İrandan daha bir TƏHLÜKƏ .....                     Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib .....                     47 nəfər in qollarına qandal vuruldu .....                     Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb .....                     "Kənddən gəlib bazardan tərəvəz alarlar?" .....                     Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: .....                     ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: .....                     "Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" .....                     "İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır .....                     Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... .....                     Pentaqon kütləvi ixtisarlara hazırlaşır .....                     BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! .....                     Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... .....                     Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... .....                     Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır .....                     İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... .....                     Sülhün olmaması təhlükəli proseslərə zəmin yaradır .....                     Qəzzada İsrail və HƏMAS arasında sonuncu məhbus mübadiləsi... .....                     İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. .....                     Bu maddələrin yalnız birində... .....                     “7 oğuldan biri” çıxdı: neçə icra başçısı həbsdə qalıb? .....                     Turizm Agentliyi elə bir oyun qurub ki... .....                     Dövlətə borcu olana dövlət ortaqlıq edir .....                     “907-ci düzəliş” ləğv edilir, sonra..." .....                     Xocalıdakı mina partlayışından ALACAĞIMIZ DƏRS .....                     Sülh üçün Konstitusiya dəyişməlidir, amma... .....                     Fransanın Güney Qafqazla bağlı əsas planı belədir... .....                     Cənubi Qafqazın “unudulması” problem yaradır, yoxsa fürsət? .....                     Tramp bu addımla 80 illik beynəlxalq sistemi dağıdır .....                     "Hələ də bu istiqamətdə ölkəmizə qarşı təxribatlar törədirlər" .....                     Türkcə şeir söylədiyi üçün İran prezidentinə sərt xəbərdarlıq edilib .....                     Putinin “əsgəri” hərəkətə keçdi .....                     "Firəngiz xanım rusdilli idi, ədəbiyyatı, qəzəli o qədər də bilmirdi" .....                     Yasamalın icra başçısı qanunları belə pozdu .....                     Sərdar Cəlaloğludan Ayaz Salayevə SƏRT SÖZLƏR .....                     "Sosial şəbəkələrdə yazırlar ki, evdən dəstək var" .....                     "İsa Qəmbər LGBT-nin nə olduğunu bilmir?" .....                     Britaniya fevralın 24-də Ukraynaya yeni yardım paketini açıqlayacaq .....                     Agentliyin 2,4 milyonluq tenderi ləğv edildi .....                     “Arkoz İnşaat Şirkəti”nin 107 min manata yaxın .....                 

Universitetlər Bakıdan bu qaydada köçürüləcək - AKTUAL
Tarix: 18-02-2025, 00:38 | Çap et
Universitetlər Bakıdan bu qaydada köçürüləcək
Son günlər universitetlərin köçürülməsi ilə bağlı müzakirələr gedir. Elm və təhsil naziri Emin Əmrullayev Bakının mərkəzində yerləşən universitetlərin kənar ərazilərə köçürülməsinin istisna olmadığını deyib. İlkin olaraq Azərbaycan Memarlıq və İnşaat Universiteti, İqtisad Universiteti, Pedoqoji Universitet və Azərbaycan Dillər Universitetinin kontingenti çox olduğu üçün onların köçürülməsi daha məqbul hesab olunur.
Bakıdakı ali təhsil müəssisələrinin regionlara köçürülməsi təhsilimiz üçün nə vəd edir? İlk perspektivdə hansı şəhərlər məqsədəuyğundur?
Mövzu ilə bağlı təhsil ekspert Kamran Əsədov Referans.az-ın suallarını cavablandırıb. Kamran Əsədov bildirib ki, Bakıdakı ali təhsil müəssisələrinin regionlara köçürülməsi ilə bağlı təklif Azərbaycan təhsil sistemində köklü dəyişikliklərə səbəb ola biləcək bir addımdır. Bu qərarın tətbiqi həm müsbət, həm də mənfi nəticələr doğura bilər və müxtəlif aspektlərdən qiymətləndirilməlidir. Əsas məqsəd Bakının mərkəzində yerləşən universitetlərin yaratdığı infrastruktur yüklənməsini azaltmaq və eyni zamanda regionların sosial-iqtisadi inkişafına töhfə verməkdir. Lakin bu proses təkcə universitetlərin fiziki olaraq köçürülməsi ilə məhdudlaşmamalı, həm də təhsil keyfiyyətini qorumaq və inkişaf etdirmək üçün sistemli yanaşma tələb etməlidir. Bu təşəbbüs ilk növbədə regionların inkişafı baxımından əhəmiyyətlidir. Universitetlərin regionlara köçürülməsi həmin şəhərlərdə sosial-iqtisadi canlanmaya səbəb ola bilər. Məsələn, tələbələrin və müəllim heyətinin bölgələrdə yaşaması və işləməsi həmin ərazilərdə yeni iş yerlərinin açılmasına, yerli biznesin inkişafına və infrastrukturun genişlənməsinə təkan verəcək.
Ekspert həmçinin diqqətə çatdırıb ki, dünyada da belə təcrübələr mövcuddur. Məsələn, Türkiyədə son 20 ildə bir çox universitetlər böyük şəhərlərdən orta və kiçik şəhərlərə köçürülüb və bu, həmin bölgələrin iqtisadi inkişafına ciddi təsir edib. Eyni yanaşma ABŞ və Almaniya kimi ölkələrdə də müşahidə olunur. Almaniyada bir çox universitetlər Berlin, Münhen və Hamburq kimi böyük şəhərlərdə deyil, daha kiçik şəhərlərdə yerləşir ki, bu da həmin ərazilərin iqtisadiyyatına müsbət təsir edir. Bununla belə, bu proses yalnız fiziki köçürmə ilə məhdudlaşmamalıdır. Əgər universitetlər sadəcə olaraq yeni binalara yerləşdirilərsə, lakin müəllim heyəti, infrastruktur və akademik mühit köhnə səviyyədə qalarsa, bu köçürülmə təhsilin keyfiyyətinə mənfi təsir göstərə bilər.
Kamran Əsədov açıqlamasında onu da qeyd edib ki, hazırda Azərbaycanın regionlarındakı universitetlər Bakıda yerləşən ali təhsil müəssisələri ilə müqayisədə daha az elmi və akademik potensiala malikdir. Universitetlərin regionlara köçürülməsi onların elmi tədqiqat imkanlarının artırılması, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və tələbələr üçün müasir təhsil şəraitinin yaradılması ilə müşayiət olunmalıdır. Əks halda, tələbələr və müəllimlər üçün bu, inkişaf yox, geri addım kimi görünəcək. Universitetlərin köçürülməsi tələbələrin həyat şəraitinə də ciddi təsir edəcək. Hazırda tələbələrin əksəriyyəti Bakıda yaşayır və təhsil alır. Onların regionlara köçməsi üçün həmin ərazilərdə yaşayış şəraiti, kirayə bazarı və nəqliyyat imkanları ciddi şəkildə inkişaf etdirilməlidir. Əgər tələbələr üçün yataqxanalar, ictimai nəqliyyat və digər sosial infrastruktur təmin edilməzsə, bu proses ciddi çətinliklər yaradacaq.
Ekspert onu da vurğulayıb ki, Türkiyədə universitetlərin bölgələrə köçürülməsi zamanı geniş tələbə yataqxanaları və yeni nəqliyyat şəbəkələri qurulub. Azərbaycanda da eyni model tətbiq edilməlidir. İlk perspektivdə hansı şəhərlərin bu köçürülmə üçün daha uyğun olduğunu müəyyən etmək vacibdir. Bu proses zamanı iqtisadi, coğrafi və sosial faktorlar nəzərə alınmalıdır. Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran və Quba kimi şəhərlər ilkin namizədlər arasında ola bilər. Gəncə artıq ikinci ən böyük şəhərdir və burada Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universiteti fəaliyyət göstərir. Bu şəhər infrastrukturu və iqtisadi potensialı baxımından daha çox tələbə qəbul edə biləcək gücdədir. Sumqayıt isə Bakıya yaxın yerləşdiyi üçün tələbələr üçün daha əlverişli ola bilər. Mingəçevir sənaye şəhəri olduğu üçün mühəndislik və texniki sahələr üzrə universitetlər üçün daha uyğun ola bilər. Şəki və Lənkəran isə turizm və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış universitetlər üçün əlverişli mühit yarada bilər. Bu prosesin uğurlu olması üçün uzunmüddətli planlaşdırma tələb olunur.
Kamran Əsədov hesab edir ki,Universitetlərin regionlara köçürülməsi yalnız bir infrastruktur layihəsi kimi deyil, həm də təhsil strategiyasının bir hissəsi kimi nəzərdən keçirilməlidir. Akademik kadrların bölgələrə yerləşdirilməsi, müəllimlərin maaşlarının artırılması və tələbələr üçün maliyyə dəstəyinin gücləndirilməsi kimi tədbirlər həyata keçirilməlidir. Əks halda, bu proses universitetlərin zəifləməsinə və tələbələrin təhsildən uzaqlaşmasına səbəb ola bilər. Bu təşəbbüsün həyata keçirilməsində əsas çətinliklərdən biri də tələbələrin və müəllimlərin yeni mühitə uyğunlaşması olacaq. Hazırda Bakıdakı universitetlər geniş laboratoriyalar, kitabxanalar və tədqiqat mərkəzləri ilə təchiz olunub. Əgər regionlarda bu imkanlar eyni səviyyədə təmin olunmazsa, tələbələr və müəllimlər üçün bu köçürülmə mənfi nəticələr doğura bilər.
Mütəxəssis bu mövzuda beynəlxalq təcrübədən misallar çəkib. O deyib ki, beynəlxalq təcrübədə də göstərilir ki, universitetlərin köçürülməsi zamanı onların elmi potensialı qorunmazsa, bu, akademik göstəricilərin zəifləməsinə səbəb olur. ABŞ və Almaniyada tətbiq olunan model göstərir ki, universitetlər regionlara köçürülərkən onların maliyyələşməsi artırılmalı, yeni laboratoriyalar və tədqiqat mərkəzləri yaradılmalıdır. Ümumiyyətlə, universitetlərin regionlara köçürülməsi ideyası diqqətlə və mərhələli şəkildə həyata keçirilməlidir.
Əgər bu proses yalnız inzibati qərarlarla aparılarsa və tələbələrin, müəllimlərin, infrastrukturun və akademik resursların uyğunlaşması nəzərə alınmazsa, təhsil sisteminə mənfi təsir göstərə bilər. Lakin doğru şəkildə icra olunarsa, bu təşəbbüs həm təhsilin keyfiyyətini yüksəldə, həm də Azərbaycanın regionlarının inkişafına töhfə verə bilər. "Gələcəkdə universitetlərin köçürülməsi ilə bağlı daha detallı strategiyalar hazırlanmalı və bu prosesin hər bir mərhələsi diqqətlə planlaşdırılmalıdır", - deyə ekspert əlavə edib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrandan daha bir TƏHLÜKƏ - Bu dəfə...
Bu gün, 10:38
Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib - TƏFƏRRÜAT
Bu gün, 10:28
47 nəfər in qollarına qandal vuruldu
Bu gün, 10:19
Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb
Bu gün, 10:04
"Kənddən gəlib bazardan tərəvəz alarlar?" - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:03
Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: - “Azərbaycan güzəştə getməyəcək”
Bu gün, 09:59
ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: - tender ləğv edildi
Bu gün, 09:56
"Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" - Rafiq Əzimov
Bu gün, 09:47
"İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır
Bu gün, 09:37
Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... - Bakı isə…
Bu gün, 09:32
Pentaqon kütləvi ixtisarlara hazırlaşır
Bu gün, 09:22
BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! - İLGİNC FAKTLAR...
Bu gün, 09:21
Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... - SƏBƏBİ NƏDİR?
Bu gün, 09:16
Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... - KİM SÖZ DEYƏ BİLƏR Kİ?..
Bu gün, 09:11
Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır - Rusiya və İranın baxışı belədir...
Bu gün, 09:03
İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... - vaxt udmaq üçün düşünülüb?
Bu gün, 09:01
Sülhün olmaması təhlükəli proseslərə zəmin yaradır - FAKT BUDUR!
Bu gün, 09:00
Qəzzada İsrail və HƏMAS arasında sonuncu məhbus mübadiləsi... - bu gün baş tutmalıdır
Bu gün, 08:57
İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
Bu gün, 08:56
Bu maddələrin yalnız birində... - Ekspert danışır...
Bu gün, 08:53
“7 oğuldan biri” çıxdı: neçə icra başçısı həbsdə qalıb? - GƏLİŞMƏ
Bu gün, 08:46
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
Bu gün, 08:45
Dövlətə borcu olana dövlət ortaqlıq edir - daha bir ŞÜBHƏLİ TENDER
Bu gün, 08:38
“907-ci düzəliş” ləğv edilir, sonra..." - İLGİNC...
Bu gün, 08:32
Xocalıdakı mina partlayışından ALACAĞIMIZ DƏRS - Minaların siyahısını gözlədiyimiz an belə mina basdırıblar...
Bu gün, 08:19
Sülh üçün Konstitusiya dəyişməlidir, amma... - AKTUAL
Bu gün, 07:25
Fransanın Güney Qafqazla bağlı əsas planı belədir... - ŞƏRH
Bu gün, 07:21
Cənubi Qafqazın “unudulması” problem yaradır, yoxsa fürsət? - NƏ BAŞ VERİR?
Bu gün, 07:16
Tramp bu addımla 80 illik beynəlxalq sistemi dağıdır - GƏLİŞMƏ
Bu gün, 07:13
"Hələ də bu istiqamətdə ölkəmizə qarşı təxribatlar törədirlər" - deputat
Bu gün, 07:11
Türkcə şeir söylədiyi üçün İran prezidentinə sərt xəbərdarlıq edilib - Bir “salam”ın qorxusu
Bu gün, 06:08
Putinin “əsgəri” hərəkətə keçdi – Üç həftə sonra nələr baş verəcək?
Bu gün, 06:05
"Firəngiz xanım rusdilli idi, ədəbiyyatı, qəzəli o qədər də bilmirdi"
Bu gün, 06:02
Yasamalın icra başçısı qanunları belə pozdu - FOTOLAR
Bu gün, 05:50
Sərdar Cəlaloğludan Ayaz Salayevə SƏRT SÖZLƏR - "Rusu gözümüzə soxma..."
Bu gün, 05:45
"Sosial şəbəkələrdə yazırlar ki, evdən dəstək var" - VİDEO
Bu gün, 05:19
"İsa Qəmbər LGBT-nin nə olduğunu bilmir?" - Tənzilə Rüstəmxanlı
Bu gün, 05:13
Britaniya fevralın 24-də Ukraynaya yeni yardım paketini açıqlayacaq - “Daily Telegraph”
Bu gün, 05:05
Agentliyin 2,4 milyonluq tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 00:05
“Arkoz İnşaat Şirkəti”nin 107 min manata yaxın - VERGİ BORCU VAR
Bu gün, 00:02
Paris-İrəvan hərbi əməkdaşlığı müzakirə edildi
Dünən, 21:56
Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib - XİN
Dünən, 21:49
İrəvan Bakının tələbləri ilə razılaşdı: Paşinyan vaxt qazanır? - AKTUAL
Dünən, 19:00
Konstitusiya dəyişikliyi Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıra bilər - GÖZLƏNTİ
Dünən, 18:58
Ukrayna təbii sərvətlərə dair saziş layihəsini ABŞ-yə göndərib - TASS
Dünən, 18:07
Putin yenə “Oreşnik”dən danışdı: - Günəşin temperaturu...
Dünən, 18:06
Türk millətinin bir adı, bir dili var, o da bəllidir - Akif Aşırlı
Dünən, 18:03
İrəvan məhkəməsi Merdzavanda atışma işi üzrə beşinci fiqurantı həbs edib - TƏFƏRRÜAT
Dünən, 18:00
Azərbaycan Ordusunda psixoloqlarla növbəti təlim keçirilib
Dünən, 17:55
Xaçmazın icra başçısı 15 yaşı tamam olan şəhid övladı ilə görüşüb - FOTO
Dünən, 17:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru