Salyanda "Dollar Rüstəm"in evinə hücum - "Porsche"də 50 min dollar var...
Tarix: 9-12-2024, 16:42 | Çap et
 Salyanda "Dollar Rüstəm" kimi tanınan şəxsin evinə basqın edən şəxslərdən birinə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 2023-cü ilin avqust ayının 23-də, gecə saat 03.00 radələrində Salyan rayonunda iş adamı, "Dollar Rüstəm" kimi tanınan şəxsin evinə maskalı şəxslər hücum edib.
Hücumun planı Bakı şəhərində hazırlanıb. Belə ki, Sərxan adlı şəxs Mirzə Həsənzadə və Ramil Ağayevlə birlikdə Bakı şəhərində görüşüb, razılığa gəldikdən sonra "Dollar Rüstəm"in evinə basqın ediblər. Maskalı şəxslər əski parçası ilə Rüstəmin ağzını bağlayıb və yapışqan lentlə sarıyıblar və pul tələb ediblər. İş adamı isə "Porsche"nin açarını onlara verməklə, avtomobilin sandıqçasında 30-50 min ABŞ dolları pul olduğunu deyib.
Gözətçi və qonşuların köməyə gəlməsi səbəbindən oğrular hadisə yerindən qaçıblar. Bu zaman Sərxanın üzündən maska düşüb və bu onların kimliklərini aşkarlamağa kömək edib.
1987-ci ildə Gəncə şəhərində doğulmuş Sərxan hadisədən bir gün sonra İstanbula qaçıb. Bu ilin fevral ayında Bakıya qayıdarkən hava limanında saxlanılıb.
Sərxan izahatında bildirib ki, onlara dəqiq xatırlamadığı kimsə Salyan rayonunda yaşayan Rüstəm adlı bir nəfərin faizə pul verdiyini, borc alanların "qanını içdiyini", həyətində "Porsche" markalı bahalı avtomobili olduğunu dediyi üçün sözügedən əməli törədiblər.
Məhkəmədə Rüstəmlə sonuncunun qızı arasında miras üstündə münaqişə olduğunu və bütün bu məlumatları da həmin qızın verməsi barədə də iddia qaldırılıb.
Məhkəmənin qərarı ilə Sərxan Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 10 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Mirzə Həsənzadə və Ramil Ağayev də cinayət məsuliyyətinə cəlb edilib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... - AÇIQLAMA
Bu gün, 12:35 |
|
|
|
• Sayt rəhbərinin məhkəməsi: - şahid danışdı
Bu gün, 12:19 |
|
|
|
• Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:18 |
|
|
|
• Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? - Əmlak dağıdılıb, 40 min manatlıq ziyan...
Bu gün, 12:16 |
|
|
|
• Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb
Bu gün, 12:11 |
|
|
|
• Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu - GƏLİŞMƏ
Bu gün, 12:09 |
|
|
|
• Azərbaycana qarşı ikili plan – “Zəngəzurda müharibə” və “Zəngilandan hücum”…
Bu gün, 12:06 |
|
|
|
• “Umico” adını və logosunu dəyişdi - FOTO
Bu gün, 11:59 |
|
|
|
• Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub - ƏMR
Bu gün, 11:56 |
|
|
|
• “Baku Electronics”də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:54 |
|
|
|
• Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb
Bu gün, 11:53 |
|
|
|
• “BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək
Bu gün, 11:43 |
|
|
|
• Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb - TƏFƏRRÜAT
Bu gün, 11:40 |
|
|
|
• AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə - 32 MİLYON ÖDƏYƏCƏK
Bu gün, 11:35 |
|
|
|
• “Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
Bu gün, 11:32 |
|
|
|
• Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi – böyük etimad!
Bu gün, 11:30 |
|
|
|
• “Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” - ETİRAZ
Bu gün, 11:25 |
|
|
|
• Oliqarx-məmur saxta yağ biznesinə girişib... - ÖZÜ DƏ GÖRÜN, KİMİNLƏ...
Bu gün, 11:19 |
|
|
|
• “Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? — DETALLAR
Bu gün, 11:13 |
|
|
|
• İran Prezidenti Xankəndiyə səfər edəcək - SƏBƏB
Bu gün, 11:10 |
|
|
|
• Miri Yusifə ağır itki - FOTO
Bu gün, 11:04 |
|
|
|
• Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:02 |
|
|
|
• "Görəsən, bu `Təmiz Qaz` QSC kimindi ki?.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:58 |
|
|
|
• MİDA-nın Füzulidə tikdiyi evin qapısı aşdı - VİDEO
Bu gün, 10:49 |
|
|
|
• Baş direktor işdən çıxarıldı - BUNDAN SONRA
Bu gün, 10:44 |
|
|
|
• Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? - VİDEO
Bu gün, 10:28 |
|
|
|
• Paşinyan hakim elitanı Laçınla qonşu şəhərə toplayır... -"Johovurd"
Bu gün, 10:26 |
|
|
|
• Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək – Yenə həmin şirkət...
Bu gün, 10:24 |
|
|
|
• Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır - Ovannisyan
Bu gün, 10:16 |
|
|
|
• Birdəfəlik “stop” qoyuldu – Yeni qadağa qalmaqalı
Bu gün, 10:12 |
|
|
|
• Paşinyan kilsə ilə bağlı xəbərdarlıq etdi: - Hazır olun
Bu gün, 10:06 |
|
|
|
• Turizm Agentliyinin tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:58 |
|
|
|
• Dövlət Agentliyi baş verən faciəyə görə – GÜNAHI SAHİBKARLARIN ÜZƏRİNƏ QOYDU
Bu gün, 09:56 |
|
|
|
• Bu dəfə Yeni Yasamalda yol çökdü - VİDEO
Bu gün, 09:47 |
|
|
|
• İran dövlət televiziyası Azərbaycandakı iki media quruluşunu ölüm fətvası ilə təhdid etdi - BAŞLARI QAÇIB...
Bu gün, 09:33 |
|
|
|
• Külli miqdarda pulu səhvən öz adaşının adına köçürdü və... BƏLAYA DÜŞDÜ... - ATB-dən isə...
Bu gün, 09:31 |
|
|
|
• "Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi" - Seyfəddin
Bu gün, 09:24 |
|
|
|
• “Sputnik” və Azərbaycan sözləri niyə YANaşı ola bilməzdi... - Bu "PEYKK" gec-tez bizi YANdıracaqdı...
Bu gün, 09:22 |
|
|
|
• Şeyx Əbdüldən şok ittiham: - “Öncə satdılar, sonra partlatdılar”
Bu gün, 09:17 |
|
|
|
• "Haram-zəhər olsun qoyduğunuz tarif və aldığınız pullar..." - "CityNet" müştərisi OD PÜSKÜRDÜ
Bu gün, 09:15 |
|
|
|
• Dövlətə xəyanət ittihamı ilə həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:09 |
|
|
|
• Tehran təxribatçı səfiri niyə dəyişmir? - sensasion səbəb
Bu gün, 09:07 |
|
|
|
• BU NƏDİ BELƏ: Gələn ilə daha bir VERGİ ZƏRBƏSİ... BİZİ GÖZLƏYİR!
Bu gün, 09:03 |
|
|
|
• İşçilərin ƏMƏK HÜQUQU... - Ekspert danışır...
Bu gün, 08:59 |
|
|
|
• SOCAR-ın rəhbərliyi islahatı elə ilk olaraq BURDAN BAŞLAMALI İDİ... - HƏLƏ DƏ GEC DEYİL...
Bu gün, 08:53 |
|
|
|
• Ruslar düzələnə oxşamırsa... BİZ DÜZDƏN NİYƏ DÖNƏK? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:45 |
|
|
|
• “BTB” Bank bağlanır? - GƏLİŞMƏ
Bu gün, 07:29 |
|
|
|
• Putinin dostu... ELƏ PUTİNİN DOSTUDUR! - BİZƏ NƏ?
Bu gün, 07:25 |
|
|
|
• Mürsəlovun işçisi MİLLƏTİ TƏHLÜKƏYƏ ATIR - VİDEOFAKT
Bu gün, 07:11 |
|
|
|
• Kənan MM İTV rəhbərliyini yalnız öz tanışlarından layihə qəbul etməkdə ittiham edir... - İTV-dən isə deyirlər ki...
Bu gün, 07:08 |
|
|
|
|