Əsas Səhifə > Güney Press > "Azəralüminium" ixracdan 15 milyon dollar itirib

"Azəralüminium" ixracdan 15 milyon dollar itirib


Dünən, 16:12

"Azəralüminium" MMC-nin bu ilin yanvar-sentyabr aylarında ixracatı 92,2 milyon ABŞ dolları təşkil edib.

"DİA-AZ" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 milyon dollar və ya 13,9% azalma deməkdir.

Müqayisə üçün bildirək ki, şirkətin ötən ilin eyni dövründəki ixracı 107,1 milyon dollar təşkil etmişdi.


Geri qayıt