Keçmiş nazir iflasa doğru... - GƏLİŞMƏ
Tarix: 12-06-2019, 09:04 | Çap et
Havalar isindikcə Bakıda velosiped sürənlərin sayı da artır. Paytaxtda velosiped yolu olmadığı üçün velosipedçilərə də daha çox bulvar ərazisində rast gəlmək mümkündür. Onlar ən çox xaricdə istehsal edilən velosipedlərə üstünlük verirlər. Ancaq...
2016-cı ilin avqustunda İsmayıllının Diyallı kəndi ərazisində “İsma Bikes” velosiped istehsalı zavodunun açılışı oldu. Açılışına prezident İlham Əliyevin də qatıldığı zavodun istehsal gücünün ildə 20-30 min velosiped olduğu bildirildi. Zavod haqqında məlumatda qeyd olunurdu ki, müəssisə Bolqarıstan, Danimarka, Niderland, Çin və Türkiyə istehsalı olan avadanlıqlarla təchiz edilib və zəruri infrastrukturu ilə Qafqazda yeganə olan bu zavodun məhsulları yüksək keyfiyyəti ilə seçiləcək. İddialara görə, bu biznes sabiq vergilər naziri Fazil Məmmədovun nəzarətindədir.
Bəs hazırda bazarda “İsma Bikes” velosipedlərinə rast gəlinirmi?
“Yeni Müsavat”ın reportyor qrupu olaraq “İsma Bikes” axtarışına çıxıb, şəhərdə bir neçə velosiped mağazasına baş çəkdik. Mağazalarda olduğumuz zaman maraqlı məlumatlar əldə etdik.
Əvvəlcə onu qeyd edək ki, Bakının kənar ərazilərində, bazarlarda satılan velosipedlərin əksəriyyəti Çin istehsalıdır. Böyüklər üçün olan (26-lıq) bu velosipedlərin qiyməti əsasən 180 manatdan başlayır. Uşaqlar üçün olan velosipedlər isə 30 manatdan başlayaraq, formasına və keyfiyyətinə görə bir neçə manat bahalaşan qiymətlə satılır. Bu mağazaların heç birində “İsma Bikes” velosipedlərinə rast gəlmədik. Satıcılar bildirdilər ki, belə velosipedlər yerli istehsal olsa da, qiyməti olduqca bahadır. Ona görə də satmaq sərf eləmir. Satıcılar onu da qeyd etdilər ki, Bakıda velosiped yolu olmadığı üçün Çin istehsalı olan mallar belə zəif satılır. Satıcı Rəhman Bayramov aşağıdakıları söylədi:
“Paytaxtda velosipedi olanlar belə sürməyə yer tapmırlar. Çünki illərdir velosiped yolunun çəkiləcəyi ilə bağlı xəbərlər yayılsa da, nəticə görünmür. Ona görə də camaat velosiped almır. Ən çox satdığımız uşaq velosipedləridir. Böyüklər üçün olan velosipedləri alanlar da elə yeniyetmələrdir. Birinci küçəni çəkmək lazımdır, sonra velosiped istehsalı ilə məşğul olmaq gərəkdir. Biz bildiyimiz qədərilə Bakıda ”İsma Bikes"in 2 mağazası olub. Onlar da hazırda işləmir. Həmin mağazalardan biri Heydər Əliyev prospektində, düz yolun kənarında yerləşirdi. Elə bir yer idi ki, avtomobili saxlamaq mümkün deyildi. Magistral yolun kənarında bu cür mağazanın effekti olmur. Hazırda həmin mağaza bağlanıb. İkinci mağaza da metronun “20 Yanvar” stansiyasının yaxınlığında yerləşirdi. Orada da iri mağaza var idi. Bu ildən həmin mağaza da fəaliyyətini dayandırıb".
Deyilən faktı yoxlamaq üçün Heydər Əliyev prospektinə yollandıq. Öyrəndik ki, doğrudan da “İsma Bikes”in mağazası fəaliyyətini dayandırıb. Mağazanın yerləşdiyi obyekt isə icarəyə çıxarılıb.
“İsma Bikes”in sosial şəbəkələrdə də səhifələri mövcuddur. Həmin səhifələrdə qoyulan nömrələrlə əlaqə saxlamağa çalışdıq. Lakin heç bir nömrəyə zəng çatmadı. Bundan əlavə, zavodun saytı da tam işlək vəziyyətdə deyil. Satıcılardan öyrəndik ki, Azərbaycana gətirilən velosiped detallarına heç bir gömrük rüsumu tətbiq edilmir. Yəni ölkəyə gətirilən velosiped detallarının fantastik dərəcədə bahalaşması üçün real səbəb yoxdur. “İsma Bikes” velosipedləri də xaricdən gətirilən detallar əsasında İsmayıllıda yığılırdı. Lakin buna baxmayaraq, velosipedlərin qiyməti xaricdən gətirilən brend məhsullardan heç də ucuz deyildi. Bu velosipedlər 250 manatdan başlayaraq, 700-800 manata qədər dəyişən qiymətlərlə satılırdı. “Gənclik Mall”da xaricdə istehsal olunan velosipedlər satılır. Onlardan bəzilərinin qiymətlərini təqdim edirik.
Məsələn, Fransa istehsalı olan velosipedlərin qiyməti 650 manatdan başlayır. Almaniya istehsalı olan velosipedlərin ən ucuzunu 1200 manata əldə etmək olar. Mağazadakı mütəxəssislər bildirdilər ki, qiymətlər əsasən materiala (alüminium) görə dəyişir. Almaniya velosipedlərinin baha olmasının səbəbi də məhz materialın keyfiyyətli olmasıdır. Bildirdilər ki, onlar yerli istehsalın satışına yer vermirlər. Ona görə də İsmayıllıdakı zavodun istehsalı barəsində məlumatlı deyillər.
Qısa olaraq qeyd edək ki, velosipedin gövdəsi alüminiumdan düzəldilir. Mağazalarda velosipedin keyfiyyəti ilə maraqlanan zaman satıcılar adətən “model 6 minlik, 7 minlik alüminiumdan hazırlanıb”, - deyə bildirirlər. 7 minlik alüminiuma sink və maqnezium (qismən mis) də qatılır. Bununla da pasa qarşı müqavimət artır. Alüminiumun 6000-lik ərintisinə isə silisium və maqnezium qatılır. Bunlarda isə pasa qarşı müqavimət aşağıdır. Deyilənə görə “İsma Bikes”də məhz yüksək səviyyəli alüminiumdan hazırlandığı üçün qiymətləri yüksək olub.
Bəs yerli malı haradan əldə etmək olar? 30 min velosiped hara getdi?
Bu ilin aprel ayında İSMA brendinin daxil olduğu “Synergy Group”un Marketinq direktoru Murad Mirzəyev marja.az saytına bildirib ki, Hazırda İSMA velosipedlərinin satışı zavodun dilerləri vasitəsilə həyata keçirilir: “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən mağazamızın fəaliyyətini dayandırması ünvanın dəyişdirilməsi ilə bağlıdır. Yeni əlverişli yer müəyyən edildikdən sonra mağaza yeni ünvanda, yeni konseptdə fəaliyyətini bərpa edəcək. Heydər Əliyev prospektindəki İSMA mağazası isə dilerə məxsus idi. Dilerin verdiyi məlumata görə, həmin ünvan satış üçün əlverişli olmadığından bağlamaq qərarı verib".
Murad Mirzəyev əlavə edib ki, hazırda İSMA velosipedlərinin satışı ilə Bakı şəhərində “Maqnit” mağazalar şəbəkəsi, regionlarda isə dilerlər məşğul olurlar: “Mağazanın anbarında olan velosipedlər ”Maqnit" mağazalar şəbəkəsinə təhvil verilib. Bu da bizə imkan verir ki, yeni konsepsiya, satış planları və ünvanların seçilməsi barədə rahat düşünək".
Murad Mirzəyev bildirib ki, İsmayıllı Velosiped Zavodu fəaliyyətini dayandırmayıb.
Onu da qeyd edək ki, zavodun saytında verilən məlumata görə, “İsma Bikes”in Sumqayıt, Bərdə, Naxçıvan, Xaçmazda da dilerləri var. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya XİN rəhbəri Ukrayna ilə danışıqların şərtini açıqlayıb
Bu gün, 08:46 |
|
|
|
• Kollecin sabiq direktoru köməkçi təyin olunub - İcra başçısı bacanağını vəzifədən azad edib
Bu gün, 08:18 |
|
|
|
• Təyyarəmiz vurulduqdan dərhal sonra Kadırovun dəhşətli əmri… - "İctimai rəyi başqa istiqamətə yönəltməyə çalışdılar..."
Bu gün, 08:14 |
|
|
|
• Rusiya da razılaşdı: Əliyevin bu şərti qəbul edilir - AKTUAL
Bu gün, 08:11 |
|
|
|
• Kadırovdan QUDURĞAN TƏHDİD: Təyyarənin vurulmasına görə məni ittiham edənləri... - Bu küçük sahibinə güvənib hürür...
Bu gün, 08:08 |
|
|
|
• Gürcüstanın yeni prezidentinin inauqurasiyası keçiriləcək - Bu gün
Bu gün, 08:04 |
|
|
|
• ABŞ-dən Gürcüstanla bağlı ŞOK ADDIM - “Gürcü arzusu” hökuməti TANINMAYACAQ
Bu gün, 02:26 |
|
|
|
• Rusiya ilə BUNDAN SONRA NƏ EDƏK? - AKTUAL
Bu gün, 02:21 |
|
|
|
• Elsevər Ağayev hələ də səhiyyə sistemindən PUL QAZANIR - DETALLAR
Bu gün, 02:18 |
|
|
|
• Əmlak xidməti qanunları necə çeynəyir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 02:11 |
|
|
|
• “Nar”ın dəstəyi ilə debat forum keçirildi - FOTO
Bu gün, 02:02 |
|
|
|
• Türkiyə və İsrail arasında: Azərbaycan körpü ola biləcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 01:59 |
|
|
|
• Baydendən Kiyevlə bağlı daha bir addım: Pentaqona əmr verildi - GƏLİŞMƏ
Bu gün, 01:57 |
|
|
|
• "Səmimi bir şəkildə "bağışla" deməkdən çəkinməyin..."
Bu gün, 01:55 |
|
|
|
• Keşiş Baqrat "səhvlərini" etiraf edib - KİV
Bu gün, 01:53 |
|
|
|
• Çeçenistanda qəhrəmanlığı terrorla səhv salırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:50 |
|
|
|
• Ermənistanın növbəti təxribat planı fiaskoya uğradı - Novella Cəfəroğlu
Bu gün, 01:47 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları” bir ildə 100 milyon zərər edib - HESABAT
Bu gün, 00:04 |
|
|
|
• Putinin üzrxahlığının PƏRDƏARXASI: - Kremlin planı nədir?
Bu gün, 00:02 |
|
|
|
• "Qarabağ" razılaşdı, Juninyo "Sevilya"ya gedir - İspan KİV
Dünən, 23:59 |
|
|
|
• “Burada gecələyəcəyəm” - Zurabişvili
Dünən, 23:58 |
|
|
|
• Qazaxıstanda təyyarə qəzasında həlak olan 24 nəfərin nəşi Bakıya gətirilib
Dünən, 23:55 |
|
|
|
• 4 fenomen saxlanıldı, 3-ü isə axtarılır
Dünən, 21:17 |
|
|
|
• “Rusiya həlak olanların və yaralıların ailəsinə kompensasiya ödəməlidir” - Başqa cür ola da bilməz...
Dünən, 21:13 |
|
|
|
• Bakı "qara qutu"nu necə açdı: - Əliyevin qətiyyəti geopolitik böhranı blokladı
Dünən, 21:08 |
|
|
|
• "Heç bir güzəştdən söhbət gedə bilməz" - deputat
Dünən, 19:04 |
|
|
|
• Daha 24 cənazə Azərbaycana gətirilir
Dünən, 18:57 |
|
|
|
• Putin üzr istədi, bəs sonra: Günahkarlar cəzalanacaqmı, kompensasiya ödənəcəkmi - AKTUAL
Dünən, 18:53 |
|
|
|
• Azərbaycanda polis generalı təqaüdə göndərilib - ƏMR
Dünən, 18:50 |
|
|
|
• Prezident ARDNF-in 2025-ci il büdcəsini təsdiqləyib
Dünən, 18:00 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ballistik ekspertiza təyin edilib, 17 beynəlxalq ekspert cəlb olunub - Qazaxıstan hökuməti
Dünən, 17:59 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb
Dünən, 17:58 |
|
|
|
• Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzr istəyib
Dünən, 17:57 |
|
|
|
• Zelenski İlham Əliyevə zəng edib
Dünən, 17:54 |
|
|
|
• Təzyiqlərin heç bir nəticəsi olmayacaq -ŞƏRH
Dünən, 14:02 |
|
|
|
• Paşinyan niyə keçmişə qayıdır? - İNCƏLƏMƏ
Dünən, 14:00 |
|
|
|
• “Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? - TƏFƏRRÜAT
Dünən, 12:05 |
|
|
|
• Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı
Dünən, 12:03 |
|
|
|
• Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: - Putinin Qafqazdakı adamının yaramazlıqları
Dünən, 12:01 |
|
|
|
• Bakıda yumurtanın qiyməti artıb? - AÇIQLAMA
Dünən, 11:59 |
|
|
|
• Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA – Gedəcəklər, yoxsa QALACAQLAR?
Dünən, 11:57 |
|
|
|
• “Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir” - Qulamhüseyn Əlibəyli
Dünən, 11:56 |
|
|
|
• "Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır" - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:41 |
|
|
|
• "Düzgün qərar kimi dəyərləndirmək olar" - AÇIQLAMA
Dünən, 11:39 |
|
|
|
• Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasını yarım milyondan çox vergi borcu olan şirkət tikəcək - 25.7 milyon xərclənəcək
Dünən, 11:38 |
|
|
|
• Nazirlik bu işə görə Harvard Universitetinə 1,7 milyon manat ödəyəcək
Dünən, 11:32 |
|
|
|
• Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib - DETALLAR
Dünən, 11:29 |
|
|
|
• Təyyarə yerə 100 metr qalmış… – Bu detallar ilk dəfə açıldı
Dünən, 11:27 |
|
|
|
• Belarus Prezidenti 20 nəfəri əfv edib
Dünən, 11:24 |
|
|
|
• Şok cinayət: 299 şirkətə rəhbərlik edən musiqiçi kimlərlə əlbir olub? - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
|