“Araz Supermarket”də təyinat olub .....                     Məmurlar deputatlara cavab vermir, vətəndaşlar neyləsin? .....                     Finlandiyanın Ermənistandakı elçisi hələ də bilmir ki... .....                     Lənkəranın kanalizasiya sistemini tikəcək şirkət müəyyənləşib .....                     Qubadlıda 24 milyonluq layihəni icra edəcək şirkət .....                     "Zümrüd Residence"dən 3 otaq ev aldı, 2 otaq çıxdı .....                     ABŞ-dən Bakı və İrəvana sərhəd xəbərdarlığı .....                     Regionda sürpriz gəlişmə: İrəvandan yeni ordu həmləsi .....                     Kupyanskda nələr baş verir? .....                     Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb .....                     Nahid Bağırovun şübhəli TENDER ORTAĞI .....                     Qəbir yeri də bahalaşdı... .....                     Xankəndi terrorunda ASALA İZİ... .....                     Azərbaycan iş adamları Kolumbiyaya yarıtım etməyə başlayıblar .....                     “Şərq Kimya Şirkəti-Bakı”nın külli miqdarda vergi borcu üzə çıxdı .....                     Suriya-İsrail dialoqunda BAKI MASASI... .....                     Rusiya Azərbaycana Xəzərdən HÜCUM EDƏCƏK? .....                     Mədət Zeynalovun bağça biznesi .....                     Misli.az qadın futbolunu niyə bloklayır? .....                     "Nizami City" sakinləri CANA DOYURUB... .....                     ABŞ -nin qarant rolunda iştirakı... .....                     “AccessBank”a borclandınsa... BATDIN! .....                     Deputatdan ətin bahalaşmasına etiraz .....                     "Hər hansı geri çəkilmə və ya ləngimə müşahidə olunmur" .....                     İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ .....                     SEPAH yaydı: "Türkiyədəki ABŞ bazalarını vuracağıq" .....                     Xankəndidəki təxribatın arxasında .....                     “Music Gallery” müştərini necə süründürür? .....                     "Neftçi" klubunun şikayəti təmin edilməyib .....                     Şou idi: Əliyev Qarabağda, “Qarabağ” Lissabonda... .....                     Ermənistan-İran əməkdaşlığı yeni səviyyəyə yüksəlib .....                     Keçmiş səfirin qızına cinayət işi açıldı .....                     Ağazaryan Sərkisyanın planı barədə: .....                     Bakının yeni missiyası... .....                     Dövlət qurumunun tenderi .....                     Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Azərbaycana gəlir .....                     "Qalmışam əlacsız vəziyyətdə..." .....                     “Özləri də çox yerdə deyirlər ki, bir zənglə məsələni həll etdirdik” .....                     İsveçrə və Fransanın Azərbaycana yatırdıqları investisiyalar kəskin artıb .....                     Azərbaycanlı deputatı kimlər sıxışdırır? .....                 

Paşinyanın bir-birini təkzib edən Zəngəzur bəyanatları... - Baş nazir kimi aldadır?
Tarix: 15-10-2024, 08:50 | Çap et
Paşinyanın bir-birini təkzib edən Zəngəzur bəyanatları...
Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan hökuməti bir-birini təkzib edən bəyanatlar verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında əlaqəni təmin edəcək yola nəzarətin Rusiya qoşunlarına veriləcəyini bildirsə də, Xarici İşlər Nazirliyinin sözçüsü əks fikir söyləyib.

Qeyd edək ki, son dörd ildə Paşinyan hakimiyyəti Zəngəzur dəhlizinin açılmamasını bu marşrutun guya Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə zidd olması ilə əsaslandırıb. Lakin oktyabrın 12-də öz arqumentlərini təkzib edən açıqlama verib.

Onun sözlərinə görə, üçtərəfli Bəyanatdakı bəndlərin heç biri Ermənistanın suveren hüquqlarının hər hansı şəkildə məhdudlaşdırıldığını deməyə əsas vermir.

“Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə yalnız Sünikdəki yola (Zəngəzur dəhlizi - red.) nəzarət funksiyası verilə bilər”.

Paşinyan “Sülh kəsişməsi: təhlükəsizlik və demokratiyanın birləşməsi” adlı konfransda çıxışı zamanı belə deyib.

Ermənistanın Baş naziri 9 (10) noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 9-cu bəndindən sitat gətirərək bildirib:

“Nəqliyyat rabitəsinə nəzarəti Rusiya FTX-nin Sərhəd Xidməti həyata keçirir”.

“Bu yaxınlarda müəyyən dairələrdə bu cümlə sitat gətirildi və mən soruşdum ki, bunun nə demək olduğunu kim izah edə bilər? Bunun nə demək olduğu Rusiya Federasiyası Prezidentinin 10 dekabr 2020-ci il tarixli fərmanında izah edilir. Bu, o deməkdir ki, Ermənistanın öz öhdəliyini necə yerinə yetirdiyini görmək üçün Rusiya Federasiyasının nümayəndələrinə hansısa monitorinq funksiyası verilə bilər”, - Paşinyan qeyd edib.

Üstəlik, onun sözlərinə görə, bəyanatdakı bəndlərin heç biri Ermənistanın suveren hüquqlarına hər hansı məhdudiyyəti nəzərdə tutmur. Göründüyü kimi, Paşinyanın verdiyi açıqlamalar paradoksal xarakter daşıyır.

Çünki Baş nazirin Moskva səfərindən dərhal sonra Zəngəzurdakı yola nəzarətin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə verilə biləcəyini dilə gətirməsi əvvəlcə onun Prezident Vladimir Putinlə bu məsələdə anlaşması və əvvəlki mövqeyindən imtina etməsi kimi anlaşıldı. Ancaq Paşinyan 9-cu bəndin icrasına münasibətdə Rusiya paytaxtında da birmənalı mövqe nümayiş etdirmədi.

MDB Dövlət Başçıları Şurasının oktyabrın 8-də keçirilən iclasında çıxış edən Ermənistanın Baş naziri açıq-aşkar altında imzası olduğu halda 10 noyabr Bəyanatının 9-cu bəndini danmağa çalışdı.

O bildirdi ki, Ermənistanın hər hansı formada guya üçüncü dövlətlərin öz suveren ərazisində kommunikasiyaların təhlükəsizliyini təmin etməsi ilə razılaşdığı və ya hər hansı sənəddə bunun nəzərdə tutulduğu barədə bütün bəyanatlar sadəcə olaraq, həqiqətə uyğun deyil.

Ona görə də Paşinyanın bundan dörd gün sonra tamamilə əks fikir söyləməsi siyasi rezonansa səbəb olub. Əslində, Paşinyanın bu cür qeyri-sabit, dəyişkən mövqe tutması onun siyasi karyerasına xas davranış tərzidir. Bu baxımdan, Paşinyan əks mövqedən çıxış edərək indi də bəyanatdakı bəndlərin heç birinin Ermənistanın suveren hüquqlarına hər hansı məhdudiyyəti nəzərdə tutmadığını deyir. Əgər belədirsə, Ermənistan rəhbərliyinin Zəngəzur dəhlizinin açılmasına nə üçün razılıq vermədiyi sualı meydana çıxır.

Ermənistan XİN -nin sözçüsü Ani Badalyanın yerli mətbuata müsahibəsi Paşinyan hökumətinin bu məsələdə səmimi olmadığını təsdiq edir.

“Bəyanatda bu çox aydın yazılıb. Aydındır ki, Ermənistan Respublikası bunu öz yurisdiksiyası və suverenliyi çərçivəsində etməlidir. Rusiya Federasiyası FTX-nin sərhəd xidməti orqanlarına gəlincə, onların fiziki mövcudluğu üçtərəfli bəyanatın 9-cu bəndində nəzərdə tutulmayıb”, - deyə Badalyan bildirib.

Göründüyü kimi, rəsmi İrəvan 10 noyabr Bəyanatının 9-cu bəndi üzrə əldə olunmuş razılaşmanı təkzib etməyə çalışır. Halbuki, həmin bənddə açıq şəkildə qeyd edilir:

“Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir”.

Əgər Nikol Paşinyan Zəngəzur dəhlizinin açılması məsələsində güzəştə getsəydi, şübhəsiz ki, Ani Badalyan tamamilə başqa cür açıqlama verərdi. Deməli, Badalyan dolayısı ilə hökumət başçısının mövqeyini ifadə edib.

Xarici İşlər Nazurliyinin nümayəndəsinin açıqlaması rəsmi İrəvanın Zəngəzur dəhlizini açmaq niyyətində olmadığından xəbər verir. Ermənistan Baş nazirinin Rusiya qoşunlarının Zəngəzurda yola nəzarət etməsinin mümkünlüyü barədə bəyanatı daha çox həmin bölgədə möhkəmlənməyə çalışan və “Orta dəhliz” uğrunda mübarizə aparan Qərblə Kreml arasında manevr imkanları qazanmağa hesablanıb.

Müşfiq Abdulla
“Cebheinfo.az”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Araz Supermarket”də təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:22
Məmurlar deputatlara cavab vermir, vətəndaşlar neyləsin? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:20
Finlandiyanın Ermənistandakı elçisi hələ də bilmir ki... - “artsax xalqı” deyilən bir qövm yoxdur, olmayıb
Bu gün, 09:19
Lənkəranın kanalizasiya sistemini tikəcək şirkət müəyyənləşib
Bu gün, 09:17
Qubadlıda 24 milyonluq layihəni icra edəcək şirkət - MƏLUM OLDU
Bu gün, 09:15
"Zümrüd Residence"dən 3 otaq ev aldı, 2 otaq çıxdı - "Kupça" da ala bilmirik"
Bu gün, 09:11
ABŞ-dən Bakı və İrəvana sərhəd xəbərdarlığı - təxribat planı
Bu gün, 09:07
Regionda sürpriz gəlişmə: İrəvandan yeni ordu həmləsi – Bakı artıq hazırdır
Bu gün, 08:29
Kupyanskda nələr baş verir? - Makovski
Bu gün, 07:15
Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb
Bu gün, 07:13
Nahid Bağırovun şübhəli TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 06:33
Qəbir yeri də bahalaşdı... - AÇIQLAMA
Bu gün, 06:28
Xankəndi terrorunda ASALA İZİ... - GƏLİŞMƏ
Bu gün, 06:25
Azərbaycan iş adamları Kolumbiyaya yarıtım etməyə başlayıblar – MƏBLƏĞ
Bu gün, 06:22
“Şərq Kimya Şirkəti-Bakı”nın külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 05:58
Suriya-İsrail dialoqunda BAKI MASASI... - Biz geniş miqyasda oynamağa başlamışıq...
Bu gün, 05:51
Rusiya Azərbaycana Xəzərdən HÜCUM EDƏCƏK? - Görünəni odur ki...
Bu gün, 05:40
Mədət Zeynalovun bağça biznesi - İTTİHAM VAR...
Bu gün, 05:38
Misli.az qadın futbolunu niyə bloklayır? - İLGİNC FAKT
Bu gün, 05:32
"Nizami City" sakinləri CANA DOYURUB... - Vətəndaşın evi görün nə hala düşdü
Bu gün, 05:28
ABŞ -nin qarant rolunda iştirakı... ONA GÖRƏ vacibdir ki...
Bu gün, 05:22
“AccessBank”a borclandınsa... BATDIN! - BU DA FAKT...
Bu gün, 05:20
Deputatdan ətin bahalaşmasına etiraz - “Həyətlər boşdur”
Bu gün, 05:11
"Hər hansı geri çəkilmə və ya ləngimə müşahidə olunmur" - AKTUAL
Bu gün, 05:08
İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ - Azərbaycanda bu sahələr iflic olacaq
Dünən, 18:04
SEPAH yaydı: "Türkiyədəki ABŞ bazalarını vuracağıq" – İrandan gülünc və fantaziya xarakterli hədələr
Dünən, 18:00
Xankəndidəki təxribatın arxasında KİM DAYANIR Kİ...
Dünən, 17:52
“Music Gallery” müştərini necə süründürür? - AXI NİYƏ?
Dünən, 17:44
"Neftçi" klubunun şikayəti təmin edilməyib
Dünən, 17:21
Şou idi: Əliyev Qarabağda, “Qarabağ” Lissabonda... - Replika
Dünən, 17:11
Ermənistan-İran əməkdaşlığı yeni səviyyəyə yüksəlib - Paşinyan
Dünən, 17:06
Keçmiş səfirin qızına cinayət işi açıldı - SİYAHI
Dünən, 16:45
Ağazaryan Sərkisyanın planı barədə: - Yekə-yekə danışmağın mənası yoxdur
Dünən, 16:40
Bakının yeni missiyası... - GƏLİŞMƏ...
Dünən, 16:35
Dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Dünən, 16:26
Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Azərbaycana gəlir
Dünən, 16:24
"Qalmışam əlacsız vəziyyətdə..." - VƏTƏNDAŞ NƏ ETSİN?
Dünən, 16:21
“Özləri də çox yerdə deyirlər ki, bir zənglə məsələni həll etdirdik” - BU NƏDİ BELƏ...
Dünən, 16:12
İsveçrə və Fransanın Azərbaycana yatırdıqları investisiyalar kəskin artıb - SİYAHI
Dünən, 16:07
Azərbaycanlı deputatı kimlər sıxışdırır? - Şirkətinə cinayət işi açıldı
Dünən, 16:04
Mərhum generalın işində hökm oxundu – Müdafiə Nazirlindən 15 milyonluq oğurluq
Dünən, 15:53
İbrahim Kalın Suriyaya gedib
Dünən, 15:50
"Vətəndaşın cibi hesabına büdcəni doldurmaq uğursuz olacaq" - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:48
Azərbaycan ən çox bu beş ölkəyə mal ixrac edib - DETALLAR
Dünən, 15:44
“Xankəndindəki son terror cəhdinin arxasında Rusiya ilə bağlı qurumların durmasına zərrə qədər şübhəm yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 13:09
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq sənədinin imzalanma tarixini müzakirə edib
Dünən, 13:06
“AİD Language Center” xaricdə təhsil adıyla gəncləri aldadıb pulunu mənimsəyir - NARAZILIQ VAR...
Dünən, 13:05
Məşhur müğənnilər arasında qalmaqal böyüyür - "Müğənni dedi ki, atası ölüb"
Dünən, 12:59
Rusiyadan Azərbaycanla bağlı inanılmaz həmlə: “eyni anda əməliyyatlar” – ŞOK gizlinlər
Dünən, 12:58
Paşinyandan müxalifətə erkən seçki şoku
Dünən, 12:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru