Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq .....                     Bir nazir, bir agentlik sədri vəzifədən ÇIXARILACAQ .....                     Zaqatala sakinini döyüb öldürən .....                     Eynulla Fətullayevdən Mehdiyevlə bağlı mövqe .....                     Cənubi Qafqazdan Ağ Evə uzanan yeni "geopolitik tunel" .....                     Ermənistanda “Trans Akademiyası” yaradılıb: LGBT liderləri yetişdirirlər .....                     "Dəyişən yalnız icra başçılarıdır, sistem isə eyni qalır" .....                     AMEA-nın “Gənclər Akademiyası”na sədr təyin edildi .....                     “DTX-nın yeni həbslər həyata keçirməsi ehtimalı böyükdür...” .....                     Ramiz Mehdiyev klanına qarşı “təmizləmə əməliyyatı” sürətlənir, geniş həbslər bu tarixdən başlanacaq .....                     GDU nəzdində Regional Kollecdə nə baş verir? .....                     “Ermənistanda vətəndaş qarşıdurması olacaq” .....                     Xalq artisti "Şən gənc"dən niyə getdi? .....                     GƏLƏCƏKDƏN GƏLƏN DOVĞA... .....                     “Paşinyan İrəvanda Əliyevin şərəfinə məscid tikəcək” .....                     Nazir hamilə arvadının şəklini paylaşdı .....                     Ermənilər sərhəddə bunkerlər tikirlər .....                     ABŞ məhkəməsi əslən Dmanisidən olan avtoritetə 25 il həbs cəzası verib .....                     “Əgər referendum keçirilsəydi, çox riskli olardı” .....                     Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzindən 9 milyonluq sifariş .....                     Bakı razılaşmaları praktiki müstəviyə köçürür .....                     “Çempionat oyunlarımızda 3-4 min azararkeş görəndə sevinirik” .....                     Sabah bəzi yerlərə yağış yağacaq .....                     Vilayət Eyvazov Kürdəmirdə vətəndaş qəbulu və sıra baxışı keçirib .....                     Müştəri taksidən düşmək istəmədi .....                     Tovuzda bacı qardaşını döyüb dişlərini tökdü .....                     G7 ölkələri Ukraynanın enerji sisteminin bərpasına yardım edəcək .....                     Naxçıvan Kənd Təsərrüfatı Nazirliyində qalmaqal: İşçilər naziri döyüblər? .....                     Paşinyana ağır ittiham .....                     Sərdar Cəlaloğlunun bacısı oğlunun nədə ittiham olunduğu bilindi .....                     Qızı şikayət etdi, Sabirabadda direktorun 100 minlik yeyintisi üzə çıxdı .....                     Toy kortejində "iki təkər" qaldıran azərbaycanlıya cinayət işi açıldı .....                     Bu şirkət nazirliyin tenderinə “zerkalnı” məbləğ təklif edib .....                     Ramiz Mehdiyevin arvadı da işdən çıxarıldı .....                     Məşhur xanəndə duet ortağı ilə SEVGİLİDİR? .....                     Gürcüstan Avronest PA-da iştirakını dayandırıb .....                     Donald Trampın oğlu Ermənistana səfər edəcək .....                     “İcra başçıları “bir köynək, bir şalvarla” gəlir, gedəndə isə xəzinələri olur” .....                     "TikTok"da saxta elanlar vasitəsilə dələduzluq edən şəxs saxlanılıb .....                     “Oğlumun bədəni 70 faiz çürüyüb, dərman pullarımızı məktublara veririk” .....                 

Cənubi Qafqazdan Ağ Evə uzanan yeni "geopolitik tunel" - Tramp bu regionu Qərbin Avrasiya sisteminə birləşdirir
Tarix: Bu gün, 17:42 | Çap et

Cənubi Qafqaz son iki ildə beynəlxalq siyasətin əsas geostrateji mərkəzlərindən birinə çevrilib. Ukrayna savaşının yaratdığı yeni geoiqtisadi və təhlükəsizlik arxitekturası, Rusiya və Qərb arasında qlobal qarşıdurmanın dərinləşməsinə paralel olaraq, bu region enerji, logistika və siyasi təsir uğrunda mübarizənin "açar məkan"ına çevrilib. Və bu baxımdan, “Tramp marşrutu” (Zəngəzur dəhlizi) layihəsinin rəsmən elan edilməsi Cənubi Qafqazda post-Rusiya mərhələsinə keçidin ilkin əlamətlərindən biri kimi dəyərləndirilir.

Onu da qeyd etmək lazımdır ki, "Tramp marşrutu"nun reallaşdırılması barədə Vaşinqton anlaşmasına qədər Cənubi Qafqazda geopolitik iddiaları olan dövlətlərin sırasında Rusiya ilə yanaşı, Fransa da ön planda yer alırdı. Ancaq ABŞ-ın həm Rusiyanı, həm də Fransanı qabaqlayaraq, qlobal əhəmiyyətli əsas regional layihənin reallaşdırılmasında qarantor statusu qazanması yeni və fərqli proseslərə yol açıb. Və eyni zamanda, Fransa prezidenti Emmanuel Makronun daxili və xarici siyasətdə zəifləməsi də rəsmi Parisin Cənubi Qafqaz planlarını ciddi şəkildə zərbə altında qoyub.

Məsələ ondadır ki, “Le Figaro Verian Group”un son ictimai sorğusuna görə, prezident Emmanuel Makronun reytinqi 11 faizə düşüb. Bu, onun prezidentliyi dövründə ən aşağı göstəricidir və Fransua Ollandın hakimiyyəti dövrünün sonunu xatırladır. Belə kəskin tənəzzül təkcə daxili siyasətlə deyil, Fransa diplomatiyasının strateji adaptasiya qabiliyyətinin zəifləməsi ilə də əlaqəlidir.

Prezident Emmanuel Makronun “Avropa strateji muxtariyyəti” ideyası faktiki olaraq, uğursuzluğa düçar olub. Afrika, Şərqi Aralıq dənizi və Cənubi Qafqazda Fransa öz hərbi-siyasi dayaqlarını itirib. Rəsmi İrəvan üçün bu, real mənada o deməkdir ki, Ermənistanın əsas beynəlxalq himayədarı olan Fransanın artıq geopolitik zəmanətçi olmaq imkanlarını itirmək üzrədir. Və bu baxımdan, Fransa prezidenti Emmanuel Makronun Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri indi yalnız simvolik siyasi jest xarakteri daşıyır.

Ona görə də, "Tramp marşrutu” layihəsi Fransa və Rusiyanı qabaqlayan ABŞ-ın Cənubi Qafqaz üçün geoiqtisadi strategiyasının birbaşa təməlini təşkil edir. Ermənistan baş naziri Nikol Paşinyanın hətta Paris Sülh Konfransında belə, “Tramp marşrutu”ndan danışması ABŞ-ın regionda yeni mərhələyə güclü təsirini göstərir. Bu geoiqtisadi layihənin adının “Tramp”la assosiasiya olunması da təsadüfi deyil və Ağ Evin praqmatik iqtisadi diplomatiyasını əks etdirir.

Onu da qeyd etmək lazımdır ki, "Tramp marşrutu" Azərbaycan-Ermənistan sülh sazişinin iqtisadi əlavəsi kimi Cənubi Qafqazda regional nəqliyyat və ticarət əlaqələrinin açılmasına indeksli geoiqtisadi layihə hesab olunur. Bu layihə Cənubi Qafqazı Qərbin strateji nəqliyyat sisteminə – Aralıq dənizi, Qara dəniz və Orta Asiya şəbəkələrinə inteqrasiya etdirmək baxımından, böyük əhəmiyyət daşıyır. Eyni zamanda, bu, İran və Rusiyanın nəzarətində olan tranzit yollarına alternativ Qərb nəzarətli geoiqtisadi dəhlizin formalaşdırılmasını da təmin edəcək.

Maraqlıdır ki, beynəlxalq tədqiqat mərkəzləri, o cümlədən, Atlantic Council və CSIS (Center for Strategic and International Studies) hesabatlarında qeyd olunur ki, ABŞ üçün Cənubi Qafqaz “post-sanksiya dövründə Avrasiya enerji və ticarət zəncirində strateji bufer” funksiyası daşıyacaq. “Tramp marşrutu” da bu nəzəri yanaşmanı praktik səviyyəyə keçirə biləcək ilk konkret layihə hesab olunur. Və bu baxımdan, Cənubi Qafqazın ABŞ üçün geostrateji əhəmiyyətini təsəvvür etmək o qədər də çətin deyil.

Bütün bunlar onu göstərir ki, əslində, "Tramp marşrutu" Rusiya, İran və Fransanın ortaq geopolitik məğlubiyyətini təmin edən geoiqtisadi faktordur. Ona görə də, “Tramp marşrutu”nun reallaşması həm də Kreml və rəsmi Paris üçün ciddi geostrateji məğlubiyyət anlamı da daşıyır. Və həm Rusiya, həm də Fransa son illərdə Zəngəzur dəhlizi ətrafında siyasi mövqe üstünlükləri uğrunda mübarizə aparırdı.

Belə ki, Kreml 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli anlaşmaya əsaslanaraq, Zəngəzur dəhlizinə təhlükəsizlik nəzarətini ələ keçirmək istəyirdi. Fransa isə Ermənistanla "xüsusi müttəfiqlik münasibətləri" qurmaqla, Cənubi Qafqazda Avropanın təsir sahəsini yaratmağa çalışırdı. Ancaq ABŞ Azərbaycan və Ermənistan ilə "Tramp marşrutu" barədə saziş imzalayaraq, həm Rusiyanın, həm də Fransanın planlarını boşa çıxartmağa nail oldu.

Nəticədə Ağ Ev Bakı-İrəvan xətti üzərində birbaşa siyasi-diplomatik kanallar yaratdı. Ağ Ev həm Azərbaycan, həm də Ermənistan ilə üçtərəfli enerji və infrastruktur sazişləri imzaladı və Zəngəzur dəhlizini məhz ABŞ-ın geostrateji maraq dairəsinə daxil etdi. Ona görə də, Rusiya və Fransa indi Cənubi Qafqazda ən yaxşı halda, yalnız siyasi6diplomatik bəyanat səviyyəsində mövcuddur. Və hazırda bu iki dövlətin regiondakı real təsir imkanları isə faktiki olaraq, sadəcə, simvolik xarakter daşıyır.

Digər tərəfdən, rəsmi İrəvanın da ikinci Qarabağ savaşından sonrakı xarici siyasət kursu Ermənistanı Rusiya orbitindən çıxararaq, Qərbə yaxınlaşdırmağa hədəflənib. Paşinyan hakimiyyətinin son illərdə atdığı əksər addımlar Ermənistanın yeni geopolitik seçimini təmin etməyə yönəlib. Rəsmi İrəvan bu müddət ərzində Rusiya ilə təhlükəsizlik əməkdaşlığını zəiflədib, KTMT ilə münasibətlər dondurulub, ABŞ və Avropa Birliyi ilə siyasi-iqtisadi inteqrasiya proqramları genişləndirilib, Azərbaycanla Ermənistan arasında praktik sülh və qarşılıqlı tranzit modelinə keçid prioritetə çevrilib.

Beləliklə, "Tramp marşrutu" ətrafında cərəyan edən geopolitik proseslərin geostrateji nəticələri böyük ölçüdə artıq aydındır. Cənubi Qafqaz artıq Rusiya və Qərb arasında qarşıdurmanın geopolitik platformasl deyil. Çünki bu region indi ABŞ və Qərbin "Yeni İpək Yolu strategiyası"nın mərkəzi həlqəsinə çevrilməyə başlayıb.

Yəni, “Tramp marşrutu” Cənubi Qafqazda ABŞ diplomatiyası üçün ən sistemli layihə kimi görünür. Çünki həm geoiqtisadi, həm də geopolitik xarakter daşıyır, ən əsası isə regionu Rusiya təsirindən çıxararaq, Qərbin Avrasiya logistik sisteminə birləşdirmək məqsədinə yönəldilib. Bu isə yalnız regional proses olmayıb, Cənubi Qafqazdan Ağ Evə uzanan "geopolitik tunel" üzərindən regionun qlobal sistemdə yeni statusunun formalaşma mərhələsi deməkdir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq
Bu gün, 18:11
Bir nazir, bir agentlik sədri vəzifədən ÇIXARILACAQ - TƏFƏRRÜAT
Bu gün, 18:00
Zaqatala sakinini döyüb öldürən daha bir nəfər SAXLANILDI
Bu gün, 17:48
Eynulla Fətullayevdən Mehdiyevlə bağlı mövqe - Bəlkə, FHN-ə hücum edək?
Bu gün, 17:46
Cənubi Qafqazdan Ağ Evə uzanan yeni "geopolitik tunel" - Tramp bu regionu Qərbin Avrasiya sisteminə birləşdirir
Bu gün, 17:42
Ermənistanda “Trans Akademiyası” yaradılıb: LGBT liderləri yetişdirirlər - MƏNHUS SİYASƏT
Bu gün, 16:51
"Dəyişən yalnız icra başçılarıdır, sistem isə eyni qalır" - ONA GÖRƏ DƏ...
Bu gün, 16:48
AMEA-nın “Gənclər Akademiyası”na sədr təyin edildi - BUNDAN SONRA...
Bu gün, 16:40
“DTX-nın yeni həbslər həyata keçirməsi ehtimalı böyükdür...” - ÇÜNKİ...
Bu gün, 14:05
Ramiz Mehdiyev klanına qarşı “təmizləmə əməliyyatı” sürətlənir, geniş həbslər bu tarixdən başlanacaq - Kürəkəni də...
Bu gün, 14:03
GDU nəzdində Regional Kollecdə nə baş verir? - Emin Əmrullayev və Ülkər Səttarova niyə susur..
Bu gün, 13:58
“Ermənistanda vətəndaş qarşıdurması olacaq”
Bu gün, 13:33
Xalq artisti "Şən gənc"dən niyə getdi?
Bu gün, 13:32
GƏLƏCƏKDƏN GƏLƏN DOVĞA... - SAB HEYRƏTLƏNDİRİR...
Bu gün, 13:29
“Paşinyan İrəvanda Əliyevin şərəfinə məscid tikəcək” - KİV
Bu gün, 13:21
Nazir hamilə arvadının şəklini paylaşdı - Tənqid olundu
Bu gün, 13:20
Ermənilər sərhəddə bunkerlər tikirlər - Orduya yeni silahlar verildi
Bu gün, 13:15
ABŞ məhkəməsi əslən Dmanisidən olan avtoritetə 25 il həbs cəzası verib
Bu gün, 13:05
“Əgər referendum keçirilsəydi, çox riskli olardı” - MÜSAHİBƏ
Bu gün, 13:03
Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzindən 9 milyonluq sifariş - QALİB
Bu gün, 13:01
Bakı razılaşmaları praktiki müstəviyə köçürür - ŞƏRH
Bu gün, 12:55
“Çempionat oyunlarımızda 3-4 min azararkeş görəndə sevinirik” – Qurbanov
Bu gün, 12:50
Sabah bəzi yerlərə yağış yağacaq - belə deyirlər...
Bu gün, 12:47
Vilayət Eyvazov Kürdəmirdə vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO
Bu gün, 12:46
Müştəri taksidən düşmək istəmədi - Maşını polis şöbəsinə sürdü
Bu gün, 12:43
Tovuzda bacı qardaşını döyüb dişlərini tökdü - TƏFƏRRÜAT
Bu gün, 12:41
G7 ölkələri Ukraynanın enerji sisteminin bərpasına yardım edəcək
Bu gün, 12:36
Naxçıvan Kənd Təsərrüfatı Nazirliyində qalmaqal: İşçilər naziri döyüblər? - "...təzə nazirin danlağının dozası çox olub"
Bu gün, 12:34
Paşinyana ağır ittiham - Revanşistlər müdafiədən çıxır
Bu gün, 11:48
Sərdar Cəlaloğlunun bacısı oğlunun nədə ittiham olunduğu bilindi - Bu qədər cəza gözləyir
Bu gün, 11:38
Qızı şikayət etdi, Sabirabadda direktorun 100 minlik yeyintisi üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 11:27
Toy kortejində "iki təkər" qaldıran azərbaycanlıya cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 11:14
Bu şirkət nazirliyin tenderinə “zerkalnı” məbləğ təklif edib
Bu gün, 11:05
Ramiz Mehdiyevin arvadı da işdən çıxarıldı - ƏMR
Bu gün, 11:03
Məşhur xanəndə duet ortağı ilə SEVGİLİDİR? - özləri aydınlıq gətirdi
Bu gün, 10:58
Gürcüstan Avronest PA-da iştirakını dayandırıb
Bu gün, 10:54
Donald Trampın oğlu Ermənistana səfər edəcək - KİV
Bu gün, 10:51
“İcra başçıları “bir köynək, bir şalvarla” gəlir, gedəndə isə xəzinələri olur” - Partiya sədri
Bu gün, 10:46
"TikTok"da saxta elanlar vasitəsilə dələduzluq edən şəxs saxlanılıb
Bu gün, 10:41
“Oğlumun bədəni 70 faiz çürüyüb, dərman pullarımızı məktublara veririk” -Əməkdar artistdən ürək ağrıdan ETİRAFLAR
Bu gün, 10:38
“Varfarin”lə bağlı YENİ XƏBƏR – Qıtlıq aradan QALXIB?
Bu gün, 10:36
Elmira Rəhimova səhhətindən danışdı - “Həkimlərin nəzarəti altındayam”
Bu gün, 10:16
“Ramiz Mehdiyevin pulu büdcəmizdən çoxdur, Rusiyanın adamıdır...” - Rəşid Mahmudov
Bu gün, 10:14
Elton Məmmədov büdcə vəsaitini banka qoymaqla faiz götürüb? - İDDİA
Bu gün, 10:01
“İcra başçıları özlərini toxunulmaz sayırlar” - Novella Cəfəroğlu
Bu gün, 09:54
Moskvada qətl törədən azərbaycanlılara bu tarixdə HÖKM OXUNACAQ
Bu gün, 09:51
Mahir Əmrəlinin dayısı oğlunun meyiti tapılıb - ARAŞDIRMA BAŞLADI
Bu gün, 09:38
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatıb - FOTO
Bu gün, 09:34
Zəngəzur dəhlizi: Asiya və Avropanın uzlaşma layihəsi - İNCƏLƏMƏ
Bu gün, 09:32
10 oldular: daha hansı başçıya həbs yolu görünür? - GƏLİŞMƏ
Bu gün, 09:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru