Elnur Şükürov azadlığa çıxdı .....                     Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? .....                     Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq .....                     İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... .....                     "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" .....                     Ermənilərin gözü yenə orda-burda .....                     Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir .....                     Paytaxtda “at oynadan” MTK-lar .....                     Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar .....                     Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu .....                     İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir .....                     Daha bir ekspert Əmrullayevi TOPA TUTDU .....                     Görün, millətə nə yedirdirlər... .....                     Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək .....                     “Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” .....                     Regional Su Meliorasiya Xidmətində OYUNBAZLIQ .....                     "Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" .....                     "Bağlamamı 40 gündür göndərmirlər" .....                     "Deyəndə ki, xoşbəxtəm, deyirlər, yalandan özünü elə göstərir.." .....                     Boran Əzizli təhsil nazirini haqlı saydı .....                     Su, qaz və işığın qiyməti ilə bağlı mühüm xəbər .....                     Qarabağda əhaliyə niyə əkin sahəsi verilmir? .....                     “Həsən Turabovun mənə şərait yaratması yalandır” .....                     Rusiyada yanacaq böhranı dərinləşir: 20-dən çox regionda qıtlıq .....                     Biləsuvarda Heydər Əliyevin abidəsini .....                     Paşinyan sülh tərəfdarlarını səfərbər etmək istəyir .....                     Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb .....                     Xarici kəşfiyyatlar, daxili təxribatlar... .....                     DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq .....                     Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib .....                     Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI .....                     Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? .....                     Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? .....                     Ter-Petrosyandan Paşinyana xəbərdarlıq .....                     Kreml FAKT QARŞISINDA .....                     Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? .....                     Tanınmış ekspert deputatı BİABIR ETDİ... .....                     Xırdalanda yolların təmirinə 1,5 milyon manat .....                     Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq .....                     Dilarənin bikinili fotoları... .....                 

Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Tarix: Bu gün, 07:39 | Çap et

2025-ci ilin sentyabr ayının 8-də Azərbaycanda Süni İntellekt Akademiyasının fəaliyyətə başlaması xəbəri böyük maraq doğurdu.

"Bizimxeber" Live BLOG bildirir ki, informasiyasızlıq səbəbindən insanların çoxu bu Akademiyanın hansısa ali təhsil ocağı və ya imtahanla qəbul olmağın mümkünlüyü ilə qarışdırdı. Sonradan bəlli oldu ki, bu Akademiya sadəcə özəl tədris məkrəzidir. Amma dövlətin maliyyəsi ilə çalışacaq...

Akademiya Prezident İlham Əliyevin təsdiqlədiyi “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” çərçivəsində strategiyaya uyğun yaradılıb. Strategiyada göstərildiyi kimi, Akademiyanın məqsədi süni intellekt sahəsində mühəndis yetişdirmək, dünya reytinqində ilk 10-luqda olan universitetlərlə əməkdaşlıq qurmaq və süni intellekt icması formalaşdırmaqdır.

Akademiyanın açılış mərasimində Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev və Elm və Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə təqdim olunan bu layihə ilk baxışdan dövlət səviyyəli, şəffaf və uzunmüddətli bir təşəbbüs təsiri bağışlayır.

Ancaq məsələyə daha dərindən baxdıqda, bəzi məqamlar suallar doğurur və narahatlıq yaradır.

Məsələn, Süni İntellekt Akademiyasının rəsmi saytında qeyd olunur ki, tədris mərkəzi “Azərbaycan Süni İntellekt Laboratoriyası” tərəfindən təsis edilib və bu laboratoriya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərir. Amma nazirliyin rəsmi strukturu və ictimaiyyətə açıq layihə siyahılarında belə bir laboratoriyanın adı yoxdur. Eyni zamanda, “Azərbaycan Süni İntellekt Laboratoriyası”nın hüquqi statusu və ya nazirliklə institusional bağlılığına dair açıq, rəsmi sənədlər də mövcud deyil. Bu isə “nazirlik nəzdində” ifadəsinin sadəcə PR məqsədli təqdimat olduğunu ehtimal etməyə əsas yaradır.
Bu məqamda diqqət çəkən əsas məsələ laboratoriyanın yaranma tarixçəsidir.

İnternet məlumatlarında qeyd olunur ki, “Azərbaycan Süni İntellekt Laboratoriyası 2019-cu ildə “ATL Tech” adlı özəl texnoloji şirkət tərəfindən yaradılıb. Həmin laboratoriyanın əsas istiqamətləri arasında Azərbaycan dilində nitqin mətnə çevrilməsi (speech-to-text), təbii dilin emalı (NLP), fövqəladə hallar sistemlərinə inteqrasiya kimi layihələr yer alır. Bu laboratoriyanın məhz sonradan “Azərbaycan Süni İntellekt Laboratoriyası” adlandırılması və dövlət layihəsi adı altında təqdim olunması da maraqlı suallar yaradır.

Məlumatlarda qeyd olunur ki, Süni İntellekt Akademiyası "AI Lab” layihəsinin bazasında yaradılıb. Bu barədə daha sonra...

“ATL Tech” şirkəti kimindir?

“ATL Tech” şirkətinin kimə məxsus olduğu məsələsi də diqqətdən yayınmamalıdır. Şirkətin iki həmtəsisçisindən biri fövqəladə hallar nazirinin birinci müavini, general-leytenant Rəfail Mirzəyevin oğlu Rəşad Mirzəyevdir. Rəşad Mirzəyev özünü həmçinin “ATL Group”un təsisçisi və icraçı direktoru kimi təqdim edir. Qrupa “ATL Academy”, “ATL Tech”, “ATL Consulting”, “ATL SMS”, “ATL Trading” və hətta “Əjdaha” adlı fast food şəbəkəsi daxildir. Geniş fəaliyyət sahəsi olan bu strukturun birbaşa və ya dolayı yollarla dövlət layihələrinə inteqrasiya olunması ehtimalları burada daha dərindən təhlil olunmağa ehtiyac duyur.

Bundan əlavə, rəsmi məlumatlarda Süni İntellekt Akademiyasının “AZCON Holding”in dəstəyi ilə fəaliyyət göstərəcəyi bildirilir. Akademiyanın yaradılması üçün “AzInTelecom” MMC və “İnnovativ Layihələr Mərkəzi” QSC arasında 7 milyon manatlıq müqavilə bağlandığı xəbərlərdə qeyd olunur. Lakin bu məbləğin necə xərcləndiyi, hansı şirkətlərin bu vəsaitdən faydalandığı barədə ictimaiyyətə açıq, detallı hesabat təqdim olunmur.

Məlumata görə, Süni İntellekt Akademiyası yaradıldıqdan sonra "AI Lab" MMC formasında qeydiyyatdan keçərək, rəsmi açılışdan cəmi bir neçə gün sonra müstəqil hüquqi şəxs kimi formalaşdırılıb. Bu da maraqlı sünasdır. "AI Lab" artıq MMC-dir. Bu isə dövlət nəzarətində olduğu iddia edilən layihənin qısa müddətdə özəl bir struktur halına salınması ehtimalını gücləndirir və yenə sullar yaradır. Bu yekəlikdə vacib layihə niyə dövlət qurumunun balansında deyil, MMC-nin strukturuna verilir.

Maraqlı və ziddiyyətli digər bir məqam isə Süni İntellekt Akademiyasının iki fərqli “rəsmi” vebsaytla fəaliyyət göstərməsidir - www.aiacademy.az və www.naic.az.
Hər iki sayt eyni məqsədə, süni intellekt sahəsində təhsil, innovasiya və inkişaf fəaliyyətlərinə xidmət edir. Lakin bu paralellik texniki və idarəetmə baxımından ziddiyyətli görünür.

Bu cür təşkilati uyğunsuzluq, layihənin konseptual və hüquqi baxımdan nə dərəcədə planlı və ciddi qurulduğu barədə suallar yaradır.

Əgər bir Akademiyanın iki müxtəlif adı və iki “rəsmi” saytı varsa, bu, ictimaiyyətin çaşdırılmasına, həmçinin şəffaflıqdan uzaq yanaşmaya işarə edə bilər. Belə bir qeyri-dəqiqliklərlə təqdim olunan layihəyə münasibətin nə qədər ciddi olduğu sual altına düşür və ehtimal ki, bu təşəbbüsün arxasında tamamilə fərqli məqsədlər dayanır.

Ortaya çıxan mənzərə odur ki, Süni İntellekt Akademiyası dövlət siyasətində yer alan əhəmiyyətli bir təşəbbüs kimi təqdim edilsə də, onun strukturunda iştirak edən şirkətlər, bu şirkətlərin sahibləri və prosesin hüquqi şəffaflığı ilə bağlı çoxsaylı suallar cavabsız qalır. Dövlət büdcəsindən ayrılmış milyonlarla vəsaitin necə və kimlər tərəfindən istifadə olunduğu barədə ictimai nəzarət və hesabatlılıq mexanizmlərinin zəif olduğu artıq müşahidə edilir. Belə olan halda, “strateji” adlandırılan layihələrin real nəticələrə yox, sadəcə görünüşə və ictimai təəssüratlara hesablandığı ehtimalı gündəmə gəlir.

Əgər bu cür layihələr doğrudan da Azərbaycanın texnoloji inkişafını, gənc istedadların yetişdirilməsini və beynəlxalq rəqabətə çıxarılmasını hədəfləyirsə, onların idarəçiliyi, tərəfdaşları, maliyyə mexanizmləri və hüquqi strukturu barədə ictimaiyyətə daha açıq və hesabatlı məlumat təqdim olunmalıdır. Əks halda, növbəti “strateji təşəbbüs”ün də əvvəlkilər kimi zamanla fəaliyyətini dayandıran, nəticəsi qeyri-müəyyən, sonda isə sadəcə büdcədən ayrılmış milyonlarla manatın izsiz şəkildə “əriməsi” ilə nəticələnən layihəyə çevrilməsi ehtimalı böyükdür.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elnur Şükürov azadlığa çıxdı
Bu gün, 09:44
Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Bu gün, 09:41
Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:26
İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Bu gün, 09:23
"Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Bu gün, 09:13
Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Bu gün, 09:05
Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Bu gün, 09:04
Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Bu gün, 08:47
Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Bu gün, 07:39
Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Bu gün, 07:38
İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Bu gün, 07:29
Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Bu gün, 07:23
Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Bu gün, 07:19
Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Bu gün, 07:14
“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Bu gün, 07:12
Regional Su Meliorasiya Xidmətində OYUNBAZLIQ - İLGİNC FAKTLAR
Bu gün, 07:04
"Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" - AMMA NƏ OLSUN Kİ...
Bu gün, 06:51
"Bağlamamı 40 gündür göndərmirlər" - GİLEY
Bu gün, 06:47
"Deyəndə ki, xoşbəxtəm, deyirlər, yalandan özünü elə göstərir.."
Bu gün, 06:38
Boran Əzizli təhsil nazirini haqlı saydı - RƏY
Bu gün, 06:35
Su, qaz və işığın qiyməti ilə bağlı mühüm xəbər – Yaxın zamanlarda…
Bu gün, 06:32
Qarabağda əhaliyə niyə əkin sahəsi verilmir? - ETİRAZ
Bu gün, 01:47
“Həsən Turabovun mənə şərait yaratması yalandır” - Rasim Balayevdən Səyavuş Aslanın oğluna cavab
Bu gün, 01:44
Rusiyada yanacaq böhranı dərinləşir: 20-dən çox regionda qıtlıq - Reuters
Bu gün, 01:40
Biləsuvarda Heydər Əliyevin abidəsini görün, KİM TƏMİR EDƏCƏK...
Bu gün, 01:37
Paşinyan sülh tərəfdarlarını səfərbər etmək istəyir - GƏLİŞMƏ
Dünən, 23:34
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Dünən, 23:30
Xarici kəşfiyyatlar, daxili təxribatlar... - AKTUAL
Dünən, 20:12
DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq - MƏHKƏMƏ
Dünən, 20:09
Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib – CNN
Dünən, 19:52
Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 19:49
Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? – İqtisadçı açıqladı
Dünən, 19:45
Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? - AKTUAL
Dünən, 19:43
Ter-Petrosyandan Paşinyana xəbərdarlıq - "Ermənistanın paşası,.."
Dünən, 18:03
Kreml FAKT QARŞISINDA – Polşa və Azərbaycanı bağlayan səbəblər NƏDİR?
Dünən, 18:02
Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? – İlginc səbəb…
Dünən, 18:00
Tanınmış ekspert deputatı BİABIR ETDİ... - "Təəssüf ki, bəzən belə populist çıxışlar olur"
Dünən, 17:56
Xırdalanda yolların təmirinə 1,5 milyon manat - SƏRF OLUNACAQ
Dünən, 17:49
Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq - DETALLAR
Dünən, 17:47
Dilarənin bikinili fotoları... YAYILDI...
Dünən, 17:39
Gəncə təhsilini bazara çeviriblər... - İTTİHAM VAR...
Dünən, 17:32
Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı - BUNA GÖRƏ...
Dünən, 17:22
Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: - Aldıqdan bir neçə saat sonra geri qaytarmaq istəyirlər
Dünən, 17:16
Almaniyada azərbaycanlı saxlanıldı: - İnsan qaçaqçılığında ittiham olunur
Dünən, 17:12
Daha bir dövlət teatrı rəhbərsiz qalıb - 3 ildir direktor təyin edilmir
Dünən, 17:11
Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... - FOTO
Dünən, 17:04
Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? – Açıqlama
Dünən, 16:55
Aqro monopolist TST Rüfətin gizli əməlləri - Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?
Dünən, 16:50
Kreml Bakı və İrəvandan bunu gözləyir -Zaxarova deyir ki...
Dünən, 16:45
Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi – təyinat
Dünən, 16:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru