Baş ideoloq Putini təcili Kiyevi almağa çağırdı
Tarix: 2-01-2025, 12:42 |
Çap et
"Zelenskinin Yeni il müraciəti zamanı ABŞ bayrağının Ukraynanın paytaxtında “şeytan və onun pərəstişkarlarının olduğunu" göstərir.
Putin təcili olaraq Kiyevi almaq üçün qoşun göndərməli və müharibədə son nöqtəni qoymalıdır".
"Cebheinfo.az" xəbər verir ki, bunu Putinin ideoloqu sayılan Duqin Kremlə yaxın Teleqram kanallarından birinə deyib.
O bildirib ki, Rusiya simvolu (Kiyevdəki Vətən abidəsi) üzərində Amerika bayrağının görünməsi bizə öz yerimizi göstərməkdir:
"Qərbə gücümüzü göstərmək üçün təcili Kiyevi götürməliyik. Yaxın bir neçə ay ərzində Kiyev alınmalıdır. Əks halda, şeytan orada tamamilə kök salacaq və biz onu oradan qova bilməyəcəyik".
Kanalın ordunun Kiyevi almaq üçün ciddi resursuna malik olmadığına dair fikirlərinə isə Duqin qəzəblənib.
O, deyib: “Ümumi səfərbərliyə ehtiyac var. Bir neçə milyon insan Kiyevi almağa kifayət edər. Nəyi gözləyirik? Niyə Trampa və ya başqasına güvənmək lazımdır?"
Kremldəki mənbələrdən isə bildirilib ki, Duqin Kremlə əlaqə saxladığı dostlarından onu şəxsən prezidentlə göürşdürülməsini xahiş edib. Lakin Putin onunla hələ görüşmək istəmir.