Tender qaliblərinin Baba Rzayevlə birgə “OTKAT” əməliyyatı - İTTİHAM
Tarix: 1-05-2018, 07:53 | Çap et
Baba Rzayev “Azərişıq” ASC-nin sədri təyin olunandan sonra ölkə mətbuatı dəfələrlə dövlət tərəfindən “Azərişıq”-a ayrılan vəsaitlərin mənimsənilməsi barədə yazıb.
Bu yazılardan belə qənaətə gəlmək olur ki, dolayı yolla olsa da Baba Rzayevə məxsus şirkətlər bir qayda olaraq “Azərişıq” tərəfindən keçirilən tenderlərin qalibləri olurlar. Və sonradan həmin şirkətlər Tanrıverdi Mustafayevin sözləri ilə desək, vətəndaşların çoxsaylı müraciətləri əsasında yeni inşa olunan evlərin yaxınlığında elektrik xətti üçün dirəklər basdıraraq sakinlərə işığın verilməsini həyata keçirirlər. İstehlakçıların elektrik enerjisi ilə təchizatında müəyyən irəliləyişlərə nail olunsa da, “Azərişıq” rəhbərliyi vaxtilə “Azərenerji” ASC rəhbərliyinin buraxdığı kobud səhvləri təkrarlamaqda davam edir.
Bu cür hallar “Azərişıq”ın Enerji Satış Departamenti tərəfindən ərazilərdə işləyən nəzarətçilərin dosyesi ilə ciddi maraqlanmamasının məntiqi nəticəsidir.
Fikrimizcə, formal müstəvidə qurumda baş verən hər hansı qanun pozuntusu ilə bağlı dövlət nəzarəti mexanizmi tam gücü ilə işləyə bilmir. Bu üzdən də, “Azərişıq” ASC-nin strukturundakı daxili nəzarət şöbələrinin də fəaliyyəti məhsuldar deyil. Çünki, bu şöbələrdə istisnasız olaraq Baba Rzayevin adamları yerləşdirilib. Həmin şəxslərin qarşısında isə rəhbərlik tərəfindən cızılmış “davranış konturları” hər şeyi həll edir. Nəticədə elektrik enerjisi istehlakçılarının az qala kütləviləşməkdə olan narazılığı ciddi şəkil alır. Ölkə ərazisində “Azərenerji” ASC tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin “Azərişıq” ASC-yə ötürülməsi ilə bağlı dövlət başçısının imzaladığı “Azərişıq” ASC haqqında” 10 fevral 2015-ci il tarixli Sərəncamından bir çox pozitiv inkişaf meylləri nəzərə çarpır. Bunlar əsasən yarımstansiyaların modernləşdirilməsi və bir sıra texniki problemlərin həlli ilə bağlı məsələlərdir.L akin elə buradaca oxucuların nəzərinə bəzi məqamları çatdırmağa ehtiyac duyuruq. Söhbət tender satınalmalarının prosedur qaydalarının kobud surətdə pozulmasından, bu üsulla milyonlarla manat dövlət vəsaitlərinin Baba Rzayevin biznes maraqlarının qurbanına çevrilməsindən gedir.
“Azərişıq” ASC-də tikinti işlərinə nəzarət Baba Rzayevin qardaşının əlində cəmləşdirilib.
Tikilməkdə olan yarımstansiyalarda çalışanların fərqli bir hissəsi bu cür spesifik obyektlər üçün olduqca təsadüfi adamlar hesab oluna bilər. Odur ki, “Azərişıq” təcrübəsiz işçi kontingenti üçün qısamüddətli təlim kursları açmağa sadəcə borcludur. Səhmdar Cəmiyyətin İnkişaf və İnvestisiya Departamenti tərkibində fəaliyyət göstərən tikinti və yenidənqurma idarəsi xüsusi məsuliyyət tələb edən bu cür tikinti işlərinin qısa zamanda görülməsində kifayət qədər gücsüzdür. Eynən də, yarımstansiyaların inşası üçün daimi iş yerləri yaratmaq Baba Rzayevə sərf eləmir. Vəziyyətdən ən yaxşı çıxış yolu kimi, rəhbərlik günəmuzd işçi qüvvəsindən istifadə etməyi üstün tutub. Bu isə tikintilərdə xeyli vəsaitə qənaət etməyə imkan verir. Lakin qənaət olunan vəsaiti dövlətin xəzinəsinə mədaxil olunmasından söhbət gedə bilməz. Təkcə bu il “Azərişıq” 150-yə yaxın irili-xırdalı tender müsabiqələri elan edib. Müsabiqələrin əsas qalibləri isə Baba Rzayevin yaxın ətrafına məxsus şirkətlərdir.Bunlar “Göknur LTD” kabel zavodu (qardaşı Rahib Rzayevə məxsus), Santral Elektrik LTD (Baba Rzayevin qaynı İlham Həsənova məxsus), “Bakelektro” (qardaşı Emin Rzayevə məxsus) kimi kommersiya və istehsalat qurumlarıdır.
Bundan əlavə, əksər hallarda müqavilələr dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinin pozulması nəticəsində tender keçirilmədən, müvafiq razılıq almadan birbaşa bağlanıb. Halbuki, qanunvericilik yaxın qohumların nəzarətində olan şirkətlərlə tender müqaviləsi bağlanmasını qeyri-mümkün edir.
Ümumiyyətlə, “Azərişıq” ASC-nin rəhbəri son zamanlar tender əməliyyatlarından da külli miqdarda qazanc götürməyə başlayıb. Bu məqsədlə “atüstü” təsis edilən şirkətlərin müvafiq ixtisas uyğunluğu və təcrübəsi olmasa da, hesablarına külli miqdarda dövlət vəsaiti köçürülərək “yerbəyer” edilir. Əksər regional elektrik şəbəkələrində isə əməlli-başlı korrupsiogen şərait hökm sürür. REŞ-lərin elektrik enerjisi istehlakçılarını gözümçıxdıya salması ilə bağlı da onlarca fakt sadalamaq olar. Bu qurumlarda yer alan saxtakarlıqların həddi bilinmir.
Elə isə soruşuruq: dövlət nəzarəti bəs hanı?
Əgər Baba Rzayev həqiqətən də bu biabırçılıqların qarşısında acizdirsə, deməli onun idarəçiliyində sürüşmə təhlükəsi var. Bu sürüşmələrin qarşısı vaxtında alınmasa ölkənin enerji sektorunda daha qorxulu mənzərələrlə rastlaşacağıq.
Bu yaxınlarda oxşar məsələ ilə bağlı sosial şəbəkədə “Qafqaz Region” İB-nin sədri Mahmud Rasimoğlunun yazdığı bir statusa rast gəldik. Həmin statusda qeyd olunur ki, Mahmud Rasimoğlunun Sumqayıt şəhəri,Yaşma bağları ərazisi, “Polimer” İMİ-2 B/Y 120 ünvanındakı bağ evində bir ildən çoxdur ki, işıq problemi yaşanır. M.Rasimoğlu qeyd edir ki, dəfələrlə “ASAN xidmət” vasitəsi ilə “Azərişıq” ASC-ə onun yaşadığı ünvana elektrik xəttinin çəkilməsi barədə müraciət etsə də onun ərizəsinə imtina cavabı gəlib. Əraziyə baxış keçirən “Azərişıq” ASC-nin nümayəndəsi Nazim Yarıyev M.Rasimoğluya bildirib ki, bu problemin həlli ilə bağlı o heç bir köməklik göstərə bilməz:“ “Azərişıq” ASC Bakıda tender keçirir, tenderdə qalib gələn şirkətin pulu “Azərişıq” tərəfindən onun hesabına köçürülür,həmin şirkət də əraziyə elektrik xətti çəkərək təhvil verir “Azərişıq”a. “Azərişıq” da öz növbəsində işi təhvil verir “ASAN xidmət”-ə və “ASAN xidmət” də elektrik şəbəkəsinə qoşulmaq üçün müraciət edənləri müəyyən edir və bundan sonra həmin vətəndaşın evinə elektrik xətti çəkilir.” Bağ evinə işığın çəkilməsi üçün “ASAN xidmət”ə 5 ay əvvəl müraciət edən M.Rasimoğlu isə öz növbəsində Nazim Yarıyeva sual verib ki, bəs onun yaşadığı ünvandan təxminən 30 metr məsafədə elektrik xəttinin keçdiyi halda niyə həmin xəttdən onun evinə işıq çəkilmir? Nazim Yarıyev M.Rasimoğluya cavabında bildirib ki: “Tender qalibi olan şirkət Yaşma bağları ərazisində elektrik dirəklərini yerə basdırıb, elektrik xəttini isə elə çəkiblər ki, həmin xəttdən sizin evə olan məsafə 30 metr olsa da , elektrik xəttinin çəkilməsi üçün “Azərişıq”-a siz təxminən 3 min manatdan çox pul ödəməlisiz.”
Belə çıxır ki, bundan sonra kim öz ünvanına elektrik xətti çəkdirmək istəyirsə,onu öz hesabına çəkdirməlidir.
Biz də 365info olaraq M.Rasimoğlunun feysbukda yazdığı statusdan sonra balaca araşdırma apardıq.
M.Rasimoğlu ilə telefon əlaqəsi yarada bilməsək də Yaşma bağlarına yollandıq.
Qeyd olunan ünvanda M.Rasimoğlunu tapa bilməsək də onunla qonşuluqda yaşayan bir Türkiyə vətəndaşının problemlə bağlı fikrini öyrəndik. Adının hələ ki, mətbuatda çəkilməməsini bizdən xahiş edən türk vətəndaşı onu bildirdi ki, o özü də bu problemlə üzləşdiyi üçün “ASAN xidmət”-i məhkəməyə verib. Yəni, bu ərazidə elektrik xəttinin sakinlərin evinə çəkilməməsindən əziyyət çəkən bir M.Rasimoğlu deyil:”Bu küçədə yüzlərlə sakinlər var ki, tender qalibi olan şirkət onlardan rüşvət istəyiblər və sakinlərdən rədd cavabı alandan sonra onların ünvanlarına elektrik xəttini çəkməyərək işi yarımçıq saxlayıblar”.
365info olaraq biz də öz növbəmizdə sakinlərlə görüşdük və söhbət zamanı məlum oldu ki, həqiqətən də onlar şirkətə rüşvət vermədikləri üçün onların evlərinə elektrik xətti çəkilməyib. Ancaq Baba Rzayevin tapşırığı ilə küçənin yuxarısında, qonşuluqda yaşayan prokurorların, polis rəislərinin, Qaçqınkomda yüksək vəzifə də olan şəxslərin evlərinə elektrik xətti çəkilib. Küçənin yuxarı hissəsindən aşağıya ,təxminən 30 metr məsafədə elektrik xəttinin çəkilməsi üçün isə sakinlərdən külli miqdarda rüşvət istəyiblər. Təkcə M.Rasimoğlundan çəkindikləri üçün “Azərişıq”-ın əməkdaşları çıxılmaz vəziyyətdə qalaraq onun evinə elektrik xəttini onun öz hesabına çəkməyi təklif ediblər. Ancaq M.Rasimoğlu da digər sakinlər kimi onların təklifini rədd edib.
“Azərişıq”-da olan etibarlı mənbənin 365info-ya verdiyi məlumata görə Yaşma bağları istiqamətində elektrik xətti çəkilməsində Baba Rzayevin qardaşına məxsus şirkət keçirilmiş tenderin qalibi olub. Baba Rzayev onlardan böyük “OTKAT” aldığı üçün şirkət Yaşma bağlarında “Azərişıq”-a müraciət edən sakinlərdən elektrik xəttinin evlərə çəkilməsi üçün külli miqdarda rüşvət istəyib.
Ümid edirik ki, bizim yazımızdan sonra hüquq mühafizə orqanları “Azərişıq” ASC-nin keçirdiyi tenderlərin qalibləri olan şirkətlərin fəaliyyətini araşdıracaq və Yaşma bağlarında “yeyilən” elektrik xəttləri və dirəkləri tapılacaq,“Azərişıq” ASC-ə müraciət edən Yaşma bağları sakinlərinin evinə də elektrik xətti çəkiləcək.
O ki, qaldı Baba Rzayevlə Tanrıverdi Mustafayevə, onların nəzərinə çatdırmaq istəyirik ki, biz artıq 21-ci əsrdə yaşayırıq və “Azərişıq” ASC-nin işi Dübəndidə,Türkanda parnik düzəldib pomidor-xiyar əkməkdən ibarət deyil. “Azərişıq” ASC , ona müraciət edən sakinlərin ünvanına elektrik xəttinin çəkilməyində yardımçı olmalıdır. ASC işini elə qurmalıdır ki, elektrik problemi ilə üzləşən sakinlər əlacsız qalıb mətbuata üz tutmasınlar və bu cür problemləri araşdıran jurnalistlər Tanrıverdi Mustafayevə zəng edəndə o jurnalistləri mədəni formada “yola verməsin”.
Əksinə ,edilən şikayətləri nəzarətə götürüb onların həllinə nail olmaq lazımdır. Bunu biz yox, hər dəfə öz çıxışlarında ölkə başçısı cənab prezident İlham Əliyev deyərək, bu cür məmurlara barmaq silkələyib tapşırıqlarını verir.
Deyəsən nazirliklərdən sonra təmizləmə prosesi ASC-lərə keçməli olacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• AZNEFT rəhbərliyindən `RADİKAL İSLAHAT` - AY BƏRƏKALLAH...
Bu gün, 09:39 |
|
|
|
• "Döyülə-döyülə buralara gəlib çıxmışıq" - Sabir Rüstəmxanlı
Bu gün, 09:27 |
|
|
|
• Ermənistan Ukraynanın taleyini yaşaya bilər – Qarşısını almağın yeganə yolu…
Bu gün, 09:22 |
|
|
|
• “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək
Bu gün, 09:09 |
|
|
|
• "Juninyo "Flamenqo"da oynamağa hazırdır" - Julio Romao
Bu gün, 09:08 |
|
|
|
• Nə vaxta qədər ZAY MƏHSUL satacaqlar? - ETİRAZ VAR...
Bu gün, 09:06 |
|
|
|
• AMEA prezidentinin oğlunun ŞOK İFADƏSİ - və ŞƏRTİ CƏZA...
Bu gün, 08:58 |
|
|
|
• Azərbaycan dünyada bir çox dərin layları tərpədib - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:55 |
|
|
|
• Deputatın şirkəti NARAZILIQ YARADIR... - "Əslində yaxşı işləsələr..."
Bu gün, 08:54 |
|
|
|
• Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
Bu gün, 08:46 |
|
|
|
• Paşinyanın yeni sülh sazişi blefi - FAKT BUDUR!
Bu gün, 08:40 |
|
|
|
• Burada da əyri-üyrü İŞLƏR ÇEVRİLİR - bir araşdıran olsa...
Bu gün, 08:36 |
|
|
|
• Nəsimi rayonu özbaşına qalıb, yoxsa?.. - İDDİA
Bu gün, 08:35 |
|
|
|
• Hacıqabulda köhnə rəhbərliyin yeyintisini TƏZƏ RƏHBƏRLİK ÖRT-BASDIR EDİR? - İTTİHAM VAR...
Bu gün, 08:29 |
|
|
|
• Ailənin xəstə üzvünə xidmət etmək üçün xəstəlik vərəqələrinin verilməsi... - Ekspert danışır...
Bu gün, 08:17 |
|
|
|
• Rusiya qazının alışına getməməliyik - ÇÜNKİ...
Bu gün, 08:13 |
|
|
|
• Bu, nağıldır, erməni şıltaqlığıdır və Kreml dözür - Mixaylov
Bu gün, 08:11 |
|
|
|
• İcra başçısı sakinlərlə görüşdə belə qızındı - İstini sevirmiş...
Bu gün, 08:06 |
|
|
|
• İrəvanın Aİ İDEYASI... - NƏ QƏDƏR REALDIR?
Bu gün, 07:21 |
|
|
|
• Paşinyanın son təklifi: Bakının bu tələbini qəbul etdi - ŞƏRH
Bu gün, 07:05 |
|
|
|
• "Bələdiyyə sədri kimdir ki, icra başçısından icazəsiz bir qarış torpaq versin" - Qubada NƏ BAŞ VERİR?
Bu gün, 07:02 |
|
|
|
• Departament müdiri niyə köməkçi vəzifəsini üstün sayıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:55 |
|
|
|
• Sülh sazişinin imzalanmasını tezləşdirmək lazımdır - ÇAĞIRIŞ
Bu gün, 06:52 |
|
|
|
• "Bərdədə biz kasıbların başına oyun açırlar..." - Prezidentə MÜRACİƏT
Bu gün, 06:47 |
|
|
|
• Bankların kredit siyasətində ədalətsiz yanaşma... - Mərkəzi Bank bu duruma niyə müdaxilə etmir?
Bu gün, 06:41 |
|
|
|
• Məsafədən dialoq: sülh üçün şərtlər və tələblər - GƏLİŞMƏ
Bu gün, 06:37 |
|
|
|
• ABŞ-Azərbaycan münasibətləri necə olacaq? - Demokratların "basqı siyasəti"
Bu gün, 06:34 |
|
|
|
• Hollivud ulduzundan Aytənin şərhinə reaksiya - FOTO
Bu gün, 06:32 |
|
|
|
• Ermənistan Rusiyanın sanksiyalara məruz qalmasını qazanca çevirib - deputat
Bu gün, 06:29 |
|
|
|
• Tehranın “qırmızı xətt” elan etdiyi məsələyə münasibəti niyə yumşaldı? - Zəngəzur üçün Suriya sürprizi
Bu gün, 06:27 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı məqsədi: Putinə güzəştə getməyəcək, amma... - NƏ BAŞ VERİR?
Bu gün, 06:24 |
|
|
|
• Paşinyan Əliyevin dediyi sözü ermənilərdən soruşdu – İlginc
Bu gün, 06:22 |
|
|
|
• “Həmin sənətkarlar cinayətkardır, ona görə ki...” - 76 yaşlı xalq artisti
Bu gün, 01:43 |
|
|
|
• Benziya niyə hələ də Azərbaycana qayıtmayıb?
Bu gün, 01:40 |
|
|
|
• Trampın komandası hələ Ukrayna münaqişəsinin həlli ilə bağlı qərar verməyib - KİV
Bu gün, 01:35 |
|
|
|
• Aİ Rusiya üzərində uçuşlarla bağlı tövsiyələri sərtləşdirib - BUNDAN SONRA...
Bu gün, 01:32 |
|
|
|
• Azərbaycanda 3,1 milyon manat sərmayə ilə yaradılmış 4 aylıq şirkət LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda yeni yaradılmış 9.3 milyon manatlıq holdinq şirkəti ləğv edilir
Bu gün, 00:02 |
|
|
|
• Ermənistan sürpriz edə bilər – Zəngəzur dəhlizinin açılması...
Dünən, 20:42 |
|
|
|
• “Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq - AÇIQLAMA
Dünən, 20:39 |
|
|
|
• İcra başçısı vətəndaşların müraciətini dinləyib
Dünən, 20:37 |
|
|
|
• "Zümrüd hansısa insanların oyununun qurbanıdır..."
Dünən, 20:01 |
|
|
|
• Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət – İki məşhurun həbsi…
Dünən, 19:58 |
|
|
|
• DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... - XAİN PLANI...
Dünən, 19:53 |
|
|
|
• Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb - FOTO
Dünən, 19:18 |
|
|
|
• Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti - GƏLİŞMƏ
Dünən, 19:00 |
|
|
|
• "Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır
Dünən, 18:58 |
|
|
|
• Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır - FOTO
Dünən, 18:55 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
|