Bu ilin iyul ayının 1-ə olan məlumata görə, Azərbaycanda yaşa görə pensiya alanların sayı 712,7 min nəfər olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son bir il ərzində yaşa görə pensiya alanların sayı təxminən 3,6 min nəfər artıb.
Onu da qeyd edək ki, son illər Azərbaycanda yaşa görə pensiya alanların sayı sürətlə azalmaqdadır. Son 16 il ərzində Azərbaycanda yaşa görə pensiya alanların sayı 17% azalıb. 2010-cu ildə ölkədə 858,6 min pensiyaçı olduğu halda, bu ilin iyul ayının 1-də onların sayı 712,7 min nəfərə kimi azalıb.
Son 16 ildə yaşa görə pensiya alanların sayı aşağıdakı kimi olub:
2010-cu il – 858,6 min nəfər;
2011-ci il – 831,1 min əfər;
2012-ci il – 812,8 min nəfər;
2013-cü il – 800,5 min nəfər;
2014-cü il – 791,3 min nəfər;
2015-ci il – 785,1 min nəfər;
2016-cı il – 781,2 min nəfər;
2017-ci il – 781,9 min nəfər;
2018-ci il – 778,1 min nəfər;
2019-cu il – 756,1 min nəfər;
2020-ci il – 742 min nəfər;
2021-ci il – 716,2 min nəfər;
2022-ci il – 707 min nəfər;
2023-cü il – 696,3 min nəfər;
2024-cü il – 706,2 min nəfər;
1 iyul 2025-ci il – 712,7 min nəfər.