Lalə Şövkət qurultay keçirib? Axı deyilmişdi ki, “sərbəst hərəkət edə bilmir” - ŞÜBHƏ VAR...
Tarix: 2-01-2025, 09:36 |
Çap et
Azərbaycan Liberal Partiyasının onlayn qurultayı keçirilib.
Yenisabah.az xəbər verir ki, qurultayda partiyanın Nizamnaməsinə əlavələr edilib, professor Lalə Şövkət ALP-nin lideri, Əvəz Temirxan isə yenidən partiyanın sədri seçib.
Bundan başqa, partiyanın 24 iyun 2024-cü ildə keçirilmiş Qurultayının ALP-nin fəaliyyətini "Siyasi partiyalar haqqında" Qanunun 8.1. və 8.6. maddələri qaydasında dayandırmaq müddətini 31.12.2024-cu ildən başlayaraq 31.01.2029-cu ilədək, ölkədə Milli Məclisə növbədənkənar deputat seçkiləri keçirildikdə isə dövlət orqanlarını həmin günü elan etdiyi günədək və ya növbəti Qurultayın partiya fəaliyyətini bərpa edilməsi haqqında təyin etdiyi günədək uzadılması haqqında qərar qəbul edib.
ALDP-nin qurultay keçirməsi xəbəri müəyyən şübhələr oyadır.
Xatırladaq ki, partiya ötən ilin iyul ayında fəaliyyətini dayandırdığını bəyan etmişdi.
Bir müddət əvvəl Lalə Şövkətin hərəkət qabiliyyətini itirdiyinə dair oğlu açıqlama verilmişdi:
"Lalə xanım xroniki ürək xəstəliyindən əziyyət çəkir. Hazırda Bakıda ev şəraitində həkim nəzarətindədir. Səhhətində müsbətə doğru ciddi bir irəliləyiş yoxdur.
Sidqi Şövkət əlavə etmişdi: "Lalə xanım 2020-ci ildə ürək əməliyyatı keçirib. O vaxtdan səhhətində problemlər daha da artıb. Daimi konsultasiya olunur. Həkim nəzarəti olmasa səhhəti daha da pisləşər.
Səhhətinə görə mütləq ona kənardan kömək edilir ki, o, ev şəraitində gəzə bilsin”.