Rusiyanın Azərbaycanda yeni enerji planı
Tarix: 27-09-2017, 08:48 | Çap et
“Qazprom” şirkətinin Direktorlar Şurası oktyabrın 2-də qiyabi şəkildə Azərbaycanda nümayəndəliyin açılmasını razılaşdıracaq. “İnterfax” agentliyi bu barədə xəbər yayıb. “Qazprom” 2004-cı ildən 2006-cı ilədək Azərbaycana qaz nəql edib. Lakin bundan sonra “Şahdəniz” yatağının işə düşməsi ilə əlaqədar nəql dayandırılıb.
2010-cu ildən etibarən Azərbaycan Rusiyaya qaz nəqlinə başlayıb. Nəql olunan qaz Dağıstanın “mavi yanacaq”la təchiz olunması üçün istifadə olunub. 2013-cü və 2014-cü illərdə təmir işləri ilə əlaqədar nəql bir neçə dəfə dayandırılıb. 2015-ci ildə isə nəql olmayıb. Həmin il “AzMeCo” şirkəti Rusiyadan qaz idxal etmək istəyib. Danışıqlar “Qazprom” və SOCAR arasında aparılıb.
Bəs görəsən, hazırkı məqamda “Qazprom”un Azərbaycanda nümayəndəlik açmaq istəməsinin səbəbi nədir?
Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, “Qazprom”la Azərbaycanın iqtisadi əlaqələri var: ““AzMeCo” şirkətini qazla təmin etmək üçün müəyyən ixrac əməliyyatları həyata keçirilir. Ancaq nümayəndəliyin açılması söhbəti yeni ortaya çıxıb. Hər bir iqtisadi qərarın arxasında siyasi məqamlar da dayanır. Bu şirkət hər zaman çalışır ki, Azərbaycan qazını xaricə ixrac eləsin. Ona da nail ola bilmədilər. Biz Türkiyə vasitəsilə qazımızı xaricə ixrac elədik. Ola bilər, metanol istehsalı ilə bağlı qaza ehtiyac var. Bu səbəbdən “Qazprom”la razılaşma və sair olub. Çox güman ki, əsas səbəblər yaxın vaxtlarda açıqlanacaq".
İqtisadçı ekspert Natiq Cəfərli isə bildirdi ki, “Qazprom”la SOCAR arasında iki ilə yaxındır ki, danışıqlar aparılır: “Çox güman ki, bu danışıqların nəticəsi olaraq Azərbaycanda ”Qazprom"un nümayəndəliyi açılır. Azərbaycanda Qaz Emalı Zavodu fəaliyyət göstərir, lakin tam gücü ilə işləmir. Güman ki, Rusiyadan əlavə qaz alınacaq, həm həmin zavodun tam gücü ilə işləməsinə nail olunacaq. Həm də ”Qazprom"dan alınan qaz Azərbaycan vasitəsilə həm Gürcüstanın, həm də Türkiyənin ehtiyaclarının ödənilməsi üçün istifadə olunur. Azərbaycan böyük qaz layihəsini həyata keçirənə qədər üzərinə əlavə öhdəliklər götürüb. Hazırda Gürcüstanla problemlər yaşanır. Gürcüstan əlavə olaraq, 500 milyon kubmetr qaz istəyir, lakin Azərbaycan bunu çatdırıb verə bilmir. Türkiyə hər il Azərbaycanda 6 milyard kubmetr qaz istəyir, biz onu da çatdırıb verə bilmirik. Çünki Azərbaycanın qaz hasilatı kəskin azalır. Ölkəmizdə qaz hasilatının 2019-cu ildən sonra artması gözlənilir. Qarşıdakı iki ildə qaz ixracının artırılması üçün yeganə mənbə “Qazprom”dur. Böyük ehtimalla “Qazprom”la bununla bağlı danışıqlarda müsbət irəliləyiş var. Təəssüf ki, razılaşmanın şərtləri ictimaiyyətə bəlli deyil. Ancaq “Qazprom”un Azərbaycanda nümayəndəlik açması müəyyən razılaşmanın olmasından xəbər verir".
Ekspert vurğuladı ki, Azərbaycanın heç bir beynəlxalq layihəsində “Qazprom” iştirak etmir: “Nə ”Əsrin müqaviləsi"ndə, nə TANAP və TAP layihələrində “Qazprom”un iştirakı yoxdur. “Qazprom” iri regional layihələrdən kənardadır. Çox güman ki, bu SOCAR-la birbaşa danışıqların nəticəsidir. SOCAR öz öhdəliklərini yerinə yetirmək, eləcə də Qaz Emalı Zavodunun tam gücü ilə işləməsi üçün hər il “Qazprom”dan 3-5 milyard kubmetr qaz almalı olacaq".
İqtisadçının sözlərinə görə, burada maraqlı məqam qiymətlərdir: ““Qazprom”un Azərbaycana qazı neçəyə satacağı açıqlanmır. Əgər qiymətlər Azərbaycanın xaricə satdığı qazın qiymətindən baha olacaqsa, o zaman biz burada uduzacağıq. Çünki Azərbaycan Gürcüstana qazı çox ucuz satır. “Qazprom”dan alınan qazın qiyməti ilə bağlı, ümumiyyətlə, açıqlama verilmir. Bu şirkətin Ukraynaya satdığı qazın qiyməti hər min kubmetrə görə 210 dollardır. Əgər Azərbaycana da eyni qiymətlə satacaqsa, burada ölkəmizin itkiləri ola bilər. Qaz Emalı Zavodu ilə bağlı itki olmayacaq, çünki emal olunduqdan sonra qaz xaricə daha baha satılır. Ancaq Türkiyə və Gürcüstana satılan qazın qiymətində itki ilə üzləşə bilərik".
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə “Yeni Müsavat” a açıqlamasında Azərbaycanın Rusiyadan qaz idxal etməsinə hər hansı zərurətin olmadığını vurğuladı: “Bu o demək deyil ki, Azərbaycan Rusiyadan qaz alacaq. Mətbuatda bu haqda gedən məlumatlar əsassızdır. Azərbaycan ötən ilin oktyabr ayından özünün qaza olan tələbatını Rusiyanın digər neft qonşusunun hesabına ödəyir. Cari ildə də bu proses davam edir. Bu nümayəndəliyin hansı zərurətdən yaranması hələ ki qaranlıq məsələdir. Xəbərdə də detallara yer verilməyib. Azərbaycan KİV-ləri onu da səhv yazır ki, ”Qazprom" Azərbaycana 2000-2006-cü illərdə qaz nəql edib, bu səhv məlumatdır. “Qazprom” 2004-2006-ci illərdə Azərbaycana qaz nəql edib. 2010-cu ilin oktyabrından 2014-cü ilədək Azərbaycan qazı Rusiyanın digər şirkəti “İtera” satırdı. Hazırda nümayəndəliyin açılması görünür iki şirkətin gələcəyə yönəlmiş planlarından doğur. Cari ildə ARDNŞ-lə “Qazprom” rəhbərliyi arasında 3 görüş olub, bunlardan ikisi yayda - iyun və avqust aylarında baş tutub. Bu da ondan xəbər verir ki, iki şirkət arasında hansısa bir layihə üzərində danışıqlar gedir, Rusiya tərəfindən belə siqnallar gəlir. Bu üçüncü ölkədə birgə işləmək planı da ola bilər. Azərbaycanda da hansısa qaz layihəsi ilə bağlı ola bilər, Hələ ki ictimaiyyətə əlavə məlumat verilməyib".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb - AÇIQLAMA
Bu gün, 00:35 |
|
|
|
• Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır – Bu, qanun pozuntusudur
Bu gün, 00:29 |
|
|
|
• Saxladığı qadına karxana bağışlayan keçmiş başçıdan AÇIQLAMA - "Biri mənim anadan olduğum tarix..."
Bu gün, 00:28 |
|
|
|
• Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil - Ağ Ev
Bu gün, 00:23 |
|
|
|
• Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır - 1,8 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 00:05 |
|
|
|
• Bakıda yeni tikinti şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• “Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” – Boşyan
Dünən, 23:48 |
|
|
|
• Xose Bernardo narkotik aludəçisidir? - VİDEO
Dünən, 23:44 |
|
|
|
• Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi
Dünən, 23:40 |
|
|
|
• Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Dünən, 19:20 |
|
|
|
• Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Dünən, 19:00 |
|
|
|
• Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Dünən, 18:58 |
|
|
|
• “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Dünən, 18:04 |
|
|
|
• Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Dünən, 18:02 |
|
|
|
• Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Dünən, 17:54 |
|
|
|
• Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Dünən, 17:51 |
|
|
|
• Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Dünən, 17:48 |
|
|
|
• "Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Dünən, 17:46 |
|
|
|
• Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Dünən, 17:44 |
|
|
|
• Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Dünən, 17:31 |
|
|
|
• “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Dünən, 17:29 |
|
|
|
• Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Dünən, 17:28 |
|
|
|
• İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Dünən, 17:15 |
|
|
|
• Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Dünən, 17:12 |
|
|
|
• "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Dünən, 17:09 |
|
|
|
• “Sea Breeze”ə yaxın şirkət yaradılıb
Dünən, 17:05 |
|
|
|
• "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Dünən, 17:01 |
|
|
|
• Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Dünən, 16:59 |
|
|
|
• Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Dünən, 16:58 |
|
|
|
• “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Dünən, 16:54 |
|
|
|
• BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Dünən, 16:51 |
|
|
|
• Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Dünən, 16:49 |
|
|
|
• Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Dünən, 16:47 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Dünən, 16:20 |
|
|
|
• Gülzar Qurbanova virusa yoluxub
Dünən, 16:17 |
|
|
|
• "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Dünən, 16:16 |
|
|
|
• Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Dünən, 16:14 |
|
|
|
• “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Dünən, 16:12 |
|
|
|
• Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:08 |
|
|
|
• Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Dünən, 16:05 |
|
|
|
• İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Dünən, 16:03 |
|
|
|
• Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Dünən, 16:00 |
|
|
|
• Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Dünən, 15:59 |
|
|
|
• Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Dünən, 15:58 |
|
|
|
• Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Dünən, 15:57 |
|
|
|
• Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Dünən, 15:53 |
|
|
|
• Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Dünən, 15:49 |
|
|
|
• "Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Dünən, 15:46 |
|
|
|
• Açıq mesajın şifrəsi - Hələlik 1:0
Dünən, 15:44 |
|
|
|
• Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Dünən, 15:42 |
|
|
|
|