İYİ Partiya DEM heyətini qəbul etmədi
Tarix: 4-01-2025, 11:13 |
Çap et
Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) heyəti partiyalarla görüşməyə davam edir.
"Cebheinfo.az" xəbər verir ki, lakin İYİ Partiya onların görüş təklifini qəbul etməyib.
Partiya sədri Müsavat Dərvişoğlu DEM heyəti ilə müzakirə aparmayacaqlarını deyib:
"İYİ Partiya olaraq cümhuriyyət düşmənləri ilə müzakirə edəcək heç nəyimiz yoxdur. Əfv edilməyə çalışılan terror qruplaşması, sözdə lideri, onları qanuniləşdirmək istəyən sözçüləri, ortaqları və heç bir siyasi məsuliyyəti olmayan heyətləri ilə qətiyyən müzakirə aparmayacağıq. Biz problemlərimizi danışmağa deyil, problemlərimizin mənbəyi ilə müzakirəyə qarşıyıq".