İran Azərbaycanı bununla “vurur”: ermənilər sevinir .....                     Yekaterinburqda “qara bayram” .....                     Rusiya ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri ləğv edilir .....                     Uydurma keçmişin əsarəti altında .....                     “Rasim Balayevlə yoldan keçən adi adama eyni qonorarı vermək olmaz” .....                     Rusiyanın terrorçu 'OMON'çularına Azərbaycan DTX-da cinayət işi açılmalıdır .....                     Dost ölkənin ordusuna dəhşətli hücum: Yeni müharibə başlayır? .....                     Deputatın qudasının şirkəti "Carçıoğlu Group"un vergi borcu 220 min manatı keçdi .....                     “Bədheybət poqonlular”in zühuru .....                     Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb .....                     Əmrullayevin işçilərindən ŞÜBHƏLİ ALIŞ-VERİŞ... .....                     Növbəti RUS VƏHŞİLİYİ... .....                     Boğaza qədər zibilin içində olan səhiyyəmiz... .....                     "Gəncə Memorial Hospital"da DVX ƏMƏLİYYAT KEÇİRDİ .....                     Qarşıdakı aylar həlledici olacaq: Qərbyönlü Paşinyan, yoxsa rusiyayönlü kilsə? .....                     "Rusiyada azərbaycanlılara qarşı baş verənlər artıq sistem xarakterlidir" .....                     "Səs var oxumaq üçündür, səs də var, qatıq satmaq üçün..." .....                     İran yeni savaş astanasında: sərhəddə aktivlik .....                     Rəsmi Bakı vətəndaşının arxasındadır: qarşısında kim olursa, olsun... .....                     Masallıda baş verən cinayət işinin motivi məlum olub .....                     Masallıda kişi of tügəngilə qayınanasını öldürüb, qohumlarına xəsarət yetirib .....                     Postimperial və Putinal şovinizm .....                     Avropanın baş diplomatı İrəvana gəlir .....                     Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq .....                     Rusiyadan Azərbaycana qarşı növbəti vandalizm: .....                     "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər" .....                     Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb .....                     Rusiyada öldürülən qardaşların əmisi oğlu da .....                     Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edib .....                     Səfərovlar ailəsinə sübh tezdən edilən basqının TƏFƏRRÜATLARI .....                     Yekaterinburqda öldürülən azərbaycanlıların nəşlərinin gətirilməsi ilə bağlı tədbirlər görülür .....                     Zaqatalada sel TƏHLÜKƏSİ: 100 dən çox ev su altında qala bilər .....                     “Gəncəli Mübariz” xərçəngə tutuldu .....                     "Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik" .....                     Azərbaycan XİN-dən Yekaterinburqdakı vəhşiliyə REAKSİYA .....                     AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir .....                     Rusiyada qardaşları öldürülən jurnalist danışdı: .....                     Ermənistanda gərginlik böyüyür .....                     Çox gözəl sözlərdir: Tramp Putini təriflədi .....                     Azərbaycanlıların kütləvi həbsi ilə bağlı ilk rəsmi AÇIQLAMA .....                 

Şəmkir “qala”sı içindən çökdürüldü... - İDDİA
Tarix: 23-02-2019, 09:40 | Çap et
Şəmkir “qala”sı içindən çökdürüldü...
Musavat.com-un məlumatına görə, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov sabiq nazir Fazil Məmmədova rayon ərazisində sahibkarlıq fəaliyyəti göstərməyi qeyri-rəsmi olaraq qadağan edib. Hətta Şəmkirdən aldığımız bir məlumata görə, Fazil Məmmədov rayon ərazisindən qovulub.

Məsələnin kuryoz tərəfi budur ki, Alimpaşa Məmmədov Fazil Məmmədovun öz kadrıdır, hətta yaxın adamlarından biridir. F.Məmmədov onu ən sadiq və etibarlı adamı kimi öz “qalasına” - Şəmkirə göndərib. Bu rayon və onun ətrafında Fazil Məmmədovun milyonlarla yatırım etdiyi müəssisələr, özəl mülklər, tərpənməz əmlaklar var. İndi aydın olur ki, “qala” içdən çöküb - Alimpaşa öz xeyirxahına qarşı çıxıb.

