"Gərək burda kimsə ölə ki, Baş Dövlət Yol Polisi İdarəsi bir tədbir görə?!" - Şəhid atası ETİRAZ ETDİ
Tarix: 25-06-2023, 08:38 | Çap et
 DİA.AZ: Bakı şəhər Binəqədi rayon Xocasən qəsəbəsində yaşayan bir qrup sakin adından ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Biz ərizəçilər, Bakı şəhər Binəqədi rayon Xocasən qəsəbəsi Həmid Sultanov küçəsində yaşayırıq. Belə ki, Xocasən-Lökbatan yolundan işıqfordan hərbi hissəyə qalxan yolun (Həmid Sultanov küçəsi) təqribəm 100 metrliyində dəfələrlə qəzalar baş vermişdir. Sonuncu qəza 12 noyabr 2022-ci ildə Həmid Sultanov küçəsi 17-də baş vermişdir. Xoşbəxtlikdən həmin zaman yolda adam olmadığına görə qəza zamanı insan tələfatı olmamışdır. Lakin bu o demək deyil ki, bir daha qəza olarsa mütləq olaraq insan tələfatı olmayacaq. Belə ki, Həmid Sultanov küçəsində radar, tramplin, yol nişanı və.s olmadığına görə burada avtomobillər yüksək sürətlə idarə olunur. Belə olan halda qəzalar qaçınılmaz olur. Həmçinin nəzərinizə çatdırım ki, Həmid Sultanov küçəsinin sağı da solu da yaşayış evləridir və qadağa edici heç bir yol hərəkət nişanı da yoxdur. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu M a d d ə 5 0 . Hərəkət sürəti və nəqliyyat vasitələri arasında ara məsafəsi II. Nəqliyyat vasitələri: 1) yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə; Yolun sağ və sol hissəsinin yaşayış evləri olmasına baxmayaraq burada avtomobillər 80-90 hətta 100km/saat sürətlə hərəkət edirlər. Bizim hər birimizin evində azyaşlı və dərsə gedən uşaqlar var. Belə olan halda təbii ki, hər birimiz çox 2 narahat oluruq. Lakin Baş Dövlət Yol Polis İdarəsi heç də narahat deyil. Bu məsələ ilə bağlı olaraq 28.12.2022-ci il tarixində Baş Dövlət Yol Polis İdarəsinə müraciət etmişik və müraciətimizi yönəldiblər Binəqədi rayon Polis İdarəsinə. Binəqədi RPİ-dən guya ki, kimlərsə gəlib baxış keçirib. Bu necə baxış keçirməkdir ki, bundan biz ərizəçilərin heç birinin xəbəri belə yoxdur. Bunlar bizi insan yerinə qoymur! Gəlib baxış keçirirlər, çox sağ olsunlar lakin bizimlə əlaqə saxlayıb şikayətimizin dəqiq hansı ərazidən bəhs etdiyini öyrənməli idilər. Bu günə qədər də həmin ərazidə heç bir tədbir görülməyib. Çünkü özləri guya gəlib baxıblar və qərar verib gediblər. Biz şikayətçilər də qalmışıq kənarda. Bizim artıq iki əlacımız var. Ya yığışıb yolu kəsib etiraz edəcəyik ya da siz jurnalistləri dəvət edib ölkə Prezidenti cənab İlham Əliyevə müraciət etməliyik. Gərək burda kimsə ölə ki, Baş Dövlət Yol Polisi İdarəsi bir tədbir görə?! Bunlar kiminsə ölməyini gözləyirlər?! Bu qədər də haqsızlıq olmaz axı. Altı aydır şikayət edirik bizi süründürürlər. Bu işə kim baxır? Nəyə görə vəzifələrini icra etmirlər? Nəyə görə bu qədər insanın hüquqları pozulur? Ombudsmanın Aparatına bununla bağlı dəfələrlə şikayət ərizəsi yazmışıq zənglər etmişik lakin onlar da əhəmiyyət vermir. Nəyi gözləyirlər axı? Kiminsə ölməyinimi? Sizdən xahiş edirik bu məsələni mediada işıqlandırasınız. Əgər mümkünsə gəlib bizlərdən müsahibə alasınız. Çünkü altı aydan çoxdur ki, müraciətimizə Baş Dövlət Yol Polis İdarəsi baxmır və gözləyirlər ki, burda kimsə ölsün sonra gəlib baxsınlar. Xahiş edirik müraciətimizi işıqlandırın. Müraciətimizlə əlaqədar sənədləri sizə göndəririk. Öncədən təşəkkür edirik".
DİA.AZ bildirir ki, müraciəti aşağıdakı şəxslər imzalayıb: Bakı şəhər Binəqədi rayon Xocasən qəsəbəsində yaşayan - Daşdəmirov Fərhad Bayram oğlu (Şəhid atası) - Hüseynov Pərviz Əsəddin oğlu (Qazi) - Abdurahmanov Elxan Tofiq oğlu - Nəsrullayev Ceyhun İnqilab oğlu - Abıyev Vidadi Razim oğlu - Mustafayev Vüsal Aydın oğlu - Abdurahmanov Elman Tofiq oğlu - Məmmədov Fikrət Talıb oğlu - Cahangirov Şubər Yağub oğlu - Nəcəfova Müşkünaz Baxış qızı
***
Məsələ ilə bağlı diaaz.space olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37 |
|
|
|
• Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34 |
|
|
|
• İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32 |
|
|
|
• Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30 |
|
|
|
• Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28 |
|
|
|
• "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32 |
|
|
|
• Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29 |
|
|
|
• Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48 |
|
|
|
• Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45 |
|
|
|
• Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41 |
|
|
|
• Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22 |
|
|
|
• Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15 |
|
|
|
• Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12 |
|
|
|
• Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31 |
|
|
|
• “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29 |
|
|
|
• Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25 |
|
|
|
• Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22 |
|
|
|
• Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16 |
|
|
|
• Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14 |
|
|
|
• Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11 |
|
|
|
• "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05 |
|
|
|
• Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02 |
|
|
|
• "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58 |
|
|
|
• "Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55 |
|
|
|
• Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38 |
|
|
|
• Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35 |
|
|
|
• "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30 |
|
|
|
• "Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25 |
|
|
|
• Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56 |
|
|
|
• PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01 |
|
|
|
• Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55 |
|
|
|
• Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47 |
|
|
|
• Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46 |
|
|
|
• Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42 |
|
|
|
• 10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40 |
|
|
|
• Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37 |
|
|
|
• Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32 |
|
|
|
• “Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27 |
|
|
|
• Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25 |
|
|
|
• Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19 |
|
|
|
• Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15 |
|
|
|
• "Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12 |
|
|
|
• Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08 |
|
|
|
• "Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00 |
|
|
|
• “Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50 |
|
|
|
• SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46 |
|
|
|
• “Atam öz əcəli ilə ölməyib, intihar edib” - Məktub üzə çıxdı
Dünən, 16:42 |
|
|
|
• Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
Dünən, 16:36 |
|
|
|
|