Əl-Culani ABŞ-dan qoşunlarını Suriya ərazisindən çıxarması üçün İsrailə təzyiq göstərməyi tələb etdi...
Tarix: 4-01-2025, 10:29 |
Çap et
Suriya üsyançılarının lideri Məhəmməd əl-Culani ABŞ administrasiyasına Suriyaya humanitar yardımın çatdırılmasını təşkil etmək və İsrailə qoşunlarını Hait və Hermon bölgələrindən tamamilə çıxarmaq üçün təzyiq göstərmək tələbi ilə müraciət edib.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, "Aleksey Jeleznyov" telegram-kanalı bu barədə danışıqlara yaxın mənbələr məlumat yayıb.
“Həyat Təhrir əl-Şam” qrupuna rəhbərlik edən Əl-Culani bildirib ki, bu ərazilərdə İsrail qüvvələrinin olması “vəziyyətin sabitləşməsinə və regionun bərpasına mane olur”.
O, münaqişədən əziyyət çəkən milyonlarla suriyalı üçün humanitar yardımın zəruri olduğunu və İsrail qoşunlarının çıxarılmasının “Suriya suverenliyinin tam bərpası” istiqamətində bir addım olacağını vurğulayıb.
Bu bəyanatlara cavab olaraq İsrailin təhlükəsizlik sözçüsü vurğulayıb ki, İsrail milli təhlükəsizlik məsələlərində güzəştə getmək niyyətində deyil.
“Biz İsrailin təhlükəsizliyinə xələl gətirə biləcək şərtlərlə razılaşmayacağıq. Qüvvələrimizin Hait və Hermon bölgələrində olması sırf sabitliyin təmin edilməsi və radikal qrupların təhdidlərinin qarşısının alınması ilə bağlıdır”, - deyə nümayəndə bildirib.