Dünən “Yeni Müsavat” qəzetinin manşetində belə bir yazı dərc olunmuşdu ki, müalicədən sonra Fazil Məmmədov özünün malik olduğu biznes imperiyasının başına keçib və onu bilavasitə idarə etmək qərarına gəlib. Sitat: “Fevralın 8-də ”ölüm" xəbəri yayılan sabiq vergilər naziri Fazil Məmmədovun səhhəti normaldır və hazırda Bakıda biznes işləri ilə məşğuldur. Yaxın çevrəsində olan mənbənin yerli mediaya verdiyi məlumata görə, F.Məmmədova əvvəlki biznesi İlə məşğul olmaq icazəsi verilib. Bu səbəbdən də o, hazırda əsas diqqətini “Synergy Group” MMC şirkətlər qrupuna yönəldib.

Məlum olduğu kimi, “Synergy Group” MMC şirkətlər qrupu hələ Fazil Məmmədov nazir olduğu dövrdə yaradılıb, rəsmi olmasa da, de-fakto ona məxsus olub.

“Yeni Müsavat” bildirir ki, 2010-cu ildə təsis edilmiş, şüarı “Davamlı gələcəyə doğru” olan “Synergy Group” MMC Azərbaycanda fəaliyyət göstərən ən iri özəl investisiya şirkətlərindən biridir. “Synergy Group” MMC qeyri-neft sektorunda müxtəlif və inkişaf yönümlü şirkətlərdən ibarətdir.

“Synergy Group” istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, hotelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar etməkdədir. Şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə, regionların sosial-iqtisadi inkişafında mühüm paya malik olduğu bildirilir. Qrupa rəsmi olaraq, 30-a yaxın, qeyri-rəsmi isə 60-dan çox şirkət daxildir. Bu şirkətlərin bəzisində xarici kapital da iştirak edir. “Synergy Group”un tərkibindəki “Excelsior Hotel Shamkir”, “AzAqro” qızılgül istixanaları, Zəyəm Texnologiyalar Parkı, “Zəka” Gənclər Mərkəzi kimi bəzi şirkətlər Fazil Məmmədovun hələ də kurasiyasında olan Şəmkirdə yerləşir.

“Synergy Group”un yalnız bankı yox idi. 2015-ci ildə YAP-çı deputatlardan birinin qardaşına məxsus “Kövsər Bank”ı “Synergy Group” alıb. “Kövsər Bank”ın 38 milyon manatlıq yeni səhm emisiyasını “Synergy Group "alıb"...

Bu sitatdan və məlumatlardan da göründüyü kimi, F.Məmmədovun biznes imperiyasına aid əhəmiyyətli komponentlər Şəmkir rayonunun inzibati ərazisində yerləşir. Biznesini öz vətənindən idarə etmək, yaxud da onun məlum komponentlərini yoxlamaq üçün Şəmkirə varid olan sabiq nazirin belə bir aqibətlə üzləşməsi onun planlarına ağır zərbədir.

Mənbə bildirir ki, Fazil Məmmədov “Excelsior Hotel Shamkir”də özünə dəbdəbəli ofis hazırlıqları ilə məşğul imiş. Hətta sabiq nazirin ailəsi də Bakıdan Şəmkirə köçübmüş. F.Məmmədovun rayonda son dərəcə dəbdəbəli bir evinin olduğu deyilir. Ailəsi ilə birlikdə orda qalmağı planlaşdırırmış. Lakin Alimpaşa Məmmədov sabiq şefinin planlarını darmadağın edib.

Başçı F.Məmmədovun rayonla əlaqəsi olan başqa adamlarını da Şəmkirdən qovub. Mənbə bildirir ki, Fazil Məmmədovun yaxın adamlarından biri - qardaşının qaynı Turan Səidov bir vaxtlar sabiq nazirin rayondakı təmir-tikinti işlərini görürmüş. Onun “21-ci əsr” adlı şirkəti də var. Hazırda bu şirkətin fəaliyyəti iflicdi. Bildirilir ki, Şəmkirin icra başçısı özünün yaxın adamlarına yeni şirkətlər açıb, rayonla bağlı bütün təmir-tikinti işlərini yaxın çevrəsinin əli ilə gördürür.

Alimpaşa Məmmədov ötən ay Turanı yanına çağıraraq deyib ki, “bir daha ayağın Şəmkirə dəyməyəcək”. Ardınca da elə Fazil Məmmədova ismarışını yollayıb: “Ona deyin, əziyyət çəkib ofis təmir etdirməsin, mən bu rayonda başçı olan müddətdə Fazil müəllim burda yaşaya, bizneslə məşğul ola bilməz”. Deyilənə görə, başçının bu ismarışından sonra Fazil Məmmədov Şəmkiri tərk edib, Bakıya gəlib. Yaxınlarına deyib ki, o, Alimpaşayla üz-üzə gəlmək, konflikt yaratmaq istəmir. Hazırda F.Məmmədovun Şəmkirdə biznesini o, nazir olduğu dövrdə müşaviri vəzifəsində işləmiş Riyad Hüseynovun qardaşı Fərid Hüseynovun idarə etdiyi deyilir.

Maraqlıdı, Fazil Məmmədov işdən çıxarıldıqdan sonra da mühafizə və kortejlə gəzir. Bunu da sabiq nazirin yaxın ətrafından “Yeni Müsavat”a bildiriblər. Həmçinin biznesini də qoruyub saxlayıb. Ona bu qədər güzəşt edildiyi halda, Şəmkirin icra başçısı nədən keçmiş nazirlə bu cür davransın? Bu sualı ünvanladığımız tanınmış şəmkirlinin qənaətinə görə, Alimpaşa Məmmədov özfəaliyyətlə məşğuldur. Onun Fazil Məmmədovla bu cür davranışını “yuxarılar” bilsə, başçı üçün işlər yaxşı getməz. Amma A.Məmmədov nə qədər qeyri-stabil şəxs kimi tanınsa da, belə sərt qərarları özbaşına qəbul etməz yəqin ki.

F.Məmmədovun bundan sonra necə davranacağı və öz adamının zərbəsini necə dəf edəcəyi hələlik məlum deyil.

DİA.AZ sabiq nazirin də mövqeyini dərc etməyə hazırdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran Azərbaycanı bununla “vurur”: ermənilər sevinir - KİV
Bu gün, 12:21
Yekaterinburqda “qara bayram” - Qubernator hücumdan əvvəl Azərbaycan konsuluna nə deyib?
Bu gün, 12:18
Rusiya ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri ləğv edilir - Nazirlik
Bu gün, 12:14
Uydurma keçmişin əsarəti altında - AKTUAL
Bu gün, 10:32
“Rasim Balayevlə yoldan keçən adi adama eyni qonorarı vermək olmaz” - ETİRAZ
Bu gün, 10:29
Rusiyanın terrorçu 'OMON'çularına Azərbaycan DTX-da cinayət işi açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:24
Dost ölkənin ordusuna dəhşətli hücum: Yeni müharibə başlayır? - GƏLİŞMƏ
Bu gün, 10:18
Deputatın qudasının şirkəti "Carçıoğlu Group"un vergi borcu 220 min manatı keçdi – cəmi 17 günə / FOTO+ VİDEO
Bu gün, 10:08
“Bədheybət poqonlular”in zühuru - Aeroportda gözləyən “qara lentli maşınlar” dönəmi qayıdır
Bu gün, 10:02
Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb - FOTOLENT
Bu gün, 09:59
Əmrullayevin işçilərindən ŞÜBHƏLİ ALIŞ-VERİŞ... - DETALLAR
Bu gün, 09:00
Növbəti RUS VƏHŞİLİYİ... - NƏ ETMƏLİ?
Bu gün, 08:58
Boğaza qədər zibilin içində olan səhiyyəmiz... - TƏBİB məlhəm ola bilmirsə...
Bu gün, 08:52
"Gəncə Memorial Hospital"da DVX ƏMƏLİYYAT KEÇİRDİ - Cərimələndi / Külli miqdarda borcu da var
Bu gün, 08:48
Qarşıdakı aylar həlledici olacaq: Qərbyönlü Paşinyan, yoxsa rusiyayönlü kilsə? - İNCƏLƏMƏ
Bu gün, 08:27
"Rusiyada azərbaycanlılara qarşı baş verənlər artıq sistem xarakterlidir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:22
"Səs var oxumaq üçündür, səs də var, qatıq satmaq üçün..." - ETİRAZ
Bu gün, 08:17
İran yeni savaş astanasında: sərhəddə aktivlik – Azərbaycanlılar silahlandırılır…
Bu gün, 08:14
Rəsmi Bakı vətəndaşının arxasındadır: qarşısında kim olursa, olsun... - AKTUAL
Bu gün, 08:11
Masallıda baş verən cinayət işinin motivi məlum olub
Bu gün, 08:06
Masallıda kişi of tügəngilə qayınanasını öldürüb, qohumlarına xəsarət yetirib - TƏFƏRRÜAT
Bu gün, 05:11
Postimperial və Putinal şovinizm - Ey, Kreml, ey, Kilsə, nə gündəsiniz ki...
Bu gün, 02:46
Avropanın baş diplomatı İrəvana gəlir
Bu gün, 02:41
Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 02:37
Rusiyadan Azərbaycana qarşı növbəti vandalizm: - Kreml Bakıdan üzr istəməlidir!
Bu gün, 00:36
"Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər" - Yekaterinburqda işgəncə görən azərbaycanlı
Dünən, 23:49
Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb
Dünən, 23:43
Rusiyada öldürülən qardaşların əmisi oğlu da - QƏTLƏ YETİRİLDİ
Dünən, 12:06
Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edib
Dünən, 12:03
Səfərovlar ailəsinə sübh tezdən edilən basqının TƏFƏRRÜATLARI - Bütün kişiləri döyüb apardılar
Dünən, 11:57
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşlərinin gətirilməsi ilə bağlı tədbirlər görülür
Dünən, 11:55
Zaqatalada sel TƏHLÜKƏSİ: 100 dən çox ev su altında qala bilər - FOTO
Dünən, 11:33
“Gəncəli Mübariz” xərçəngə tutuldu – Vəziyyəti ağırdır
Dünən, 10:56
"Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik" - Seyfəddin Hüseynli
Dünən, 10:52
Azərbaycan XİN-dən Yekaterinburqdakı vəhşiliyə REAKSİYA - "Zorakılığı törədənlərin qısa müddət ərzində..."
Dünən, 10:47
AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir - DİQQƏT
Dünən, 10:42
Rusiyada qardaşları öldürülən jurnalist danışdı: - “OMON evə basqın edən zaman…”
Dünən, 10:30
Ermənistanda gərginlik böyüyür - Söhbət ölkənin gələcək müqəddəratından gedir
Dünən, 10:18
Çox gözəl sözlərdir: Tramp Putini təriflədi - Rusiya prezidenti nə deyib?
Dünən, 10:16
Azərbaycanlıların kütləvi həbsi ilə bağlı ilk rəsmi AÇIQLAMA - TƏFƏRRÜAT
Dünən, 10:11
Direktor müəllimə qoyun sağdırır, şagird restoran ofisiantıdır... - Qusar təhsilində yeni biabırçılıqlar
Dünən, 10:06
"Qocalıqdan çox qorxuram"
Dünən, 10:00
İrəvanda KİLSƏ-DÖVLƏT DAVASI... - GƏLİŞMƏ
Dünən, 09:52
Nəsə bu dəfə qanun işləmədi... - NAZİRİN NƏZƏRİNƏ...
Dünən, 09:49
Belə marketinq olmur... belə reklam olmur! - ETİRAZ
Dünən, 09:39
II Qareginin keçmiş cangüdənindən şok ittihamlar - ""KQB"agentidir, çevriliş planlaşdırır, övladları var..."
Dünən, 09:34
Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür - ANIM
Dünən, 09:32
İranda İsraillə münaqişədə ölən hərbi rəhbərlərin dəfn mərasimi başlayıb
Dünən, 09:30
Demokratiyanın avropalı "təəssübkeşləri" İrəvana nədən GÖZ ATMIR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:25
İsrail-İran müharibəsi Orta Asiyanın yolunu bağlayıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 09:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru