Ermənistanın himayədarı İrandır .....                     Gədəbəy İcra Hakimiyyəti 139 minlik tenderdən məhrum edildi .....                     "Adil Əliyev bizi çağırıb dedi ki..." .....                     Deputatlar Həcc ziyarətində .....                     Cərimələrin artımı nə üçün bütün qanun pozuntularına aid edilmir? .....                     “Qara qutu” niyə Azərbaycana gətirilmədi? .....                     Ömrünü kirayələrdə keçirdi, xərçəngin qurbanı oldu: .....                     "Facebook" fakt-yoxlamanı və senzuranı dayandırır .....                     Ermənistan Azərbaycana sülh sazişi layihəsinin iki bəndi ilə bağlı .....                     Tiktoker "Nurdan" həbs edildi .....                     Mülayim cənub-qərb küləyi əsəcək .....                     Baş prokurorluqda YENİ TƏYİNATLAR .....                     Eritreyadakı gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan vətəndaşıdır, .....                     "Juninyonun cibindən bir milyon ödəyəcəyi yalan xəbər idi" .....                     Paşinyanla görüşlə bağlı .....                     “İcra başçısı olanda 3 il birgə yaşadıq, obyekti də özü hədiyyə etmişdi” .....                     İran Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlib .....                     Fransa əgər bizimlə dil tapmaq istəyirsə... .....                     Müəllimlərin də maaşı artırılacaq? .....                     Azərbaycanla delimitasiya üzrə Komissiyanın iclası yaxın vaxtlarda keçiriləcək .....                     “Deyirlər ki, get, hara istəyirsən şikayət et” .....                     Tramp Kopenhagendən də cavab aldı .....                     Həbs edilən diplomatdan nə xəbər? .....                     Naxçıvanda nə baş verir: Talıbovları himayə edən qruplaşma var .....                     Hərbi hissələr və həbsxanalardakı seçki məntəqələrində seçici siyahılarının dəqiqləşdirilməsi .....                     SOCAR İnsan Resursları Portalında NONSENS!!! .....                     "Ərim köhnə kişilərdəndir, istədiyimin fotosunu atıram, pulunu göndərir" .....                     Müğənnilərin sayı NİYƏ ARTIB? .....                     “Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, .....                     Neft qiymətləri bahalaşır .....                     Yaxşı olar ki, Tehran odla oynamasın .....                     "Hətta İntiqam Əliyev işi şəxsən nəzarətinə götürdüyünü dedi, lakin..." .....                     Sərkisyanın gizli planı Köçəryanı hiddətləndirdi .....                     Kritik seçim: Vaşinqton ya Ankaranı seçəcək, ya da... .....                     ÖRTÜLÜ BAZAR bizə ona görə yaddır ki... .....                     Makronun maniakal "erməni sevgisi" Fransaya necə zərbələr vurur? .....                     Burda elə işlər çevrilir ki... .....                     "Mənə deyildi ki, 180 manat qoysan 1000 manat götürəcəksən" .....                     Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib .....                     Ölkəyə 41 qızıl külçə keçirən vəzifəli şəxsin FOTOSU .....                 

Tehranın Zəngəzur qorxusu: - Pərdə arxasındakı 4 SƏBƏB
Tarix: Dünən, 13:05 | Çap et
Tehranın Zəngəzur qorxusu:
İran Zəngəzur dəhlizi məsələsində Türkiyə ilə hesablaşmaq məcburiyyətində ola bilər.

İran nümayində heyəti bu yaxınlarda Türkiyəyə səfər edəcək. Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayil Bəqayi jurnalistlərə açıqlamasında bildirib ki, İran nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində ikitərəfli münasibətlər və regional məsələlərlə yanaşı, Zəngəzur dəhlizi barədə də müzakirələr aparacaq.

Bəqayi bəyan edib ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ İranla Türkiyə arasında texniki xarakter daşıyır və siyasi kontekstdə qiymətləndiriləcək. Bəqayi İranın bu məsələdə mövqeyinin dəyişməz olduğunu bildirib: “İran nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsini alqışladığını bildirərək, ölkələrin suveren hüquqlarına hörmətin zəruriliyini vurğulayıb”.

