"Bakıda maşınlarla bərabər adamlar da yaşayır". Bu cümləni bir neçə il əvvəl yazmışdıq. Söhbət paytaxtda ucu-bucağı görünməyən tıxaclarla bağlı idi. Ancaq bu problem öz həllini tapmır. Üstəlik hər gün vəziyyət getdikcə daha da mürəkkəbləşir. Bu, "Əhmədli" ilə "Həzi Aslanov"un ortasında qalan "Ukrayna" dairəsində daha da qabarıq görünür. ...Onsuz da bu dairədə avtomobillərin hərəkətində bir sistemsizlik, qəlizlik var idi. Ancaq yol xidmətləri burada vəziyyəti daha da çətinləşdiriblər. Guya avtomobillərin hərəkətini asanlaşdırmaq istəyiblər, ancaq daha da dolaşdırıblar. Daş maneələrlə ayırıcı yollar formalaşdırıblar. "Ayrılan" yollara sığışmayan nəqliyyat vasitələri dairədə və bu dairəyə birləşən küçələrdə sıxlığı daha da artırıb. Həmin ərazidə tıxacların uzanmasına səbəb bu yolun ayrılması olub. Bakı şəhər İcra Hakimiyyəti, AYNA və başqa qurumlar bunu edərkən nə düşünüblər, necə düşünüblər, hətta düşünüblərmi? Bilinmir.
Bir sözlə, qaş düzəltdikləri yerdə vurub göz çıxarıblar...