Cərimələrin artımı nə üçün bütün qanun pozuntularına aid edilmir? - AÇIQLAMA
Məlum olduğu kimi, artıq Azərbaycan cəmiyyətində müxtəlif inzibati pozuntularla bağlı cərimə məbləğləri artırılıb.
Yeni formalaşan VII çağırış Milli Məclisin ilk fəaliyyətində də cərimələrin artdığının şahidi olduq.
Bu isə cəmiyyətdə birmənalı qarşılanmamışdı.
Sözügedən məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov Gununsesi.info-ya açıqlamasında cərimələrin artırılması barəsində olan addımları şərh edib.
Əkrəm Həsənov bildirir ki, cərimələr əslində, ilk növbədə büdcənin doldurulmasına görə artırılır:
“Özümüzü aldatmayaq, burada ilk məqsəd büdcənin doldurulmasıdır. Çünki Azərbaycan büdcəsinin, iqtisadiyyatının ildən ilə problemləri artır. Buna görə də cərimərələr artırılır.”
O, həmçinin bildirib:
“Onu da qeyd edim ki, cərimələrin artırılması hansısa pozuntuların qarşısını qismən də olsa alır. İstənilən halda insan biləndəki müəyyən pozuntuya görə cərimə çoxdur, çəkinir. Təbii ki, həmin qanun layihələrinin müəllifləri bunu belə də izah edirlər. Sadəcə, mən sual verirəm ki, niyə bir hissəsi artırılır, bir hissəsi yox? Nə üçün bütün pozuntulara aid edilmir? Daha ciddi pozuntulara görə Azərbaycanda məsuliyyət daha da sərtləşdirilmir?”