Avtomobil bazarında "apteçka" ajiotajı - Reportaj
Tarix: 7-01-2016, 13:01 | Çap et
 Yeni il qədəmlərini basar-basmaz ölkə mediasında silsilə xəbərlər yayıldı ki, 2016-cı il yanvarın 1-də avtomobilində qəza işarəsi, yanğınsöndürmə balonu və tibbi yardım çantası olmayan sürücülər cəzalandırılacaqlar. Hətta iddia olunurdu ki, Dövlət Yol Polisi sadalanan əşyalar olmadıqda sürücülərə ağır cəza tətbiq edəcək. Artıq bu xəbərlərin bir qədər şişirdildiyi rəsmi təsdiqini tapsa da, avtomobil bazarında tibb çantası və yanğından mühafizə ləvazimatlarının qiymətlərinin qalxdığı məlum oldu.
Bəs qiymətlər nə qədər qalxıb? Qiymət artımları süni, yoxsa təbii şəkildə baş verir?
Hafta.az-ın əməkdaşı bu gün paytaxtın Mərkəzi Avtomobil Bazarına (MAB) baş çəkərək avtomobillər üçün tibbi yardım çantası və yanğından mühafizə ləvazimatlarının qiymətləri ilə maraqlanıb.
İlk olaraq onu qeyd edək ki, avtomobil bazarında adıçəkilən ləvazimatların satışını təşkil edən köşklərin sayında azalmaları müşahidə etdik. Belə ki, tibb çantaları və yanğınsöndürənlərin satıldığı yerlərin bəzilərinin ya qapısı kilidli, ya da ki, ümumiyyətlə özü boş idi. Bir neçə köşk isə müvafiq avadanlıq və ləvazimatların satışını davam etdirirdi. Yaxınlaşıb qiymətlərlə maraqlandıq.
Satıcı Bayram Veysovun hafta.az-a açıqlamasında bildirdi ki, tibb çantalarının qiymətlərində qalxma müşahidə olunmayıb:
“Bayramdan sonra alıcı aktivliyi müşahidə olunmur. Bir ay əvvəl isə daha yaxşı bazarımız vardı. Əgər əvvəl 170-200 manat arası alverimiz olurdusa, indi bunun heç yarısı olmur. “Apteçka”lar yenə həminki qiymətədir; 5 manatla -15 manat arasında dəyişir. O da mala baxır, yaxşı malın da yaxşı qiyməti var”.
Digər bir satıcı isə ilkin tibbi yardım çantasının və yanğınsöndürənlərin qiymətinin qalxmadığını bildirdi:
“Dollar qalxıbsa bu qiymətlərə də təsir edəcək. Amma tibbi yardım çantalarının qiyməti indi yox, üç həftə əvvəldən bahalaşıb. Bu da təbiidir. Çünki biz buradan sifariş etdiyimiz malların pulunu dollarla göndəririk. Belə olan halda da 10 manatlıq mal 15 azn-ə satılır. Süni qalxım isə yoxdur. “Vasmoy” bazarında süni qalxmanın olduğunu eşitdik. Amma burada əvvəlki kimi on beş – iyirmi faiz pul qoyub satırıq. “Apteçka”lar 10 – 20 manat, yanğınsöndürmə avadanlıqları isə 35-45 manat arasında dəyişir. Hər ikisini dəst halda alan sürücülər təxminən 45-65 manatlarından keçməlidirlər”.
Satıcı Xəyal Zeynalovun sözlərinə görə isə, son günlər apteçkaların qiymətində az da olsa artım müşahidə olunur:
“İndi hər şey qalxıb. Biz malı xaricdən yox, buradakı topdansatış məntəqələrindən alırıq. Yeni ilin ilk günlərində qiymətlər orada da qalxmışdı. Hardasa apteçkaların qiymətlərində beş manatlıq artım vardı. İndi isə qiymətlər düşüb. Ümumilikdə isə, süni qalxım ola bilməz. Çünki bazarda alıcı qabiliyyəti olduqca zəifdir. Satıcı da çalışır ki, ucuz versin ki, malı əlində qalmasın. Dövriyyəni artırsın”.
Digər bir köşkdəki satıcı isə apteçkaların qiymətindəki fərqliliyi bu və ya digər ölkədən gətirilməsi ilə əlaqələndirib:
“Ölkəyə tibb çantaları, yanğınsöndürənlər daha çox Türkiyədən və Fransadan gətirilir. Elit alıcı kütləsi daha keyfiyyətli mal almaq üçün Fransa markalarına üstünlük verir. Böyük alıcı kütləsi isə nisbətən aşağı təbəqə olduğundan onlar daha çox Türkiyədən gətirilən mallara üstünlük verirlər. Qardaş ölkədən gətirilən mallar isə nisbətən ucuz başa gəlir. Bizdə hər iki ölkədən gətirilən apteçkalar var. Fransız markalı “apteçkalar” 50-80 manat arasında dəyişir. Türkiyədən gətirilən apteçkalar isə 5-25 manat arasındadır. Həcminə, ölçüsünə görə də qiymət dəyişə bilir”.
Maşın bazarında bir neçə sürücüyə yaxınlaşıb avtomobillərində ilkin tibb çantası olub – olmadığını və müvafiq qiymətlərin onları qane edib-etmədiyi ilə maraqlandıq. Sürücü Mətləb Əliyevin sözlərinə görə, qiymətlər olduqca bahadır:
“Yanğınsöndürmə cihazını 45 manata deyirlər. Olduqca bahadır, amma olmalıdır. Özümüz üçün alırıq. Onu da deyim ki, həmin cihazlar xaricdən içi boş gəlir, köpüyünü burada, Bakıda doldururlar. Heç olmaya qiymətini də aşağı etsinlər də”.
Digər bir sürücü isə bildirdi ki, ümumiyyətlə, bir neçə aydır ki, avtomobilində nə tibb çantası, nə də yanğınsöndürmə cihazı yoxdur:
“Maşını təzə almışam, üç aya yaxındır. Amma nə tibb çantası, nə də yanğınsöndürmə cihazı var, yaddan çıxıb, almamışam. O biri maşınımda hamısı vardı, amma istifadə də edilmədi. Maşınla biryerdə satdım, getdi. Təzə qiymətlərdən də xəbərim yoxdur”.
Qeyd edək ki, sürücü avtomobilini yaxşı növ tibb çantası və müvafiq yanğınsöndürmə təchizatları ilə təmin etmək üçün ümumilikdə 80 manatından keçməlidir. Təbii ki, qiymətlər cibinizə görə dəyişir. Ən ucuz mühafizə dəsti isə təxminən 40 manata başa gəlir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İran Azərbaycanı bununla “vurur”: ermənilər sevinir - KİV
Bu gün, 12:21 |
|
|
|
• Yekaterinburqda “qara bayram” - Qubernator hücumdan əvvəl Azərbaycan konsuluna nə deyib?
Bu gün, 12:18 |
|
|
|
• Rusiya ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri ləğv edilir - Nazirlik
Bu gün, 12:14 |
|
|
|
• Uydurma keçmişin əsarəti altında - AKTUAL
Bu gün, 10:32 |
|
|
|
• “Rasim Balayevlə yoldan keçən adi adama eyni qonorarı vermək olmaz” - ETİRAZ
Bu gün, 10:29 |
|
|
|
• Rusiyanın terrorçu 'OMON'çularına Azərbaycan DTX-da cinayət işi açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:24 |
|
|
|
• Dost ölkənin ordusuna dəhşətli hücum: Yeni müharibə başlayır? - GƏLİŞMƏ
Bu gün, 10:18 |
|
|
|
• Deputatın qudasının şirkəti "Carçıoğlu Group"un vergi borcu 220 min manatı keçdi – cəmi 17 günə / FOTO+ VİDEO
Bu gün, 10:08 |
|
|
|
• “Bədheybət poqonlular”in zühuru - Aeroportda gözləyən “qara lentli maşınlar” dönəmi qayıdır
Bu gün, 10:02 |
|
|
|
• Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb - FOTOLENT
Bu gün, 09:59 |
|
|
|
• Əmrullayevin işçilərindən ŞÜBHƏLİ ALIŞ-VERİŞ... - DETALLAR
Bu gün, 09:00 |
|
|
|
• Növbəti RUS VƏHŞİLİYİ... - NƏ ETMƏLİ?
Bu gün, 08:58 |
|
|
|
• Boğaza qədər zibilin içində olan səhiyyəmiz... - TƏBİB məlhəm ola bilmirsə...
Bu gün, 08:52 |
|
|
|
• "Gəncə Memorial Hospital"da DVX ƏMƏLİYYAT KEÇİRDİ - Cərimələndi / Külli miqdarda borcu da var
Bu gün, 08:48 |
|
|
|
• Qarşıdakı aylar həlledici olacaq: Qərbyönlü Paşinyan, yoxsa rusiyayönlü kilsə? - İNCƏLƏMƏ
Bu gün, 08:27 |
|
|
|
• "Rusiyada azərbaycanlılara qarşı baş verənlər artıq sistem xarakterlidir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:22 |
|
|
|
• "Səs var oxumaq üçündür, səs də var, qatıq satmaq üçün..." - ETİRAZ
Bu gün, 08:17 |
|
|
|
• İran yeni savaş astanasında: sərhəddə aktivlik – Azərbaycanlılar silahlandırılır…
Bu gün, 08:14 |
|
|
|
• Rəsmi Bakı vətəndaşının arxasındadır: qarşısında kim olursa, olsun... - AKTUAL
Bu gün, 08:11 |
|
|
|
• Masallıda baş verən cinayət işinin motivi məlum olub
Bu gün, 08:06 |
|
|
|
• Masallıda kişi of tügəngilə qayınanasını öldürüb, qohumlarına xəsarət yetirib - TƏFƏRRÜAT
Bu gün, 05:11 |
|
|
|
• Postimperial və Putinal şovinizm - Ey, Kreml, ey, Kilsə, nə gündəsiniz ki...
Bu gün, 02:46 |
|
|
|
• Avropanın baş diplomatı İrəvana gəlir
Bu gün, 02:41 |
|
|
|
• Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 02:37 |
|
|
|
• Rusiyadan Azərbaycana qarşı növbəti vandalizm: - Kreml Bakıdan üzr istəməlidir!
Bu gün, 00:36 |
|
|
|
• "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər" - Yekaterinburqda işgəncə görən azərbaycanlı
Dünən, 23:49 |
|
|
|
• Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb
Dünən, 23:43 |
|
|
|
• Rusiyada öldürülən qardaşların əmisi oğlu da - QƏTLƏ YETİRİLDİ
Dünən, 12:06 |
|
|
|
• Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edib
Dünən, 12:03 |
|
|
|
• Səfərovlar ailəsinə sübh tezdən edilən basqının TƏFƏRRÜATLARI - Bütün kişiləri döyüb apardılar
Dünən, 11:57 |
|
|
|
• Yekaterinburqda öldürülən azərbaycanlıların nəşlərinin gətirilməsi ilə bağlı tədbirlər görülür
Dünən, 11:55 |
|
|
|
• Zaqatalada sel TƏHLÜKƏSİ: 100 dən çox ev su altında qala bilər - FOTO
Dünən, 11:33 |
|
|
|
• “Gəncəli Mübariz” xərçəngə tutuldu – Vəziyyəti ağırdır
Dünən, 10:56 |
|
|
|
• "Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik" - Seyfəddin Hüseynli
Dünən, 10:52 |
|
|
|
• Azərbaycan XİN-dən Yekaterinburqdakı vəhşiliyə REAKSİYA - "Zorakılığı törədənlərin qısa müddət ərzində..."
Dünən, 10:47 |
|
|
|
• AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir - DİQQƏT
Dünən, 10:42 |
|
|
|
• Rusiyada qardaşları öldürülən jurnalist danışdı: - “OMON evə basqın edən zaman…”
Dünən, 10:30 |
|
|
|
• Ermənistanda gərginlik böyüyür - Söhbət ölkənin gələcək müqəddəratından gedir
Dünən, 10:18 |
|
|
|
• Çox gözəl sözlərdir: Tramp Putini təriflədi - Rusiya prezidenti nə deyib?
Dünən, 10:16 |
|
|
|
• Azərbaycanlıların kütləvi həbsi ilə bağlı ilk rəsmi AÇIQLAMA - TƏFƏRRÜAT
Dünən, 10:11 |
|
|
|
• Direktor müəllimə qoyun sağdırır, şagird restoran ofisiantıdır... - Qusar təhsilində yeni biabırçılıqlar
Dünən, 10:06 |
|
|
|
• "Qocalıqdan çox qorxuram"
Dünən, 10:00 |
|
|
|
• İrəvanda KİLSƏ-DÖVLƏT DAVASI... - GƏLİŞMƏ
Dünən, 09:52 |
|
|
|
• Nəsə bu dəfə qanun işləmədi... - NAZİRİN NƏZƏRİNƏ...
Dünən, 09:49 |
|
|
|
• Belə marketinq olmur... belə reklam olmur! - ETİRAZ
Dünən, 09:39 |
|
|
|
• II Qareginin keçmiş cangüdənindən şok ittihamlar - ""KQB"agentidir, çevriliş planlaşdırır, övladları var..."
Dünən, 09:34 |
|
|
|
• Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür - ANIM
Dünən, 09:32 |
|
|
|
• İranda İsraillə münaqişədə ölən hərbi rəhbərlərin dəfn mərasimi başlayıb
Dünən, 09:30 |
|
|
|
• Demokratiyanın avropalı "təəssübkeşləri" İrəvana nədən GÖZ ATMIR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:25 |
|
|
|
• İsrail-İran müharibəsi Orta Asiyanın yolunu bağlayıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 09:19 |
|
|
|
|