Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? .....                     "Sertifikasiya imtahanı test formatında keçirilməsin" .....                     Ölkəni titrədən generallar hazırda hardadır? .....                     Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... .....                     ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi .....                     TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR .....                     UNEC-in nəzdində daha bir özbaşınalıq .....                     Bu gün Aşuradır .....                     "Xəzər axşamı"nda dəyişiklik .....                     Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib .....                     Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək .....                     "Bir evdə yaşayırıq" .....                     Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... .....                     Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? .....                     Rusiya Azərbaycanı itirdi .....                     Azərbaycanda ən az maaşı kim alır? .....                     Məhkəmə Zaur Naxçıvanskini həbs etdi .....                     “Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda .....                     Sabiq rəis elektron qolbaqda gəzəcək .....                     “Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” .....                     Şimali Kipr üçün yeni imkan: .....                     Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir .....                     İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: .....                     Xankəndi artıq yara deyil... YARIYANDIR... .....                     Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb .....                     İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir .....                     Elşad Xose videoqrafın iddiasına cavab verdi: .....                     Bakı və İrəvana hücumların pərdəarxası .....                     "Mahnımdan əsər-əlamət qalmayıb" .....                     Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? .....                     “Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” .....                     Paşinyanın Ermənistanda açdığı “cəbhə” .....                     ABŞ-ın Azərbaycana marağı təbiidir: .....                     “Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“ .....                     Rövşən müəllim, İRD... heç bir işə yaramır... .....                     “Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər” .....                     Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... .....                     Bakıda adam öldürənlər .....                     “Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq” .....                 

“Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, bəzən bunun məsuliyyətini dərk etmirlər”
Tarix: 8-01-2025, 11:21 | Çap et
“Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib,
Əməkdar mədəniyyət işçisi Nadir Azməmmədov təpədən-dırnağacan kino adamıdır. Ömrünün çox hissəsi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının pavilyonlarında, çəkiliş meydançalarında, dəhlizlərində, montaj otaqlarında keçib. Rejissor assistenti, ikinci rejissor, rejissor kimi filmlərimizin istehsalında yaxından iştirak edib, aktyor olaraq irili-xırdalı rollara çəkilib. Görkəmli sənətkarlarla çiyin-çiyinə çalışıb, həyatda dostluq edib.

Reyting.az xatırladır ki, N. Azməmmədovun rejissor assistenti olduğu “Qanlı zəmi” və “Yaramaz” filmləri Dövlət mükafatlarına layiq görülüb. Lakin təəssüf ki, quruluşçu rejissor kimi bədii ekran əsəri yaratmaq müxtəlif səbəblərdən Nadir müəllimə nəsib olmayıb. Ona görə də hesab edir ki, həm özü, həm də bu sənətdəki bir çox nəsildaşları yaradıcılıq potensiallarını tam realizə edə bilməyiblər.

- Nadir müəllim, “Azərbaycanfilm” kinostudiyası sizin təkcə iş yeriniz yox, həm də təhsil aldığınız bir məkan olub. Azsaylı sənət adamlarındansınız ki, ali məktəbdən əvvəl kinostudiyadakı aktyor kurslarında oxumusunuz. Yəqin ki, “Azərbaycanfilm”ə gəldiyiniz ilk günlər yaxşı yadınızdadır...

- Əlbəttə yaxşı xatırlayıram, axı bu məsələ təsadüfən alınan bir iş deyildi ki, yaddan çıxsın. Əksər yaşıdlarım kimi kinonun sehrinə düşmüşdüm, bu sahə ilə maraqlanırdım. Bu maraq da məni 1971-ci ildə “Azərbaycanfilm” kinostudiyasına gətirdi. Görkəmli rejissor və aktyor, SSRİ Xalq artisti Ədil İsgəndərov kinostudiyanın nəzdində aktyorluq kursu açmışdı, özümü sınamaq üçün müraciət etdim və nəticədə kursa qəbul olundum. Ədil müəllim özü, rejissor və aktyor Əbdül Mahmudbəyov kursun tələbələrinə bu sənətin sirlərini öyrətməyə başladı. Hələ onda heç ali təhsilim də yox idi, yalnız bir il sonra o vaxt İncəsənət İnstitutu adlanan indiki Mədəniyyət və İncəsənət Universitetində rejissor Əşrəf Quliyevin kursuna daxil oldum.

1976-cı ildə ali məktəbi bitirəndə bizim kursun tələbələrinin əksəriyyətini Şəki Dövlət Dram Teatrına göndərdilər, çünki orda dövlət teatrı yenidən bərpa edilirdi, gənc və ali təhsilli aktyorlara ehtiyac var idi. Mənim təyinatımı isə kinostudiyaya verdilər. Amma həmin il kinostudiyada işə düzələ bilmədim.

- Niyə?

- Çünki hərbi xidmətə getdim, 1978-ci ildə əsgərlikdən qayıdandan sonra ştata götürdülər. Həmin vaxt tanınmış rejissorumuz Şamil Mahmudbəyov Əhmədağa Muğanlının ssenarisi ilə “Od içində” filminin çəkilişlərinə başlayırdı. Məni filmin rejissor assistenti təyin etdilər, həm də filmdə epizodik rola çəkildim.

- Filmin bəzi kadrları Lənkəranda lentə alınıb. Həmin vaxt mən orta məktəbdə oxuyurdum, bizim məktəbin yaxınlığında uşaq bağçası var idi, yerli bəylərdən birinin evi olmuşdu. Yadımdadır ki, həmin bağçada bir neçə gün “Od içində” filminin çəkilişləri aparılırdı...

- Bu mənim kinoda debütüm oldu. Film Azərbaycanda sovet hakimiyyətinin qurulması barədə idi, Səməndər Rzayev, Hamlet Xanızadə, Yaşar Nuri, Muxtar Maniyev çəkilirdi. Müğənni kimi tanınmağa başlayan Yalçın Rzazadə də rol almışdı.

Şamil Mahmudbəyov savadlı, geniş dünya görüşünə malik bir insan idi. Onun kimi rejissorla çalışmaq böyük məsuliyyət tələb edirdi, görünür, işim onu qane eləmişdi, sonra məni Həsən Turabovla birgə çəkdikləri “Tənha narın nağılı” filminə də dəvət elədi. Əkrəm Əylislinin povesti əsasında ekranlaşdırılan bu filmdə mən Sadığın atası roluna çəkildim.

- Sosial şəbəkələrdə bir fotonuzu gördüm, əfsanəvi sərkərdə, general Həzi Aslanov rolu üçün qrim olunmuşdunuz deyəsən...

- Mən rejissor assistenti, ikinci rejissor olduğum filmlərin əksəriyyətində həm də müxtəlif rollara çəkilmişəm. 1985-ci ildə kinostudiyada Həzi Aslanovun ömür yolundan, İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlığından bəhs edən film istehsala buraxılırdı. “Sizi dünyalar qədər sevirdim” adlanan həmin filmi Rasim İsmayılov çəkirdi, mən rejissor assistenti təyin olunmuşdum. Baş rol üçün aktyor axtarılanda Rasim müəllimin təklifi ilə Həzi Aslanov obrazı üçün fotoprob deyilən mərhələdə məni də yoxladılar. Amma axtarışlar davam edirdi.

Bir gün Ramiz Novruzla qarşılaşdıq. Həmin vaxtlar Ramiz Novruz Akademik Milli Dram Teatrının truppasına yeni qəbul olunmuşdu, təzə-təzə tanınmağa başlayırdı. Gördüm ki, Ramiz Novruzun həm sifətdən Həzi Aslanova bənzəri var, həm də yerişindən-duruşundan hərbçiyə oxşayır. Rasim İsmayılova bu barədə deyəndə ona çox qəribə gəldi, inanmadı ki, mən aktyor yoldaşıma görə rolumdan imtina edə bilərəm. Ramiz Novruzu sınaq çəkilişlərinə dəvət etdilər və bəyəndilər. O, kinodakı bu obrazı ilə məşhurlaşmağa başladı. Ramiz rəhmətlik dünyasını dəyişənə kimi hər dəfə bu barədə söhbət düşəndə deyirdi ki, məni Həzi Aslanov rolunda birinci dəfə Nadir gördü.

- “Azərbaycanfilm” kinostudiyasının belə deyək də, ən qaynar dövrünün şahidisiniz, yaradıcılıq prosesinin içində olmusunuz. Həmin dövrü necə xatırlayırsınız?

- Həqiqətən də kinostudiyada əsl yaradıcılıq mühiti var idi, bədii və sənədləri filmlər, müasir dillə desək, animasiya filmləri, “Mozalan” üçün süjetlər çəkilirdi. Görkəmli rejissorlar, aktyorlar, operatorlar, rəssamlar, ssenaristlər və redaktorlar, kadr arxasında qalan, tamaşaçıların görmədiyi kino mütəxəssisləri burda çalışırdı. Hər gün belə insanlarla təmasda olmaq, yaradıcılıq prosesində iştirak etmək, sənət barədə müzakirə aparmaq şübhəsiz ki, insana zövq verirdi. Həmişə deyirəm, kinostudiyada təkcə sənət dərsi yox, həm də həyat dərsi almışam. Nəhəng sənətkarlarla dostluq etmişəm, onlardan çox şey öyrənməyə çalışmışam. Bir-bir onların adlarını çəksəm, çox uzun bir siyahı alınar, çox təəssüf ki, onların çoxu indi həyatda yoxdur...

Sizinlə söhbət edə-edə Əjdər İbrahimovla bir yerdə çalışdığım günlər yadıma düşdü. SSRİ xalq artisti Əjdər İbrahimov çox sanballı, nüfuzlu rejissor idi, Vyetnamın milli kinosunu yaratmışdı. Uzun müddət “Mosfilm” kimi böyük bir kinostudiyanın ilk partiya təşkilatının sədri olmuşdu. 1979-cu ildə Əjdər müəllim “Azərbaycanfilm”də Nazim Hikmətin ssenarisi əsasında “Qəribə adam” bədii filmini çəkirdi, mən də həmin filmdə rejissor assistenti kimi işləyirdim. Əsər Türkiyə həyatından bəhs etdiyindən filmə çəkmək üçün bizə xarici avtomobillər lazım idi. O dövrdə də Bakıda belə maşınları barmaqla saymaq olardı. Həmin maşınları da lazım olan günlərdə çəkiliş meydançasına gətirmək üçün Dövlət Avtomobil Müfəttişliyi bizə kömək etməli idi. Lakin bu proses nədənsə uzanırdı, hər gün bir bəhanə gətirirdilər. Bir gün məcbur qalıb məsələni Əjdər müəllimə dedim. Möhkəm əsəbiləşdi, getdik kinostudiyanın direktoru Cəmil Əlibəyovun kabinetinə, problemi ona danışdı. Mənə dedilər ki, sən get, özümüz həll edərik. Növbəti çəkiliş günündə xarici maşınlar bizim sərəncamımızda oldu. Sonra öyrəndim ki, Əjdər İbrahimovla Cəmil Əlibəyov dövlət telefonu ilə Mərkəzi Komitənin birinci katibi Heydər Əliyevlə danışıb filmin çəkilişində yaranan problem barədə məlumat veriblər. Heydər Əliyev də məsələnin həlli üçün dərhal göstəriş verib.

İllər öncə istehsal olunmasına baxmayaraq “Azərbaycanfilm”in çəkdiyi filmlərin əksəriyyətinə bu gün də tamaşaçılar maraqla baxır, filmlərdən sitatlar gətirirlər. Çünki həmin ekran əsərlərini istedadlı və peşəkar insanlar ərsəyə gətirirdi. Hər zaman fəxr edirəm ki, bu işlərdə mənim də zəhmətim olub. Mən Dövlət mükafatına layiq görülən iki filmimizin - Qaçaq Nəbi haqqında Həsən Turabovla Əbdül Mahmudbəyovun birgə çəkdikləri “Qanlı zəmi” və Vaqif Mustafayevin “Yaramaz” filmlərinin ikinci rejissoru olmuşam.

- Amma özünüz quruluşçu rejissor kimi film çəkə bilmədiniz...

- Sovet dövründə kinostudiyanın yazılmamış qaydaları var idi, Moskvada ali təhsil alıb gəlsəydin belə sənə birdən birə heç vaxt çəkməyə film verməzdilər. Gərək rejissor köməkçisi, assistenti, ikinci rejissor kimi mərhələləri keçəydin, sonra qısametrajlı bir film çəkə biləydin. Yalnız bu etapları keçəndən sonra sənə tammetrajlı film çəkməyə icazə verirdilər. Mən də bu mərhələlərin hamısını keçmişdim, sonuncu mərhələ yaxınlaşanda sovet dövləti dağıldı, siyasi-iqtisadi əlaqələr qırıldı, kinoprokat məhv oldu, “Azərbaycanfilm” ağır günlərini yaşadı. Quruluşçu rejissor kimi film çəkmək mənə qismət olmadı. Dediyim kimi, bir siyasi quruluşdan digərinə keçidi yaşadığımızdan tək mən yox, həmyaşıdlarımın çoxu öz istedadlarını, yaradıcılıq potensiallarını tam realizə edə bilmədi. Bu məsələdə özümü də “günahkar” görürəm, çünki həmişə zəmanə adamı yox, həqiqətin adamı olmağa çalışmışam. Elə o vaxt da, indi də belə hesab edirəm ki, zəmanə dəyişə bilir, amma həqiqət heç zaman dəyişmir.

- Deyəsən çəkiliş meydançaları üçün darıxırsınız. Bəzən teleseriallarda rol almağınız bununla bağlıdır?

- Uzun müddət qaynar kino mühiti görən adam üçün indiki dövrü yaşamaq çətindir. Təbii ki, çəkiliş prosesi üçün darıxıram, amma bu demək deyil ki, teleseriallardan gələn hər təklifə dərhal razılaşmalıyam. İndi kino adamı kimi bir çox şeylər məni qane etmir. Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, bəzən bunun məsuliyyətini dərk etmirlər.

“Ata ocağı”, “Sonuncu fəsil” və “Vicdan haqqı” teleseriallarında çəkilmişəm. Adını çəkdiyim sonuncu iki teleserialın rejissoru Rövşən İsaxdır. Rövşənin işləri niyə maraqla baxılır? Çünki Rövşən İsax kinodan gəlib, bu işi bilir. Bayaq dediyim kimi, rejissor olmaq, kino çəkmək üçün gərək kinoda bir neçə mərhələni keçəsən. Təəssüf ki, bəziləri yazılmamış bu qanuna qeyri-ciddi yanaşır və ona görə də ortaya uğurlu bir iş qoya bilmir.

Etibar CƏBRAYILOĞLU
Reyting.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
"Sertifikasiya imtahanı test formatında keçirilməsin" - Ekspertdən yeni TƏKLİF
Bu gün, 06:37
Ölkəni titrədən generallar hazırda hardadır? – Bəzisi vuruldu, bəzi isə…
Bu gün, 06:07
Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... - NƏ ETMƏLİ?
Bu gün, 06:01
ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi - KİV
Bu gün, 05:58
TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI - İLGİNC FAKTLAR
Bu gün, 05:46
Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:43
UNEC-in nəzdində daha bir özbaşınalıq ÜNVANI
Bu gün, 05:35
Bu gün Aşuradır
Bu gün, 00:22
"Xəzər axşamı"nda dəyişiklik - Mətanət gedir
Dünən, 23:34
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Dünən, 23:28
Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək - Daha bir şübhəli tender
Dünən, 18:07
"Bir evdə yaşayırıq"
Dünən, 18:04
Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... - NƏHAYƏT
Dünən, 17:53
Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? – Mühüm detal
Dünən, 17:48
Rusiya Azərbaycanı itirdi - Saakaşvili
Dünən, 17:45
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
Dünən, 17:36
Məhkəmə Zaur Naxçıvanskini həbs etdi - Atası Moskvada öldürülübmüş
Dünən, 17:34
“Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda - Bu dəfə “sağ əli”ndən şikayət edib
Dünən, 17:31
Sabiq rəis elektron qolbaqda gəzəcək - TƏFƏRRÜAT
Dünən, 17:26
“Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” - Aktyordan ŞİKAYƏT
Dünən, 17:22
Şimali Kipr üçün yeni imkan: - Azərbaycan prosesi başladıb
Dünən, 17:19
Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir
Dünən, 17:15
İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: - Sirr kimi saxlanan sənəd
Dünən, 17:09
Xankəndi artıq yara deyil... YARIYANDIR... - İlham Əliyev BELƏ BUYURDU...
Dünən, 17:05
Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb
Dünən, 17:02
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir - AXI HARDANDIR BU SƏRVƏT?
Dünən, 16:58
Elşad Xose videoqrafın iddiasına cavab verdi: - Dəstək məqsədilə bizə yaxınlaşmışdılar
Dünən, 16:52
Bakı və İrəvana hücumların pərdəarxası - Kremlin “qarın ağrısı” varmış
Dünən, 16:49
"Mahnımdan əsər-əlamət qalmayıb" - İfasını pislədi
Dünən, 16:46
Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
Dünən, 16:44
“Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” – Məşhur həkimdən Qənirə Ataşa ismarıc
Dünən, 16:42
Paşinyanın Ermənistanda açdığı “cəbhə” - Xankəndidən İrəvana İSMARIŞ
Dünən, 16:05
ABŞ-ın Azərbaycana marağı təbiidir: - Bakı Vaşinqton üçün olduqca cəlbedici tərəfdaşdır
Dünən, 14:57
“Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“
Dünən, 14:54
Rövşən müəllim, İRD... heç bir işə yaramır... - BU DA FAKT!
Dünən, 14:46
“Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər”
Dünən, 14:37
Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... - Kopıtko
Dünən, 14:01
Bakıda adam öldürənlər HAKİM QARŞISINDA
Dünən, 13:48
“Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq” - Qənirə Ataşova həmin həkimdən yazdı
Dünən, 13:39
Zemfiradan Zaura REAKSİYA: - “Corabı başqa adamlardan soruş"
Dünən, 13:11
Xanlar Vəliyevin adı Konstitusiya Məhkəməsinin saytında yoxdur - SƏBƏB
Dünən, 13:08
Azərbaycanlılara hücumun pərdəarxası – Putinin ilginc səbəbi
Dünən, 13:01
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi - FOTO
Dünən, 12:43
Bu gün Oleq Bakinskiyə hökm oxunacaq – Rusiya FTX zabitinin mülki iddiası təmin olunacaqmı?
Dünən, 12:37
Aqil Abbas polislərin maaşının artırılmasını istəyir: - Ən az maaşı onlar alır
Dünən, 12:34
Cümşüdün ölümünün bir həftəsi: Osmanov vəzifədə qalacaqmı… - AKTUAL
Dünən, 12:27
Müştərisindən “Leobank”a ciddi ittihamlar - "...banklarımız da yalançı və oğrudur"
Dünən, 12:13
Kamil Əliyev özü üçün işıqfor qoydurub – məşhur şirkətə etiraz
Dünən, 12:11
Rusiyanın 5 şəhərində kritik durum – Minlərlə azərbaycanlı…
Dünən, 12:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru