"AS Petrol" yanacaqdoldurma məntəqəsinin reklam fırıldağı - Nazirlik bu işə reaksiya verməlidir
Tarix: 10-01-2015, 12:29 | Çap et
 Yanacaqdoldurma məntəqələrində sürücülərin aldadılmasının dəfələrlə şahidi olmuşuq. İstər ödənilən pulun dəyərində yanacağın verilməməsi, istərsə də şirnikləşdirici reklamlar bir çox hallarda narazılığa səbəb olur. "Bu fürsəti əldən qaçırmayın", "Benzin alın maşın sahibi olun" və sair kimi reklam şüarları hamıya yaxşı tanışdır. İstər Kütləvi İnformasiya Vasitələrində (daha çox telekanallarda) olsun, istərsə küçə reklamlarında, istərsə də yanacaqdoldurma məntəqələrində belə şirnikləşdirici reklamlara demək olar ki, hər addımbaşı rast gəlirik.
Fərqində olmasaq da, bizi cəlb edən bu reklamlara inanıb həmin ünvanlara üz tuturuq. Sonda əksər reklam çarxlarının müştərilər üçün tələ olduğunu anlayırıq. Digər tərəfdən elə ki, qiymət və keyfiyyətin artmasına baxmayaraq, hələ də aşağı keyfiyyətli benzin satan məntəqələr mövcuddur. Bundan başqa, sayğacda göstərilən həcmdən az vurulma hallarına da rast gəlinir. Hətta bəzən də şahidi olmuşuq ki, bəzi yanacaqdoldurma məntəqələrinin adı cinayət hadisələrində hallanır. Belələrindən biri də Bakı-Sumqayıt şossesində yerləşən "AS Petrol"dur ki, orada bir neçə il öncə insan ölümü ilə nəticələnən kriminal hadisə baş vermişdi. Həmin vaxt yanacaqdoldurma məntəqəsinin sahibinə yaxın olan şəxslər Şərur rayon sakinləri Ədalət Əsədov və onun qardaşı Malik Əsədovu bıçaqlamışdılar. Nəticədə Malik Əsədov xəstəxanaya aparılarkən yolda həlak olmuşdu, qardaşı Ədalət Əsədov isə müxtəlif dərəcəli ağır bədən xəsarəti almışdı. Hazırda da adıçəkilən yanacaqdolduma məntəqəsi ilə bağlı xoşagəlməz informasiya yayılmaqdadır. Verilən məlumata görə, Xırdalan qəbiristanlığı ilə üzbəüz yerləşən "AS Petrol" yanacaqdoldurma məntəqəsi 2014-cü il dekabrın 28-də müştərilərilər arasında lotereya oyunu keçirməli idi. Qeyd edək ki, lotereyanın keçirilməsi ilə bağlı reklam hələ keçən ilin iyun ayından təşkil olunmuşdu. Uduşlar arasında avtomobil də qoyulmuşdu. Üstəlik, reklam bukletlərində avtomobilin "Mercedes" markalı olacağı göstərilmişdi. Amma uduş tirajına az qalmış məntəqəyə "Niva" markalı avtomobil gətirib qalibə bu avtomobili verəcəklərini söyləyiblər. Səbəbini soruşanlara isə, "camaat köhnə "Mercedes" avtomobili istəmədi, ona görə təzə "Niva" gətirdik" deyiblər. Təbii ki, bu zaman uduşda iştirak etməli olan vətəndaşların hüquqları kobud şəkildə pozulub. Hətta bu, reklam haqqında qanuna da ziddir.
Digər tərəfdən isə, "AS Petrol" rəhbərliyinin cavablarından narazı qalan vətəndaşlar "axı bukletlərdə "Mercedes"in köhnə olması göstərilməmişdi" sualını versələr də, onlar cavabsız qalıb.
Nəhayət, dekabrın 28-də saat 15:00-da lotereyada iştirak etmək məqsədilə yanacaqdoldurma məntəqəsinə gedən vətəndaşlar əməlli-başlı sürprizlə rastlaşıblar. Və məntəqədə gördükləri elan onları çaş-baş salıb. Belə ki, elanda yazılıb ki, "Lotereya oyunu 2015-ci il martın 22-nə keçirilmişdir".
Əlbəttə ki, bütün bunlar vətəndaşların aldadılmasını ortaya çıxarır. Ona görə də, müştərilərin hüquqlarının qorunması baxımından nəzarətin güclənməsinə ehtiyac var. Dövlət qurumları tərəfindən bu halların yoxlanılması çətin bir iş deyil. Müvafiq qurumlar bu prosesi həyata keçirmək imkanlarına malikdirlər. Burada həm də yanacaqdoldurma məntəqələrinə olan inamdan sui-istifadə halları var. Adətən müştəri yanacaqdoldurma məntəqəsinin rəhbərliyinin bu cür addımlarını yoxlaması praktiki olaraq çətindir. Ona görə də bunun yoxlanılmasını dövlət qurumları həyata keçirməlidir. Vətəndaş gördüyü reklamın dalınca qaçır, ona inanır. Yəni bunun düz və yaxud yalan olduğunu müəyyən edə bilmir. Bu baxımdan bu işdə məsuliyyət birmənalı olaraq dövlət qurumlarının üzərinə düşür. Burada daha ağır cəza tədbirlərinin müəyyənləşdirilməsinə ehtiyac var. Birinci mərhələdə ağır cərimələr, sonrakı mərhələdə isə hətta yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılmasına qədər ciddi qərarların qəbul edilməsinə ehtiyac var. Çünki aldadılanlar azsaylı müştəri deyil. Yəni qanunverciliyə dəyişikliyin edilməsinə, həm də nəzarətin gücləndirilməsinə ehtiyac var". Əlaqədar qurumların bu məsələyə diqqət etməsi vacibdir. \\ GünBakı \\
Qarşı tərəfi dinləməyə hazırıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əbədi və əzəli Azərbaycan-Türkiyə qardaşlığı - MƏQALƏ
Bu gün, 12:24 |
|
|
|
• Tehran Universitetində imtahanlar təxirə salındı
Bu gün, 10:16 |
|
|
|
• İran ballistik raketlərin sayını 8 minə çatdıracaq - Kəşfiyyat
Bu gün, 09:50 |
|
|
|
• Azərbaycanda prokuror müavini vəfat etdi
Bu gün, 09:48 |
|
|
|
• Azərbaycanın bu rayonları təhlükədə – “Görünməz düşmən” hücuma keçə bilər
Bu gün, 09:46 |
|
|
|
• İsrail–İran toqquşması: Hansı tərəf üstündür? - Markov
Bu gün, 09:42 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsi də belə başlamışdı - GƏLİŞMƏ
Bu gün, 07:04 |
|
|
|
• Məktəb direktoru özünü QOÇU ZƏNN EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:03 |
|
|
|
• "Bu hərəkətə dözə bilmirəm" - Xalq artisti
Bu gün, 06:45 |
|
|
|
• "İrəvanla Bakı eyni yolu istəyir, fərq işləmə mexanizmindədir" - deputat
Bu gün, 06:39 |
|
|
|
• İsrail-İran qarşıdurmasında 5 ən pis ssenari mümkündür - TƏFƏRRÜAT
Bu gün, 06:37 |
|
|
|
• ABŞ-dən İrandaklı amerikalılara müraciət - Azərbaycanla sərhəddən keçib gəlin
Bu gün, 06:34 |
|
|
|
• Dünyanı lərzəyə gətirən ölkə haqda bilmədiklərimiz – İsrail niyə bu qədər güclüdür?
Bu gün, 06:29 |
|
|
|
• İsrail son günlər ABŞ-dən İranla münaqişəyə qoşulmağı xahiş edib - “Axios”
Bu gün, 06:20 |
|
|
|
• "Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna qaytardı" - ANIM
Bu gün, 00:56 |
|
|
|
• Azərbaycanın sülhə nail olmaq istəyini görürük - Paşinyan
Dünən, 23:21 |
|
|
|
• İran-İsrail müharibəsinin alovu sərhədimizə çatdı: Naxçıvandan raketlər görünür, insanlarımız narahatdır - TƏFƏRRÜAT
Dünən, 23:15 |
|
|
|
• İran İsrailə qarşı kütləvi hücum planlaşdırır - IRIB
Dünən, 23:13 |
|
|
|
• Netanyahunun oğlunun toyu təxirə salındı
Dünən, 18:04 |
|
|
|
• İran faktiki olaraq Rusiyaya silah və texnologiya verməklə bizə qarşı fəal işləyir - Zelenski
Dünən, 18:01 |
|
|
|
• Bu gün Bakının 550 küçəsi yuyulub - FOTO
Dünən, 17:17 |
|
|
|
• İrəvan-Bakı münasibətlərində sürpriz yenilik: - Müharibə iki ölkə arasında sülh yaradır?
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan Ermənistanın yerinə Avrasiya İqtisadi Birliyinə qoşulacaq? – Rusiyadan ŞƏRH
Dünən, 17:05 |
|
|
|
• İrandan Rusiyaya yük aparan nəqliyyat vasitəsində 207 kiloqramdan artıq narkotik aşkar edilib - Bu vurhavurda da DİNC DAYANMIRLAR...
Dünən, 16:57 |
|
|
|
• Kəlbəcərdə 2,5 milyonluq elektrik təchizatı tenderini - BU ŞİRKƏT UDDU
Dünən, 16:43 |
|
|
|
• İran ABŞ ilə bazar gününə planlaşdırılan nüvə sazişi danışıqlarını ləğv edib
Dünən, 16:34 |
|
|
|
• İmişli sakini ov tüfəngi ilə qətlə yetirilib
Dünən, 16:32 |
|
|
|
• Ermənistan Konstitusiyasının preambulasında “Miatsum”a çağırışlar var - Azərbaycan Prezidentinin köməkçisi
Dünən, 16:29 |
|
|
|
• İranlı komandirlər burada səhv edib: ŞƏXSİ MESAJLAR üzə çıxdı - ŞOK DETAL
Dünən, 16:18 |
|
|
|
• AZAL-ın bir sıra reysləri ləğv edilib - DİQQƏT!
Dünən, 16:17 |
|
|
|
• “Sərhədlərin bağlı saxlanılması həm dövlətçiliyimizin, həm də əhalimizin təhlükəsizliyi üçündür” - deputat
Dünən, 13:45 |
|
|
|
• Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
Dünən, 13:41 |
|
|
|
• Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır - Prezidentin köməkçisi
Dünən, 13:14 |
|
|
|
• İran nüvə obyektində zərəri etiraf etdi – Fordoda “məhdud dağıntı”
Dünən, 13:08 |
|
|
|
• Maliyyə Nazirliyində yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 13:04 |
|
|
|
• İran-İsrail gərginliyi və Azərbaycana qarşı dezinformasiya kampaniyası - Bahəddin Həzi yazır
Dünən, 13:02 |
|
|
|
• "III Dünya savaşının başlayıb-başlamayacağını hadisələrin bir-iki həftə ərzindəki gedişatı göstərəcək...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 12:56 |
|
|
|
• “Nur” çörəyin içindən polietilen paket çıxdı - VİDEO
Dünən, 12:52 |
|
|
|
• Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:48 |
|
|
|
• “Bakıdan İrana İsrail agentləri göndərilir” iddiasının hədəfi – Hacıyevdən kritik mesaj
Dünən, 12:43 |
|
|
|
• SEPAH: Tezliklə İsraili elə bir raketlə vuracağıq ki, dünya şoka düşəcək - Tehran YENƏ HƏDƏLƏDİ
Dünən, 12:37 |
|
|
|
• “Sevimli dad” və “MilkPro” brendləri satılıb - DETALLAR
Dünən, 12:28 |
|
|
|
• Polşa Prezidenti İsrail və İran arasındakı gərginliyə görə Sinqapurda qalıb - “Polsat News”
Dünən, 12:19 |
|
|
|
• İran Hörmüz boğazını gəmilərin keçidi üçün bağladı - KİV
Dünən, 12:16 |
|
|
|
• Vəziyyət Rusiya üçün getdikcə kritikləşir: - Kreml daha nə qədər mübarizə apara bilər?
Dünən, 11:55 |
|
|
|
• Tanınmış həkimə qarşı qəsdən belə ifadə veribmiş: “Aramızda problemlər var idi” - TƏFƏRRÜAT
Dünən, 11:52 |
|
|
|
• "Mənim üçün çox çətin bir dönəm başlayır"
Dünən, 11:50 |
|
|
|
• Erməni baş nazir səmimidirsə... - GƏLİŞMƏ
Dünən, 11:42 |
|
|
|
• Paytaxtda növbəti geniş təmizlik işləri aparılıb - FOTO
Dünən, 11:35 |
|
|
|
• İranın iki raketi İordaniya və Suriyaya düşüb - 12-ci kanal
Dünən, 11:27 |
|
|
|
|