Vətən müharibəsi iştirakçısı olan vəkil vəfat etdi .....                     Şeyxin etiraz etdiyi BU QANUN .....                     Hərbi parad həm də... .....                     “Tik-tokerlərin “lüks həyat” görüntülərinin arxasında təhlükəli plan var” .....                     “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin vergi borcu olan şirkətlə yarımmilyonluq planı .....                     Pensiya sistemində dəyişiklik: Yaş artacaq, ya məbləğ? .....                     Elektromobil alanı cəzalandırmaq məntiqsiz addımdır .....                     Azərbaycan Bayrağı dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir .....                     Sərkisyan deyib ki, istefasından sonra Putin ona 3 dəfə zəng edib... .....                     AMEA müqəddəs yerdir: İMKAN VERİN, YESİNLƏR... .....                     LEVİTAN, ŞƏMİSTAN BƏY, MÜMTAZ... .....                     Mahir Emreli ağır zədələndi, gözyaşlarını saxlaya bilmədi .....                     Gecə ərzində Rusiya üzərində 44 Ukrayna PUA-sı vurulub .....                     Bu parad həm də o demək idi ki... .....                     Əliyevin ZƏFƏR YÜRÜŞÜ... .....                     Burda sığorta olundunsa... BATDIN! .....                     ABŞ-nin ŞATDAUN QAYĞISI .....                     `Baku Electronics` mənşəyi bəlli olmayan məhsulları satır .....                     Dövlət qurumlarında planlanan YENİ İXTİSAR DALĞASI .....                     Keçmiş deputatın şirkəti XALQA QARŞI... .....                     Qalıcı sülh iradəsinin ehtişamı .....                     Təhsildə Keyfiyyət Təminatı Agentliyinin KEYFİYYƏTSİZ İŞLƏRİ .....                     Göygöl səhiyyəsində SAXTA TENDER HOQQASI .....                     GDU nə idi ki... nəzdindəki də nəsə olsun... .....                     Hesablama Palatası sədrinin milyonçu qaynatası YANLIŞ HESAB APARDI VƏ... .....                     Zəfər Günü dünyada və regionda yeni reallıqlar .....                     Rusiya xarici işlər naziri postunda kimin olmasının əhəmiyyəti yoxdur .....                     AZTV-nin aparıcısı işini tərk edib dənizçi oldu .....                     "Xəstə kimi olmuşdum, görəsən, mənə nə demək istəyirdi" .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     “Parad revanşistlərə xəbərdarlıq, dostlara isə güvən mesajıdır” .....                     Əfqanıstandan çıxmaq alyansın ən böyük məğlubiyyəti idi .....                     Övladı əsgərliyə gedən .....                     İcra hakimiyyətinin binasına sərxoş vəziyyətdə girən şəxs həbs edildi .....                     "Azerbaijan Rigs" MMC auditor .....                     Ata ilə oğulun `ANA VƏTƏN` DAVASI... .....                     Azərbaycandan sonra digər ölkələr də bu addımı atmağa başlayıb .....                     "Bəzi yerlərdə rusların sayı Ukrayna döyüşçülərindən 20 dəfə çoxdur..." .....                     “Həmin zabit əsgərlərinə deyib ki, indi də gedirik bizdən incik Şuşanın könlünü almağa...” .....                     Tramp G20-nin Cənubi Afrikada keçirilməsini rüsvayçılıq adlandırdı .....                 

Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Tarix: 4-02-2025, 09:03 | Çap et
Gürcüstandan Azərbaycana ZƏRBƏ
Gürcüstanın “İMEDİ” televiziya kanalında Azərbaycana məxsus “Basqalı” rəqsi növbəti dəfə təhrif edilərək “Somxuri şalaxo” - “erməni şalaxosu” kimi təqdim olunub. Musavat.com bildirir ki, bu dəfə gürcü müğənni Tamar Kotetişvili sintezatorun müşayiəti ilə Azərbaycanın Xalq artisti Aftandil İsrafilovun müəllifi və ifaçısı olduğu məşhur “Basqalı” rəqsinə (musiqisinə) yazılmış mahnını “erməni şalaxosu” adı altında ifa edib.

Qeyd edək ki, bu, ilk belə hal deyil. Ötən ilin sentyabrında “İMEDİ” kanalında yayımlanan “Çveni şou” proqramında müğənni Dodona Namoradze, 2023-cü ilin noyabrında isə “1TV.GE” telekanalında yayımlanan “Natalia & Datuna” şou proqramında müğənni Natalia oxşar addım atmışdı.

Bundan başqa, ötən ilin may ayında “Rustavi” telekanalında yayımlanan “Paatas da Nikas şou” proqramında Azərbaycan xalq mahnısı “Bu qala, daşlı qala” “Sənə sevgi söz verirəm” adı ilə gürcü dilində təqdim edilmişdi.

Məsələ ilə bağlı Azərbaycan Əqli Mülkiyyət Agentliyi Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi “SAKPATENTİ”nin rəhbərliyinə rəsmi müraciət ünvanlamışdı. Görünən odur ki, Gürcüstan televiziya kanalları Azərbaycan musiqi və rəqslərinin müəlliflik hüquqlarını pozmaqda davam edir. “Son məsələ ilə bağlı Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi "Sakpatenti"nin rəhbərliyinə zəng olunaraq xəbərdarlıq edilib". Bu barədə Azərbaycan Əqli Mülkiyyət Agentliyindən Musavat.com-a bildirilib.

Azərbaycanın xəbərdarlıqlarına baxmayaraq, Gürcüstanın "IMEDI" televiziya kanalında ölkəmizə məxsus “Basqalı” rəqsinin növbəti dəfə təhrif edilərək “Somxuri şalaxo” - “erməni şalaxosu” kimi təqdim olunduğu haqda məlumat vermişik. Bu dəfə gürcü müğənni Tamar Kotetişvili sintezatorun müşayiəti ilə Azərbaycanın Xalq artisti Aftandil İsrafilovun müəllifi və ifaçısı olduğu məşhur “Basqalı” rəqsinə (musiqisinə) yazılmış mahnını “erməni şalaxosu” adı altında ifa edib.

Məsələ ilə bağlı rəsmi reaksiya verilib. Qurumdan Musavat.com-a verilən açıqlamada bildirilib ki, bununla “Azərbaycan Respublikasının Xalq artisti Aftandil İsrafilovun müəllifi və ifaçısı olduğu məşhur "Basqalı" rəqsi ilə müşayiət olunan mahnının “Somxuri şalaxo” - “erməni şalaxosu” kompozisiyası kimi təqdim olunması ilə bağlı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi ilə Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi “Sakpatenti”nin rəhbərliyi arasında telefon danışığı olub. Danışıq əsnasında qeyd edilən məsələ barədə daha öncə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən “Sakpatenti”yə məktub ünvanlandığı, “Sakpatenti” tərəfindən isə bu məsələnin həlli üçün lazımi tədbirlərin görüləcəyi barədə rəsmi cavab verilməsinə baxmayaraq, bu halın təkrarlanmasının Azərbaycan tərəfini ciddi narahat etdiyi vurğulanıb. Eyni zamanda bu halın Azərbaycan və Gürcüstan arasında olan ikitərəfli dostluq münasibətlərinə zidd olduğu qeyd edilib. “Sakpatenti” rəhbərliyi tərəfindən Gürcüstan kanallarına belə halların yolverilməz olduğu barədə rəsmi ciddi xəbərdarlıq edildiyi, nəzarətin daha da gücləndiriləcəyi və nəticə barədə agentliyə əlavə məlumat veriləcəyi bildirilib".

Məsələ ilə bağlı agentliyin eksperti, xalq artisti, bəstəkar Faiq Sücəddinov “Yeni Müsavat”a danışıb: “Ermənilər Aftandil İsrafilovun təkcə "Basqalı" deyil, “Yeni Bakı” rəqsinə də “sahib” çıxmışdılar. Zamanında Aftandil İsrafilov sağ ikən həmin rəqslərin notlarını yazmışdı, "Aftandilin rəqsləri" adlı kitabını dərc etdirmişdi. “Basqalı” rəqsi bundan əvvəl də dəfələrlə Gürcüstan kanalında və digər yerlərdə erməni “şalaxosu” kimi təqdim edilib. Biz isə Əqli Mülkiyyət Agentliyinin üzvləri olaraq xəbərdarlıq etmişik, demişik, araşdırmışıq və aidiyyəti qurumlara da məlumat göndərmişik. Hər şey aydındır - bu rəqsin kim tərəfindən və hansı ildə bəstələndiyini göstərən bütün tarixlər və notlar var. Amma yenə də müəllif hüquqlarına əməl olunmur. Ermənilərin Azərbaycan musiqisini oğurlaması yeni məsələ deyil. Hələ ötən əsrin əvvəllərində Üzeyir Hacıbəyovun məşhur “O olmasın, bu olsun” və “Arşın mal alan” operettalarına sahib çıxmağa çalışıblar. 1940-cı illərdə bir erməni Amerika ictimaiyyətini inandırmağa çalışmışdı ki, guya “Arşın mal alan” operettası ona məxsusdur. Bu məsələyə dövlət başçısı səviyyəsində müdaxilə olunmuş və əsərin Üzeyir Hacıbəyova, yəni Azərbaycana məxsus olduğu bildirilib. Həmçinin ötən əsrin 70-ci illərində Xaçaturyan “Spartak” baletinə “Uzundərə” rəqsini yazmışdı. Həmin vaxt bizim bir çox mahnılarımız, rəqslərimiz oğurlanmışdı.

Xatırlayırsınızsa, bu yaxınlarda rusiyalı müğənni Avraam Russo Soçidə keçirilən “Pesnya Goda” adlı gecədə Üzeyir Hacıbəyovun “Çırpınırdı Qara dəniz” əsərini erməni mahnısı kimi təqdim etmişdi. Həmçinin Fikrət Əmirovun “Qarabağ” süitasını ermənilər öz əsərləri kimi qələmə alırlar".

F.Sücəddinovun sözlərinə görə, hətta Amerikada belə bizim mahnılarımızın sözlərini dəyişdirib, öz adlarına çıxırlar: “Əlbəttə ki, gün gələcək, iki dövlət arasında sülh müqaviləsi imzalanacaq və biz Əqli Mülkiyyət Agentliyi olaraq, öz iradlarımızı və tələblərimizi bildirəcəyik. Bununla bağlı qanun və cərimələr mövcuddur. Bizim o qədər zəngin musiqimiz var ki, müxtəlif millətlər bu musiqiləri mənimsəməyə çalışırlar. Elə götürək gürcüləri - onlar da bizim mahnılarımızı öz adlarına çıxarıblar. "Şalaxo" rəqsi Azərbaycan rəqsidir, amma gürcü rəqsi kimi təqdim edilir. YouTube platformasında bunu aydın görmək mümkündür. Gürcülər, yəhudilər və demək olar ki, bütün Qafqaz xalqları bizim musiqimizə sahiblənirlər. Çünki onların musiqiləri çox bəsit və maraqsızdır. Amma Azərbaycanın musiqisi olduqca zəngindir və buna görə də onu "çırpışdırırlar". Beləliklə, bizim xalq mahnılarımız və xalq rəqslərimiz konsertlərdə, televiziya verilişlərində səsləndirilir, bizim adımız çəkilmir. Yüzlərlə mahnımız Yunanıstanda erməni dilində oxunur. Bəs çıxış yolu nədir? Əlbəttə ki, bizim radio və televiziya kanalları bu musiqiləri təbliğ etməlidir. Təbliğatdan çox şey asılıdır. Xalq musiqimiz radiolarda və televiziya kanallarında səslənirmi? Əlbəttə ki, yox! Xalq mahnılarımız və rəqslərimiz var, onlar yayımlanmalıdır. Əgər başqa xalqlar bizim musiqimizə sahib çıxırsa, biz də bu musiqiləri geniş şəkildə təbliğ etməliyik. Toylarımızda ifa olunmalıdır. Xaricə qastroldan gedən musiqiçilərimiz Azərbaycan musiqisini tanıtmalıdırlar. Beləliklə, musiqi mədəniyyətimizin qorunması üçün təkcə etiraz bildirmək kifayət deyil, həm də onu dünyada daha çox tanıtmaq, təbliğ etmək lazımdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vətən müharibəsi iştirakçısı olan vəkil vəfat etdi
Bu gün, 13:23
Şeyxin etiraz etdiyi BU QANUN yenidən gündəmdə
Bu gün, 13:18
Hərbi parad həm də... GÜC NÜMAYİŞİDİR...
Bu gün, 11:00
“Tik-tokerlərin “lüks həyat” görüntülərinin arxasında təhlükəli plan var” - FAKT BUDUR!
Bu gün, 10:58
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin vergi borcu olan şirkətlə yarımmilyonluq planı - TƏFƏRRÜAT
Bu gün, 10:55
Pensiya sistemində dəyişiklik: Yaş artacaq, ya məbləğ? - Görünəni odur ki...
Bu gün, 10:52
Elektromobil alanı cəzalandırmaq məntiqsiz addımdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:00
Azərbaycan Bayrağı dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir - MƏQALƏ
Bu gün, 09:54
Sərkisyan deyib ki, istefasından sonra Putin ona 3 dəfə zəng edib... - Nədən danışıblar?..
Bu gün, 09:08
AMEA müqəddəs yerdir: İMKAN VERİN, YESİNLƏR... - ETİRAZ VAR!
Bu gün, 09:06
LEVİTAN, ŞƏMİSTAN BƏY, MÜMTAZ... - replika
Bu gün, 09:01
Mahir Emreli ağır zədələndi, gözyaşlarını saxlaya bilmədi - FOTO
Bu gün, 08:56
Gecə ərzində Rusiya üzərində 44 Ukrayna PUA-sı vurulub - KİV
Bu gün, 08:31
Bu parad həm də o demək idi ki... - SÖZARDI...
Bu gün, 08:27
Əliyevin ZƏFƏR YÜRÜŞÜ... - GƏLİŞMƏ
Bu gün, 08:24
Burda sığorta olundunsa... BATDIN! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:20
ABŞ-nin ŞATDAUN QAYĞISI - Müzakirə davam edir...
Bu gün, 08:11
`Baku Electronics` mənşəyi bəlli olmayan məhsulları satır - Rəsmi qurumlar HARA BAXIR?
Bu gün, 08:09
Dövlət qurumlarında planlanan YENİ İXTİSAR DALĞASI - BELƏ HARA GEDİRİK?
Bu gün, 08:03
Keçmiş deputatın şirkəti XALQA QARŞI... - GİLEY
Bu gün, 07:59
Qalıcı sülh iradəsinin ehtişamı - Bahəddin Həzi yazır...
Bu gün, 07:45
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin KEYFİYYƏTSİZ İŞLƏRİ - NARAZILIQ VAR...
Bu gün, 07:36
Göygöl səhiyyəsində SAXTA TENDER HOQQASI - BU NƏDİ BELƏ?
Bu gün, 07:31
GDU nə idi ki... nəzdindəki də nəsə olsun... - İTTİHAM VAR...
Bu gün, 07:27
Hesablama Palatası sədrinin milyonçu qaynatası YANLIŞ HESAB APARDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 07:07
Zəfər Günü dünyada və regionda yeni reallıqlar - İNCƏLƏMƏ
Bu gün, 07:01
Rusiya xarici işlər naziri postunda kimin olmasının əhəmiyyəti yoxdur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:57
AZTV-nin aparıcısı işini tərk edib dənizçi oldu - “Arzum gəmi kapitanı olmaqdır”
Bu gün, 06:54
"Xəstə kimi olmuşdum, görəsən, mənə nə demək istəyirdi" - Xalq artisti
Bu gün, 06:51
MİNLƏRLƏ CAN QURBAN OLDU... - Günün qutlu olsun, BAYRAĞIM!
Bu gün, 06:42
“Parad revanşistlərə xəbərdarlıq, dostlara isə güvən mesajıdır” - AKTUAL
Bu gün, 06:37
Əfqanıstandan çıxmaq alyansın ən böyük məğlubiyyəti idi - NATO-nun sabiq baş katibi
Bu gün, 06:34
Övladı əsgərliyə gedən DEPUTATLAR
Dünən, 11:00
İcra hakimiyyətinin binasına sərxoş vəziyyətdə girən şəxs həbs edildi - TƏFƏRRÜAT
Dünən, 10:58
"Azerbaijan Rigs" MMC auditor - SEÇİR
Dünən, 10:53
Ata ilə oğulun `ANA VƏTƏN` DAVASI... - AÇIQLAMA
Dünən, 10:49
Azərbaycandan sonra digər ölkələr də bu addımı atmağa başlayıb - bərpası mümkündürmü?
Dünən, 10:46
"Bəzi yerlərdə rusların sayı Ukrayna döyüşçülərindən 20 dəfə çoxdur..." - Hərbçi Pokrovskdakı vəziyyətdən danışır...
Dünən, 10:44
“Həmin zabit əsgərlərinə deyib ki, indi də gedirik bizdən incik Şuşanın könlünü almağa...” - xalq artisti
Dünən, 10:18
Tramp G20-nin Cənubi Afrikada keçirilməsini rüsvayçılıq adlandırdı - Heç bir ABŞ rəsmisi iştirak etməyəcək
Dünən, 10:11
Nazir müavininə yaxın şirkət Qubada bayram tədbiri keçirəcək - TƏFƏRRÜAT
Dünən, 10:06
Pokrovskun itirilməsi Ukrayna üçün fəlakət deyil, lakin...
Dünən, 09:44
Swiss Dent klinikası: Bura qəssabxanadır, yoxsa?.. - NARAZILIQ VAR...
Dünən, 09:42
Paşinyandan Qarabağ açıqlaması - Səhvə yol verdim
Dünən, 09:33
İşdən çıxarılan direktor Təhsil İdarəsini məhkəməyə verib - TƏFƏRRÜAT
Dünən, 09:31
Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir - Sərdar Cəlaloğlu
Dünən, 09:25
Üç qonşu ölkənin tale ortaqlığının uzunömürlü olması bir halda mümkündür - analitikin proqnozu
Dünən, 09:20
Geosiyasətdə yeni ünvan: Ağ Ev üzünü Azərbaycana çevirir - İNCƏLƏMƏ
Dünən, 09:18
Rusiya helikopterinin vurulmasına Prezident necə reaksiya vermişdi? - Nazir açıqladı
Dünən, 09:15
Vardanyanın Bakıdan sarsaq çağırışı - Maddəsi ağırlaşa bilər
Dünən, 09:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru