Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Kuraxovo şəhərini ələ keçirib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Donbasın cənub-qərb hissəsindəki ən böyük yaşayış məntəqəsi olan Kuraxovo nəzarətə götürülüb. "Kuraxovonun azad edilməsi zamanı Ukrayna Silahlı Qüvvələri şəxsi heyətinin 80%-ni (12 min nəfərdən çox), 3 minə yaxın müxtəlif silah və hərbi texnikanı, o cümlədən 40 tankı itirib", - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.