ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? .....                     Minaya düşən veteranın ayağı amputasiya edilib .....                     İrandan daha bir TƏHLÜKƏ .....                     Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib .....                     47 nəfər in qollarına qandal vuruldu .....                     Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb .....                     "Kənddən gəlib bazardan tərəvəz alarlar?" .....                     Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: .....                     ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: .....                     "Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" .....                     "İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır .....                     Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... .....                     Pentaqon kütləvi ixtisarlara hazırlaşır .....                     BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! .....                     Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... .....                     Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... .....                     Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır .....                     İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... .....                     Sülhün olmaması təhlükəli proseslərə zəmin yaradır .....                     Qəzzada İsrail və HƏMAS arasında sonuncu məhbus mübadiləsi... .....                     İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. .....                     Bu maddələrin yalnız birində... .....                     “7 oğuldan biri” çıxdı: neçə icra başçısı həbsdə qalıb? .....                     Turizm Agentliyi elə bir oyun qurub ki... .....                     Dövlətə borcu olana dövlət ortaqlıq edir .....                     “907-ci düzəliş” ləğv edilir, sonra..." .....                     Xocalıdakı mina partlayışından ALACAĞIMIZ DƏRS .....                     Sülh üçün Konstitusiya dəyişməlidir, amma... .....                     Fransanın Güney Qafqazla bağlı əsas planı belədir... .....                     Cənubi Qafqazın “unudulması” problem yaradır, yoxsa fürsət? .....                     Tramp bu addımla 80 illik beynəlxalq sistemi dağıdır .....                     "Hələ də bu istiqamətdə ölkəmizə qarşı təxribatlar törədirlər" .....                     Türkcə şeir söylədiyi üçün İran prezidentinə sərt xəbərdarlıq edilib .....                     Putinin “əsgəri” hərəkətə keçdi .....                     "Firəngiz xanım rusdilli idi, ədəbiyyatı, qəzəli o qədər də bilmirdi" .....                     Yasamalın icra başçısı qanunları belə pozdu .....                     Sərdar Cəlaloğludan Ayaz Salayevə SƏRT SÖZLƏR .....                     "Sosial şəbəkələrdə yazırlar ki, evdən dəstək var" .....                     "İsa Qəmbər LGBT-nin nə olduğunu bilmir?" .....                     Britaniya fevralın 24-də Ukraynaya yeni yardım paketini açıqlayacaq .....                 

Saxta cərrahlardan, saxta kosmetoloqlara: Gözəllik qurban tələb edir? - AXI NİYƏ?..
Tarix: 18-02-2025, 00:06 | Çap et
Saxta cərrahlardan, saxta kosmetoloqlara: Gözəllik qurban tələb edir?
“İllərdir lazer epilyasiyası üçün getdiyim bir gözəllik salonu var idi. Lazereloqum mənə demişdi ki, orta təhsillidir. Bir müddət sonra yenidən görüşəndə gördüm ki, otaq sertifikatlarla doludur. Düzü, onları oxumağa fürsət olmadı. Proses zamanı lazeroloqum birdən üzümə baxıb dedi ki, dodaqların balacadır, nə əcəb dolğu etdirmirsən? İstəyirsənsə, indi mən edərəm. Çox təəccübləndim. Dedim, siz dolğu da edirsiniz? Nə vaxt öyrəndiniz? Fərəhlə sertifikatlarını göstərərək bildirdi ki, neçə vaxtdır kurslara gedirmiş. Soruşdum ki, bunun üçün sertifikat bəs edir? Diploma, ali təhsilə ehtiyac yoxdur? Dediyinə görə, kurslar universitetdən daha yaxşı öyrədirmiş. Təkcə dolğu yox, bir neçə prosedur etməyi öyrənmişdi artıq. Zamanla gördüm ki, əməlli-başlı işləyir, hətta epilyasiyanı boş verib, kosmetoloqluq edir”.

Bu sözləri Sumqayıt sakini Mehriban Abbaslı Pressklub.az-ın əməkdaşı ilə söhbəti zamanı deyib. O, hesab edir ki, həmin kosmetoloqlara və sertifikat aldıqları kurslara nəzarət edilməlidir.

