Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu .....                     Azərbaycanın keçmiş Baş naziri 29 il sonra .....                     Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi .....                     Durmadan bahalaşır: .....                     Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək .....                     İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər .....                     Qətllərdən sonra 30 il gizlənə bilmişdi .....                     Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb .....                     Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir .....                     ""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" .....                     Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb .....                     İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar .....                     Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE .....                     Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi .....                     "Hansı bəyin səsi varsa, o da oxuya bilər" .....                     “ABŞ Qəzzanı zonalara bölür” .....                     Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir .....                     Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! .....                     "Bizim üçün demokratiya Qərbin təqlidi deyil" .....                     Qərb nəşrindən ilginc iddia .....                     Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir .....                     Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb .....                     İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı .....                     DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı .....                     Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu .....                     "Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..." .....                     Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil .....                     TRAMP HAQLI İMİŞ... .....                     Gömrükdə qara bazarda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb .....                     Gəncə Regional Kollecdə narazılıqlar... .....                     İstisinə qızınmadığımız QARA QIZIL: Bu il də üşüyəcəyik... .....                     İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir” .....                     Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır .....                     “Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir .....                     Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil... .....                     "MƏDƏNİ SOYĞUNÇULUQ İNSTİTUTU" Təhsilimizi ÇÖKƏRDİB: ARTİ, MÜTDA, TKTA... .....                     'Dəniz Hospital' rəsmən ÖZBAŞINA QALIB .....                     1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı .....                     Həbsdə olan həmkarlarının yanına gedəcəklər... .....                     Gədəbəyi yarıtmışdı: İNDİ DƏ... .....                 

Təhlükəsizlik orqanlarını hədəf alan Emil Süleymanov kimdir? - Köhnə casusun yeni “tapşırığı”
Tarix: 9-12-2024, 11:29 | Çap et
Təhlükəsizlik orqanlarını hədəf alan Emil Süleymanov kimdir?
Son günlər yutub platformasında Azərbaycanın təhlükəsizlik orqanları və onların fəaliyyəti ilə bağlı davamlı olaraq neqativ məzmunlu müzakirələr aparılır. Bu müzakirələrin təşkilatçısı isə Azərbaycanın Avropa İttifaqı yanında Daimi Nümayəndəliyinin keçmiş rəhbəri, hazırda Belçikada “siyasi mühacir” həyatı yaşayan Arif Məmmədovdur.

“Qafqazinfo” xəbər verir ki, Arif Məmmədov və ya Arif Şahmarlı adı ilə tanınan “keçmiş diplomat” öz yutub kanalında müntəzəm olaraq videokontent paylaşır və canlı yayımlar açır. Bu canlı yayımların əvəzolunmaz qonaqları isə Arif Məmmədovun yaxın silahdaşları olan Tofiq Əliyev və Emil Süleymanov adlı şəxslərdir.

Adıçəkilən hər iki şəxs müzakirələrdə Arif Məmmədovdan daha çox canfəşanlıq nümayiş etdirir, Azərbaycan Respublikası, ölkəmizin xüsusi xidmət orqanlarının fəaliyyət metodları, iş prinsipləri, əməkdaşların savad və təhsil səviyyələri barədə olduqca mənfi fikirlər səsləndirirlər. Bu cür radikal və əsassız çıxışlar haqlı olaraq bu şəxslərin kimliyi, onların həqiqi məqsədləri barədə suallar yaradır.

Arif Məmmədovun təxribatçı şəbəkəsi

Hər iki şəxs haqqında apardığımız araşdırma onların fəaliyyəti və bu fəaliyyətin arxasındakı həqiqi səbəbləri ortaya çıxarır. Aydın olur ki, Arif Məmmədovun canlı efirlərinin daimi qonaqları olan bu şəxslər - Tofiq Ağarza oğlu Əliyev və Emil Əhməd oğlu Süleymanov təhlükəsizlik orqanlarının sabiq əməkdaşlarıdır. Yeri gəlmişkən, bir vaxtlar SSRİ hərbi kəşfiyyatının şinelindən çıxmış Arif Məmmədovun ətrafına özü ilə oxşar keçmişə və xarakterə sahib şəxsləri topladığı bəlli olur.

76 yaşlı Tofiq Əliyev hazırda ABŞ-nin Kaliforniya ştatında yaşayır. O, 1974-1992-ci illərdə SSRİ təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə çalışıb, 32 il əvvəl isə xəstəliyi ilə əlaqədar istefaya buraxılıb.

61 yaşlı Emil Süleymanov isə hazırda həmkarından fərqli qütbdə, Rusiyada yaşayır. O, gəncliyindən etibarən təhlükəsizlik orqanlarına aid müxtəlif strukturlarda çalışıb və polkovnik rütbəsinə qədər yüksəlib. Emil Süleymanov işdən çıxarıldıqdan sonra fəaliyyətini biznes sahəsində davam etdirmək istəsə də, daha sonra naməlum səbəbdən qərarını dəyişib və ölkədə qalmağa qərar verib. Qısa müddət sonra o, öz fəaliyyətini Heydər Əliyev adına beynəlxalq hava limanında Aviasiya Təhlükəsizliyi İdarəsində davam etdirib. Burada rəis vəzifəsində çalışan Emil Süleymanov, 2008-ci ildə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.

Onun ittiham olunduğu maddələr Emil Süleymanovun kimliyini və hansı əməllərin icraçısı olduğunu başa düşmək üçün yetərlidir. Ağır Cinayətlər Məhkəməsinin 13.06.2008-ci il tarixli hökmü ilə Emil Süleymanov Məcəllənin 274 (Dövlətə xəyanət), 308.1 (Büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə), 302.2 (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 155 (Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma), 228.1 və 228.4-cü (Qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinərək 15 il müddətə azadlıqdan məhrum edilib. Eyni zamanda, o, polkovnik hərbi rütbəsindən də məhrum edilib.

Emil Süleymanovun “casusluq” karyerası – İstintaq materialları nə deyir?

Sözügedən cinayət işinin istintaq materialları isə Emil Süleymanov haqqında daha dərin mətləblərdən xəbər verir. Məlum olur ki, Emil Süleymanov 1992-ci ilin dekabrında Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin əməliyyat müvəkkili vəzifəsindən Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarəyə baş əməliyyat müvəkkili vəzifəsinə keçirilib. O, daha sonra bu idarədə şöbə rəisi vəzifəsinə qədər yüksəlib. Həmin vaxt əvvəlki rəisi, yəni Rusiya Federal Təhlükəsizlik Xidmətinin Severmorsk şəhərində fəaliyyət göstərən 7-ci operativ eskadrası üzrə xüsusi şöbənin rəisi polkovnik Yuriy Sukalenko Emil Süleymanova Azərbaycanda işlədiyi müddətdə Rusiyanın Federal Təhlükəsizlik Xidməti ilə əlaqələrinin kəsilməməsini, lazım olanda onların maraqlarına xidmət göstərməsini təklif edib. Emil Süleymanov da bu təklifi qəbul edib.

Bundan sonra, yəni 1993-2007-ci illərdə Emil Süleymanovun casusluq formasında xarici dövlətin nümayəndələrinin tapşırıqları əsasında mütəmadi olaraq Azərbaycanın suverenliyi, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə kəşfiyyat xarakterli məlumatları toplayaraq Rusiyanın xüsusi xidmət orqanlarına ötürdüyü məlum olub. Dövlətə xəyanətə görə 15 il cəza çəkən Emil Süleymanov hazırda Azərbaycana qarşı fəaliyyətlərin mərkəzində yer alan şəxslərdən biridir.

Azərbaycana qarşı uğursuz “diplomat” təxribatı

Bir neçə gün öncə Gürcüstan Xarici İşlər Nazirliyinin müxtəlif ölkələrdə fəaliyyət göstərən 92 diplomatı birgə bəyanat imzalayıb. Diplomatlar açıq şəkildə dövlət qərarlarına və vahid siyasi xəttə qarşı çıxdıqlarını bəyan ediblər. Lakin hadisələrin gedişi bu bəyanatın qonşu Gürcüstanda siyasi sabitliyi və legitim sistemi hədəf alan, həmçinin xarici qüvvələrin maraqlarına xidmət edən təxribat olduğunu göstərib.

Təsadüfi deyil ki, bir müddət əvvəl Azərbaycanda da oxşar təxribat cəhdlərinin qarşısı alınıb. Arif Məmmədov kimi “keçmiş diplomat” olan Emin İbrahimov və Ramiz Vəliyev (kod adı “Cavanşir”) dövlət əleyhinə təxribatçı fəaliyyətləri səbəbi ilə həbs edilib. İstintaq metariallarında Emin İbrahimovun FETÖ və PKK ilə sıx əlaqələrə malik olduğu, Ramiz Vəliyevin isə xaricdəki “söyüş müxalifəti”nin maliyyələşməsində yaxından iştirak etdiyi məlum olub. Hətta “keçmiş diplomat”ların öz təxribatçı məqsədlərini koordinasiya etmək üçün xüsusi internet səhifə və məxfi mesajlaşma platformalarından istifadə etdikləri də müəyyən edilib.

“Keçmiş diplomatlar”la bağlı hadisələrin təhlili Arif Məmmədovun və onun nəzarətindəki casus qrupunun tək olmadığını, onların əslində daha böyük bir təxribat şəbəkəsinin tərkib hissəsi olduqlarını göstərir. Arif Məmmədov, Emin İbrahimov və Ramiz Vəliyevin eyni dövrdə və paralel şəkildə fəallaşmaları, hər 3 şəxsin dövlətin təməl sütunları olan təhlükəsizlik orqanlarını, siyasi elita və siyasi qərarvermə mexanizmlərini hədəf almaları bu planın əsas istiqamətləri olub.

Görülən tədbirlər nəticəsində bu təxribatçı şəbəkənin ölkə içərisindəki qanadı sıradan çıxarılıb. Lakin Arif Məmmədov, Toqif Əliyev və Emil Süleymanovun daxil olduğu digər şəbəkə öz mənfur əməllərini davam etdirir. Bu şəxslərin və onların timsalında digərlərinin əməlləri dövlətimizə və xalqımıza düşmən mövqedə olan, xaricdən maliyyələşən və xarici ölkələrin təsir dairəsində olan şəxslərin çirkin əməllərindən çəkinmədiyini bir daha ortaya qoyur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu - DETALLAR
Bu gün, 12:52
Azərbaycanın keçmiş Baş naziri 29 il sonra - FOTO
Bu gün, 12:49
Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi - VİDEO
Bu gün, 12:46
Durmadan bahalaşır: - Ət bazarında böhran yaradan gözəgörünməz qüvvə kimdir?
Bu gün, 12:39
Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək - TƏFƏRRÜAT
Bu gün, 12:36
İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər - ARAŞDIRMA
Bu gün, 12:30
Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
Bu gün, 12:22
Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - DETALLAR
Bu gün, 12:21
Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir - DİQQƏT
Bu gün, 11:53
""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" - ÇAĞIRIŞ...
Bu gün, 11:49
Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb - TƏFƏRRÜAT
Bu gün, 11:40
İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar - deputat
Bu gün, 11:35
Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE - BUNDAN SONRA...
Bu gün, 11:17
Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi - TƏFƏRRÜAT
Bu gün, 11:08
"Hansı bəyin səsi varsa, o da oxuya bilər" - Xalq artisti
Bu gün, 10:58
“ABŞ Qəzzanı zonalara bölür” - The Gardian
Bu gün, 10:48
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 10:41
Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Bu gün, 10:39
"Bizim üçün demokratiya Qərbin təqlidi deyil" - Zəlimxan Məmmədli
Bu gün, 10:25
Qərb nəşrindən ilginc iddia - Azərbaycan bu qərarı versə...
Bu gün, 10:21
Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:19
Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb - TƏFƏRRÜAT
Bu gün, 10:16
İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı - Bakıdan sərt reaksiya
Bu gün, 10:13
DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 09:54
Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu 850 min manatı ötdü
Bu gün, 09:53
"Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..."
Bu gün, 09:36
Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 09:23
TRAMP HAQLI İMİŞ... - belə çıxır...
Bu gün, 09:17
Gömrükdə qara bazarda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb - FOTO
Bu gün, 09:11
Gəncə Regional Kollecdə narazılıqlar... - bitmək bilmir!
Bu gün, 09:02
İstisinə qızınmadığımız QARA QIZIL: Bu il də üşüyəcəyik... - MALƏSƏF...
Bu gün, 08:54
İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir” - 11-ci kim olacaq?
Bu gün, 08:46
Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır - Tramp
Bu gün, 08:43
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir - FOTO
Bu gün, 07:46
Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil... - FAKT BUDUR!
Bu gün, 07:41
"MƏDƏNİ SOYĞUNÇULUQ İNSTİTUTU" Təhsilimizi ÇÖKƏRDİB: ARTİ, MÜTDA, TKTA... - Təhsil mafiyası kimin əli ilə hərəkət edir?
Bu gün, 07:39
'Dəniz Hospital' rəsmən ÖZBAŞINA QALIB - BU NƏDİ BELƏ?
Bu gün, 07:35
1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı - Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti
Bu gün, 07:29
Həbsdə olan həmkarlarının yanına gedəcəklər... - Başqa cür ola da bilməz...
Bu gün, 07:22
Gədəbəyi yarıtmışdı: İNDİ DƏ... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:20
Zəngəzur dəhlizində yenilik: Kimin xeyrinədir? - GƏLİŞMƏ
Bu gün, 07:08
Dinamika əvvəlki illərlə müqayisədə 80 faiz artıb - ŞƏRH
Bu gün, 07:05
Rəhbərsiz qalan nazirlik... - Görünəni odur ki...
Bu gün, 07:04
8 Noyabr Zəfər paradından sonra 3 dost ölkə ilə bağlı 3 diqqətşəkən olay... - Bağlılıq varmı?..
Bu gün, 07:01
Erməni lobbisinin əsiri olan qanun: 907-ci düzəlişin taleyi necə olacaq? - AKTUAL
Bu gün, 06:58
ABŞ termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb - KİV
Bu gün, 06:54
Jurnalistlər NECƏ DOLANACAQ? - heç düşündülərmi?
Bu gün, 06:52
Narazı işçi SOCAR şefinə ÜZ TUTDU - "Bizə borc verin..."
Bu gün, 06:43
“Vahid Qafqaz evi” layihəsi... - yenidən aktuallaşa bilər
Bu gün, 06:26
Elçin Rzayevin sözünə "QULAQ ASAN" yoxdur-Deputat kəndlinin örüş yerini "AZAD EDƏCƏKMİ?" -QALMAQAL
Dünən, 18:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru