Azərbaycan qazı MÜHÜM FAKTORA ÇEVRİLİR... - NƏ BAŞ VERİR?
Tarix: 2-01-2025, 10:52 | Çap et
Rusiyanın “Qazprom” şirkəti Ukrayna ərazisindən qaz nəqlini dayandırıb. "DİA-AZ" xəbər verir ki, bu barədə “Qazprom” şirkəti Telegram kanalında məlumat yayıb. Məlumatda deyilir ki, 1 yanvar 2025-ci ildə Moskva vaxtı ilə saat 8-də 30 dekabr 2019-cu ildə imzalanmış sənədlərin qüvvədə olma müddəti başa çatıb. "Qazprom" ilə Ukraynanın "Naftoqaz" şirkəti arasında Rusiya qazının Ukrayna ərazisindən nəqlinin təşkili və Rusiya və Ukraynanın Gaz Nəqletmə operatorları - Qazprom PJSC və Ukraynanın Qaz Ötürmə Sistemi Operatoru MMC arasında qarşılıqlı fəaliyyət haqqında sazişin müddəti başa çatıb. Ukrayna tərəfinin bu sazişləri yeniləməkdən dəfələrlə və açıq şəkildə imtina etməsi səbəbindən “Qazprom” 2025-ci il yanvarın 1-dən Ukrayna ərazisindən tranzit qaz tədarükü üçün texniki və hüquqi imkandan məhrum edilib. Moskva vaxtı ilə saat 8-dən etibarən Rusiya qazının Ukrayna ərazisindən nəqli həyata keçirilmir”, "Qazprom" bildirir. Rəsmi məlumata görə , 2024-cü ildə “Qazprom” Ukraynadan tranzit yolla Avropaya təxminən 15 milyard kubmetr qaz tədarük edib ki, bu da Aİ-də ümumi istehlakın 4,5 faizini təşkil edib. İndi Avropa ölkələri üçün Rusiya qaz boru kəmərinin yeganə mənbəyi “Türk axını”ndan keçən “Balkan axını” qalır. Bu kəmər vasitəsi ilə hər il Rumıniya, Yunanıstan, Şimali Makedoniya, Serbiya, Bosniya və Herseqovina və Macarıstana təxminən 14-15 milyard kubmetr qaz verilir. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bildirib ki, Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılması Azərbaycan qazına tələbatı daha da artıracaq. Təhlilçinin dediyinə görə, Azərbaycan qazının 2021-ci ildən başlayaraq hər il Avropaya nəqlinin mütəmadi artımı müşahidə edilir. “2021-ci ildə Azərbaycan Avropa bazarında 8.1 milyard kubmetr qaz satmışdısa, 2023-cü ildə bu 11,8 milyar kubmetrə qədər artırıldı. 2024-cü ildə isə Azərbaycan Avropa bazarında 12,9 milyard kubmetr qaz satmağa müvəffəq olub”, o qeyd edib. İlham Şabanın fikrincə, Azərbaycanın Avropa bazarında qaz həcmlərini artırmaq üçün 2024-cü ildə mühüm tədbirlər həyata keçirib. “Qaz həcminin artırılması ondan qaynaqlanır ki, 2024-cü ildə Azərbaycan Avropada qaz ixracı çoğrafiyasını genişləndirərək 10 ölkəyə çatdırb. Belə ki, Azərbaycan 2024-cü ildə Serbiyaya, Xorvatiyaya, Sloveniyaya, Şimali Makedoniyaya və Slovakiyaya qaz ixracını həyata keçirib. Buna görə də 2024-cü ildə Avropa bazarında qaz satışını 1 milyard bubmetr artıra bilib”, təhlilçi qeyd edib. Neft Araşdırmaları Mərkəzinin rəhbəri “Qazprom”un Ukrayna ərazisindən qazın nəqlini daynadırmasından sonra Azərbaycan qazına Avropada tələbatın artmasından danışarkən deyib ki, Azərbaycan prezidentinin açıqlamasına görə 2027-ci ilə qədər Azərbaycan Avropa bazarında qaz satışı həcmlərini ildə 16 milyard kubmetrə çatdırmağı hədəf qoyub. “Yəni Avropa ölkələrinə qaz satışı 3 milyard kubmetr artırılacaq. 2024-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Avropa Birliyinin Cənub Qaz Dəhlizinin genişləndirilməisini dəstəkləmədiyini bilərək alternativ variant üçün yeni saziş imzalayıb. Avropa bazarına əlavə qaz həcmi çıxarmaq üçün SOCAR Türkiyənin BOTAŞ (Neft Boru Kəməri Nəqliyyatı Anonim Şirkəti) şirkəti ilə həmin şirkətə məxsus infrastrukturdan istifadə barədə razılığa gəlib. 2024-cü il iyunun 4-də Azərbaycan və BOTAŞ arasında bununla bağlı saziş imzalanıb. Nəticədə Azərbaycan öz qazını Avropa bazarına iki istiqamətdə ixrac imkanı əldə edib. Bunlardan biri TAP (Trans-Adriatik boru kəməri) kəməri, ikincisi isə Türkiyə-Bolqarıstan kəməridir. Bu isə Azərbaycanın Avropaya qaz ixracını kifayət qədər artırmağa imkan verir”. Təhlilçi ölkənin Avropa bazarında qaz həcmlərini artırmaq üçün kifayət qədər qaz ehtiyatlarına malik olduğunu deyib. “Həmçinin 2024-cü ildə Azərbaycan BP şirkəti ilə Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarının dərin qatlarından təbii qaz ehtiyatlarının işlənmısi üçün mövcud müqaviləyə dəyişiklik etdi. Həmin dəyişikliyə əsasən 2026-cı ildə bu yataqların dərin qatından ilk təbii qaz hasil ediləcək. AÇG-nin dərin qatlarında təbii qaz ehtiyatı 120 milyard kubmetrdir. Bu isə Avropa bazarına əlavə həcmləri çıxarmaq üçün yetərlidir”, o qeyd edib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gürcüstanda yeni nazirlik yaradıldı – 13-cü oldu
Bu gün, 00:09 |
|
|
|
• Bayden Messiyə “Azadlıq” medalı verəcək
Bu gün, 00:07 |
|
|
|
• "Toyda əlini göyə qaldırıb dedi ki, haqqımı halal etmirəm"
Dünən, 22:30 |
|
|
|
• Tehran Əsədi qoruya biləcək? – Onun üçün ən təhlükəsiz ölkə...
Dünən, 22:27 |
|
|
|
• Trampın yeni prezidentliyi Azərbaycana nə vəd edir? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• Polşanın AB-yə sədrliyi dövründə Azərbaycan-Ermənistan... - GƏLİŞMƏ
Dünən, 19:00 |
|
|
|
• Deputatlara keçən ildən "miras qalan" qanun LAYİHƏLƏRİ
Dünən, 18:10 |
|
|
|
• Berbok və Barronun Suriyaya birgə səfəri “burada bizdə varıq” mənası daşıyır -ŞƏRH
Dünən, 18:03 |
|
|
|
• Varşavadan mesaj: - “Məqsəd Ukraynanın bu müharibədə qalib gəlməsidir”
Dünən, 18:00 |
|
|
|
• Dəməşq aeroportu yanvarın 7-dən beynəlxalq uçuşları bərpa edəcək
Dünən, 17:56 |
|
|
|
• AZAL-ın təyyarəsinin dərc olunmuş eksklüziv fotoşəkilləri xarici müdaxilə olduğunu göstərir - “AnewZ”
Dünən, 17:49 |
|
|
|
• "Baboş"un milyonçu fanatının ailəsi Canan adlı müğənniyə görə dağılmaq ərəfəsində - TƏFƏRRÜAT
Dünən, 17:26 |
|
|
|
• Gürcüstana qarşı yeni sanksiyalar hazırlanır - “Novosti Qruzii”
Dünən, 16:16 |
|
|
|
• Gəncəli Mübarizin oğlunun ermənilərlə şərikli biznesi… - TƏFƏRRÜAT
Dünən, 16:13 |
|
|
|
• “Yekun hesabat 3 ildən gec olmayaraq təsdiqlənəcək” – Qazaxıstan Nəqliyyat Nazirliyi BELƏ DEYİR...
Dünən, 16:10 |
|
|
|
• Azərbaycan Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib
Dünən, 16:00 |
|
|
|
• Ermənistanda milli qəhrəman həbs edilib
Dünən, 15:51 |
|
|
|
• 2025-ci ildə Azərbaycanın xarici siyasətinin istiqamətləri NECƏ OLACAQ?
Dünən, 14:00 |
|
|
|
• “Toy sahibləri xahiş edir ki, məclisimizə barbi geyimində gəlin, imic yaratmışam...”
Dünən, 13:58 |
|
|
|
• "Dilarə Kazımova və Nigar Camala deyim ki, niyə belə geyinirsiniz?" - Niyaməddin Musayev
Dünən, 13:11 |
|
|
|
• Akopyan həmin oteldə 3 min manata qalıb? – Paşinyan VİDEO yaydı
Dünən, 13:00 |
|
|
|
• Qroznıda AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın “hərbiyə aid hissəsi” gizliləşdirilib - "ВЧК-ОГПУ"
Dünən, 12:49 |
|
|
|
• İrəvan ordusunu "süni intellekt"li etmək istəyir - TƏBİİ AĞILLA NƏ QƏLƏT ETDİLƏR Kİ...
Dünən, 12:47 |
|
|
|
• Azər Baxşəliyevin həyat yoldaşı: - "Oyanmadın"
Dünən, 12:44 |
|
|
|
• Öcalan PKK-ya nə zaman tərk-silah çağırışı edəcək?
Dünən, 12:42 |
|
|
|
• AZAL-ın təyyarəsinə görə idarə rəisi dindirildi: - Qroznı aeroportundakı çatışmazlıq ÜZƏ ÇIXDI
Dünən, 12:30 |
|
|
|
• Putin nüvə silahını işə salmağa hazır imiş: Rusiyanı Çin dayandırıb! - İLGİNC İDDİA
Dünən, 12:28 |
|
|
|
• Putin yenidən "Qarabağ klanı"na "stavka" edir? - GƏLİŞMƏ
Dünən, 12:21 |
|
|
|
• "Rusiya Azərbaycan Prezidentinin səsləndirdiyi şərtləri yerinə yetirəcək” - Sergey Markov
Dünən, 12:20 |
|
|
|
• Bayden korrupsiyada günahlandırılır
Dünən, 12:00 |
|
|
|
• Ukrayna Rusiyaya döyüş PUA-ları ilə hücum edib
Dünən, 12:00 |
|
|
|
• Nazarbayevin həmin sammitdə iştirakı ölkəni qarışdırdı - Tokayev şok detalları açıqladı
Dünən, 11:42 |
|
|
|
• Gürcüstan Milli Bankı ABŞ dolları ilə bağlı yeni qərar qəbul edib
Dünən, 11:34 |
|
|
|
• Bakı həbsxanasında MƏHKUM ÖLDÜ
Dünən, 11:31 |
|
|
|
• “Söz versələr də etmədilər, küsdü..” - Rafael Dadaşov kimdən incik getdi?
Dünən, 11:17 |
|
|
|
• İran Suriyadakı silahlarını Ermənistana GÖNDƏRİR - NƏ BAŞ VERİR?
Dünən, 11:14 |
|
|
|
• İYİ Partiya DEM heyətini qəbul etmədi
Dünən, 11:13 |
|
|
|
• AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb - DETALLAR
Dünən, 11:11 |
|
|
|
• Dnestryanı “donur”: Kremlin əmri ilə yardımdan imtina etdi - "Politiko”
Dünən, 11:07 |
|
|
|
• Yeni il süfrəsini qurmaq neçəyə başa gəldi? - ARAŞDIRMA
Dünən, 11:06 |
|
|
|
• Qazax RİH-də NƏ BAŞ VERİR? - Birinci müavin başçıya qarşı...
Dünən, 10:47 |
|
|
|
• Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması QANUNİDİRMİ?
Dünən, 10:38 |
|
|
|
• “Made in China 2025” işə düşüb - NƏ BAŞ VERİR?
Dünən, 10:36 |
|
|
|
• Kirayəpulunu ödəyə bilməyən Qarabağ əlili ilə məmur arasında qalmaqal - TƏFƏRRÜAT
Dünən, 10:33 |
|
|
|
• Əl-Culani ABŞ-dan qoşunlarını Suriya ərazisindən çıxarması üçün İsrailə təzyiq göstərməyi tələb etdi...
Dünən, 10:29 |
|
|
|
• Blinken Koreya, Yaponiya və Fransaya səfər edəcək
Dünən, 10:26 |
|
|
|
• Müəllimlər üçün ictimai nəqliyyat pulsuz olacaq? - AKTUAL
Dünən, 10:15 |
|
|
|
• Braziliyalı mütəxəssislər AZAL-ın təyyarəsinin qara qutularının təhlilinə başlayıblar - Braziliya mediası
Dünən, 10:10 |
|
|
|
• Haftonidəki YAŞIL TERROR: Niyə səsini çıxaran yoxdur? - ETİRAZ VAR...
Dünən, 10:09 |
|
|
|
• Erməni ordusunda “süni intellekt tağımı” yaradılır - KİV
Dünən, 09:59 |
|
|
|
|