Zaxarovanın primitiv yalanı .....                     AQTİ bu həşərat üçün tələ qurur: 66 min manat xərcləyəcək .....                     AZCON Holdinqdə yeni təyinat .....                     “Özsüt Azerbaijan”ın dövlətə 3.2 milyon manat vergi borcu var .....                     “Smart Brain Company” MMC nizamnamə kapitalını 10 dəfə azaldır .....                     Azərbaycanda tanınmış yazıçı tut ağacından yıxıldı, sümükləri sındı .....                     Azərbaycanda 600 manat dəfn pulu veriləcək .....                     Azərbaycanda sosial müavinətlər artırılır .....                     Bakıda qrup halında adam öldürənlər .....                     “Məni hədələyərək işdən çıxardılar” .....                     "İlhamə Quliyeva ilə duetdən sonra mənə nələr dedilər" .....                     "Təəssüf ki, onun itkin düşməsi ilə bağlı məlumatlar düzdür" .....                     Akademiklərin qazancını təftiş edən Etibar Əliyevin növbəti HƏDƏFİ kim OLACAQ? .....                     Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi olub .....                     Gömrük Komitəsinin şöbə rəisi 8 il 6 ay müddətə azadlıqdan məhrum edildi .....                     “Psixoloq falçı kimi bir şeydir” deyən ekspertə SƏRT CAVAB .....                     Səfərbərlik Xidməti bu işlərə 600 min sərf edəcək .....                     “İrşad” gömrük qaydalarını pozur .....                     Ukraynada Trampa və ABŞ-yə etimad azalır .....                     Teatrın rəhbərliyi baş mühasibə tapşırıldı .....                     İran müharibə planı hazırlayıb: .....                     "Bakı Metropoliteni" texniki yenilənməyə 1,1 milyon manat ayıracaq .....                     Toyda mahnı üstündə dava: Müğənni və qardaşı saxlanıldı .....                     Xalqlarımızın təhlükəsiz və məsud yaşam təminatı: Şuşa Bəyannaməsi .....                     Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi .....                     Röya Baləlinin mahnısını oxudu .....                     Qazinin pulunu kim kəsib? .....                     Bu ərazilər Azərbaycana qaytarılır: .....                     Metroda azyaşlıya qarşı qeyri-etik hərəkət .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi .....                     SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır .....                     “Anamın və nənəmin ruhlarını sevindirdim, aktrisa olmağımı istəməsələr də...” .....                     “Bakılı Qız” dondurmasında TƏHÜLKƏ VAR... .....                     Nazim Bəydəmirlini həbs etdirən şəxs öz qardaşına da “atıb” .....                     Ermənistanı salamat saxlamaq üçün indiki kimi şansımız olmayıb .....                     Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi .....                     Vüqar Qurbanov ad günü şənliyi keçirən şöbə müdirini .....                     FHN-ə maşın satmaq istəyən 3 şirkət tapılmadı .....                     Elçin Quliyevin oğlu polkovnik-leytenant oldu .....                 

Tikinti şirkətləri Azərbaycan insanına necə "torba tikir"... - Evimizi tikməli olanlarınn ev qıxmaqlığı...
Tarix: 19-07-2014, 10:09 | Çap et
Tikinti şirkətləri Azərbaycan insanına necə "torba tikir"...
Bu gün Bakıda tikinti işləri ilə məşğul olan yüzlərlə şirkət fəaliyyət göstərir. Son vaxtlarda isə həmin tikinti şirkətlərindən bir neçəsi vətəndaşları aldatmaqla, dələduzluqla məşğul olmaqla gəlirlərini artırır, vətəndaşlara külli miqdarda ziyan vurur. Statistikaya nəzər salsaq, bu gün 10-dan artıq tikinti şirkəti bu cür dələduzluq etdiyi üçün barələrində cinayət işləri başlanıb. Həmin tikinti şirkətləri hətta vətəndaşlara şirnikləndirici vədlər verməklə arxalarında yüksək çinli dövlət məmurlarının dayandığını iddia edərək insanları daha asan aldadıb onların pullarını əllərindən alıblar. Bakıda ilk olaraq bu cür fırıldaqçı tikinti şirkəti kimi “MURAY” MMC şirkəti ad çıxardı. Bu şirkət vətəndaşları aldadaraq onlardan qabaqcadan pul yığsa da, həmin şəxslər üçün ev tikməmişdi. Vətəndaşların etiraz aksiyasından sonra aidiyyəti qurumlar məsələyə reaksiya verdi və şirkətin bir neçə əməkdaşı həbs edildi. Müəyyən edildi ki, həqiqətən də bu şirkət vətəndaşları aldatmaqla məşğul olub. Faktla bağlı cinayət işi başlandı və şirkətin 6 rəhbər işçisi 10 ildən 15 ilədək azadlıqdan məhrum edildi. Baş Prokurorluğun araşdırmaları zamanı şirkətin vətəndaşlara vurduğu ziyan da ödənildi, həmin şəxslər digər tikinti şirkətləri tərəfindən mənzillə təmin edildi .

10 milyona görə 101 il həbs cəzası

“MURAY” işi yaddan çıxmamış Bakıda vətəndaşları aldadan daha bir tikinti şirkəti peyda oldu. Bu şirkət isə "G. E. N" MMC tikinti şirkəti oldu. Araşdırmalar zamanı məlum oldu ki, şirkətin rəhbəri Elbrus Əliyev vətəndaşların əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışları Asif Ələmovun adına "Nəcibə", Həbib Ağayevin adına "GEN" və öz adına "Uğurlar", "Elgün E" və "GEN Holdinq" məhdud məsuliyyətli cəmiyyətlər təsis edib. Həmin cəmiyyətlərin işçiləri Asif Ələmov, Həbib Ağayev, Mehbarə Cəfərzadə, Əliyar Abbasov, İlkin Səfərov, Ramil Əliyev, Kamran Əhmədov və Nəbi Məmmədovdan ibarət mütəşəkkil dəstə yaradıblar. Dəstə üzvləri 2006-cı ilin ortalarından 2008-ci ilin aprelinə kimi həmin cəmiyyətlər tərəfindən guya Bakı şəhəri Xətai, Nəsimi və Yasamal rayonlarının, habelə Abşeron rayonunun ərazilərində çoxmərtəbəli yaşayış binaları inşa ediləcəyi və həmin binalardan vətəndaşlara mənzillərin satılacağı barədə kütləvi informasiya vasitələrində reklam və elanlar verib, 373 vətəndaşı aldadaraq onların 8 milyon 59 min 138 manat məbləğində pullarını dələduzluq yolu ilə ələ keçiriblər. Bu faktla bağlı da cinayət işi başlandı və təqsirləndirilən şəxslər-şirkətin rəhbəri Elbrus Əliyev 15, Əliyar Abbasov, Həbib Ağayev, Nəbi Məmmədov, Asif Ələmovun hər biri 12, Ramin Əliyev, Kamran Məmmədovun hər biri 10, İlkin Səfərov və Mehbarə Cəfərzadə 9 il azadlıqdan məhrum ediliblər. Necə deyərlər 10 milyon manata görə 101 il həbs cəzası.

Xırdalan sakinlərinin ümidlərini puç edən “FUAD LTD”

Azərbaycanda fəaliyyət göstərən daha bir fırıldaqçı tikinti şirkətinin də rəhbəri barədə bu yaxınlarda cinayət işi başlandı. Baş Prokurorluğun yaydığı məlumata görə, Bakı şəhər sakini Rəhimov Saleh Bədir oğlu və qeyrilərinin В«FUAD LTDВ» Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. Müəyyən edilib ki, cəmiyyətin direktoru Məmmədov Qasım Əsəd oğlu qulluq mövqeyindən sui-istifadə edərək külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə 2005-2007-ci illərdə Rəhimov Saleh Bədir oğlundan 22.800 ABŞ dolları, İsgəndərov Vəli Zaman oğlundan 10.000 ABŞ dolları, Abdurrahmanov Eldəniz Əbixan oğlundan 10.500 ABŞ dolları, Mustafayeva Xoşqədəm Sarı qızından 27.500 ABŞ dolları, Rzayev Rafiq İsaxan oğlundan 12.500 ABŞ dolları, Nəsibova Xavər Göycə qızından 24.500 ABŞ dolları olmaqla, cəmi 107.800 ABŞ dolları məbləğində pulu alıb sonunculara cəmiyyətin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 1 saylı ünvanda tikiləcək yaşayış binasında mənzillər satılacağı barədə yalan vədlər verib saxta müqavilələr hazırlayaraq təqdim edib.
Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 213.2.2-ci (vergi ödəməkdən yayınma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində iş üzrə istintaq davam etdirilməklə В«FUAD LTDВ» MMC-nin vəzifəli şəxsləri tərəfindən aldadılmış vətəndaşların pozulmuş hüquqlarının bərpa edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Qeyd edək ki, bir neçə ay öncə “Fuad LTD” ”MMC” şirkəti tərəfindən aldadılan ona yaxın ailə bununla bağlı mətbuat konfransı keçirib aldadıldıqlarını iddia edərək şirkət rəhbərliyi barədə hüquq mühafizə orqanları tərəfindən tədbir görülmədiyini bildirmişdilər.

Bir evin 3 nəfərə satılma prinsipi

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılan araşdırmalar zamanı daha bir tikinti fırıldaqçısı müəyyən edilib. Müəyyən edilib ki, Bakı şəhər sakini Fuad Əzizov 2007-ci ildə alqı-satqı müqaviləsi əsasında "Şərq-M" Mənzil-tikinti kooperativinin Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, 204 saylı ünvanda inşa edilmiş 12 mərtəbəli yaşayış binasında üç mənzil alaraq, kooperativə ümumilikdə 111 min 900 manat məbləğində vəsait ödəyib. MTK-nın sədri Fərhad Quliyev və kooperativin digər vəzifəli şəxsləri qulluq mövqelərindən sui-istifadə edərək həmin mənzilləri müxtəlif tarixlərdə bağlanmış alqı-satqı müqavilələri əsasında ayrı-ayrı şəxslərə sataraq külli miqdarda özgə əmlakını ələ keçiriblər. Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə istintaq davam etdirilməklə "Şərq-M" MTK-nın vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntularının aradan qaldırılması və vətəndaşlara dəymiş ziyanın ödətdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir Məlumatı Baş Prokurorluğun rəsmi saytı yayıb.

“Xəzərə mənzərə”, yoxsa sakinlər üçün tələ?


Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı daha bir məlumata görə, “Xəzərə mənzərə” adlı Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri üzə çıxıb. Müəyyən edilib ki, MTK-nın vəzifəli şəxsləri öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək vergidən yayınmaq məqsədilə Bakı şəhəri, N.Tusi küçəsi, 14 saylı ünvanda inşa edilmiş yaşayış binasında Bakı şəhər sakini İmanova Gülbəniz Sahib qızına 10 fevral 2008-ci il tarixli müqavilə ilə 17 min 94 ABŞ dollarına satılmış mənzili, sonuncunun ərizəsi əsasında Bakı şəhər sakini Ağayeva Liana Hüseynağa qızının adına rəsmiləşdirilməsi üçün 8 dekabr 2005-ci il tarixə saxta müqavilə tərtib edib vətəndaşa təqdim etməklə vəzifə saxtakarlığı ediblər. Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

100 milyon manatdan artıq vurulan ziyan

Bu gün hələ Bakıda onlarla bu cür tikinti şirkəti var ki, həmin şirkətlər ev tikmək yox, vətəndaşların “evini yıxmaq”la məşğuldur. Bu cür şirkətlər insanları aldadaraq onları şirnikləndirir, sonradan isə pulu alandan sonra ya vədlərinə əməl etmir, ya da ümumiyyətlə bina tikmirlər. Sonda da vətəndaşlara 10 milyonlarla ziyan vurur. Sevindirici haldır ki, bu prosesdə aidiyyəti qurumlar dərhal müdaxilə edib problemin qismən də olsa həllinə səbəb olur. Məsələn, bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yuxarıda sadaladığım kimi, ondan artıq şirkətin bu cür özbaşınalığının qarşısını alıb. Gec də olsa şirkət barədə araşdırma aparılandan sonra günahkar şəxslər dələduzluqda təqsirləndirilərək həbs edilib, vətəndaşlara dəymiş ziyan ödənilib. Əgər belə olmasaydı, aldadılan vətəndaşlar hansısa bir dələduza görə Azərbaycan dövlətinə inamını itirəcəkdi. İdarə əməkdaşlarının operativ əməliyyatı bu cür fırıldaqçıların niyyətini ürəyində qoyub və onların əməllərini ifşa edib. Bu gün bu idarənin sayəsində onlarla tikinti fırıldaqçısının açdığı şirkət ifşa olunub, insanlar oyanıb. Minlərlə insanın on milyonlarla manat vəsaiti geri qaytarılıb.

Halalı özlərinə haram bilən tikinti maqnatları

Çox maraqlıdır, bu gün bu tikinti şirkətlərindən bəziləri niyə halal pul qazanıb normal sahibkar olmağa deyil, həbsxanalarda çürüməyə üstünlük verirlər? Həmin şirkət rəhbərləri dərk etmirmi ki, dələduzluq, rüşvətxorluğun sonu yoxdur? Məgər bu ardarda baş verən proseslər, dələduzluğa görə fəaliyyəti dayandırılan şirkətlər, vətəndaşları aldatdıqları üçün həbs edilən onlarla insanlar həmin şirkətlərə dərs olmayıb? Məgər onlar bu cür hadisələrdən dərs götürmədilərmi? Bu qədər haqq-hesabdan sonra bu şirkətlər yenə də fırıldaqçı olmağa, insanları aldatmağa cəhd edir. Sonda isə ara qarışır, vətəndaşlar isə dərhal aidiyyəti qurumlara müraciət edir.
Maraqlıdır, ola bilməz ki, bu şirkətlər qanuni fəaliyyət göstərə və tikintiv sektorunda sağlam rəqabət apara? Niyə həmin şirkətlər bu cür rəqabət deyil, fırıldaqçılığa görə rəqabət aparır. “Kim çox adam aldadacaq” şüarı ilə hərəkət edən dələduz tikinti maqnatları sonda həbsxana həyatını görəndən sonra əməllərinə qiymət verirlər və bu da gec olur. Artıq onda iş işdən keçir, məhkəmə isə hökmü verir. Artıq burda hansısa sakini yola gətirmək gec olur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zaxarovanın primitiv yalanı
Bu gün, 18:16
AQTİ bu həşərat üçün tələ qurur: 66 min manat xərcləyəcək - BU NƏDİ BELƏ?
Bu gün, 18:10
AZCON Holdinqdə yeni təyinat - ƏMR
Bu gün, 18:08
“Özsüt Azerbaijan”ın dövlətə 3.2 milyon manat vergi borcu var
Bu gün, 18:06
“Smart Brain Company” MMC nizamnamə kapitalını 10 dəfə azaldır
Bu gün, 17:58
Azərbaycanda tanınmış yazıçı tut ağacından yıxıldı, sümükləri sındı - FOTO
Bu gün, 17:53
Azərbaycanda 600 manat dəfn pulu veriləcək
Bu gün, 17:43
Azərbaycanda sosial müavinətlər artırılır
Bu gün, 17:11
Bakıda qrup halında adam öldürənlər HAKİM QARŞISINDA
Bu gün, 16:14
“Məni hədələyərək işdən çıxardılar” - Qadın cərrah
Bu gün, 16:09
"İlhamə Quliyeva ilə duetdən sonra mənə nələr dedilər"
Bu gün, 16:05
"Təəssüf ki, onun itkin düşməsi ilə bağlı məlumatlar düzdür" - Əlikram Bayramov
Bu gün, 16:00
Akademiklərin qazancını təftiş edən Etibar Əliyevin növbəti HƏDƏFİ kim OLACAQ? – Özü AÇIQLADI
Bu gün, 15:37
Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi olub
Bu gün, 15:34
Gömrük Komitəsinin şöbə rəisi 8 il 6 ay müddətə azadlıqdan məhrum edildi - QƏRAR
Bu gün, 15:32
“Psixoloq falçı kimi bir şeydir” deyən ekspertə SƏRT CAVAB – “Günü falçılarda keçir”
Bu gün, 13:06
Səfərbərlik Xidməti bu işlərə 600 min sərf edəcək - QSC-nin nazirə məxsus olduğu bildirilir
Bu gün, 13:04
“İrşad” gömrük qaydalarını pozur
Bu gün, 13:02
Ukraynada Trampa və ABŞ-yə etimad azalır
Bu gün, 12:59
Teatrın rəhbərliyi baş mühasibə tapşırıldı
Bu gün, 12:53
İran müharibə planı hazırlayıb: - KİMİ VURACAQ?
Bu gün, 12:52
"Bakı Metropoliteni" texniki yenilənməyə 1,1 milyon manat ayıracaq - TENDERLƏR
Bu gün, 12:49
Toyda mahnı üstündə dava: Müğənni və qardaşı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 12:39
Xalqlarımızın təhlükəsiz və məsud yaşam təminatı: Şuşa Bəyannaməsi - MƏQALƏ
Bu gün, 12:34
Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi - İsrafil Kərimovun yazısı
Bu gün, 12:31
Röya Baləlinin mahnısını oxudu - VİDEO
Bu gün, 12:28
Qazinin pulunu kim kəsib? - ETİRAZ
Bu gün, 12:25
Bu ərazilər Azərbaycana qaytarılır: - Ermənilər XƏRİTƏ yaydılar
Bu gün, 12:22
Metroda azyaşlıya qarşı qeyri-etik hərəkət - Həbs olundu
Bu gün, 12:19
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:15
Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi - 202 minlik iddia
Bu gün, 12:12
SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır - İLGİNC FAKTLAR
Bu gün, 12:07
“Anamın və nənəmin ruhlarını sevindirdim, aktrisa olmağımı istəməsələr də...”
Bu gün, 12:03
“Bakılı Qız” dondurmasında TƏHÜLKƏ VAR... - BU NƏDİ BELƏ...
Bu gün, 11:55
Nazim Bəydəmirlini həbs etdirən şəxs öz qardaşına da “atıb” - İLGİNC
Bu gün, 11:43
Ermənistanı salamat saxlamaq üçün indiki kimi şansımız olmayıb - Paşinyan
Bu gün, 11:41
Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi - TƏFƏRRÜAT
Bu gün, 11:37
Vüqar Qurbanov ad günü şənliyi keçirən şöbə müdirini İŞDƏN QOVDU
Bu gün, 11:35
FHN-ə maşın satmaq istəyən 3 şirkət tapılmadı - 827 MİNLİK TENDER LƏĞVƏ GETDİ
Bu gün, 11:31
Elçin Quliyevin oğlu polkovnik-leytenant oldu - belə deyirlər...
Bu gün, 11:28
Azərbaycanda lisenziyasız ödəniş xidmətləri göstərilməsi faktı aşkar olunub
Bu gün, 11:25
Direktor məktəbi RƏSMƏN QARƏT EDİBMİŞ... - ŞOK FAKTLAR
Bu gün, 11:21
İranın bitməyən Zəngəzur xofu - Xamneyinin adamı nəyin mesajını verir?
Bu gün, 11:14
Amerikada siyasi böhranın başlanğıcı: - texnoloji oliqarxiya hərəkətə keçib
Bu gün, 11:08
Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib
Bu gün, 11:04
Naxçıvan Həmkarlar İttifaqları Şurası milyonlarla vəsaiti mənimsəyir - HƏM DƏ BY YOLLA...
Bu gün, 11:03
Paşinyan II Qaregindən iqamətgahını dərhal tərk etməyi tələb edib
Bu gün, 10:58
İrəvanda "dövlət naziri" peyda oldu: - Ermənistan saxtakarlığı davam etdirir
Bu gün, 10:56
Əmək müqaviləsi ləğv olunan neftçilər... - Ekspert danışır...
Bu gün, 10:47
Rusiyanın ABŞ-dəki səfiri Trampla görüşüb
Bu gün, 10:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru