Rusiyada bu azərbaycanlını vətəndaşlıqdan məhrum edib ölkədən qovurlar - TƏFƏRRÜAT
Tarix: 2-01-2025, 09:30 |
Çap et
Rusiyada ağır cinayət törədən azərbaycanlı vətəndaşlıqdan məhrum edilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, Azərbaycan vətəndaşı 2013-cü ildə Rusiya pasportu alıb. 2020-ci ildə o, xüsusilə ağır cinayətə görə məhkum edilib.
2024-cü il dekabrın 25-də Xakasiya Respublikasının Daxili İşlər Nazirliyi onu Rusiya vətəndaşlığından məhrum edib.
O, cəzasını İrkutsk vilayətində ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkib. Azərbaycanlının Rusiyadan məcburi deportasiya olunacağı gözlənilir.
Qeyd olunur ki, vətəndaşlığa xitam vermək qərarı federal qanuna uyğun olaraq qəbul edilib. Ümumilikdə, 2024-cü ilin əvvəlindən Xakasiya Daxili İşlər Nazirliyi beş miqrantı Rusiya vətəndaşlığından məhrum edib.