"Rusiya Azərbaycan Prezidentinin səsləndirdiyi şərtləri yerinə yetirəcək” - Sergey Markov
Tarix: 4-01-2025, 12:20 | Çap et
“Biz Rusiya tərəfindən bir neçə səviyyədə faciəyə reaksiyaları gördük.
Azərbaycan tərəfi hesab edir ki, təyyarə Rusiyanın hava hücumundan müdafiə sistemi ilə vurulub.
Azərbaycan Çeçenistanın hava məkanında “Xalça” rejiminin tətbiqi ilə bağlı AZAL təyyarəsini operativ şəkildə xəbərdar etməyən Rusiya rəsmiləri arasında koordinasiyanın olmadığını gördü.
Yaranmış vəziyyətdə Rusiya rəsmiləri arasında konstruktiv reaksiyalar zəncirinin olmaması və bəzi rusiyalı şəxslərin hərəkətləri nəticəsində Rusiya-Azərbaycan münasibətlərində ciddi böhran yaranıb.
Yəni, əvvəlcə Rusiya Azərbaycana qarşı düzgün davranmadı”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov AZAL-ın Bakı-Qroznı reysi ilə uçan təyyarəsinin qəzaya uğraması ilə bağlı ağır faciədən sonra Rusiya-Azərbaycan münasibətlərinin nizamlanması perspektivlərini “Moskva-Baku.ru” ya şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan hesab edir ki, Rusiya dost ölkə, strateji tərəfdaş və müttəfiq kimi ilk gündən öz dövlət rəsmiləri və strukturlarının günahını etiraf etməli idi:
“Amma bu, edilməyib və Azərbaycan tərəfinin qəzəbinə səbəb olub. Bundan başqa, Rusiya rəsmilərinin təyyarə qəzası ilə bağlı bəzi alternativ versiyalar irəli sürməsi Azərbaycan tərəfini qıcıqlandırıb. Mən deyərdim ki, həqiqətən bu vəziyyətdə Azərbaycan tərəfi daha haqlıdır. Hadisədən bir müddət sonra Rusiya Təhlükəsizlik Şurasının iclası keçirilib və orada prezident Vladimir Putinin iştirakı ilə bu vəziyyət müzakirə edilib. Görüşdən sonra Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək faciəyə görə üzr istəyib. Əslində, Vladimir Putin bununla da faciəyə görə Rusiyanın məsuliyyətini etiraf etdi və vəziyyəti qismən düzəltdi.
Bu, Bakı tərəfindən qəbul edilib. Amma Moskvanın bu faciədə vaxt itirməsi fakt olaraq qalır. Azərbaycan tərəfi bu üzrü daha əvvəl gözləyirdi.
İlham Əliyev bəyan edib ki, söhbət yalnız Rusiyanın faciəyə görə məsuliyyətini etiraf etməsi ilə yekunlaşmır, Moskva həmçinin müvafiq strukturlarının günahını etiraf etməli, təqsirkarları cəzalandırmalı, eləcə də Azərbaycana təzminat ödəməlidir. Rusiya tərəfində bu şərtlər yerinə yetirilməyib. Ən azından biz bunu açıq şəkildə eşitməmişik”.
Sergey Markov əlavə edib ki, faciə ilə bağlı beynəlxalq təhqiqat 30 gün ərzində tamamlanmalı, yekun nəticələr isə 12 ay ərzində hazır olmalıdır:
“Rusiya bununla bağlı konstruktiv addımlar atır, Azərbaycanın istintaqda iştirakına razılıq verib. Bu, şəffaflığın təmin edilməsi, təbii ki, həm də Azərbaycanla dostluğu qorumaq üçün edilib. Rusiyanın səhvlərini düzəltmək imkanı var. Belə bir deyim var ki, faciə əsl dostları ayırmır, birləşdirir. Ona görə də, Rusiya vəziyyəti düzəltmək üçün hər şeyi etməlidir.
Mən tam əminəm ki, Rusiya Azərbaycan Prezidentinin səsləndirdiyi şərtləri yerinə yetirəcək. Bu, Əliyevin ultimatumu deyil, daha çox zərərçəkmiş tərəfin faciədə günahkar olan tərəfdən obyektiv tələbidir. İndi çoxları faciədən öz məqsədləri üçün istifadə edirlər. Xüsusilə Qərbdə.
Anti-Rusiya qüvvələri ümumiyyətlə, bu faciədən hədsiz sevinirlər. Ona görə Rusiya hələ də təyyarə qəzası ilə bağlı hansı bəyanatların ictimaiyyətə açıqlanması məsələsinə, xüsusən də rəsmilərin açıqlamalarına nəzarət etməlidir.
Mən şübhə etmirəm ki, vəziyyətin ciddiliyi, ağırlığı və faciəvi olmasına rəğmən son nəticədə Rusiya və Azərbaycan münasibətləri və konstruktiv əməkdaşlığı davam etdirmək üçün özlərində lazım olan güc və müdrikliyi tapacaqlar”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bu həddə çatdırmaq lazım deyil”
Bu gün, 13:04 |
|
|
|
• Ombudsmanın Çağrı Mərkəzi bayram günlərində də fəaliyyətini fasiləsiz davam etdirib
Bu gün, 13:00 |
|
|
|
• COVID-dən daha təhlükəli Metapneumovirus QAPIDA – Bu ölümcül virus nədir, necə QORUNAQ?
Bu gün, 12:58 |
|
|
|
• "Azərbaycanda icra məmuru institutu hüquq-mühafizə orqanları arasında ən bərbadıdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:55 |
|
|
|
• Rusiya qərar verdi: azərbaycanlıların işi çətinləşdi... - Bakının cavabı ləngimədi
Bu gün, 12:47 |
|
|
|
• Bakıdan yeni tələb: "Sülh sazişi" danışıqlarına bu da əlavə olundu - GƏLİŞMƏ
Bu gün, 12:46 |
|
|
|
• Hava bəzi yerlərdə arabir yağıntılı olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Tanınmış həkimdən qadınlara: - Etməyin, çox iyrənc görünürsünüz!
Bu gün, 12:39 |
|
|
|
• Suriyanın yeni hakimiyyəti kürd yaraqlılarından silahı yerə qoymağı tələb edib - "Hürriyet"
Bu gün, 12:37 |
|
|
|
• Sabiq maliyyə nazirinə hökm oxundu - O, məhkəmədə Seymur Talıbova verdiyi pulun məbləğini açıqladı
Bu gün, 12:32 |
|
|
|
• Xalq artistinin nəvəsi vəfat etdi - FOTO
Bu gün, 12:30 |
|
|
|
• Ermənilər YENƏ BAŞLADI: Mövqelərimiz ATƏŞƏ TUTULUB... - QAŞINIRLAR...
Bu gün, 12:29 |
|
|
|
• 2024-cü ildə hansı ölkə xoşbəxt olub?
Bu gün, 12:27 |
|
|
|
• Qəfil halı pisləşən alimin xəstəxanaya verməyə də PULU YOXDUR... - "Ölüm anında ani düşündüm ki..."
Bu gün, 12:22 |
|
|
|
• SOCAR-ın “Petkim”ə investisiyalarının həcmi açıqlanıb
Bu gün, 12:16 |
|
|
|
• Tanınmış milyonçuya qarşı dələduzluqda ittiham olunan şəxslərdən biri ölüb - TƏFƏRRÜAT
Bu gün, 12:03 |
|
|
|
• "Reklam xatirinə işlər görmək, zahiri effektlər yaratmaq mahiyyəti dəyişmir" - Tahir Kərimli AYNA-nı tənqid etdi
Bu gün, 11:57 |
|
|
|
• "Ermənistan" layihəsi başa çatdı: Bakının sülh şərtləri dəyişir... - keçmiş nazir ŞƏRH EDİR
Bu gün, 11:51 |
|
|
|
• Rusiya ordusu Ukraynanın Kuraxovo şəhərini ələ keçirib
Bu gün, 11:47 |
|
|
|
• Əsl erməni faciəsi və qəddarlığı... - ƏLAHƏZRƏT FAKT!
Bu gün, 11:46 |
|
|
|
• Şəkidəki seçkilərdə `OĞRU` MARAĞI... - FOTOFAKT
Bu gün, 11:45 |
|
|
|
• Petrosyanın açıq etirafları... məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır
Bu gün, 11:37 |
|
|
|
• Novayaepoxa.com və Yenicag.info saytları 8 yaşında
Bu gün, 11:35 |
|
|
|
• Yəqin icra başçısı bundan xəbərsizdir... - YOXSA...
Bu gün, 11:32 |
|
|
|
• Bakı həbsxanasında DAHA BİR ÖLÜM
Bu gün, 11:18 |
|
|
|
• İctimai nəqliyyat kimlər üçün pulsuz olacaq? - ARAŞDIRMA
Bu gün, 11:16 |
|
|
|
• “Amin Mərdəkanski”ni qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:09 |
|
|
|
• Nəcəfli sanki Talıbova SƏDAQƏT ANDI İÇİB... - NARAZILIQ VAR...
Bu gün, 11:04 |
|
|
|
• "Naxçıvana maneəsiz gediş-gəliş xalqımız üçün həyati və strateji əhəmiyyət kəsb edən məsələdir" - deputat
Bu gün, 11:01 |
|
|
|
• Vurulmuş təyyarə: haqlı tələblər və haqsız tənələr - Görünəni odur ki...
Bu gün, 10:59 |
|
|
|
• Yeni ildə sülh gözləntisi: ümidlər, risklər və əngəllər - İNCƏLƏMƏ
Bu gün, 10:58 |
|
|
|
• “Lukaşenko məndən üzr istədi, dedi, zavodu vur” – Zelenski
Bu gün, 10:57 |
|
|
|
• Prezident təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb
Bu gün, 10:55 |
|
|
|
• Dövlətə xəyanətə görə həbs edilən şəxsin mühakiməsi başlayır - DTX əməliyyatı
Bu gün, 10:54 |
|
|
|
• Beynəlxalq “IQ” testinə görə Azərbaycan Gürcüstandan çox geridə qaldı... - Ermənistan isə...
Bu gün, 10:52 |
|
|
|
• Azərbaycanda xəstəxanada xəyanətin üstü açıldı: Qadın evli kişi ilə... - VİDEO
Bu gün, 10:51 |
|
|
|
• Fars-molla rejimi İŞ BAŞINDA: Bu dəfə təxribata əl atdılar... - guya Azərbaycanda...
Bu gün, 10:47 |
|
|
|
• Bayden Sorosa "Azadlıq" medalı verməklə bu mükafatı dəyərdən saldı - "Fox News"
Bu gün, 10:43 |
|
|
|
• Bankdan vətəndaşların adına kredit necə götürülüb? - 1 milyon manat ziyan var
Bu gün, 10:40 |
|
|
|
• “Avant Group”a yaxın yeni şirkət TƏSİS EDİLDİ
Bu gün, 10:39 |
|
|
|
• Petrosyanın çıxışı: Azərbaycan iddia qaldıra bilər? - AKTUAL
Bu gün, 10:37 |
|
|
|
• “Oleq Bakinski”yə qarşı əlavə ittiham irəli sürüldü - TƏFƏRRÜAT
Bu gün, 10:30 |
|
|
|
• Guya buraları dövlət adına qoruyurlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:28 |
|
|
|
• Tofiq Məmmədovun öldüyü qəzada günahlandırılan sabiq polis kassasiya şikayəti verdi
Bu gün, 10:19 |
|
|
|
• Bakıda 165 ailəni aldadan şəxs azadlıqda! - Hakim Elnur Nuriyevlə Pənah Kərimovu nə bağlayır?
Bu gün, 10:17 |
|
|
|
• Juninyonun "Sevilya"ya keçidinin detalları: - İspaniya klubu "Qarabağ"a əlavə 250 min avro ödəyə bilər
Bu gün, 10:12 |
|
|
|
• Gənclər və İdman Nazirliyinin pulunu mənimsəyən sabiq idarə rəisinin məhkəməsi bu tarixdə başlayacaq
Bu gün, 10:11 |
|
|
|
• Türkiyə bizə deyir ki, növbə sizindir, gəlirik - Xaçikyan
Bu gün, 10:01 |
|
|
|
• “Anam deyir ki, adımı bədnam etmisən” - Aktrisadan maraqlı AÇIQLAMA
Bu gün, 09:59 |
|
|
|
• Ağdamın bu kəndində qeyri-yaşayış binaları tikiləcək - 7 mln. manatlıq layihə
Bu gün, 09:57 |
|
|
|
|