Mopedləri sürücülük vəsiqəsi olmadan idarə etmək olarmı? .....                     Keçmiş SOCAR prezidenti qayınatasını itirdi .....                     Türkiyədə oxuyan azərbaycanlı qızın başına görün nə oyun açdılar .....                     Mahir Cürətin son halı sevələrini üzüb .....                     Doğrudanmı, biz rusdilli ölkəyik?! .....                     63 milyon manatlıq sifariş alan "universal" şirkət: "Vest-LTD"nun sahibi kimdir? .....                     Manatın gələcəyi: .....                     AİB sədri saxta məhsullara görə bu qurumları günahlandırdı .....                     Vəzifəsini tərk edən deputatın yerinə yeni seçki keçiriləcək? .....                     Bakıdan Moskva ilə bağlı son həmlə .....                     “Azərbaycan Sənaye Sığorta”nın rəhbərlərindən biri vəzifəsini tərk edib .....                     Ən çox şikayət edilən sığorta şirkəti “Atəşgah Sığorta” ASC-dir .....                     “Crystal Group”a yaxın yeni şirkət təsis edilib .....                     “Türk Şengen”inə doğru mühüm addım .....                     Xəzər TV-nin adından dələduzluq edilib .....                     Bizim QAZ ALVERİMİZDƏN DƏ baş çıxarmaq olmur... .....                     Belə getsə, pivə tapılmayacaq, qiymət isə bahalaşacaq .....                     “Dostum ad günümə kokain hədiyyə etmişdi” .....                     15 mindən çox Qarabağ ermənisi Ermənistandan çıxdı .....                     Afət Fərmanqızıdan Zaura XƏBƏRDARLIQ .....                     Ukrayna heyəti ABŞ-yə yollanıb, .....                     Neftin hesabına "yaşayırıq", bir gün qiyməti qəfil düşsə... .....                     Vəzifəli şəxsin oğlu iş yerində öldü .....                     Xanlar Ağalarov "Green Flag Award"ı necə əldə edib? .....                     Məşhur diktor aparıcıları QINADI .....                     "Bank of Baku"dan BİABIRÇILIQ .....                     Ermənilər “günah keçisi” axtarışında .....                     "Hicabın məcburi xarakter alması öz qüvvəsini itirib" .....                     ADSEA-nın strukturu yenidən təşkil edilə bilər .....                     İlham Əliyev Misirdə Nikol Paşinyanla ayaqüstü görüş keçirib .....                     “Söhbət yayıldı ki, guya “Qarabağ” bizə yardım edib, elə şey yoxdur” .....                     Azərbaycanda insanlar televiziyada ən çox nələrə baxırlar? .....                     "Qüdrət müəllim telefon zənglərimi bloka atıb" .....                     Şengen ölkələrinə yeni giriş qaydaları: .....                     Benzin və dizelin bahalaşması əhalinin “cibinə” necə təsir edib? .....                     Elçin Mirzəbəyli ilə bağlı qərar Milli Məclisdə bu rəqəmi dəyişdi .....                     “Köçəryandan xahiş etdim ki, məni evimə aparsınlar” .....                     “Bakcell” media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi .....                     Rəsmi Tehran İran-Azərbaycan-Rusiya formatının əhəmiyyətini açıqlayıb .....                     Fələstinli satqınları dəhşətli ölüm gözləyir .....                 

Gömrükdə ""İ.S.B TERMİNAL" HOQQABAZLIĞI... - DÖVLƏT ÇƏTİRİ altında ÖZBAŞINALIQ...
Tarix: 20-07-2024, 09:29 | Çap et
Gömrükdə ""İ.S.B TERMİNAL" HOQQABAZLIĞI...
"Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vəzir Həsənovun 04.12.2023 tarixli 3-33-3300/2-B-000036/1-10/2023 nömrəli və Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Kənan Aşurlunun 06.12.2023 tarixli 3-33-5600/2-000976/2023 nömrəli cavablarından görünür ki, məndən əlavə 100 manat alan qurum özünü gömrük orqanına məxsus olduğunu göstərsə də, əslində adi dayanacaq xidməti göstərir və gömrük orqanlarına heç bir aidiyyəti yoxdur"

"Təzadlar"a Bakı şəhər sakini Bağırzadə Anar Sahib öğlunun Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova ünvanladığı şikayət ərizəsinin surəti daxil olub.

A.Bağırzadə yazır:

"Şəxsi istifadəm üçün xaricdən daşıyıcı şirkət tərəfindən Azərbaycana gətirdiyim nəqliyyat vasitəsi gömrük rəsmiləşdirilməsi üçün 18.10.2023-cü il tarixində müvafiq orqana təqdim edilib. Bu tarixdən öncə yolunu gözlədiyim nəqliyyat vasitəsinin gəlib-gəlmədiyini öyrənmək məqsədilə gömrük ərazisindəki dayanacaqlara tez-tez baş çəkirdim. Dayanacaqlarda olduğum zaman orada göstərilən xidmətlərə dair informasiya lövhəsi olmadığı üçün işçilərdən əraziyə aid rüsumları soruşdum. Bir günü 10 manat olduğunu dedilər. Ona görə də avtomobilimi götürəcəyim gün xərclərimi əvvəlcədən hesablayıb gömrük və DYP-dəki işlərimi bitirib dayanacağa yaxınlaşdım.

24.10.2023 tarixində saat təxminən 15:30 radələrində dayanacaqda 6 gün üçün 60 manat ödəniş edərkən xəzinədar əlavə 100 manat da ödəyəcəyimi bildirdi. Xəzinədardan əlavə 100 manatı hansı xidmətin müqabilində ödəməli olduğumu soruşdum. O, cavabında bildirdi ki, əlavə məlumatı dayanacağın ərazisindəki 4-cu otaqdan öyrənə bilərəm. 4-cu otaqda özünü dayanacağın rəsmisi kimi təqdim edən şəxs də nəyə görə 100 manatı ödəməli olduğumu izah edə bilmədiyinə görə xahiş etdim ki, bununla bağlı yazacağım ərizəni qəbul etsin. Dayanacağın həmin səlahiyyətlisi mənə ərizəni Avtomobil Gömrük Terminalının rəhbərliyinin adına yazdırdı. Ərizə yazsam da, o, əlavə 100 manatı ödəməsəm avtomobilimin orada girov qalacağını bildirdi. Buna baxmayaraq, ərizəmdə mənə məxsus məlumatları qeyd edib, xahiş etdim ki, avtomobilimi girov saxlamasınlar və 100 manatı nəyə görə ödəməli olduğumu yazılı izah etsinlər, hüquqşünaslarla məsləhətləşim, əgər qanunudirsə, ödəyərəm. Ancaq heç nəyə baxmayaraq avtomobilimi girov saxlamağa qərar verdilər. Bu barədə DİN-in 102 xidmətinə iki dəfə müraciət etdim. Bir müddət sonra yaxınlarımın vasitəsilə məcburi 100 manatı ödəyib avtomobilimi girovluqdan azad etdik.

Heç bir xidmət göstərmədən pul tələb etmək, tələb edilən ödəniş üçün rəsmi açıqlama verməmək, ərazi üzrə göstərilən xidmətlərə dair qiymət lövhəsi vurmamaq, ödənişin açıqlaması tələb edənin əmlakını girov götürmək hüququmun pozulmasıdır. Dayanacağın fəaliyyəti və qeyri-qanuni əməllərinə görə Daxili İşlər Nazirliyinə vəİqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nazarət Dövlət Xidmətinə müraciət etdim.

Araşdırmalar zamanı məlum oldu ki, məndən qəbz üzrə ödənişləri alan şirkət VÖEN:1406396001 qanuni təmsilçisi İbrahimxəlilov Sərvan Babaxəlil oğlu, hüquqi ünvanı AZ1014, Bakı ş., Nəsimi r-nu, Bülbül pr., ev 30, m.11 olan "İ.S.B Terminal" MMC-dir. Müraciətlərə verilən Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vəzir Həsənovun 04.12.2023 tarixli 3-33-3300/2-B-000036/1-10/2023 nömrəli və Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Kənan Aşurlunun 06.12.2023 tarixli 3-33-5600/2-000976/2023 nömrəli cavablarından görünür ki, məndən əlavə 100 manat alan qurum özünü gömrük orqanına məxsus olduğunu göstərsə də, əslində adi dayanacaq xidməti göstərir və gömrük orqanlarına heç bir aidiyyəti yoxdur. Bunu gömrük orqanının rəsmi cavabı sübut edir. Əmlakımı girov saxlamaqla məndən məcbur 100 manat alınması "rəsmiləşdirmə" kimi qələmə verilir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nazarət Dövlət Xidmətinə dəfələrlə müraciət etsəm də, sözügedən dayanacağın mənim istehlak hüququmu pozub-pozmadığı sualıma cavab verilmədi. Bu barədə Baş Prokurorluğa müraciətim cavablandırılması üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nazarət Dövlət Xidmətinə göndərilib, ancaq yenə də cavab ala bilməmişəm.

Göründüyü kimi, dayanacaq üzərinə düşən öhdəlik üçün aldığı 60 manatdan əlavə məni 100 manat ödəməyə məcbur edərək aldığı vəsaitə görə aylardır nə mənə, nə də rəsmi orqanlara açıqlama verməməklə mənə 100 manat məbləğində ziyan vurub.

Odur ki, xahiş edirəm, qeyd etdiklərimi nəzərə alıb Azad İstehlakçılar Birliyi olaraq vətəndaşlardan məcburi, zorla yığılan ödənişlər qanunsuzdursa, əlavə ödənişimin geri alınmasına və məsələnin içtimailəşdirilməsinə, eyni zamanda aidiyyəti dövlət qurumlarının rəhbərliklərinin diqqətinə çatdırılmasına kömək edəsiniz. Əvvəlcədən təşəkkür edirəm".

Məsələ ilə bağlı şikayət ərizəsində adı çəkilən tərəflərin də mövqeyini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mopedləri sürücülük vəsiqəsi olmadan idarə etmək olarmı? - Ekspert deyir ki...
Bu gün, 19:19
Keçmiş SOCAR prezidenti qayınatasını itirdi
Bu gün, 19:16
Türkiyədə oxuyan azərbaycanlı qızın başına görün nə oyun açdılar - TƏFƏRRÜAT
Bu gün, 19:13
Mahir Cürətin son halı sevələrini üzüb - VİDEO
Bu gün, 18:05
Doğrudanmı, biz rusdilli ölkəyik?! - AKTUAL
Bu gün, 18:03
63 milyon manatlıq sifariş alan "universal" şirkət: "Vest-LTD"nun sahibi kimdir? - TƏFƏRRÜAT
Bu gün, 17:55
Manatın gələcəyi: - Devalvasiya ehtimalı nə qədər realdır?
Bu gün, 17:51
AİB sədri saxta məhsullara görə bu qurumları günahlandırdı - İLGİNC
Bu gün, 17:49
Vəzifəsini tərk edən deputatın yerinə yeni seçki keçiriləcək? - AÇIQLAMA
Bu gün, 17:45
Bakıdan Moskva ilə bağlı son həmlə - 13 il əvvəl Qəbələdə nə baş verdi?
Bu gün, 17:43
“Azərbaycan Sənaye Sığorta”nın rəhbərlərindən biri vəzifəsini tərk edib
Bu gün, 17:40
Ən çox şikayət edilən sığorta şirkəti “Atəşgah Sığorta” ASC-dir - RƏSMİ
Bu gün, 17:39
“Crystal Group”a yaxın yeni şirkət təsis edilib
Bu gün, 17:32
“Türk Şengen”inə doğru mühüm addım - AKTUAL
Bu gün, 17:30
Xəzər TV-nin adından dələduzluq edilib - AÇIQLAMA
Bu gün, 17:19
Bizim QAZ ALVERİMİZDƏN DƏ baş çıxarmaq olmur... - DƏLİXANADIR VALLAH...
Bu gün, 17:12
Belə getsə, pivə tapılmayacaq, qiymət isə bahalaşacaq - ŞOK SƏBƏB
Bu gün, 17:06
“Dostum ad günümə kokain hədiyyə etmişdi” - TƏFƏRRÜAT
Bu gün, 17:02
15 mindən çox Qarabağ ermənisi Ermənistandan çıxdı
Bu gün, 16:58
Afət Fərmanqızıdan Zaura XƏBƏRDARLIQ - "Lazım olsa, telekanal açaram"
Bu gün, 16:57
Ukrayna heyəti ABŞ-yə yollanıb, Rusiyaya qarşı sanksiyalar müzakirə ediləcək
Bu gün, 16:53
Neftin hesabına "yaşayırıq", bir gün qiyməti qəfil düşsə... - adi təlatümlərdən asılı vəziyyətdə qala bilərik
Bu gün, 16:51
Vəzifəli şəxsin oğlu iş yerində öldü - TƏFƏRRÜAT
Bu gün, 16:49
Xanlar Ağalarov "Green Flag Award"ı necə əldə edib? - Milli Parka verilən mükafatın izi ilə
Bu gün, 16:15
Məşhur diktor aparıcıları QINADI - “Verilişə çağırdığı qonağı tanımır”
Bu gün, 16:13
"Bank of Baku"dan BİABIRÇILIQ - Müəllimə verdiyi kreditə əlavə pul hesablayıb
Bu gün, 16:09
Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ
Bu gün, 15:50
"Hicabın məcburi xarakter alması öz qüvvəsini itirib" - deputat
Bu gün, 15:48
ADSEA-nın strukturu yenidən təşkil edilə bilər
Bu gün, 15:30
İlham Əliyev Misirdə Nikol Paşinyanla ayaqüstü görüş keçirib
Bu gün, 15:22
“Söhbət yayıldı ki, guya “Qarabağ” bizə yardım edib, elə şey yoxdur”
Bu gün, 15:10
Azərbaycanda insanlar televiziyada ən çox nələrə baxırlar? - SİYAHI
Bu gün, 15:08
"Qüdrət müəllim telefon zənglərimi bloka atıb" - Deputat partiyadan çıxarılıb
Bu gün, 15:05
Şengen ölkələrinə yeni giriş qaydaları: - əlvida, pasport möhürü
Bu gün, 15:03
Benzin və dizelin bahalaşması əhalinin “cibinə” necə təsir edib? – Rəqəmlər
Bu gün, 15:01
Elçin Mirzəbəyli ilə bağlı qərar Milli Məclisdə bu rəqəmi dəyişdi - Pul da azalacaq
Bu gün, 14:58
“Köçəryandan xahiş etdim ki, məni evimə aparsınlar” – Misir Mərdanovla MÜSAHİBƏ
Bu gün, 14:54
“Bakcell” media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi
Bu gün, 14:49
Rəsmi Tehran İran-Azərbaycan-Rusiya formatının əhəmiyyətini açıqlayıb
Bu gün, 14:38
Fələstinli satqınları dəhşətli ölüm gözləyir - Tarixin ən acı ironiyası
Bu gün, 14:37
İrəvandan Zəngəzur açıqlaması - Papoyan ermənilərə söz verdi
Bu gün, 13:00
10 manatlıq şirkət 25 milyon manatlıq tenderin - QALİBİ SEÇİLDİ
Bu gün, 12:58
Polşada ər-arvad Rusiya kəşfiyyatına casusluqda ittiham edilib
Bu gün, 12:55
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
"Bircə, qız nəvəm var, kişi kimidir"
Bu gün, 12:24
Hövsanda STADİON ərazisi kimlərə satılıb? - BU NƏDİ BELƏ?
Bu gün, 12:14
Qızılın qiyməti rekord vurur, neft ucuzlaşır... – Qlobal böhran TƏHLÜKƏSİ
Bu gün, 12:07
“Bu məmurlar şəhəri bölüşdürüb satır” - Bakının memarlıq abidələri əldən gedir…
Bu gün, 12:01
Elçin Mirzəbəyli ƏHD Partiyası ilə YOLLARINI AYIRDI - AÇIQLAMA
Bu gün, 11:54
Rəsul Quliyevin övladları: Maliyyəçi, rəssam, keçmiş bank işçisi... - DETALLAR
Bu gün, 11:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru