"Azəralüminium" MMC-nin bu ilin yanvar-sentyabr aylarında ixracatı 92,2 milyon ABŞ dolları təşkil edib.
"DİA-AZ" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 milyon dollar və ya 13,9% azalma deməkdir.
Müqayisə üçün bildirək ki, şirkətin ötən ilin eyni dövründəki ixracı 107,1 milyon dollar təşkil etmişdi.













