Əmrullayevin işçilərindən ŞÜBHƏLİ ALIŞ-VERİŞ... .....                     Növbəti RUS VƏHŞİLİYİ... .....                     Boğaza qədər zibilin içində olan səhiyyəmiz... .....                     "Gəncə Memorial Hospital"da DVX ƏMƏLİYYAT KEÇİRDİ .....                     Qarşıdakı aylar həlledici olacaq: Qərbyönlü Paşinyan, yoxsa rusiyayönlü kilsə? .....                     "Rusiyada azərbaycanlılara qarşı baş verənlər artıq sistem xarakterlidir" .....                     "Səs var oxumaq üçündür, səs də var, qatıq satmaq üçün..." .....                     İran yeni savaş astanasında: sərhəddə aktivlik .....                     Rəsmi Bakı vətəndaşının arxasındadır: qarşısında kim olursa, olsun... .....                     Masallıda baş verən cinayət işinin motivi məlum olub .....                     Masallıda kişi of tügəngilə qayınanasını öldürüb, qohumlarına xəsarət yetirib .....                     Postimperial və Putinal şovinizm .....                     Avropanın baş diplomatı İrəvana gəlir .....                     Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq .....                     Rusiyadan Azərbaycana qarşı növbəti vandalizm: .....                     "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər" .....                     Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb .....                     Rusiyada öldürülən qardaşların əmisi oğlu da .....                     Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edib .....                     Səfərovlar ailəsinə sübh tezdən edilən basqının TƏFƏRRÜATLARI .....                     Yekaterinburqda öldürülən azərbaycanlıların nəşlərinin gətirilməsi ilə bağlı tədbirlər görülür .....                     Zaqatalada sel TƏHLÜKƏSİ: 100 dən çox ev su altında qala bilər .....                     “Gəncəli Mübariz” xərçəngə tutuldu .....                     "Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik" .....                     Azərbaycan XİN-dən Yekaterinburqdakı vəhşiliyə REAKSİYA .....                     AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir .....                     Rusiyada qardaşları öldürülən jurnalist danışdı: .....                     Ermənistanda gərginlik böyüyür .....                     Çox gözəl sözlərdir: Tramp Putini təriflədi .....                     Azərbaycanlıların kütləvi həbsi ilə bağlı ilk rəsmi AÇIQLAMA .....                     Direktor müəllimə qoyun sağdırır, şagird restoran ofisiantıdır... .....                     "Qocalıqdan çox qorxuram" .....                     İrəvanda KİLSƏ-DÖVLƏT DAVASI... .....                     Nəsə bu dəfə qanun işləmədi... .....                     Belə marketinq olmur... belə reklam olmur! .....                     II Qareginin keçmiş cangüdənindən şok ittihamlar .....                     Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür .....                     İranda İsraillə münaqişədə ölən hərbi rəhbərlərin dəfn mərasimi başlayıb .....                     Demokratiyanın avropalı "təəssübkeşləri" İrəvana nədən GÖZ ATMIR? .....                     İsrail-İran müharibəsi Orta Asiyanın yolunu bağlayıb? .....                 

AzTV-nin sabiq sədri nələrin hesabatını verməli? - İTTİHAM
Tarix: 17-01-2019, 10:59 | Çap et
AzTV-nin sabiq sədri nələrin hesabatını verməli?
AzTV-nin sabiq sədri Arif Alışanovun vəzifəsindən azad olunması onun barəsində illərdir dövr edən neqativ informasiya axınını genişləndirib. Arif Alışanovun bu vəzifəyə təyinat alandan sonra oliqarxa çevrilməsi mövzusu mətbuatda illərdir ki, tirajlanır. Onun adının kriminala qarışması, hətta bir qızın öldürülməsində sifarişçi kimi keçməsi də məhkəmə araşdırması predmeti olub. Bu haqda bir çox mətbu orqanlarla yanaşı, “Yeni Müsavat” qəzetində də yazılar dərc olunub.

2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Arif Alışanovun adı keçən qalmaqallı cinayət işi araşdırılırdı. Məhkəmə qarşısına Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynov çıxarılmışdı. Təqsirləndirilənlər Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə ittiham olunurdular. Hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə Arif Alışanovla bağlı xeyli ilginc faktlar ortaya çıxmışdı. Məsələn, məlum olmuşdu ki, ölkənin büdcədən maliyyələşən əsas telekanalının rəhbəri Şamaxı rayonunda təxminən 10 milyon manatlıq torpaq alıb. Bundan başqa, onun Quba, Xızı, Zərdab, Sabirabad, Xanlar rayonları ərazisində də torpaq sahələri var imiş. O da məlum olmuşdu ki, sabiq AzTV sədri yaşayış binaları tikib mənzil satışı ilə də məşğul olurmuş. Tərəflərin vəkillərinin vəsatətlərinə baxmayaraq, A.Alışanov məhkəməyə gəlmədi. Prosesdə yalnız onun ifadəsi elan edildi. O bildirib ki, 2012-ci ildə qardaşı, yeznəsi və qayınları ilə birgə Şamaxıda vətəndaşların pay torpağını pulla alınmasını Ş.Əkbərovdan xahiş edib. AzTV sədrinin sözlərinə görə, Ş.Əkbərov və digərləri 2016-cı ildə Şamaxı rayonu ərazisində onu, bacısı oğlu Dəyanət Cəfərov və sürücüsü Hacı Babayevi öldürməyə cəhd edib. A.Alışanov deyib ki, Ş.Əkbərov onun və qohumlarının, ümumilikdə, 4 milyon 677 min manat pulunu mənimsəyib. Sui-qəsddə təqsirləndirilən Ş.Əkbərov isə son sözündə günahsız olduğunu və məhkəmədən barəsində ədalətli qərar çıxarmasını istəmişdi. Hökmə əsasən, Ş. Əkbərov 18 il, Z. Şirinov 16 il, Q. Cəbiyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən Şücayət Əkbərov məhkəmədə olduqca maraqlı və istintaq araşdırması predmeti olmalı məqamlara da toxunmuşdu. “Arif Alışanov keçmiş kürəkəni Fəridlə gəlib torpaq alırdı, mən də makler kimi haqqımı alırdım. 2011-ci ildə Arif müəllim zəng edib dedi ki, Fəridin adına olan torpaqları öz arvadı Mehriban xanımın adına keçir” deyə, o bildirmişdi. Demişdi ki, A.Alışanovu 2007-ci ildən tanıyır: “Fərid polisin nəzarəti altında gətirildi, onda bildim ki, Alışanovun qızından boşanır. Alışanov istəmirdi ki, torpağı onun aldığı bilinsin. Çünki çox vaxt maşından da düşmürdü, alqı-satqıda da iştirak etmirdi. Torpaqları da başqa şəxslərin adına alırdı. 2011-ci ildə artıq Alışanovun Şamaxıda 120 hektar yeri var idi. Keçmiş nazir Fərhad Əliyev də Karlar kəndində torpaq almışdı. Mən təkcə Arif Alışanovla işləməmişəm. Arif Alışanov Eldar Mahmudovun 1 nömrəli adamı olub, yaxın dost idi. Sonra MTN işi vaxtı o, kimlərinsə vasitəsilə aradan çıxdı”.

S.Əkbərov məhkəmədə demişdi ki, Arif Alışanov torpaq almağa gəzdiyi qara bir qızla gəlirmiş. O, hətta AzTV sədrini 2016-cı ildə həmin qızı öldürməkdə ittiham etmişdi: “Əvvəl Arif müəllim həmin qızla gəlirdi Şamaxıya. 2016-cı ildə itkin düşən qızların şəkillərini gətirin, göstərim. Həmin qızla sonra kürəkəni gəzirdi. Bütün bunları bilirdim deyə, məni də ortadan götürtmək istəyirdi. Mənim Arif Alışanovu öldürmək niyyətim olmayıb. İstintaqda da demişəm bunu. Onu öldürmək istəyən başqaları olubsa, deyə bilmərəm. Onu öldürməklə mən nəyə nail olacaqdım ki? Əksinə, gəlib torpaq alırdı, onun sayəsində pul qazanırdım. Ürəyimdən əməliyyat olunanda mənə 10 min pul vermişdi. Arif müəllimin əmlakları, evi, torpağı, nəyi varsa, Hacının adına olub. Arif Alışanovun hələ mən bildiyim 70 milyonluq əmlakı var.

“Space”in yanındakı notariusda Hacının adından Arif Alışanova 50-yə yaxın etibarnamə verilib. Deyirdi birdən Hacı ölər, qoy problem olmasın. Arif heç qardaşının, arvadının adına torpaq almırdı. Mənim və ailə üzvlərimin adına heç nə almayıb. Mənim üçün yaxşıdır ki, torpaq alırdı, mən də qazanırdım. Onu öldürməklə nə qazanacaqdım? Mən icra başçısı Alı Qocayev üçün də torpaqlar alırdım. Təkcə Arif üçün işləmirdim ki..."

O, həmçinin bildirib ki, A. Alışanovun Xızıdakı evinin həyəti 3 hektardır. “Yeni Müsavat”ın 2018-ci ilin aprel nömrələrindən birində “AzTV sədrinin ”Şamaxı əhvalatı"nın pərdəarxası" sərlövhəli yazıda media üzrə ekspert və jurnalist Qulu Məhərrəmli Arif Alışanovun sədrliyi dövründə rəhbərlik etdiyi qurumda baş verənləri şərh etmişdi.

Qulu Məhərrəmli Arif Alışanov idarəçiliyinin biabırçı olmasından danışarkən “Hər bir məmur bilməlidir ki, əvvəl-axır dövlət büdcəsindən oğurladığı pulların hesabatını verəcək” söyləmişdi. Həmin dönəm yetişib və Arif Alışanovun məhşər ayağına çəkiləcəyi də istisna deyil.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əmrullayevin işçilərindən ŞÜBHƏLİ ALIŞ-VERİŞ... - DETALLAR
Bu gün, 09:00
Növbəti RUS VƏHŞİLİYİ... - NƏ ETMƏLİ?
Bu gün, 08:58
Boğaza qədər zibilin içində olan səhiyyəmiz... - TƏBİB məlhəm ola bilmirsə...
Bu gün, 08:52
"Gəncə Memorial Hospital"da DVX ƏMƏLİYYAT KEÇİRDİ - Cərimələndi / Külli miqdarda borcu da var
Bu gün, 08:48
Qarşıdakı aylar həlledici olacaq: Qərbyönlü Paşinyan, yoxsa rusiyayönlü kilsə? - İNCƏLƏMƏ
Bu gün, 08:27
"Rusiyada azərbaycanlılara qarşı baş verənlər artıq sistem xarakterlidir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:22
"Səs var oxumaq üçündür, səs də var, qatıq satmaq üçün..." - ETİRAZ
Bu gün, 08:17
İran yeni savaş astanasında: sərhəddə aktivlik – Azərbaycanlılar silahlandırılır…
Bu gün, 08:14
Rəsmi Bakı vətəndaşının arxasındadır: qarşısında kim olursa, olsun... - AKTUAL
Bu gün, 08:11
Masallıda baş verən cinayət işinin motivi məlum olub
Bu gün, 08:06
Masallıda kişi of tügəngilə qayınanasını öldürüb, qohumlarına xəsarət yetirib - TƏFƏRRÜAT
Bu gün, 05:11
Postimperial və Putinal şovinizm - Ey, Kreml, ey, Kilsə, nə gündəsiniz ki...
Bu gün, 02:46
Avropanın baş diplomatı İrəvana gəlir
Bu gün, 02:41
Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 02:37
Rusiyadan Azərbaycana qarşı növbəti vandalizm: - Kreml Bakıdan üzr istəməlidir!
Bu gün, 00:36
"Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər" - Yekaterinburqda işgəncə görən azərbaycanlı
Dünən, 23:49
Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb
Dünən, 23:43
Rusiyada öldürülən qardaşların əmisi oğlu da - QƏTLƏ YETİRİLDİ
Dünən, 12:06
Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edib
Dünən, 12:03
Səfərovlar ailəsinə sübh tezdən edilən basqının TƏFƏRRÜATLARI - Bütün kişiləri döyüb apardılar
Dünən, 11:57
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşlərinin gətirilməsi ilə bağlı tədbirlər görülür
Dünən, 11:55
Zaqatalada sel TƏHLÜKƏSİ: 100 dən çox ev su altında qala bilər - FOTO
Dünən, 11:33
“Gəncəli Mübariz” xərçəngə tutuldu – Vəziyyəti ağırdır
Dünən, 10:56
"Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik" - Seyfəddin Hüseynli
Dünən, 10:52
Azərbaycan XİN-dən Yekaterinburqdakı vəhşiliyə REAKSİYA - "Zorakılığı törədənlərin qısa müddət ərzində..."
Dünən, 10:47
AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir - DİQQƏT
Dünən, 10:42
Rusiyada qardaşları öldürülən jurnalist danışdı: - “OMON evə basqın edən zaman…”
Dünən, 10:30
Ermənistanda gərginlik böyüyür - Söhbət ölkənin gələcək müqəddəratından gedir
Dünən, 10:18
Çox gözəl sözlərdir: Tramp Putini təriflədi - Rusiya prezidenti nə deyib?
Dünən, 10:16
Azərbaycanlıların kütləvi həbsi ilə bağlı ilk rəsmi AÇIQLAMA - TƏFƏRRÜAT
Dünən, 10:11
Direktor müəllimə qoyun sağdırır, şagird restoran ofisiantıdır... - Qusar təhsilində yeni biabırçılıqlar
Dünən, 10:06
"Qocalıqdan çox qorxuram"
Dünən, 10:00
İrəvanda KİLSƏ-DÖVLƏT DAVASI... - GƏLİŞMƏ
Dünən, 09:52
Nəsə bu dəfə qanun işləmədi... - NAZİRİN NƏZƏRİNƏ...
Dünən, 09:49
Belə marketinq olmur... belə reklam olmur! - ETİRAZ
Dünən, 09:39
II Qareginin keçmiş cangüdənindən şok ittihamlar - ""KQB"agentidir, çevriliş planlaşdırır, övladları var..."
Dünən, 09:34
Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür - ANIM
Dünən, 09:32
İranda İsraillə münaqişədə ölən hərbi rəhbərlərin dəfn mərasimi başlayıb
Dünən, 09:30
Demokratiyanın avropalı "təəssübkeşləri" İrəvana nədən GÖZ ATMIR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:25
İsrail-İran müharibəsi Orta Asiyanın yolunu bağlayıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 09:19
ABŞ-li instruktorların təşkil etdiyi batalyon Sumı istiqamətinə göndərilib - TASS
Dünən, 09:17
Sənədsiz evlərlə bağlı mühüm YENİLİK – Bundan sonra…
Dünən, 09:16
FHN-dən növbəti bahalı alış-veriş TƏDARÜKÜ
Dünən, 09:02
İrəvan məhkəməsi arxiyepiskop Mikael Acapaxyanı həbs edib - KİV
Dünən, 08:59
Saçını boyamaq istədi, dərisini yandırdılar - BU NƏDİ BELƏ?
Dünən, 08:51
Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."
Dünən, 08:44
Bu ünvanda Azərbaycan qanunları işləmir - GİLEY
Dünən, 08:37
`Azəriqaz`da AÇIQ QARƏT: rayonbarayon FAKTLAR... - dövlətin sərvətinə YAĞI MÜNASİBƏTİ
Dünən, 08:21
Qosqoca dövlət qurumunda oyun oynamaq da TENDERLƏ İMİŞ... - Hər şeylərini dövlətin ayağına yazırlar...
Dünən, 08:10
Əgər rəsmi Tehran Mehdi Sobhaninin ağzından vurmursa... - AKTUAL
Dünən, 08:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru