləşdirməsi Ermənistanın Qərbə inteqrasiya görüntüsünü davam etdirmək və özünə dəstəyin davamına nail olmaq məqsədi güdür: “Amerikaya səfər və yeni prezident Donald Trampla görüşmək cəhdi, lakin cəhdin uğursuz olmasından sonra Paşinyan bu uğursuzluğu cəmiyyətin gözündə kompensasiya etmək üçün başqa istiqamətlərdə səfərlərini və görüşlərini artırdı. Səfər trayektoriyasına nəzər yetirsək, Ermənistanın baş nazirinin əslində de-fakto mövcud olmayan, fəaliyyət göstərməyən, amma deyure Ermənistanın pozuculuq yanaşması nəticəsində mövcud olma süni görüntüsü ilə üz-üzə qalan Minsk Qrupunun üç həmsədri olan dövlətlərdən ikisinə ard-arda səfərlər etdiyini görürük. Bu, əslində Ermənistanın hiyləgərliyini, ATƏT-in Minsk Qrupunun ləğvinin tərəfdarı olmadığını bir daha ortaya qoyur. Ermənistan sülhə hazırlaşmır. Himayədarları olan dövlətlərə səfərlər etməklə Paşinyan sülhə dəstək əldə etmək məqsədi güdmür. Ermənistan bir daha sübut edir ki, o, sülhə hazırlaşmır, 30 ilə yaxın sülhün əslində yaranmasına imkan verməyən məlum vasitəçilərdən revanş üçün dəstək almağa çalışır. O, sülh danışıqları üçün vasitəçi deyil, yeni müharibəyə başlamaq üçün dəstək, himayədar axtarır".

Ekspertin sözlərinə görə, Cənubi Qafqaz mövzusunun Paşinyanın ABŞ, Fransa və Almaniya səfərlərində heç də prioritet olmadığı göründü: “Xüsusilə Ermənistan heç də Paşinyanın istədiyi səviyyədə maraq kəsb etmir o paytaxtlar üçün. Hətta Emmanuel Makronun belə Nikol Paşinyana yanaşması Ermənistan mövzusunun artıq onlar üçün o qədər də aktual olmadığını nümayiş etdirdi. ABŞ-ın, Fransanın, eləcə də Münhen Təhlükəsizlik Konfransına toplaşan böyük dövlətlərin özlərinin prioritetləri var, onlar üçün daha aktual olan mövzular var və bu mözular arasında Ermənistan yer almır. Hətta Cənubi Qafqazla bağlı da onların bu gün real planlarının olmadığını görürük. Cənubi Qafqaz nə qədər əhəmiyyətli region olsa da hazırda dünyanın bölüşdürülməsi mövzusunda söhbət gedəndə Cənubi Qafqazın adı heç də ön sıralarda çəkilmir. O cümlədən Ermənistanın guya "Türkiyə ilə Azərbaycan arasında qalıb sıxışdırılan ölkə" olması kimi uydurma mövzu böyük dövlətlər üçün prioritet təşkil etmir. Bütün bu reallıqlara görə də Ermənistanın 2025-ci ilin ilk aylarında, xüsusilə Münhen Təhlükəsizlik Konfransı öncəsi atdığı addımlar, etdiyi cəhdlər uğursuzluğa düçar oldu. Ermənistan mövzusunun qeyri-aktual olduğu daha qabarıq üzə çıxdı. Əslində Nikol Paşinyan bu vəziyyəti nəzərə alıb Azərbaycanla heç bir vasitəçi olmadan tez bir zamanda sülh müqaviləsini imzalamalıdır. Normal məntiq bunu tələb edir".

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... - niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır?
Bu gün, 11:42
2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq - Sergey Ryabkov
Bu gün, 11:40
Paşinyan bu əməlinə görə də cavab verəcək - Elçin Alıoğlu yazır...
Bu gün, 11:38
Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır
Bu gün, 11:34
"`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" - MÜRACİƏT
Bu gün, 11:33
"Allahsız o deyil e, onu ora soxuşdurandır!" - ETİRAZ VAR...
Bu gün, 11:27
Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? - Trampın AĞILASIĞMAZ TƏLƏBİ
Bu gün, 11:22
Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə - TƏFƏRRÜAT
Bu gün, 11:17
ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? - Moskva Vaşinqtona bildirdi ki...
Bu gün, 11:13
Minaya düşən veteranın ayağı amputasiya edilib - Son durumu AÇIQLANDI
Bu gün, 11:11
İrandan daha bir TƏHLÜKƏ - Bu dəfə...
Bu gün, 10:38
Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib - TƏFƏRRÜAT
Bu gün, 10:28
47 nəfər in qollarına qandal vuruldu
Bu gün, 10:19
Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb
Bu gün, 10:04
"Kənddən gəlib bazardan tərəvəz alarlar?" - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:03
Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: - “Azərbaycan güzəştə getməyəcək”
Bu gün, 09:59
ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: - tender ləğv edildi
Bu gün, 09:56
"Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" - Rafiq Əzimov
Bu gün, 09:47
"İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır
Bu gün, 09:37
Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... - Bakı isə…
Bu gün, 09:32
Pentaqon kütləvi ixtisarlara hazırlaşır
Bu gün, 09:22
BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! - İLGİNC FAKTLAR...
Bu gün, 09:21
Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... - SƏBƏBİ NƏDİR?
Bu gün, 09:16
Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... - KİM SÖZ DEYƏ BİLƏR Kİ?..
Bu gün, 09:11
Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır - Rusiya və İranın baxışı belədir...
Bu gün, 09:03
İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... - vaxt udmaq üçün düşünülüb?
Bu gün, 09:01
Sülhün olmaması təhlükəli proseslərə zəmin yaradır - FAKT BUDUR!
Bu gün, 09:00
Qəzzada İsrail və HƏMAS arasında sonuncu məhbus mübadiləsi... - bu gün baş tutmalıdır
Bu gün, 08:57
İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
Bu gün, 08:56
Bu maddələrin yalnız birində... - Ekspert danışır...
Bu gün, 08:53
“7 oğuldan biri” çıxdı: neçə icra başçısı həbsdə qalıb? - GƏLİŞMƏ
Bu gün, 08:46
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
Bu gün, 08:45
Dövlətə borcu olana dövlət ortaqlıq edir - daha bir ŞÜBHƏLİ TENDER
Bu gün, 08:38
“907-ci düzəliş” ləğv edilir, sonra..." - İLGİNC...
Bu gün, 08:32
Xocalıdakı mina partlayışından ALACAĞIMIZ DƏRS - Minaların siyahısını gözlədiyimiz an belə mina basdırıblar...
Bu gün, 08:19
Sülh üçün Konstitusiya dəyişməlidir, amma... - AKTUAL
Bu gün, 07:25
Fransanın Güney Qafqazla bağlı əsas planı belədir... - ŞƏRH
Bu gün, 07:21
Cənubi Qafqazın “unudulması” problem yaradır, yoxsa fürsət? - NƏ BAŞ VERİR?
Bu gün, 07:16
Tramp bu addımla 80 illik beynəlxalq sistemi dağıdır - GƏLİŞMƏ
Bu gün, 07:13
"Hələ də bu istiqamətdə ölkəmizə qarşı təxribatlar törədirlər" - deputat
Bu gün, 07:11
Türkcə şeir söylədiyi üçün İran prezidentinə sərt xəbərdarlıq edilib - Bir “salam”ın qorxusu
Bu gün, 06:08
Putinin “əsgəri” hərəkətə keçdi – Üç həftə sonra nələr baş verəcək?
Bu gün, 06:05
"Firəngiz xanım rusdilli idi, ədəbiyyatı, qəzəli o qədər də bilmirdi"
Bu gün, 06:02
Yasamalın icra başçısı qanunları belə pozdu - FOTOLAR
Bu gün, 05:50
Sərdar Cəlaloğludan Ayaz Salayevə SƏRT SÖZLƏR - "Rusu gözümüzə soxma..."
Bu gün, 05:45
"Sosial şəbəkələrdə yazırlar ki, evdən dəstək var" - VİDEO
Bu gün, 05:19
"İsa Qəmbər LGBT-nin nə olduğunu bilmir?" - Tənzilə Rüstəmxanlı
Bu gün, 05:13
Britaniya fevralın 24-də Ukraynaya yeni yardım paketini açıqlayacaq - “Daily Telegraph”
Bu gün, 05:05
Agentliyin 2,4 milyonluq tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 00:05
“Arkoz İnşaat Şirkəti”nin 107 min manata yaxın - VERGİ BORCU VAR
Bu gün, 00:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru