Hazırda Azərbaycanda mühakimə olunan separatçıların ailələri ilə görüş məsələsi müzakirə mövzusuna çevrilib.
Tribunainfo.az xəbər verir ki, bununla bağlı “Haystan” blokundan deputat Haky Mamicanyan təkliflə çıxış edib.
O bildirib ki, təkcə Bakıda saxlanılan ermənilərin azadlığa buraxılmasına çalışmaq lazım deyil. Onun sözlərinə görə, Bakıda mühakimə olunan ermənilərə icazə verilməli və şərait yaradılmalıdır ki, ailələri təhlükəsiz şəkildə onlarla görüşsünlər.