Təəssüf ki, Mehriban xanımın qarşılaşdığı mənzərəyə ölkənin hər səmtində rast gəlinir. Nə hikmətdirsə, üzümüzü hara çevirsək, bir kosmetoloqla rastlaşırıq. Demək olar, hər gözəllik salonunda bir kosmetoloq fəaliyyət göstərir. Özü də elə-belə işlər yox, çox ciddi prosedurlar edirlər. Dolğulardan tutmuş, botokslara, mezoterapiyadan plazmaliftinqə qədər hər cür prosedur görülür. Düzdür, bəzi həkim-kosmetoloqlar da həm klinikada, həm də tanınmış gözəllik salonunda fəaliyyət göstərir. Amma görəsən, gözəllik salonlarında fəaliyyət göstərən bütün kosmetoloqların diplomu, lisenziyası, lazımi bilik və bacarıqları varmı? Varsa, niyə sahəsi üzrə müvafiq klinikalarda çalışmaq yerinə, məhəllə arası, pilləkən altı gözəllik salonlarında çalışırlar?

Yeri gəlmişkən, hazırda saxta plastik cərrahlar cəmiyyətdə sensasiya doğurub. Ötən yazılarımızdan birində bu haqda araşdırma aparmışdıq. Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən lazımi araşdırmalar aparılır, tədbirlər görülür. Həmin “cərrah”ların zərərə uğratdığı insanların sosial şəbəkələrdəki şikayət paylaşımlarının ardı-arası kəsilmir. Deyəsən, indi sıra saxta kosmetoloqlara çatıb.

Maraqlıdır, o sertifikatlar hansısa prosedur icra etməyə səlahiyyət verirmi? Həmin "kosmetoloq"larla bağlı tədbir görülürmü? Lazımi yoxlamalar aparılırmı?

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Mətin Məcidli Pressklub.az-a açıqlamasında bildirib ki, kosmetoloji və cərrahi xidmətlər göstərən istənilən estetik tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur. Bu tibb müəssisələrində praktiki tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatovneneroloqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasiyentin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ var.

Müsahibimiz deyib ki, lisenziyalı özəl tibb müəssisələrinə nəzarət AEM tərəfindən plan üzrə və plandankənar yoxlamalar şəklində, lisenziyasız müəssisələrə münasibətdə isə əhalinin sağlamlığına birbaşa və ya mühüm təhlükənin olmasına dair konkret faktlar olduqda, həmçinin, müxtəlif qurumlardan daxil olan müraciətlər əsasında plandankənar yoxlamalar şəklində aparılır. Lakin hər hansı bir fəaliyyət subyektində plandankənar (növbədənkənar) yoxlamanın həyata keçirilməsi üçün yoxlamaların vahid məlumat reyestrindən müvafiq icazə alınmalıdır.

Məcidli bildirib ki, nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda qanunvericilikdə nəzərdə tutulan inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür. Təkrar aşkar edildikdə təkrar inzibati tənbeh və əlavə tədbirlər həyata keçirilir: “Konkret olaraq bu hallara görə İnzibati Xətalar Məcəlləsinin 210.1.-ci maddəsində lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər 2 min manatdan 3 min manatadək, vəzifəli şəxslər 5 min manatdan 10 min manatadək, hüquqi şəxslər 20 min manatdan 30 min manatadək məbləğdə cərimələnir”.

Müsahibimiz əlavə olaraq qeyd edib ki, həmin qanunun 215.1.-ci maddəsində tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 6 min manatdan 8 min manatadək məbləğdə cərimələnir: “215.4-cü maddəsinə görə isə sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər isə 6 min manatdan 8 min manatadək məbləğdə cərimə olunur”.

Müsahibimiz bildirib ki, təqdim olunan faktlar üzrə tərəfimizdən araşdırmanın aparılması nəzərdə tutulur, lakin yerində yoxlamanın aparılması və nəzarət tədbirinin həyata keçirilməsi üçün yuxarıda qeyd olunan məlumatların (sahibkarın adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), yoxlanılması nəzərdə tutulan yoxlama obyektinə dair məlumatlar (adı, ünvanı, təsviri və s.) olması zəruridir. Vətəndaşlar tərəfindən AEM-ə [email protected] elektron ünvanı, pharma.az saytının “müraciət” bölməsi və ya “Bir pəncərə” sisteminə müəssisənin adı və digər detallar da daxil olmaqla konkret şikayət edilərsə, bu məsələ AEM tərəfindən araşdırılacaq.

“Tibb fəaliyyəti lisenziya tələb edən sahədir. Bu sahədə fəaliyyət göstərən həkimlər mütləq sertifikasiyadan keçməlidir. Hansısa kursa gedib sertifikat alaraq bu sahədə fəaliyyət göstərmək qanuni deyil”.

Bu sözləri hüquqşünas Ramil Süleymanov Pressklub.az saytına açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215-ci maddəsinə görə lisenziyasız tibb fəaliyyəti göstərəndə hüquqi şəxslər 6-8 min manat, tibb işçiləri adlandırılan şəxslər də qanunvericiliyin tələblərinə zidd olaraq fəaliyyət göstərdikdə, sertifikasiyadan keçmədikdə 8 min manat cərimələnirlər. İxtisaslaşma ilə bağlı fəaliyyət göstərildiyi zaman məsələn, nevropatoloqun kosmetoloq kimi fəaliyyət göstərməsi ixtisaslaşma tələblərinin pozulmasıdır və bu aşkarlandıqda inzibati qaydada 6-8 min manat cərimə olunur.

Hüquqşünasın sözlərinə görə, həmin şəxslər səhlənkarlıq etdikdə, insanlara zərər vurduqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314-cü maddəsinə uyğun olaraq cinayət işi başlanılır. Və şəxs 3 min manatadək miqdarda cərimə və ya 6 aya qədər azadlıqdan məhrumetmə cəzasına məhkum olunur. Şəxsin davranışı nəticəsində pasiyent dünyasını dəyişərsə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsinə əsasən, həmin şəxs 5 ilədək müddətə azadlıqdan məhrum edilir.

Bəs prosedurları tibb təhsili olmadan kurslarda ətraflı öyrənmək və icra etmək mümkündürmü? Bu məsələdə təhsilli ilə təhsilsizlərin fərqləri nələrdir? Həmin "kosmetoloq"ların etdiyi prosedurlar pasiyentlər üçün hansı təhlükələri yaradır? Pasiyentlər kosmetoloq seçərkən nələrə diqqət etməlidir?

Mövzu ilə bağlı Pressklub.az-a danışan həkim-kosmetoloq Gülər İbrahimova hesab edir ki, hazırda kosmetologiyanı çox cılızlaşdırıb, bazara çeviriblər. Ona görə pislərin arasında yaxşılar da ələnib gedir. Çünki hər birimiz kosmetoloq statusunu daşıyırıq. Həmin “kosmetoloq”ların heç bir tibb təhsili yoxdur. Ümumiyyətlə, tibbdən, üzün anatomiyasından xəbərləri yoxdur. Ona görə də hər hansı kosmetoloji prosedur edəndə yaranacaq təhlükələrdən də məlumatsız olurlar. Və hər hansı təhlükə anında nə edəcəklərini bilmirlər.

Doktor deyib ki, kosmetologiya çox dərin, daim təkmilləşən sahədir. Dayanmadan yeni preparatlar çıxır. Yeni texnikalar öyrənmək lazım olur. Özünü inkişaf etdirən həkimlər bunları edir: “Pasiyent də kosmetoloq seçməzdən öncə yüz ölçüb, bir biçməlidir. Tibbdən xəbərsiz kosmetoloqlar təhlükə mənbəyidir. Bu zaman müəyyən deformasiyalar, hətta ölüm riski yarana bilir. Reklamı güclü olanlara, sosial şəbəkələrdəki paylaşımlara aldanmayın, yaxşıca araşdırın, əl işlərinə baxın, hətta mümkündürsə, real pasiyentlərindən rəy alın. Bir sözlə, işinizi şansa buraxmayın”.

Həmsöhbətimiz hesab edir ki, hazırda klinikadansa salona tələbat daha çoxdur. Çünki xanımlar salona gedərək bütün işlərini- saç, dırnaq, epilyasiya, kosmetologiya və s. bir gündə bitirirlər. Bu zaman həmin kosmetoloqların lisenziyasına, tibb təhsilinə, bacarığına baxmaq lazımdır. Ali təhsil vacib olmaya bilər, amma heç olmasa texnikum və s. olmalıdır ki, təməl bilgilərdən məlumatlı olsun. Üzü tanısın, sinirləri, dərinin qatlarını bilsin. Savadlı, keyfiyyətli kosmetoloq seçsinlər. Ucuza qaçmasınlar. Nə də olsa, ucuz ətin şorbası olmur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? - Moskva Vaşinqtona bildirdi ki...
Bu gün, 11:13
Minaya düşən veteranın ayağı amputasiya edilib - Son durumu AÇIQLANDI
Bu gün, 11:11
İrandan daha bir TƏHLÜKƏ - Bu dəfə...
Bu gün, 10:38
Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib - TƏFƏRRÜAT
Bu gün, 10:28
47 nəfər in qollarına qandal vuruldu
Bu gün, 10:19
Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb
Bu gün, 10:04
"Kənddən gəlib bazardan tərəvəz alarlar?" - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:03
Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: - “Azərbaycan güzəştə getməyəcək”
Bu gün, 09:59
ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: - tender ləğv edildi
Bu gün, 09:56
"Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" - Rafiq Əzimov
Bu gün, 09:47
"İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır
Bu gün, 09:37
Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... - Bakı isə…
Bu gün, 09:32
Pentaqon kütləvi ixtisarlara hazırlaşır
Bu gün, 09:22
BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! - İLGİNC FAKTLAR...
Bu gün, 09:21
Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... - SƏBƏBİ NƏDİR?
Bu gün, 09:16
Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... - KİM SÖZ DEYƏ BİLƏR Kİ?..
Bu gün, 09:11
Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır - Rusiya və İranın baxışı belədir...
Bu gün, 09:03
İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... - vaxt udmaq üçün düşünülüb?
Bu gün, 09:01
Sülhün olmaması təhlükəli proseslərə zəmin yaradır - FAKT BUDUR!
Bu gün, 09:00
Qəzzada İsrail və HƏMAS arasında sonuncu məhbus mübadiləsi... - bu gün baş tutmalıdır
Bu gün, 08:57
İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
Bu gün, 08:56
Bu maddələrin yalnız birində... - Ekspert danışır...
Bu gün, 08:53
“7 oğuldan biri” çıxdı: neçə icra başçısı həbsdə qalıb? - GƏLİŞMƏ
Bu gün, 08:46
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
Bu gün, 08:45
Dövlətə borcu olana dövlət ortaqlıq edir - daha bir ŞÜBHƏLİ TENDER
Bu gün, 08:38
“907-ci düzəliş” ləğv edilir, sonra..." - İLGİNC...
Bu gün, 08:32
Xocalıdakı mina partlayışından ALACAĞIMIZ DƏRS - Minaların siyahısını gözlədiyimiz an belə mina basdırıblar...
Bu gün, 08:19
Sülh üçün Konstitusiya dəyişməlidir, amma... - AKTUAL
Bu gün, 07:25
Fransanın Güney Qafqazla bağlı əsas planı belədir... - ŞƏRH
Bu gün, 07:21
Cənubi Qafqazın “unudulması” problem yaradır, yoxsa fürsət? - NƏ BAŞ VERİR?
Bu gün, 07:16
Tramp bu addımla 80 illik beynəlxalq sistemi dağıdır - GƏLİŞMƏ
Bu gün, 07:13
"Hələ də bu istiqamətdə ölkəmizə qarşı təxribatlar törədirlər" - deputat
Bu gün, 07:11
Türkcə şeir söylədiyi üçün İran prezidentinə sərt xəbərdarlıq edilib - Bir “salam”ın qorxusu
Bu gün, 06:08
Putinin “əsgəri” hərəkətə keçdi – Üç həftə sonra nələr baş verəcək?
Bu gün, 06:05
"Firəngiz xanım rusdilli idi, ədəbiyyatı, qəzəli o qədər də bilmirdi"
Bu gün, 06:02
Yasamalın icra başçısı qanunları belə pozdu - FOTOLAR
Bu gün, 05:50
Sərdar Cəlaloğludan Ayaz Salayevə SƏRT SÖZLƏR - "Rusu gözümüzə soxma..."
Bu gün, 05:45
"Sosial şəbəkələrdə yazırlar ki, evdən dəstək var" - VİDEO
Bu gün, 05:19
"İsa Qəmbər LGBT-nin nə olduğunu bilmir?" - Tənzilə Rüstəmxanlı
Bu gün, 05:13
Britaniya fevralın 24-də Ukraynaya yeni yardım paketini açıqlayacaq - “Daily Telegraph”
Bu gün, 05:05
Agentliyin 2,4 milyonluq tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 00:05
“Arkoz İnşaat Şirkəti”nin 107 min manata yaxın - VERGİ BORCU VAR
Bu gün, 00:02
Paris-İrəvan hərbi əməkdaşlığı müzakirə edildi
Dünən, 21:56
Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib - XİN
Dünən, 21:49
İrəvan Bakının tələbləri ilə razılaşdı: Paşinyan vaxt qazanır? - AKTUAL
Dünən, 19:00
Konstitusiya dəyişikliyi Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıra bilər - GÖZLƏNTİ
Dünən, 18:58
Ukrayna təbii sərvətlərə dair saziş layihəsini ABŞ-yə göndərib - TASS
Dünən, 18:07
Putin yenə “Oreşnik”dən danışdı: - Günəşin temperaturu...
Dünən, 18:06
Türk millətinin bir adı, bir dili var, o da bəllidir - Akif Aşırlı
Dünən, 18:03
İrəvan məhkəməsi Merdzavanda atışma işi üzrə beşinci fiqurantı həbs edib - TƏFƏRRÜAT
Dünən, 18:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru