TƏBİB və Səhiyyə Nazirliyi birləşəcək? .....                     "Məktəbli avtobuslarında aylıq ödənişin 240 manat olması heç də ucuz deyil" .....                     Rusiya NATO üzvü olsa idi belə... .....                     Milyarder İbrahim Süleymanov Moskvada saxlanılıb .....                     Ermənistan və Qazaxıstan eyni anda açıqladı .....                     İrəvandan Moskvaya mesaj: .....                     QHT sektoru mafiya qanunları idarə edilir .....                     Bankdan “Azərbaycan Mikro-Kredit”ə rəhbər keçdi .....                     Yaponiya şirkəti Azərbaycan bazarından gedir .....                     Sahibi dələduzluğa görə həbs edilmiş şirkətin “maya”sı azaldıldı .....                     "Yevlax-Yun" şirkətin ödənilməmiş 238 min manatdan çox vergi borcu var .....                     Ermənistan Azərbaycanla əlaqələrin qurulmasından əsas faydalanan tərəflərdən biridir .....                     Azərbaycan-İtaliya əlaqələri yeni mərhələyə qədəm qoyur .....                     AYNA sədrinin müavininə məxsus olmasaydı “ANG” MMC bu tendelərdə qalib ola bilərdimi .....                     `Pilgrim Education` QURBANLARI: dövlətdən kömək istəyirlər... .....                     Bazarda "siftə" etməyən satıcı özünü söydü, CƏRİMƏLƏNDİ .....                     "Qarabağ"a Çempionlar Liqasında növbəti mərhələ üçün neçə xal lazımdır? .....                     Fransız səfirliyindən Azad Məmmədliyə klaviatura hansı məqsədlə verilib? .....                     `BİR-Link`: KEYFİYYƏTSİZLİYƏ KEÇİD... .....                     “İçərişəhər”in İdarə Heyətinə yeni üzv təyin edilib .....                     Bakıda daha bir tarixi abidəni YERLƏ-YEKSAN EDİRLƏR... .....                     Bu universitetlərin diplomları Azərbaycanda tanınmır .....                     “Nar” regional satış şəbəkəsini genişləndirir .....                     "Məhəmməd yatdığı vaxt gizli şəkildə pasportumu və bank kartımı götürüb Bakıya qaçdım" .....                     Bu nazirliyin tabeliyindəki iki qurum rəhbəri gerçəkdən istefa verdi? .....                     Məhkəmə tanışına 65 min manat “atan” şəxslə bağlı qərar çıxardı .....                     Dövlətə xəyanətdə təqsirləndirilən qadın məmurun istintaqı bitdi .....                     Dünyada qızıl bahalaşdı: .....                     Ağ Ev Azərbaycanla bağlı hesabat yaydı .....                     Konsulluqda tapılan cəsədin sirri: Onun Qarabağla nə əlaqəsi var idi? .....                     “Ermənistan sülh prosesində iradə göstərməlidir, yoxsa geri qalacaq” .....                     "Qarabağ"ın futbolçusunun qolu həftənin ən yaxşısı seçilib .....                     Azərbaycanda 60 min manat nizamnamə kapitalı olan şirkət bağlanır .....                     “Sahil-S İnşaat” qalmaqalının baş qəhrəmanı Pənah Kərimov necə azadlığa çıxıb? .....                     5 tibbi mərkəzin tenderi bir şirkətə verildi .....                     Aşıq Zülfiyyə 1 milyonluq borca düşdü .....                     AMEA-dakı yoxlamalarda Mehdiyev müəmması .....                     `Döşü medaldan ötrü qərifsəyənlər`... ZAQATALAYA DA GEDİBMİŞ... .....                     Rusiyadan Azərbaycana gəldi, küçədə bacısı qızının başını kəsdi .....                     Azərbaycanda radikal təriqətlərin yayılması təhlükəsi .....                 

Azərbaycan-İtaliya əlaqələri yeni mərhələyə qədəm qoyur - MƏQALƏ
Tarix: Bu gün, 10:47 | Çap et

Sentyabrın 30-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər. Görüş zamanı dövlət başçıları iki ölkə arasında münasibətlərin mövcud səviyyəsini dəyərləndirib və strateji tərəfdaşlığın gələcək perspektivləri barədə danışıb.

Prezident İlham Əliyev bəyanatında bildirib ki, İtaliya-Azərbaycan münasibətləri son illərdə çox uğurla inkişaf edib və bu gün tərəflər əsl strateji tərəfdaşdır. İtaliya Prezidentinin ikinci dəfə Azərbaycana səfəri, dövlət başçıları arasında son illərdə tez-tez baş tutan görüşlər bunun bariz nümunəsi kimi qeyd olunub. Prezidentin sözlərinə görə, ölkələr arasında münasibətlər hüquqi əsaslarını möhkəmləndirən iki mühüm sənədlə təmin olunub: 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq sənədi və 2018-ci ildə qəbul edilmiş “Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”.

Azərbaycan lideri diqqətə çatdırıb ki, bu illər ərzində münasibətlər yalnız siyasi müstəvidə deyil, iqtisadi, energetika və humanitar sahələrdə də sürətlə inkişaf edib. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır, enerji sahəsində əməkdaşlıq isə xüsusi əhəmiyyət kəsb edir. İlham Əliyev vurğulayıb ki, Azərbaycan nefti İtaliyanın enerji balansında birinci, Azərbaycan qazı isə ikinci yerdədir. 2020-ci ildən başlayaraq Azərbaycan qazı TAP (Trans-Adriatik Boru Kəməri) vasitəsilə İtaliyaya ixrac olunur. Prezident xatırladıb ki, TAP layihəsinin uğurla həyata keçirilməsində İtaliya Prezidentinin şəxsi müdaxiləsi mühüm rol oynayıb.

Hazırda Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə 14 ölkəyə təbii qaz ixrac edir və boru kəmərləri ilə qaz nəqlinin coğrafi əhatəsinə görə dünyada birinci yeri tutur. İlham Əliyev bildirib ki, qaz ixracı ilə yanaşı, yaxın gələcəkdə Azərbaycan Avropa İttifaqına elektrik enerjisi ixracına da başlayacaq. Bunun üçün elektrik xətlərinin çəkilməsi istiqamətində texniki-iqtisadi əsaslandırma hazırlanır. Dövlət başçısının sözlərinə görə, TAP və Cənub Qaz Dəhlizi kimi uğurlu layihələr daha böyük enerji əməkdaşlığına yol açacaq və Xəzər hövzəsindən Avropa məkanına qədər uzanan yeni strateji layihələrə imkan yaradacaq.

Prezident İlham Əliyev bəyanatında humanitar sahədə əməkdaşlığın da xüsusi önəmini qeyd edib. O, bildirib ki, oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin açılışı olacaq. ADA Universiteti ilə İtaliyanın beş aparıcı universitetinin birgə layihəsi olan bu ali məktəb artıq yüzlərlə tələbəni əhatə edir. Burada memarlıq, mühəndislik, kənd təsərrüfatı, dizayn və menecment sahələri üzrə müasir proqramlar tədris olunur. Dövlət başçısı bu təşəbbüsün elm və təhsil müstəvisində əlaqələri yeni mərhələyə daşıyacağını və gənclərin gələcəkdə ölkələr arasında dostluğun elçilərinə çevriləcəyini vurğulayıb.

Görüşdə həmçinin Avropa İttifaqı-Azərbaycan münasibətləri müzakirə olunub. Prezident İlham Əliyev bildirib ki, İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək verib. Son dövrdə münasibətlərdə müşahidə edilən müsbət dinamika rəsmi Bakını məmnun edir. Dövlət başçısının sözlərinə görə, bir-birindən coğrafi baxımdan uzaqda yerləşən dövlətlərin belə sıx tərəfdaşlıq qurması nümunəvi xarakter daşıyır.

Prezident İlham Əliyevin mətbuata bəyanatı bir daha göstərdi ki, Azərbaycan və İtaliya arasında münasibətlər artıq əməkdaşlıq çərçivəsini aşaraq geniş spektrli strateji tərəfdaşlıq modelinə çevrilib. Enerjidən elmə, iqtisadiyyatdan humanitar sahələrə qədər uzanan bu əməkdaşlıq gələcəkdə iki ölkə arasında münasibətləri daha da gücləndirəcək.

Şərəf Qasımova,
Qobu qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

"DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
TƏBİB və Səhiyyə Nazirliyi birləşəcək? - AÇIQLAMA
Bu gün, 11:43
"Məktəbli avtobuslarında aylıq ödənişin 240 manat olması heç də ucuz deyil" - deputat
Bu gün, 11:41
Rusiya NATO üzvü olsa idi belə... - İNCƏLƏMƏ
Bu gün, 11:33
Milyarder İbrahim Süleymanov Moskvada saxlanılıb - KİV
Bu gün, 11:29
Ermənistan və Qazaxıstan eyni anda açıqladı - Rusiyanın xoşuna gəlməyəcək
Bu gün, 11:07
İrəvandan Moskvaya mesaj: - Hörmət edin!
Bu gün, 11:05
QHT sektoru mafiya qanunları idarə edilir - Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır
Bu gün, 11:04
Bankdan “Azərbaycan Mikro-Kredit”ə rəhbər keçdi – BOKT-də rəhbərlik tam dəyişdirilib
Bu gün, 11:00
Yaponiya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:59
Sahibi dələduzluğa görə həbs edilmiş şirkətin “maya”sı azaldıldı
Bu gün, 10:57
"Yevlax-Yun" şirkətin ödənilməmiş 238 min manatdan çox vergi borcu var
Bu gün, 10:56
Ermənistan Azərbaycanla əlaqələrin qurulmasından əsas faydalanan tərəflərdən biridir - Mirzoyan
Bu gün, 10:53
Azərbaycan-İtaliya əlaqələri yeni mərhələyə qədəm qoyur - MƏQALƏ
Bu gün, 10:47
AYNA sədrinin müavininə məxsus olmasaydı “ANG” MMC bu tendelərdə qalib ola bilərdimi - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:44
`Pilgrim Education` QURBANLARI: dövlətdən kömək istəyirlər... - ETİRAZ VAR...
Bu gün, 10:36
Bazarda "siftə" etməyən satıcı özünü söydü, CƏRİMƏLƏNDİ - Ağdaşda qəribə olay...
Bu gün, 10:30
"Qarabağ"a Çempionlar Liqasında növbəti mərhələ üçün neçə xal lazımdır? - DETALLAR
Bu gün, 10:27
Fransız səfirliyindən Azad Məmmədliyə klaviatura hansı məqsədlə verilib? - MƏHKƏMƏ
Bu gün, 10:24
`BİR-Link`: KEYFİYYƏTSİZLİYƏ KEÇİD... - NARAZILIQ VAR...
Bu gün, 10:21
“İçərişəhər”in İdarə Heyətinə yeni üzv təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:14
Bakıda daha bir tarixi abidəni YERLƏ-YEKSAN EDİRLƏR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:12
Bu universitetlərin diplomları Azərbaycanda tanınmır - SİYAHI
Bu gün, 10:00
“Nar” regional satış şəbəkəsini genişləndirir - Yeni mağaza Salyanda!
Bu gün, 09:57
"Məhəmməd yatdığı vaxt gizli şəkildə pasportumu və bank kartımı götürüb Bakıya qaçdım" - MƏHKƏMƏ
Bu gün, 09:52
Bu nazirliyin tabeliyindəki iki qurum rəhbəri gerçəkdən istefa verdi? - Bu, islahatlarla bağlıdırmı?..
Bu gün, 09:50
Məhkəmə tanışına 65 min manat “atan” şəxslə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:48
Dövlətə xəyanətdə təqsirləndirilən qadın məmurun istintaqı bitdi - Azərbaycanla əməkdaşlıq edibmiş...
Bu gün, 09:45
Dünyada qızıl bahalaşdı: - Azərbaycan bazarında qiymətlər necə dəyişəcək?
Bu gün, 09:43
Ağ Ev Azərbaycanla bağlı hesabat yaydı
Bu gün, 09:33
Konsulluqda tapılan cəsədin sirri: Onun Qarabağla nə əlaqəsi var idi? - “Joqovurd”
Bu gün, 09:32
“Ermənistan sülh prosesində iradə göstərməlidir, yoxsa geri qalacaq” - ÇÜNKİ...
Bu gün, 09:30
"Qarabağ"ın futbolçusunun qolu həftənin ən yaxşısı seçilib
Bu gün, 09:27
Azərbaycanda 60 min manat nizamnamə kapitalı olan şirkət bağlanır
Bu gün, 09:23
“Sahil-S İnşaat” qalmaqalının baş qəhrəmanı Pənah Kərimov necə azadlığa çıxıb? – “Sea Breeze”ə aparan gizli yol
Bu gün, 09:19
5 tibbi mərkəzin tenderi bir şirkətə verildi - "AzəriMed" bu dəfə 44 milyon qazanacaq
Bu gün, 09:15
Aşıq Zülfiyyə 1 milyonluq borca düşdü - “Leksus”unu SATDI
Bu gün, 09:14
AMEA-dakı yoxlamalarda Mehdiyev müəmması - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:12
`Döşü medaldan ötrü qərifsəyənlər`... ZAQATALAYA DA GEDİBMİŞ... - BU DA FAKT!
Bu gün, 09:08
Rusiyadan Azərbaycana gəldi, küçədə bacısı qızının başını kəsdi - Masazırdakı dəhşətli cinayətin TƏFƏRRÜATI
Bu gün, 08:52
Azərbaycanda radikal təriqətlərin yayılması təhlükəsi - NƏ BAŞ VERİR?
Bu gün, 08:50
İcra hakimiyyətinin yeni binasını bu şirkət layihələndirəcək - TƏFƏRRÜAT
Bu gün, 07:48
Azərbaycanda toylarla bağlı yeni qadağa? – Dəyişiklik gündəmdə
Bu gün, 07:44
“QİSAS ALMAQ ÜÇÜN GÖZLƏRİMİ ŞİKƏST ETDİ” - Elmlər doktoru Milli Oftalmologiya Mərkəzinin həkimindən şikayətçidir
Bu gün, 07:42
Məktəblərdə YENİ PULQOPARTMA ÜSULU - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:38
“İranın paytaxtı köçürülməlidir” − Pezeşkian
Bu gün, 07:35
AHİK-də daxili intriqalar pik həddə çatır -General qızına "DUR" deyən olacaqmı?!
Bu gün, 07:32
Paşinyanın “Zəngəzur dəhlizi”nə etirazı Rusiyaya yox, ABŞ-yə jestdir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:46
"Bu nə xidmət, bu nə iş prinsipidir" - GİLEY
Bu gün, 06:43
“Kiçik olmaq – zəif olmaq demək deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
"Bir neçə ay içərisində sülh sazişinin imzalanması baş tuta bilər" - GƏLİŞMƏ
Bu gün, 06:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru