AZAL havada “bazar açıb”: - Rəqabətsiz mühit, bahalı xidmət
Tarix: 29-07-2019, 08:59 | Çap et
İqtisadiyyatının inkişafında bir sıra sosial-iqtisadi amillərlə yanaşı, nəqliyyat faktoru da mühüm rol oynayır.
Dünya ölkələri əvvəlki primitiv nəqliyyatdan fərqli olaraq ölkələrarası iqtisadi əlaqələri inkişaf etdirmək üçün dəmir yolu, avtomobil, dəniz və hava nəqliyyatına diqqət yönəldiblər. Amma turizm baxımından digər nəqliyyat marşrutları ilə müqayisədə hava nəqliyyatı xeyli səmərəlidir.
Azərbaycanın kifayət qədər turizm potensialına malik olmasına baxmayaraq, dünya turizm bazarında aşağı yerlərdən birini tutur. İstirahət zonalarına gələn turistlərin marağının təminindən tutmuş, aviabiletlərin qiyməti, cəlbedici festivalların keçirilməməsi, xidmətlərin bahalığı, yerləşdirmə imkanları və digər meyarlara baxdıqda, bu qənaətə gəlmək olur. Turizmin infrastrukturunun, xüsusən də bölgələrdə turizm xidmətlərinin səviyyəsinin aşağı olması, maliyyə vəsaitinin çatışmaması və dünya turizm bazarında rəqabətə davamsızlığı bu sahənin digər ölkələrlə müqayisədə Azərbaycanda zəif inkişafına səbəb olub. Turizm dünyada çevik inkişaf edən biznes sahələrindən biridir. Bir çox sahələrdən fərqli olaraq turizm sənayesi qısa müddət ərzində iqtisadi səmərə verir. Yetər ki, sadalanan xidmətlər əlverişli qiymətlərə təklif olunsun.
Dövlət Statistika Komitəsi Azərbaycandan çıxanların daha çox hansı yolldan istifadə etməsi barədə məlumat açıqlayıb. Məsələnin diqqət çəkən tərəfi odur ki, ölkədən çıxanlar daha çox quru yoluna üstünlük veriblər. Belə ki, cari ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 83,4 faizi dəmir yolu və avtomobil, 15,8 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib. Halbuki mənzil başına rahat və tez çatmaq üçün hava nəqliyyatı daha sərfəlidir. Amma “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) istənilən istiqamətə bilet qiymətləri başqa ölkələrlə müqayisədə, təqribən iki dəfə baha olması insanların bu nəqliyyat vasitəsindən istifadə etməsinə imkan vermir.
Bu isə xaricə getmək istəyən insanların əksəriyyətinin Gürcüstan üzərindən uçmağa üstünlük verməsinə səbəb olur. Hətta Türkiyə və Avropaya belə, Gürcüstan aviaşirkətləri ilə gedənlərin sayı artır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda yanacaq Gürcüstanla müqayisədə daha ucuz başa gəlir. Belə ki, Gürcüstan yanacağı kənardan aldığı halda, Azərbaycan özü istehsal edir. Bunun müqabilində AZAL-ın qiymət siyasəti nəticəsində həm ölkə iqtisadiyyatı, həm aviaşirkətlər uduzur, həm də vətəndaşlarımız kifayət qədər həm maddi, həm də zaman itkisi ilə üzləşir.
İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycandan xaricə səfər edən vətəndaşların səfər istiqamətləri istifadə olunan nəqliyyat vasitələrinin qiymətinə təsir göstərən əsas faktorlardan biridir:
“Ölkədən səfər edənlərin, təxminən 80 faizi məhz dörd ölkəyə - İran, Türkiyə, Gürcüstan və Rusiyaya gedir. Region ölkələrinin əksəriyyəti ilə həm avtomobil, həm də dəmiryolu nəqliyyatı infrastrukturu mövcuddur. Hazırkı şərtlər daxilində ən aşağı qiymətə başa gələn nəqliyyat vasitələrindən istifadə təbiidir. Qlobal qiymətləndirmə aparsaq, son 15 il ərzində hava nəqliyyatı sürətlə öz xidmətlərini, istiqamətini və keyfiyyətini dəyişməyə başlayıb, artıq yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Bu, həm ölkədaxili, həm yaxın coğrafiyalar arasındakı səfərlərin daha rahat və az vaxt tələb edən hava nəqliyyatından istifadəsinə üstünlük verməsinə yönəlib. Yəni bu bazarlar uğrunda rəqabət gedir. Nəqliyyat növləri arasında hava nəqliyyatı bu istiqamətdə son 15 ildə çox ciddi uğurlar əldə edib. Amma təəssüf ki, Azərbaycanda bu imkanlar məhduddur. Faktiki olaraq hava nəqliyyatı xidmətləri, xüsusilə sərnişindaşımada inhisarçılıq var. “AZAL” sərnişindaşımada çox ciddi paya malikdir. Ölkədə sərnişindaşımanın, təqribən 92-93 faizini bu qurum həyata keçirir. Eyni zamanda mövcud qanunvericiliyin yaratdığı imkanlardan istifadə edərək digər şirkətlərin bazara daxil olmasında müəyyən çətinliklər yaradır. Bu da rəqabətsiz bazarda daha bahalı xidmət qiymətləri siyasəti həyata keçirmək üçün əlverişli şərait yaradıb. Nəticədə insanlar alternativ yollara üstünlük verirlər ki, bunun da ən çeviyi avtomobil yoludur. Hazırda xaricə səfər edən vətəndaşlar əsasən, avtomobil yolundan istifadə edir. Təbii ki, dəmiryolu da seçimlərdən biridir. İnfrastrukturun mövcudluğu bunun üçün şərait yaradır”.
Analitik onu da qeyd edib ki, Azərbaycandan səfər edənlərin maliyyə imkanları qərar qəbul etməyə təsir göstərir:
“Faktiki olaraq ölkədən səfər edənlərin əhəmiyyətli bir qismi İrana gedir. Səhiyyə xidmətləri, ticarət, gündəlik tələbat mallarının istehlakı məqsədilə edilən səfərlər daha çox qısamüddətlidir. Gürcüstana da bənzər məqsədli səfər kifayət qədər çoxdur. Bu səfərlərdə hava nəqliyyatından istifadə məqsədəuyğun olmur. Yəni insanlar bu səfərləri istirahət, əyləncə məqsədilə deyil, gündəlik dolanışıq üçün həyata keçirirlər. Bu zaman onlar xərclərə və gəlirlərə diqqət edir ki, bu da səfərlərin daha çox quru yolla həyata keçirilməsinə təsir göstərir”.
Rəşad Həsənovun qənaətincə, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, dayanıqlılığın təmini, eyni zamanda xarici fraksiyaların təsirlərinin azaldılması ilə bağlı yeni yanaşma var:
“Turizm sektoru ən böyük üstünlüklər vəd edən sahələrdən biridir. Xidmətlər balansında müsbət profsiti olan yeganə sahə hesab olunur. Qeyri-neft sektorunu nəzərə alsaq, tədiyyə balansında yalnız turizm xidmətləri istiqamətində profsit yaranır. İl ərzində ölkəyə təxminən 3 milyard dollar civarında valyuta gətirən bir sektordur. Bu, o deməkdir ki, Azərbaycanın qeyri-neft məhsullarının ixracından ölkəyə daxil olan gəlirlərdən iki dəfə artıq valyuta gətirə bilib. Bu şərtlər daxilində hazırda müəyyən təşəbbüslər vardır. Bu təşəbbüslər yaxın dövr ərzində öz nəticələrini verə bilər. Azərbaycanda da aşağı büdcəli liberal hava nəqliyyatı sərnişindaşıma mühiti formalaşa bilər. Xüsusilə də digər aviaşirkətlərin Azərbaycan bazarına daxil olması qiymətlərə əhəmiyyətli təsir göstərə bilər. Bu, Azərbaycanın turizm sektoru üçün çox vacib məqamlardan biridir. Çünki biz regionla müqayisədə bu istiqamətdə kifayət qədər inkişaf etmiş infrastruktura malikik. Amma bu infrastrukturdan yararlana bilmirik. Azərbaycan qonşu Gürcüstanla müqayisədə bu istiqamətdə bir neçə dəfə geridə qalır. Nəzərə almaq lazımdır ki, infrastruktura qoyulan xərclər də müəyyən dövr ərzində öz əhəmiyyətini itirir. Çünki infrastruktur köhnələn, dəyərsizləşən bir nəsnədir. Bu baxımdan da mövcud infrastrukturun qiymətləndirilməsi, ondan yararlanma və onun iqtisadi effektivliyinin artırılması üçün mütləqdir ki, hava nəqliyyatı ilə sərnişindaşımada konkret addımlar atılsın. Bu, ümidləri müəyyən qədər artırır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Heç bir güzəştdən söhbət gedə bilməz" - deputat
Bu gün, 19:04 |
|
|
|
• Daha 24 cənazə Azərbaycana gətirilir
Bu gün, 18:57 |
|
|
|
• Putin üzr istədi, bəs sonra: Günahkarlar cəzalanacaqmı, kompensasiya ödənəcəkmi - AKTUAL
Bu gün, 18:53 |
|
|
|
• Azərbaycanda polis generalı təqaüdə göndərilib - ƏMR
Bu gün, 18:50 |
|
|
|
• Prezident ARDNF-in 2025-ci il büdcəsini təsdiqləyib
Bu gün, 18:00 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ballistik ekspertiza təyin edilib, 17 beynəlxalq ekspert cəlb olunub - Qazaxıstan hökuməti
Bu gün, 17:59 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb
Bu gün, 17:58 |
|
|
|
• Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzr istəyib
Bu gün, 17:57 |
|
|
|
• Zelenski İlham Əliyevə zəng edib
Bu gün, 17:54 |
|
|
|
• Təzyiqlərin heç bir nəticəsi olmayacaq -ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
• Paşinyan niyə keçmişə qayıdır? - İNCƏLƏMƏ
Bu gün, 14:00 |
|
|
|
• “Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? - TƏFƏRRÜAT
Bu gün, 12:05 |
|
|
|
• Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı
Bu gün, 12:03 |
|
|
|
• Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: - Putinin Qafqazdakı adamının yaramazlıqları
Bu gün, 12:01 |
|
|
|
• Bakıda yumurtanın qiyməti artıb? - AÇIQLAMA
Bu gün, 11:59 |
|
|
|
• Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA – Gedəcəklər, yoxsa QALACAQLAR?
Bu gün, 11:57 |
|
|
|
• “Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir” - Qulamhüseyn Əlibəyli
Bu gün, 11:56 |
|
|
|
• "Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:41 |
|
|
|
• "Düzgün qərar kimi dəyərləndirmək olar" - AÇIQLAMA
Bu gün, 11:39 |
|
|
|
• Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasını yarım milyondan çox vergi borcu olan şirkət tikəcək - 25.7 milyon xərclənəcək
Bu gün, 11:38 |
|
|
|
• Nazirlik bu işə görə Harvard Universitetinə 1,7 milyon manat ödəyəcək
Bu gün, 11:32 |
|
|
|
• Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib - DETALLAR
Bu gün, 11:29 |
|
|
|
• Təyyarə yerə 100 metr qalmış… – Bu detallar ilk dəfə açıldı
Bu gün, 11:27 |
|
|
|
• Belarus Prezidenti 20 nəfəri əfv edib
Bu gün, 11:24 |
|
|
|
• Şok cinayət: 299 şirkətə rəhbərlik edən musiqiçi kimlərlə əlbir olub? - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Paşinyan-Lukaşenko “savaşı” dərinləşir - “Sputnik Ermənistan”
Bu gün, 11:18 |
|
|
|
• Azərbaycanda tibbi avadanlıq şirkəti “maya”sını milyonlarla manat artırdı
Bu gün, 11:15 |
|
|
|
• Rusiyada terror planlaşdıran islamçılar GÜLLƏLƏNDİ - VİDEO
Bu gün, 11:02 |
|
|
|
• “Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:57 |
|
|
|
• Saxta bayram endirimlərinə aldanmamaq üçün nə edək - ekspertlərdən çağırış
Bu gün, 10:56 |
|
|
|
• İrəvan səfirini Belarusa qaytarmaq niyyətində deyil
Bu gün, 10:54 |
|
|
|
• "Azərbaycanda pensiya sistemi yoxdur, lotoreya-qumar sistemi var..." - Tanınmış ekspertdən ilginc açıqlamalar
Bu gün, 10:52 |
|
|
|
• Həlak olan pilot millimizin üzvünün atası imiş - FOTO
Bu gün, 10:44 |
|
|
|
• Təcrübəli təhsil işçisi Əmrullayevə ismarıc yolladı - VİDEO
Bu gün, 10:42 |
|
|
|
• BAKI RUSİYAYA NOTA VERMƏKDƏ YUBANIRMI? - Əgər sükut davam edərsə...
Bu gün, 10:36 |
|
|
|
• “Pomidor məhbusları” məsələsi yaxın həftələrdə həll olunacaq - Natiq Cəfərli
Bu gün, 10:31 |
|
|
|
• İşğalçının qarşısında geri addım? - NƏ BAŞ VERİR?
Bu gün, 10:28 |
|
|
|
• Robert Köçəryan tərəfdarlarını topladı - KİV
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanlı pilotlar həqiqi möcüzə göstərdilər - Fransa portalı
Bu gün, 10:12 |
|
|
|
• Şəfəq qəsəbəsinə günəş nə zaman doğacaq... - Burada 8 mindən çox insan yaşayır...
Bu gün, 10:02 |
|
|
|
• “Azəriqaz” Prezidentin 207 saylı fərmanını sabotaj etmək istəyir - BU DA FAKT!
Bu gün, 09:52 |
|
|
|
• Proses pozulur: Ermənistan bundan imtina etdi - GƏLİŞMƏ
Bu gün, 09:48 |
|
|
|
• Moskvadan Bakı və İrəvana “sürpriz” təklif - NƏ BAŞ VERİR?
Bu gün, 09:46 |
|
|
|
• 326 milyonluq qaçaqmalçılıq edənlər nə üçün məhkəmənin qapalı keçirilməsini istəyib?! - TƏFƏRRÜAT
Bu gün, 09:45 |
|
|
|
• Kazan hava limanı fəaliyyətini dayandırıb - KİV
Bu gün, 09:41 |
|
|
|
• Azərbaycanın sülh şərti yerinə yetirilir - İNCƏLƏMƏ
Bu gün, 09:40 |
|
|
|
• Paşinyan Lukaşenkoya ictimai sillə vurdu - Pavel Latuşka
Bu gün, 09:38 |
|
|
|
• Müttəfiqlik üçün KRİTİK SINAQ: Moskva izi itirmək istəyir - SENSASİON DETALLAR AÇIQLANDI
Bu gün, 09:37 |
|
|
|
• Paşinyanın “xəstə” siyasəti - ŞƏRH
Bu gün, 09:35 |
|
|
|
• `166 Cargo`nun ÇATDIRILMA ŞOUSU... - GİLEY
Bu gün, 09:32 |
|
|
|
|