İran XİN rəsmisi əlavə edib ki, müzakirələrin nəticələri həm regional nəqliyyat layihələri, həm də Azərbaycan-Türkiyə-İran əməkdaşlığı baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə vurğulamaq lazımdır ki, Cənubi Qafqaz regionu həm Türkiyə, həm də İranın xarici siyasət gündəmində və strategiyasında xüsusi əhəmiyyət daşıyır.

Hər iki ölkənin bu regiona baxış bucaqları fərqlidir. Düzdür, Ankara və Tehran, eləcə də Moskva Cənubi Qafqazda proseslərin region ölkələri tərəfindən nizamlanmasının tərəfdarıdırlar, amma bu regionla bağlı bir çox məsələlərdə maraqları hər zaman toqquşub.

Böyük ehtimalla, bundan sonra da maraqların toqquşması davam edəcək. Zəngəzur dəhlizi məsələsinə gəlincə, Türkiyə bu dəhlizə öz iqtisadi maraqları baxımından müsbət, İran isə mənfi baxır. Ankara Zəngəzur dəhlizini onun geosiyasi və geoiqtisadi güc mərkəzinə çevrilməsinə yol açacaq amil, Tehran isə öz təhlükəsizliyinə təhdid kimi görür.

Ümumiyyətlə, bir sıra səbəblərdən dolayı Türkiyə və İranın Zəngəzur dəhlizi məsələsində ortaq məxrəcə gəlməsi qeyri-mümkündür.

Birincisi, Zəngəzur dəhlizinin açılacağı təqdirdə Türkiyə Cənubi Qafqazda siyasi, iqtisadi və hərbi cəhətdən daha da möhkəmlənəcək, geosiyasi və geostrateji güc mərkəzinə çevriləcək.

Eyni zamanda, Türkiyə Cənubi Qafqaz və Xəzər dənizi üzərindən Mərkəzi Asiyaya çıxış imkanları əldə edəcək. Bununla da Ankaranın bu böyük regionda geosiyasi və geoiqtisadi imkanlarının artmasına münasib şərait yaranacaq. Hətta Türkiyənin Çinlə daha yaxın təmasları olacaq.

İkincisi, Zəngəzur dəhlizi vahid Türk dünyasının formalaşmasına yol açacaq. Bu dəhliz sayəsində Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri - Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan arasında iqtisadi-siyasi birlik, o cümlədən enerji və nəqliyyat kommunikasiya xətləri təmin olunacaq. İran hakimiyyəti hər iki amili özünün regional və təhlükəsizlik maraqları üçün qəbuledilməz sayır.

İranın hərbi-siyasi dairələrində hesab edirlər ki, Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi və vahid Türk dünyasının formalaşması ölkə daxilində Azərbaycan türklərinin sıx məskunlaşdığı ərazilərə təsir göstərəcək. Onların düşüncələrinə görə, bu, Azərbaycan türkləri arasında milli dövlətçilik məfkurəsinin geniş şəkildə yayılmasına səbəb ola bilər.

Üçüncüsü, Zəngəzur dəhlizinin açılması Avropa ilə Asiyanı və Cənubi Qafqaz ilə Mərkəzi Asiyanı birləşdirən “Orta Dəhliz”in tam şəkildə reallaşmasına gətirib çıxaracaq. Bu dəhliz sahəsində nəinki Türk ölkələri, hətta Avropa ilə Çin arasında münasib və sərfəli nəqliyyat- kommunikasiya xətlərinin qurulması mümkündür.

Rusiya üzərindən Çin ilə Avropanı birləşdirən şimal yolunun fəaliyyətinin dayanması, Cənubi-şərqi Asiya və İran üzərindən keçən cənub yolun təhlükəli şəraitdə olması və Hind okeanı ilə Yaxın Şərqi birləşdirən yolun açılması ehtimalının aşağı olmasını əsas gətirməklə “Orta Dəhliz”in həyata keçməsini mümkün hesab etmək olar.

Belə demək mümkündürsə, “Orta Dəhliz” Qərb, Türkiyə, Mərkəzi Asiya ölkələri və Çinin maraqlarına tam cavab verir. Qısa zamanda və müəyyən miqdarda maliyyə sərf etməklə bu dəhliz üzərindən həm Qərbə, həm də Şərqə mal və məhsul tədarük etmək istisna deyil. Belə olacağı təqdirdə Çinin “Bir yol, Bir kəmər” strateji layihəsinin Cənub yolunun fəaliyyəti məhdudlaşacaq və tam güc “Orta Dəhliz”ə veriləcək. Bu da İranın milyardlarla vəsait itirməsi deməkdir. Bu amil də İran hakimiyyəti ciddi şəkildə narahat edir.

Dördüncüsü, İran rəhbərliyində belə bir qorxu var ki, Zəngəzəur dəhlizinin reallaşması İranın Avropaya gedən yolunu bağlayacaq. Halbuki bu, çox absurd görünür. Çünki Cənubi Qafqaz həm Şimal-Cənub, həm də Qərb-Şərq qovşağının mərkəzinə çevrilib. Bütün bunlarla yanaşı, Tehran, həmçinin hesab edir ki, Zəngəzur dəhlizi NATO-nun da Cənubi Qafqazda güclənməsinə imkan yaradacaq.

Sözsüz ki, bütün bu səbəblərə görə İran hakimiyyəti Zəngəzur dəhlizinin reallaşmasına hər vəchlə mane olmaqda davam edəcək.

Yaxın zamanda Tehranın öz niyyətindən əl çəkəcəyi inandırıcı görünmür. Tehran Ermənistanı Azərbaycan və Türkiyə ilə bu məsələni müzakirə etməkdən çəkinməyə vadar edəcək və hər vasitə ilə maneə yaradacaq. Amma İran nə qədər cəhd etsə də, öz məqsədinə və amalına nail ola bilməyəcək. Azərbaycan və Türkiyə bu məsələdə də qalib çıxacaq. Ermənistanın isə Bakı və Ankaranın şərtlərinə boyun əyməkdən başqa çarəsi olmayacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın himayədarı İrandır - BUNA GÖRƏ DƏ...
Bu gün, 14:00
Gədəbəy İcra Hakimiyyəti 139 minlik tenderdən məhrum edildi
Bu gün, 13:58
"Adil Əliyev bizi çağırıb dedi ki..." - DSX mayoru davadan DANIŞDI
Bu gün, 13:06
Deputatlar Həcc ziyarətində - VİDEO
Bu gün, 13:03
Cərimələrin artımı nə üçün bütün qanun pozuntularına aid edilmir? - AÇIQLAMA
Bu gün, 13:01
“Qara qutu” niyə Azərbaycana gətirilmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:59
Ömrünü kirayələrdə keçirdi, xərçəngin qurbanı oldu: - Novruz Qartalın ANIM GÜNÜDÜR
Bu gün, 12:57
"Facebook" fakt-yoxlamanı və senzuranı dayandırır - "Dezo" çoxalacaq?
Bu gün, 12:54
Ermənistan Azərbaycana sülh sazişi layihəsinin iki bəndi ilə bağlı təkliflər göndərib
Bu gün, 12:49
Tiktoker "Nurdan" həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 12:47
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:43
Baş prokurorluqda YENİ TƏYİNATLAR - ƏMR
Bu gün, 12:40
Eritreyadakı gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan vətəndaşıdır, XİN məsələni nəzarətə götürüb
Bu gün, 12:33
"Juninyonun cibindən bir milyon ödəyəcəyi yalan xəbər idi" - "Qarabağ" rəsmisi
Bu gün, 12:32
Paşinyanla görüşlə bağlı Misir Mərdanovdan AÇIQLAMA
Bu gün, 12:31
“İcra başçısı olanda 3 il birgə yaşadıq, obyekti də özü hədiyyə etmişdi” - TƏFƏRRÜAT
Bu gün, 12:24
İran Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlib - “Tasnim”
Bu gün, 12:21
Fransa əgər bizimlə dil tapmaq istəyirsə... - Makron buyurub BAKIYA GƏLƏ BİLƏR...
Bu gün, 12:19
Müəllimlərin də maaşı artırılacaq? - Deputatdan REAKSİYA
Bu gün, 12:12
Azərbaycanla delimitasiya üzrə Komissiyanın iclası yaxın vaxtlarda keçiriləcək - Paşinyanın müavini
Bu gün, 12:09
“Deyirlər ki, get, hara istəyirsən şikayət et” - GİLEY
Bu gün, 12:07
Tramp Kopenhagendən də cavab aldı - “TV 2” telekanalı
Bu gün, 12:02
Həbs edilən diplomatdan nə xəbər? - "Sözügedən məsələ ilə bağlı hələlik..."
Bu gün, 11:52
Naxçıvanda nə baş verir: Talıbovları himayə edən qruplaşma var – ŞOK İTTİHAM
Bu gün, 11:49
Hərbi hissələr və həbsxanalardakı seçki məntəqələrində seçici siyahılarının dəqiqləşdirilməsi sabah başa çatır
Bu gün, 11:41
SOCAR İnsan Resursları Portalında NONSENS!!! - "Bu nə absurd bir vakansiya tərtibatıdır?"
Bu gün, 11:40
"Ərim köhnə kişilərdəndir, istədiyimin fotosunu atıram, pulunu göndərir" - VİDEO
Bu gün, 11:30
Müğənnilərin sayı NİYƏ ARTIB? - Nadir Qafarzadə belə İZAH EDİR...
Bu gün, 11:28
“Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, bəzən bunun məsuliyyətini dərk etmirlər”
Bu gün, 11:21
Neft qiymətləri bahalaşır - NƏ BAŞ VERİR?
Bu gün, 11:20
Yaxşı olar ki, Tehran odla oynamasın - UYARI!
Bu gün, 11:15
"Hətta İntiqam Əliyev işi şəxsən nəzarətinə götürdüyünü dedi, lakin..." - NARAZILIQ VAR...
Bu gün, 11:12
Sərkisyanın gizli planı Köçəryanı hiddətləndirdi – Rusiyadan əmr gəldi
Bu gün, 11:06
Kritik seçim: Vaşinqton ya Ankaranı seçəcək, ya da... - Tramp Suriyanı Türkiyənin ixtiyarına buraxacaqmı?
Bu gün, 11:03
ÖRTÜLÜ BAZAR bizə ona görə yaddır ki... - Rəsmi Bakı açıq gedişlər edir...
Bu gün, 11:00
Makronun maniakal "erməni sevgisi" Fransaya necə zərbələr vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:53
Burda elə işlər çevrilir ki... - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 10:50
"Mənə deyildi ki, 180 manat qoysan 1000 manat götürəcəksən" - "LOTEREYA İŞİ"
Bu gün, 10:47
Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Bu gün, 10:45
Ölkəyə 41 qızıl külçə keçirən vəzifəli şəxsin FOTOSU YAYILDI
Bu gün, 10:40
Azərbaycana məxsus 3 gəminin girov götürülməsi ilə bağlı XİN-ə və Eritreyaya məlumat verilib
Bu gün, 10:37
Diaspor işimiz NƏDƏN BÜDRƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 10:35
Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir - MƏQALƏ
Bu gün, 10:26
Bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır - İsrafil Kərimovun yazısı
Bu gün, 10:23
Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi yol üstündə - Çətin durumla üzləşdilər
Bu gün, 10:13
Makron ona görə qəzəblidir ki... - İNCƏLƏMƏ
Bu gün, 10:11
Ermənistanın ABŞ-dan dəstək almaq cəhdi puça çıxacaq - Erməni politoloq
Bu gün, 10:10
Suraxanıda SƏFƏRBƏRLİK PROBLEMİ... - İTTİHAM VAR...
Bu gün, 10:09
Bələdiyyə seçkiləri ilə bağlı səsvermə protokollarının DSK-lara verilməsi sabah başa çatır
Bu gün, 10:04
İrəvan sülhdən daha çox zamana oynayır - FAKT BUDUR!
Bu gün, 09:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru