
Bakının 7-ci mikrorayon ərazisində yerləşən “Bolluq” bazarı tamamilə dağıdılıb
Bir müddət öncə bazarın ətrafındakı ərazidə aparılan söküntü işləri bazarın da dağıdılması ilə nəticələnib.
Xatırladaq ki, ərazini «Pramida» MTK adlı tikinti şirkəti alıb. Sökülən bazarın yerində 2 bloklu 16 mərtəbəli bina tikiləcək.
Bazarın ərazisi satıldıqdan sonra isə orada çalışan bütün ticarətçilər məcburi şəkildə bazardan çıxardılmışdı.(azxeber.com)


