" "Unibank" artıq neçə aydır, saxtakarlığa keçib..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Rüfət Novruzov adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra bildirir: "Sentyabr ayı üçün bir neçə ödənişin kəşbekini qaytarmadılar.
Dedilər ay sonu kompensasiya ediləcək edilmədi!
İndi də 4.5 faiz kəşbek əvəzi 0.5 faiz verirlər... konkret olaraq, məqsədləri narazılıq yaratmaqdır...
Əlaqə saxlayıram, 2 aydır yola verirlər... Filialına gedirəm, deyir, qaytarılmayacaq ey... özünüzü yormayın...
Öz işçiləri belə bilir ki saxtakardılar..."













