Kiber hücum riski yüksəlir: Azərbaycanda təhlükə ikiqat artıb .....                     İranda MOSSAD əməliyyatı: saxlanılanlar var .....                     5 min dollarlıq dronu 1 milyonluq raketlə vururlar .....                     Müalicə üçün Azərbaycana hansı ölkələrdən gəlirlər? .....                     Rusiya ordusu martdan bəri Ukraynada 149 yaşayış məntəqəsini .....                     Bu musiqi məktəbinə yeni direktor təyin edildi .....                     1 həftədir itkin düşən kişinin meyiti quyudan tapıldı .....                     "Evimdə idman zalı düzəltmişəm" .....                     Azərbaycanda tikinti icazələri daha əlçatan olacaq .....                     Şahin Bağırov bu rəisi vəzifəsindən azad etdi .....                     26 yaşlı vəzifəli şəxs “BMW” ilə törətdiyi ağır qəzada ÖLDÜ .....                     Deputatdan Nadir Qafarzadənin bu hərəkətinə reaksiya .....                     Daha bir tanınmış cərrah əməliyyatını açıq şəkildə PAYLAŞDI .....                     Bəxtiyar Ərsayın vəzifədən getməsinin PƏRDƏARXASI .....                     Qubada kənd sakinlərini təhqir edən məmur vəzifədən AZAD EDİLDİ .....                     Paşinyan və xanımı musiqi alətində ifa etməyi öyrənir .....                     Hər 50 sakinindən 1-i şəhid düşən kəndə verilən GÖZ DAĞI... .....                     Azərbaycan üzvlük istəyir: Rusiya mane olacaq? .....                     “Tramp yolu”nu rus sərhədçiləri qoruyacaq?” .....                     Xalq artisti Ənvər Sadıqovun “Telegram” hesabı sındırıldı .....                     Rusiyada 23 il əvvəl qayınatasının qətlində təqsirləndirilən azərbaycanlıya hökm oxunub .....                     “Qarabağ”ı təbrik etsəydim, məni qınayacaqdılar” .....                     ABŞ-də məhkəmə Trampın deportasiya prosesini genişləndirmək cəhdini bloklayıb .....                     Paşinyandan Putinə Şanxay ərəfəsi demarş .....                     Sabiq teatr direktoru Məmmədəli Ağayevin MƏHKƏMƏ VİDEOSU .....                     Azərbaycan "ŞƏT ailəsi"nin mühüm üzvüdür .....                     İcra başçısının TERRORÇU ORTAĞI .....                     Rusların Azərbaycan məhsullarına qarşı davası DAVAM EDİR .....                     “Mənim əl-qolumu bağlamışdı” .....                     Separatçıların 2 sentyabr hazırlığı .....                     BU GÜN O GÜNDÜR... .....                     Serjikin adamı Bako və Levonun Xankəndində nərd oynadığı günlərə dönmək istəyir... .....                     Armen Qriqoryan Laricani ilə görüşüb .....                     "Niyə məzuniyyətdə olan həkimi əvəz edən yoxdur, biz niyə əziyyət çəkməliyik?" .....                     Paşinyanın 10 noyabr bəyanatı ilə bağlı fikirləri nəyə hesablanıb? .....                     Reklamı GƏL-GƏL deyir... görəndə DABANA TÜPÜRÜRSƏN... .....                     Ermənistanda vəziyyət gərginləşir: Paşinyan özünü belə sığortalamağa çalışır .....                     Azərbaycanlılar Ermənistan gömrüyündə yoxlanacaq? .....                     BQXK: “neytral” maskalı, siyasi məzmunlu təşkilat .....                     Təhsildə Keyfiyyət Təminatı Agentliyi şefinin KEYFİYYƏTSİZ AÇIQLAMASI .....                 

Zəngəzur: Cənubi Qafqazın taleyini dəyişdirəcək dəhliz - İNCƏLƏMƏ
Tarix: 14-10-2024, 11:02 | Çap et
Zəngəzur: Cənubi Qafqazın taleyini dəyişdirəcək dəhliz
ABŞ, Fransa və Avropa İttifaqı Cənubi Qafqazda "Sülh yolayrıcı" layihəsini reallaşdırmağa çalışır. Ermənistanın baş naziri Nikol Paşinyanın "təşəbbüsü" kimi qələmə verilən sözügedən layihə əslində İrəvanın regionda ön plana çıxarılması, Zəngəzur nəqliyyat dəhlizi layihəsinin gündəmdən çıxarılması, Qərbin bölgədəki bütün (!) kommunikasiya və nəqliyyat, habelə loqistika marşrutlarına nəzarətə yiyələnməsi, ən nəhayət Azərbaycanla Türkiyənin region geosiyasətində ikinci plana salınmasını nəzərdə tutur.

Halbuki Zəngəzur dəhlizi layihəsi təkcə Azərbaycan və Ermənistan arasındakı iqtisadi əlaqələrin bərpası üçün deyil, eyni zamanda, Cənubi Qafqazın geosiyasi konfiqurasiyasını yenidən müəyyənləşdirmək üçün də mühüm əhəmiyyət kəsb edir. Bu layihə,bölgədəki nəqliyyat marşrutlarını dəyişdirərək həm enerji, həm ticarət sahələrində yeni imkanlar yaradacaq. Eyni zamanda, layihə müxtəlif güc mərkəzlərinin maraqlarına toxunduğu üçün onun reallaşmasında ciddi maneələr ortaya çıxmaqdadır.

Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən irəli sürülən "Sülh yolayrıcı" layihəsisə Cənubi Qafqazda ticarət və logistika mərkəzinə çevrilmək məqsədi daşıyır. Layihənin əsas ideyası Ermənistanın beynəlxalq tranzit yolları üçün əlverişli marşrut yaratmaqla regionda iqtisadi əhəmiyyətini artırmaqdır. Sözügedən layihə iqtisadi, texniki və siyasi baxımdan bir çox problemlərlə üzləşir və reallaşması qeyri-mümkün görünür. ABŞ, Fransa və Avropa İttifaqı layihəni aktiv şəkildə dəstəkləsə də, onun tətbiq edilməsi yalnız kağız üzərində qalıb.

Paşinyan projektinin mahiyyəti

"Sülh yolayrıcı" layihə çərçivəsində Ermənistan ərazisində müasir logistika və yükdaşıma mərkəzlərinin tikilməsi nəzərdə tutulur. Bu mərkəzlər vasitəsilə Asiya və Avropa arasında yük axını təmin edilməli, beynəlxalq hava və quru yollarının kəsişmə nöqtəsi kimi Ermənistanın rolu artırılmalıdır. Rəsmi İrəvan Zvartnots Beynəlxalq Hava Limanının genişləndirilməsi və yeni uçuş zolaqlarının tikilməsi planlaşdırılır. Həmçinin, Ermənistanın regionda hava nəqliyyatının əsas qovşağına çevrilməsi hədəflənir.

Nikol Paşinyanın layihəsi İran və Gürcüstanla nəqliyyat xətlərini birləşdirəcək dəmir yolu şəbəkəsinin tikintisini nəzərdə tutur. Eyni zamanda, Avropa ilə Asiya arasında sürətli avtomobil yollarının çəkilməsi layihənin əsas hissəsidir.

Fəqət "Sülh yolayrıcı" əslində "ölü doğulmuş" layihədir. Çünki Ermənistanın coğrafi yerləşməsi layihənin ən ciddi zəifliyidir. Ermənistan regiondakı digər ölkələrlə müqayisədə dənizə çıxışı olmayan, qeyri-sabit sərhədlərə malik bir dövlətdir. "The Economist" qeyd edir ki, “Zəngəzur dəhlizi kimi səmərəli alternativlər mövcud olduğu halda, Ermənistan üzərindən yük axını iqtisadi baxımdan sərfəli deyil.”

Ermənistanın İran və Gürcüstanla olan nəqliyyat xətləri köhnəlmişdir və ciddi investisiyalar tələb edir. Ermənistanın qonşu ölkələrlə münasibətlərindəki gərginlik də bu layihənin reallaşmasını sual altına qoyur. Tanınmış amerikalı siyasi ekspert Pol Qobl vurğulayır ki, "məqsəd qlobal ticarət üçün etibarlı marşrut yaratmaqdır, lakin Ermənistan bu etibarlılığı təmin edə bilməz."

ABŞ, Fransa və Avropa İttifaqı bu layihəni ciddi şəkildə dəstəkləyir. Bunun əsas səbəbi, Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizi vasitəsilə əldə edəcəyi iqtisadi üstünlüyə qarşı əngəl yaratmaqdır. "Foreign Policy" qeyd edir ki, “Ermənistan layihəsinin dəstəklənməsi, Azərbaycanın regional rolunu zəiflətmək məqsədi daşıyır.” Avropa İttifaqıisə bu layihə ilə Azərbaycan üzərində siyasi təzyiq vasitəsi əldə etməyə çalışır.

Kollektiv Qərb Ermənistanı dəstəkləməklə həm Zəngəzur dəhlizinin açılmasını ləngitmək, həm də Azərbaycanı iqtisadi və siyasi təcridə salmaq niyyətindədir. Səbəb bəllidir: "Sülh yolayrıcı" layihəsi Azərbaycanı regional tranzit xəritəsindən kənarlaşdırmaq məqsədi daşıyır.

Ermənistan üzərindən "Sülh yolayrıcı" layihəsinin həyata keçməsi, Azərbaycanın tranzit gəlirlərini ciddi şəkildə azalda bilərdi. Lakin layihənin uğursuzluğu və texniki çətinlikləri, bu təhlükəni aradan qaldırır.

Ermənistanın bu layihə ilə möhkəmlənməsi Cənubi Qafqazda balansı dəyişərək Azərbaycan və Türkiyənin təsir dairəsini zəiflətmək üçün bir vasitəyə çevrilə bilər.

Paşinyanın "Sülh yolayrıcı" layihəsi, iqtisadi və texniki zəiflikləri ilə artıq ölü bir layihədir. ABŞ, Fransa və Avropa İttifaqının bu layihəni dəstəkləməsi sırf Azərbaycanın iqtisadi və siyasi gücünü zəiflətmək niyyəti daşıyır. Amma Zəngəzur dəhlizi layihəsi təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün region üçün ən səmərəli marşrut olaraq qalır. Ermənistanın reallıqdan uzaq layihələri ilə müqayisədə, Zəngəzur dəhlizi uzunmüddətli iqtisadi dividendlər və geosiyasi sabitlik gətirəcək yeganə alternativdir.

... Zəngəzur dəhlizi layihəsi, Cənubi Qafqaz regionunun nəqliyyat sisteminə yeni dinamika gətirəcək, Asiya və Avropa arasında ticarət əlaqələrini möhkəmləndirəcək mühüm təşəbbüslərdən biridir. Bu layihənin iqtisadi, texniki və digər mühüm parametrləri aşağıda ətraflı şəkildə araşdırılır.

Zəngəzur dəhlizinin açılması Azərbaycan və Türkiyə üçün nəqliyyat və logistika sahəsində illik yüz milyonlarla dollarlıq gəlir yarada bilər. Avropa və Asiya arasında tranzit daşımalarının həcmi artırıldıqca, Bakı-Tbilisi-Qars dəmir yolunun davamı kimi bu marşrutun dəyəri daha da yüksələcək.

Dəhliz Avrasiya İqtisadi İttifaqı və Çin tərəfindən həyata keçirilən “Bir Kəmər, Bir Yol” təşəbbüsü ilə əlaqələndirilərək qlobal ticarətdə mühüm arteriyaya çevrilə bilər. Çindən gələn yüklər bu dəhliz vasitəsilə ən qısa zamanda Türkiyə və Avropaya çatdırılacaq, bu da İpək Yolunun müasir versiyasına təkan verəcək.

Rusiyadan və İrandan keçən marşrutlara alternativ yaradaraq Zəngəzur dəhlizi, beynəlxalq təchizat zəncirlərini şaxələndirəcək və regional təhlükəsizlik risklərini azaldacaq.

Layihə çərçivəsində tikiləcək dəmir yolu və avtomobil yollarının ümumi uzunluğu təxminən 43 kilometr təşkil edir. Yolun yüksək keyfiyyətli asfaltla və müasir nəqliyyat vasitələri üçün uyğun olan texnologiyalarla inşa olunması planlaşdırılır.

Dəhliz boyunca rəqəmsal monitorinq sistemləri və avtomatlaşdırılmış idarəetmə texnologiyaları tətbiq ediləcək. Rusiya və Azərbaycan tərəfindən təmin ediləcək təhlükəsizlik mexanizmləri tranzit yüklərin fasiləsiz hərəkətini təmin edəcək.

Yol boyunca enerji təminatının dayanıqlı olması üçün müasir elektrik xətləri və stansiyalar quraşdırılacaq. Həmçinin, dəmir yolunun elektrikləşdirilməsi planı ekoloji səmərəliliyi artıracaq.

Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan və Türkiyə ticarət əlaqələrini möhkəmləndirməklə yanaşı, Ermənistanı da regionla inteqrasiya etməyə çalışır. Bu dəhliz, Ermənistan üçün regional blokadadan çıxış və iqtisadi inteqrasiya üçün fürsət yarada bilər.

Layihə regional sülhə töhfə vermək üçün strateji əhəmiyyət daşıyır. Geosiyasi gərginliklərin azaldılması və əməkdaşlıq platformalarının yaradılması ilə Zəngəzur dəhlizi münaqişə riskini aşağı salacaq.

Zəngəzur dəhlizi layihəsində ekoloji standartlara uyğun infrastrukturun yaradılması planlaşdırılır. Elektrikləşdirilmiş dəmir yolu ekoloji izləri azaldacaq və ətraf mühitə təsirin minimuma endirilməsinə kömək edəcək.

İqtisadi və geosiyasi dividendlər

Zəngəzur dəhlizi Azərbaycan, Türkiyə və digər bölgə ölkələri üçün strateji əhəmiyyət daşıyan layihələrdən biridir. Dəhliz Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında birbaşa əlaqə yaradacaq və Türkiyəyə, oradan isə Avropaya ticarət axınlarını gücləndirəcək. "Financial Times" qəzetinin son təhlilində qeyd edilir ki, "bu dəhliz Cənubi Qafqazı Orta Asiya ilə birləşdirəcək yeni ticarət və enerji şəbəkələrinin formalaşmasında həlledici rol oynayacaq."

Türkiyənin iqtisadiyyat naziri Mehmet Şimşek isə bəyan edib ki, bu dəhliz təkcə regiondakı iqtisadi inkişafı stimullaşdırmayacaq, həm də beynəlxalq ticarətdə yeni bir yol xəritəsi yaradacaq.

Reallaşma qarşısında maneələr: erməni yalanları və xarici təzyiqlər

Ermənistan rəhbərliyinin Zəngəzur dəhlizinin açılmasına qarşı münasibəti hələ də ziddiyyətlidir. Nikol Paşinyan son bəyanatlarında 2020-ci il 10 noyabr razılaşmasının müddəalarını qəbul etdiyini bildirsə də, ölkə daxilindəki radikal qüvvələrin təzyiqi nəticəsində dəhlizin açılmasını ləngidən addımlar atır.

"The Economist" jurnalının son araşdırmasında qeyd edilir ki, "Ermənistan daxilindəki millətçi qüvvələr dəhlizin açılmasını ölkənin ərazi suverenliyinə təhlükə kimi görürlər."

Bununla yanaşı, erməni diasporunun ABŞ və Fransadakı təsiri də Ermənistanın qərarlarına birbaşa təsir edir.

Ermənistanın xarici dəstəklərlə öz mövqeyini möhkəmləndirmək cəhdi layihənin həyata keçməsini ləngidir. Fransanın prezidenti Emmanuel Makron dəfələrlə Ermənistanın mövqeyinə dəstək verdiyini bildirmiş və layihənin reallaşmasında maraqlı olmadığını göstərib. "Politico"da yayımlanan bir təhlildə qeyd olunur ki, “Fransa regionda öz nüfuzunu qorumaq üçün Ermənistanı dəstəkləyir və bu dəstək dəhlizin açılmasına maneələr yaradır.”

ABŞ-dan da bəzən layihəyə mənfi reaksiya görünür.

Amerikalı analitik Pol Stronski bildirib ki, "Vaşinqton bölgədəki prosesləri nəzarətdə saxlamaq üçün Ermənistanı alternativ tərəfdaş kimi görür və Zəngəzur dəhlizi ilə bağlı məsələdə tərəfsiz mövqe tutmaq istəmir."

Türkiyə və Azərbaycanın konkret mövqeyi

Azərbaycan və Türkiyə isə Zəngəzur dəhlizinin reallaşmasına tam şəkildə sadiqdirlər. Hər iki ölkə üçün bu dəhliz, həm iqtisadi, həm də siyasi baxımdan strateji əhəmiyyət daşıyır. Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu bəyan edib ki, "dəhlizin açılması sadəcə zaman məsələsidir və bu, qaçılmazdır." Azərbaycan hökuməti də dəhlizin açılmasını yalnız iqtisadi deyil, həm də sülhə aparan yol kimi görür.

Ankara və Bakı, həmçinin Rusiya hərbçilərinin dəhlizdə nəzarət funksiyasını yerinə yetirməsinə müsbət yanaşırlar. Bu yanaşma, layihənin reallaşmasını sürətləndirmək və hərbi təhlükəsizlik təminatlarını artırmaq məqsədi daşıyır. Reuters agentliyinin təhlilinə görə, "Türkiyə və Azərbaycanın bu layihəyə sadiqliyi, Orta Asiya və Avropa arasındakı ticarət əlaqələrinin möhkəmlənməsinə səbəb olacaq."

Sülhə və sabitliyə aparan yol

Dəhlizin açılması, yalnız iqtisadi dividend gətirməklə məhdudlaşmayacaq, eyni zamanda, bölgədəki münaqişələrin həllinə və uzunmüddətli sabitliyə də xidmət edəcək. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar bu barədə bildirib: "Biz bu dəhlizi regional əməkdaşlıq üçün böyük bir imkan kimi görürük və onun açılması Cənubi Qafqazda sülh və sabitliyi möhkəmləndirəcək."

Zəngəzur dəhlizinin açılması həm Azərbaycan, həm Türkiyə, həm də digər region ölkələri üçün strateji əhəmiyyət daşıyır. Mövcud maneələrə baxmayaraq, Bakı və Ankaranın ardıcıl və konkret addımları, layihənin reallaşmasına olan sarsılmaz inamı göstərir. Bu dəhliz, təkcə iqtisadi dividendlər deyil, eyni zamanda, sülh və sabitlik gətirəcək bir yol olaraq qalır. Beləliklə, regionun gələcəyi məhz bu layihənin uğurla həyata keçirilməsindən asılıdır.

Zəngəzur dəhlizinin geosiyasi önəmi və Yaxın Şərqdə gərginliyin yeni çağırışları

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Ermənistan və İran üzərindən nəqliyyat dəhlizinin yaxın zamanda açılacağını əminliklə bəyan edib. Onun sözlərinə görə, bu, sadəcə zaman məsələsidir və regionda yeni nəqliyyat xətlərinin açılması qaçılmazdır. Lakin Yaxın Şərqdə İsrail ilə İran arasında hərbi münaqişə ehtimalının artması, Orta dəhlizin təhlükəsizliyi ilə bağlı ciddi suallar doğurur. Nəticədə, diqqətlər yenidən Zəngəzur dəhlizinə yönəlmişdir.

Orta Dəhliz: təhlükə və alternativ yollar

İsrail-İran münasibətlərində gərginliyin artması və müharibə ehtimallarının real təhlükəyə çevrilməsi beynəlxalq ticarət yollarında dəyişikliyi zəruri edir. Orta dəhlizin İrandan keçməsi planı mövcud şərtlərdə təhlükəli görünür. Ekspertlərin fikrincə, belə bir müharibə başlayarsa, beynəlxalq yüklərin İrandan tranziti iflic ola bilər.

ABŞ-ın dövlət katibi Entoni Blinken də İranla bağlı artan risklərin qlobal ticarətə təsirindən narahatlığını dilə gətirib: "Yaxın Şərqdə qeyri-sabitlik logistik təchizat zəncirinə ciddi təhlükə yaradır."

İranla alternativlərin azaldığı bir vaxtda diqqət Zəngəzur dəhlizinə yönəlir.

Fransa prezidenti Emmanuel Makron isə bu məsələdə münaqişə zonalarında hərbi nəzarətin artmasının diplomatik təsirlərindən ehtiyat etdiyini qeyd edib. Amma Türkiyə və Azərbaycan, həmçinin Ermənistanın mövqeyi, bu nəqliyyat dəhlizinin açılmasının qaçılmaz olduğunu göstərir.

Geosiyasi çıxış yolu

Nikol Paşinyan son açıqlamalarında 2020-ci il 9 (10) noyabr üçtərəfli bəyanatına uyğun olaraq, Zəngəzur dəhlizinin Rusiya sülhməramlılarının nəzarətində olmasına razılıq verdiyini qeyri-rəsmi şəkildə bəyan edib. Bununla yanaşı, Bakı dəhlizin Rusiya hərbçilərinin nəzarətində olmasına etiraz etmədiyini dəfələrlə ifadə edib. Bu, Ankaranın da dəstəyini alır, çünki Türkiyə üçün əsas məqsəd yüklərin mümkün qədər tez bir zamanda Orta dəhliz vasitəsilə Türkiyəyə çatdırılmasıdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu barədə bildirib: "Bizim üçün vacib olan, Çindən çıxan yüklərin ən qısa zamanda bizə çatmasıdır. Rusiya nəzarətində olması fərq etməz, əsas odur ki, dəhliz açıq olsun."

Rusiya politoloqu Sergey Markov isə vurğulayır ki, Moskva üçün bu nəzarət, regiondakı mövqeyini möhkəmlətmək baxımından strateji əhəmiyyət daşıyır: "Bu dəhliz vasitəsilə Moskva regional nəzarəti saxlamaqla yanaşı, iqtisadi təsirini də artırmaq imkanına malik olacaq."

Geosiyasi rəqabət və Zəngəzur dəhlizinin açılmasının mühümlüyü

Zəngəzur dəhlizinin açılması, yalnız regional iqtisadi inkişaf üçün deyil, həm də Avrasiya məkanında yeni geosiyasi balansın formalaşması üçün vacibdir.

ABŞ-ın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Rikerin sözlərinə görə, "Qafqazdakı ticarət yolları regional inteqrasiyanın vacib elementidir." Bununla yanaşı, Ermənistanın hərəkətləri də mühüm diqqət tələb edir. Rikerin fikrincə, "Yalnız əməkdaşlıq və konstruktiv dialoq regionda sabitlik gətirə bilər."

... Zəngəzur dəhlizinin açılması təkcə regional iqtisadi əlaqələri bərpa etməyəcək, həm də regionda strateji sabitliyin təmin olunmasına kömək edəcək. Yaxın Şərqdə müharibə təhlükəsinin artdığı indiki şəraitdə, bu dəhliz Cənubi Qafqazın beynəlxalq logistika şəbəkəsində əhəmiyyətini artırır. Beləliklə, Ankara və Bakı üçün əsas prioritet, istənilən hərbi və siyasi maneləri aradan qaldırmaqla bu dəhlizin qısa zamanda istifadəyə verilməsidir.

TREND










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kiber hücum riski yüksəlir: Azərbaycanda təhlükə ikiqat artıb - NƏ ETMƏLİ?
Dünən, 18:00
İranda MOSSAD əməliyyatı: saxlanılanlar var - KİV
Dünən, 17:58
5 min dollarlıq dronu 1 milyonluq raketlə vururlar - UCUZ QİYMƏTƏ DRON VURAN HAZIRLANIB
Dünən, 17:55
Müalicə üçün Azərbaycana hansı ölkələrdən gəlirlər? - SİYAHI
Dünən, 17:50
Rusiya ordusu martdan bəri Ukraynada 149 yaşayış məntəqəsini İŞĞAL EDİB
Dünən, 17:45
Bu musiqi məktəbinə yeni direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 17:42
1 həftədir itkin düşən kişinin meyiti quyudan tapıldı
Dünən, 16:05
"Evimdə idman zalı düzəltmişəm"
Dünən, 15:51
Azərbaycanda tikinti icazələri daha əlçatan olacaq
Dünən, 15:48
Şahin Bağırov bu rəisi vəzifəsindən azad etdi - ƏMR
Dünən, 13:32
26 yaşlı vəzifəli şəxs “BMW” ilə törətdiyi ağır qəzada ÖLDÜ - TƏFƏRRÜAT
Dünən, 13:23
Deputatdan Nadir Qafarzadənin bu hərəkətinə reaksiya
Dünən, 13:01
Daha bir tanınmış cərrah əməliyyatını açıq şəkildə PAYLAŞDI – Araşdırma BAŞLADI - FOTOFAKT
Dünən, 12:33
Bəxtiyar Ərsayın vəzifədən getməsinin PƏRDƏARXASI - İLGİNC
Dünən, 12:30
Qubada kənd sakinlərini təhqir edən məmur vəzifədən AZAD EDİLDİ – FOTO
Dünən, 12:27
Paşinyan və xanımı musiqi alətində ifa etməyi öyrənir
Dünən, 12:24
Hər 50 sakinindən 1-i şəhid düşən kəndə verilən GÖZ DAĞI... – “Gülüm Naxçıvan” reallıqları
Dünən, 12:22
Azərbaycan üzvlük istəyir: Rusiya mane olacaq? - AÇIQLAMA
Dünən, 12:11
“Tramp yolu”nu rus sərhədçiləri qoruyacaq?” - “Zaxarovanın bəyanatı gülməlidir”
Dünən, 12:06
Xalq artisti Ənvər Sadıqovun “Telegram” hesabı sındırıldı
Dünən, 12:05
Rusiyada 23 il əvvəl qayınatasının qətlində təqsirləndirilən azərbaycanlıya hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 12:02
“Qarabağ”ı təbrik etsəydim, məni qınayacaqdılar” - “Neftçi”nin baş məşqçisi
Dünən, 11:55
ABŞ-də məhkəmə Trampın deportasiya prosesini genişləndirmək cəhdini bloklayıb - KİV
Dünən, 11:52
Paşinyandan Putinə Şanxay ərəfəsi demarş - Bakı da qoşulacaqmı?
Dünən, 11:35
Sabiq teatr direktoru Məmmədəli Ağayevin MƏHKƏMƏ VİDEOSU - QƏRAR VERİLDİ
Dünən, 11:32
Azərbaycan "ŞƏT ailəsi"nin mühüm üzvüdür - Çin səfiri
Dünən, 11:29
İcra başçısının TERRORÇU ORTAĞI - PKK Yandaşları yenə Kəlbəcərdə?!!
Dünən, 11:23
Rusların Azərbaycan məhsullarına qarşı davası DAVAM EDİR - TƏFƏRRÜAT
Dünən, 11:22
“Mənim əl-qolumu bağlamışdı” - Döyülən uşaqların anası
Dünən, 11:12
Separatçıların 2 sentyabr hazırlığı - Bakıdan sərt xəbərdarlıq
Dünən, 11:08
BU GÜN O GÜNDÜR... - Düz 34 il əvvəl...
Dünən, 10:43
Serjikin adamı Bako və Levonun Xankəndində nərd oynadığı günlərə dönmək istəyir... -FOTO
Dünən, 10:26
Armen Qriqoryan Laricani ilə görüşüb - “Təsnim”
Dünən, 10:24
"Niyə məzuniyyətdə olan həkimi əvəz edən yoxdur, biz niyə əziyyət çəkməliyik?" - ETİRAZ VAR...
Dünən, 10:23
Paşinyanın 10 noyabr bəyanatı ilə bağlı fikirləri nəyə hesablanıb? - ŞƏRH
Dünən, 10:17
Reklamı GƏL-GƏL deyir... görəndə DABANA TÜPÜRÜRSƏN... - FAKT BUDUR!
Dünən, 10:08
Ermənistanda vəziyyət gərginləşir: Paşinyan özünü belə sığortalamağa çalışır - GƏLİŞMƏ
Dünən, 09:56
Azərbaycanlılar Ermənistan gömrüyündə yoxlanacaq? - Deputat İZAH ETDİ
Dünən, 09:54
BQXK: “neytral” maskalı, siyasi məzmunlu təşkilat - AKTUAL
Dünən, 09:51
Təhsildə Keyfiyyət Təminatı Agentliyi şefinin KEYFİYYƏTSİZ AÇIQLAMASI - AXI NİYƏ?
Dünən, 09:49
İrəvanın Bakıdan istədiyi kənd – Bu 6 rayonumuz təhlükə altına düşə bilər
Dünən, 09:39
Tələbə valideynlərinə xəbərdarlıq: - Pulu əvvəlcədən verməyin!
Dünən, 09:28
MDB Azərbaycan və Ermənistanın təşkilatın işində maraqlı olduğunu görür - Rusiyanın daimi nümayəndəsi
Dünən, 09:26
Nəsiminin məzarını köçürmək istəyənlər “nəbz yoxlaması” aparır – Sensasion iddia
Dünən, 09:15
Ya Həsən keçəl... ya da Keçəl Həsən..: NƏ FƏRQİ? - İlham Rəhimovun əl-üzünü NİYƏ YUYURLAR Kİ?
Dünən, 09:14
Onların əsas hədəfi Pezeşkiandır... - ONA GÖRƏ DƏ...
Dünən, 08:42
Təyyarəmizdən sonra səfirliyimizə açılan atəş: Rusiya həddi aşdı - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:38
Neftçilərin Həmkarlar İttifaqları PROBLEMİ... - NƏ BAŞ VERİR?
Dünən, 08:32
Ukrayna ordusu Rusiya üçün “Qiyamət günü” hazırlayır - TƏFƏRRÜAT
Dünən, 07:01
Vüqar Behbudov 1 milyonluq mebel aldırır - Rəhbərlik üçün: Dəmir və matraslı çarpayı da var
Dünən, 07:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru