“Azərbaycan Ermənistan ərazisindən keçən “dəhliz”ə İlham Əliyevin adının verilməsini rəsmən təklif edib. Və bu zarafat deyil”.
Tribunainfo.az xəbər verir ki, bu fikirlər Ermənistanda nəşr olunan “İravunnk” qəzetində dərc olunmuş məqalədəndir.
Daha sonra qəzet məsələni belə şərh edib: “Bu nə deməkdir? Belə davam edərsə, İrəvan tezliklə Əliyevin mədəniyyət mərkəzinə, Gorus onun heykəllər bağına, Ermənistan isə Bakının keçid ərazisinə çevriləcək”.