İrəvandan Tehrana uçan təyyarə Təbrizdə məcburi eniş etdi - "Azad İran"
Tarix: 2-01-2025, 12:00 |
Çap et
Ermənistandan İrana səfər edən təyyarə təyinat məntəqəsinə çatmamış məcburi eniş etmək məcburiyyətində qalıb.
Axar.az xəbər "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Şərqi Azərbaycan vilayətinin Hava Limanları Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, "Caspian Airlines" aviaşirkətinin İrəvandan Tehranın İmam Xomeyni adına Beynəlxalq Hava Limanına gedən 7950 saylı reysi texniki nasazlıq səbəbindən Təbriz hava limanına eniş etməli olub.
"Təyyarədə 92 sərnişin olub. Onlar özlərini yaxşı hiss edirlər və texniki nasazlıq aradan qaldırıldıqdan sonra uçuşun bərpa olunmasını gözləyirlər", - məlumatda vurğulanıb.