"Şikayətim "Starex kargo" şirkətindəndir". "DİA-AZ" xəıbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Cəmil Rzayev adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir:
"Bildirmək istəyirəm ki, "Trendyol"dan özüm üçün ayaqqabı sifarişi vermişəm.
Lakin "Starex kargo" şirkətinin səhvi ucbatından mənə tamam fərqli mal göndərilib.
Dəfələrlə şikayət etməyimizə baxmayaraq hələ də məsələ baxılmamış qalıb. Operatorlarınızın laqeyd yanaşmaları da həmçinin narazı olmağıma böyük səbəbdir..."