Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “916” Çağrı Mərkəzi bayram günlərində də fəaliyyətini fasiləsiz davam etdirib. "DİA-AZ" xəbər verir ki, müraciətlər 2024-cü il 29 dekabr tarixindən 2025-ci il 5 yanvar tarixinədək Çağrı Mərkəzi vasitəsi ilə qəbul edilib. Daxil olmuş müraciətlər əsasən Ombudsmanın Milli Preventiv Mexanizm mandatına aid olan məsələlər, o cümlədən qanunsuz saxlama, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə müayinə və müalicəsinin təşkili, saxlanılan şəxslə görüşün təşkili, saxlanılan şəxs barəsində yaxınlarına məlumat verilməməsi ilə bağlı olub. Həmin məsələlər dərhal müvafiq qurumlar qarşısında qaldırılmaqla araşdırılıb və vətəndaşların müraciətləri təmin edilib.