Prezidentin bu sözləri rus təbliğatçılarını “dəli” etdi .....                     İstintaqa cəlb edilmişdi, baş həkim təyin olundu .....                     "Qardaşıma zəng etdim ki, “Qarabağ”ın qələbəsinə görə qurban kəssin" .....                     “Dövlətin dəstəyi olmasa, .....                     Düzün ortasında bina tikib, "mən universitet açıram" demək doğru olmaz .....                     Ruslar Ukraynada “Bayraktar”ın zavodunu vurdu: Türkiyə milyonlar itirdi .....                     “Pirr qələbəsi”: “Qarabağ” nə üçün məğlub oldu .....                     Göyüşovun Amerika səfirliyində yarım milyonluq yeyintisi... .....                     Beynəlxalq auditoriyaya ünvanlanan siyasi mesajlar .....                     Saatlını 109 minə abadlaşdıracaq şirkət: 4 dəfə ad dəyişib, vergi borcu var .....                     Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəlilərin cinayət işi məhkəmə baxışına verilib .....                     Ağdamda körpəni ölümcül hala salan valideynlərə .....                     Xalq artistinin dəniz kənarında bodidə canlı ifası müzakirə yaratdı .....                     "Bəzən sevgi əzaba çevrilir" .....                     Rusiya Avropa İttifaqının ofisini vurdu .....                     "Əməliyyat etdirən qızlar buna görə bir-birinə oxşayır" .....                     43 saylı məktəb: Valideynlərdən pul yığmaq istədilər, etiraza səbəb oldu... .....                     Ramiz Mehdiyevin olduğu deyilən villa satılır .....                     Bakıda hərbi qulluqçu bibisi oğlu ilə metroda qızlara sataşdı: "Dedi, mənlikdi" .....                     Mirzoyan və Paşinyan xalqı bəhanə gətirərək vaxt qazanmağa çalışır .....                     Rus əsirliyində olan jurnalistin dəhşətlərlə dolu hekayəsi .....                     Qazaxlar məşhur rusiyalı müğənnini boykot etdilər .....                     Nazir sabiq səfirin qızını işdən niyə çıxarıb? .....                     Muğam qalmaqalına Xalq artisti də qoşuldu: .....                     Bakıda gedişhaqqının 1 manat olacağı iddiası VƏ... .....                     Paşinyan xalqın seçkilərdə Sarkisyan və Koçaryanı siyasi səhnədən siləcəyinə inanır .....                     "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?" .....                     Ermənistanın dövlət borcu 14,1 milyarda çatıb .....                     Tibbi qurumun avadanlıqlarını təmir edəcək şirkət .....                     “Azersun Holding”in zavoduna yeni direktor təyin edildi .....                     Dövlət qurumu 67 ton çirkli paltarını yuyacaq .....                     "Həyatımda unudulmaz bir gündür" .....                     II Qaregin vəzifəsini tərk etməlidir .....                     Naxçıvan "canişin"liyinin yeni kirli oyunu .....                     İrəvanla Bakı arasında yeni səhifə açılır .....                     "Bu qurumlar birləşməlidir" .....                     Ermənistan və Azərbaycan arasında sülh qurulub, lakin fikir ayrılıqları qalıb .....                     Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər .....                     Ermənistan lideri Çində Putin və Ərdoğanla görüşlərin mümkünlüyünü istisna etmir .....                     “Rüstəm, niyə belə elədin, niyə belə tez?” .....                 

"Əməliyyat etdirən qızlar buna görə bir-birinə oxşayır" - Adil Qeybulla SİRLƏRİ AÇDI
Tarix: Bu gün, 15:30 | Çap et

Saxta həkimlər, diplomsuz cərrahlar, əməliyyat qurbanı olan qadınlar son illərin ən böyük sosial problemlərindən birinə çevirilib. Ayda azı 1 dəfə “həkim”lər hansısa neqativ əməlləri ilə gündəmə gəlirlər.

Həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla Lent.az-a müsahibəsində plastik-estetik əməliyyatların qalıcı fəsadlarından, saxta həkimlərdən və səhiyyənin digər problemləri barədə danışıb.

- Həkim, plastik-estetik əməliyyatlar niyə bu qədər təbliğ olunur? Bu proseslər təkcə bizim ölkədə bu qədər yayılıb?

- Estetik adlandırılan kateqoriyaya daxil edilən əməliyyatlar qrupu sağlam insanlar üzərində aparılır. Düzdür, bu insanların da, müəyyən xəstəlikləri ola bilər, amma ümumilikdə həkim üçün bu xəstələr sağlam şəxslərdir. Bilirsiniz, qəribədir ki, sözügedən əməliyyatlar xarici ölkələrdə bu qədər geniş vüsət almayıb. ABŞ-da, İngiltərədə estetik prosedurların çəkisi Azərbaycanla müqayisədə xeyli aşağıdır. Hətta buna görə cərrahlar da başqa ölkələrə üz tuturlar ki, daha çox əməliyyat edə bilsinlər.

Estetik əməliyyatların mahiyyəti bədənin yenidən şəkillənməsi, formasının dəyişməsi, estetik standartlara uyğunlaşması üçündür. Təbii ki, bu da qadınların cəmiyyətdə, sosial həyatda iştiraklarının və əhəmiyyətlərinin yüksəlməsi ilə bağlıdır. Qadınlar hər zaman istəyirlər ki, gözəl görünsünlər. Amma mənim fikrimcə, gözəllik etalonuna köklənəndə fərdiləşməni də nəzərdən qaçırmamaq lazımdır. Bu dəqiqə bütün qızlar bir-birinə oxşayırlar. Hamısında yəhərvari burun, qalınlaşmış dodaqlar, üz dolğuları... Onlara baxan kimi asanlıqla bilmək olur ki, hansı prosedurları etdiriblər. Hətta bəzən burunlara da baxıb, hansı cərrahın əl işi olduğunu da deyə bilirəm. Ən çox edilən əməliyyatlara daxil olan rinoplastika xarici ölkələrdə lor həkimləri tərəfindən aparılır. Çünki burada məsələ təkcə burunun estetikası deyil. Bu cür burunlarda həm də tənəffüs funksiyası normallaşmalı, orta çəpər düzləşməlidir. İstənilən cərrahi əməliyyatın əsas hədəfi funksianallıqdır. Əgər xəstə əməliyyat nəticəsində hansısa diskomfort vəziyyətdən xilas ola bilmirsə, deməli bu əməliyyatın insana faydası yoxdur.

- Bəlkə bu gün də hansısa şəxs həkim adı altında fəaliyyət göstərir. Yalnız bir bədbəxt hadisə olanda və ictimailəşəndə onun barəsində inzibati tədbirlər görülür. Diplomunun olmadığı aşkara çıxır və s. Amma iş-işdən keçəndən sonra. Bu həkimləri necə əvvəldən müəyyənləşdirmək olar?

- Lisenziyasız, sənədsiz həkimlik fəaliyyəti ilə məşğul olmaq cinayətdir və bunun cəzası olmalıdır. Konkret cəza olarsa, insanlar bu yoldan çəkinəcəklər.

- Cəzalar inzibatidir...

- Cəzalar daha ağır olmalıdır. Bir insanın həkimlik diplomu, bu fəaliyyət üçün tələb olunan bütün sənədləri tam deyilsə, onun xəstə üzərində hansısa əməliyyatlar, müalicələr etməsi qadağandır. Bu hallar insanlar üzərində klinik eksperimentlər anlamına gəlir və cinayət tərkibi yaradır. Mütləq həmin şəxslər həbs olunmalıdırlar.

- Bəs hansı estetik əməliyyat orqanizm üçün daha ciddi fəsadlara yol aça bilər?

- Bu kateqoriyaya abdominoplastika (qarnın bütün piylərinin götürülməsi), böyük həcimli liposaksiya (qarında kiçik piylərin götürülməsi) və bədənin ümumi konturplastikası (bədən şəkilləndirmə) daxildir. Həmin əməliyyatlar zamanı orqanizm ekstremal vəziyyətə düşür. Böyük sahələrdə piy toxuması dağıdılır. Bu toxumalarda çoxsaylı həm enerji materialları, həm də toksiki maddələr ola bilir. Sözügedən əməliyyatlar zamanı həmin toxumalar bədənə yayıldığı üçün sonradan çox ciddi fəsadlarla üzləşmək mümkündür. Məhz bu səbəbdən xəstələr əməliyyatdan sonra bir neçə gün klinikada qalmalı, intensiv həkim nəzarətində olmalıdırlar. Yalnız xəstə tam özünə gəldikdən sonra evə buraxıla bilər, amma təəssüf ki, xəstəni 1-2 günə evə yazırlar, nəticədə də onun vəziyyəti ağırlaşır. Çox vaxt xəstələrdə dehidrasiya yaranır, su-elektrolit mübadiləsi pozulur və yekunda xəstələr dünyasını dəyişirlər. Bəzən də böyrək, ürək çatışmazlığı olanlar da, bu cür bədən şəkilləndirmə əməliyyatlarına üz tuturlar. Əməliyyatdan sonra həmin cüzi görünən problemlər də böyük fəsadlara yol açır. Bu kimi problemləri olan xəstələr əməliyyatdan əvvəl çox detallı analizlərdən, yoxlanışlardan keçməlidirlər. Bəzən cərrahlar əməliyyatı müvafiq olmayan şəraitdə, sterilliyi gözləmədən, aseptikanın pozulduğu situasiyada icra edirlər ki, bu da həyat üçün çox təhlükəlidir. Xəstələr bunun fərqində olmalıdırlar.

- Əməliyyatın nəticəsi uğurlu olsa belə, onu ömür boyu nəzarətdə saxlamaq lazımdır? Yoxsa tamamilə əvvəlki həyat tərzinə qayıtmaq olar?

- Çəki ilə bağlı aparılan bütün estetik əməliyyatlardan öncə xəstə dietoloqla məsləhətləşməlidir. Həmin həkim-dietoloqlar ilk növbədə çəki artıqlığının səbəbini müəyyən etməlidir. Bəzən bu, insulin dirənci ilə bağlı ola bilir. Xəstələr doyma hissini itirdikləri üçün daim nələrsə yeyirlər, yaxud stress, hormonal pozuntular artıq çəki yarada bilər. Bunun səbəbi araşdırılmamış nə özbaşına dieta, pəhrizlə məşğul olmaq, nə də ki, əməliyyata girmək olar. İlk növbədə bu əməliyyat mənasız olacaq, ona görə ki, sağaldıqdan sonra eyni qaydada təkrarlanan həyat tərzi ilə götürülən piylər tez bir zamanda yerinə bərpa olunacaq.

- Yəni xəstə liposaksiyadan sonra yenə də əvvəlki kimi qidalansa, əməliyyat faydasız olacaq?

- Əlbəttə, piylər bədəndə depolanır. Əgər həyat tərzi düzgün deyilsə, heç bir əməliyyatın nəticəsi olmur. İnsulin dirənci olan adamlarda mədə böyüyür, qida dərhal 12 barmaq bağırsağa yollanır və tez-tez aclıq hissi formalaşır, şəkər aşağı düşür, yenidən yemək yeyirlər.

- Bəs bu vəziyyətə çatmamaq üçün nə etmək olar?

- Düşünürəm ki, bu vəziyyətə çatmamaq üçün az yemək lazımdır. Bu yaxınlarda demişdim ki, bizim xanımların bədəni fiziki cəhətdən formasını tez itirir. Bu sözə görə məni tənqid də etdilər, amma mən onun sağlamlıq tərəfini düşünüb demişdim. Gənc xanımlar 1-2 pilləkən düşüb yorulurlar, qaça, yeriyə bilmirlər. İlk növbədə fit bədən sağlamlıq göstəricisidir. İnsan niyə fizioloji ömrünü normal yaşamamalıdır? Az yemək, çox hərəkət etmək lazımdır. Süfrədən doymadan durmaq mütləqdir. Bunlar həm də qida mədəniyyətidir.

- Adil bəy, xəstələrin əməliyyatdan sonrakı ağırlaşmasında həkimlərin səhlənkarlığından da bəhs edirsiniz. Bu, eləcə də diplomsuz kimi tanınıb, hər dəfə gündəmi zəbt edən “həkim”lərlə bağlı problemləri necə həll etmək olar?

- Ayrı-ayrı işbazlar həkim adı altında pərdələnərək, bu fəaliyyətlə məşğul olurlar. Əlbəttə ki, onların arxasında durub dəstək verən, klinika açan, avadanlıqlarla təmin edən şəxslər var. Belə olduğu halda da vəziyyətdən sui-istifadə edib, istədikləri işlərlə məşğul olurlar.

Birinci növbədə həkimlər üçün nəzərdə tutulan sertifikasiya imtahanları ləğv edilməlidir. Dünyanın heç bir ölkəsində həkimlər sertifikasiya olunmurlar. Bir insan imtahan verib, universitetə daxil olur, sonra oradan məzun da olur. Amma hər 5 ildən bir imtahan verir. Bu proses həkimlərə heç bir bilik gətirmir. Neçə illik təcrübədən də görürük ki, sertifikasiyadan sonra heç bir pozitiv dəyişiklik baş vermədi. Əksinə neqativ halların çəkisi artır.

Bundan əlavə akkreditasiya sistemi yaradılmalı, həkimin bütün sənədləri yoxlanılmalıdır. Xəstələr də həkimin yanına gələndə onun lisenziyasına baxaraq, qərar verir ki, bu həkim filan əməliyyatı icra edə biləcək hüquqa sahibdir, ya yox.

Üzə fillerlərin (dolğuların) vurulması İngiltərədə ancaq həkimlər tərəfindən icra olunur. Ancaq bizdə 3-6 aylıq kurslara gedib, tibb bacısı adı ilə birbaşa kosmetoloji prosedurlar icra edirlər. Dəfələrlə bildirilib ki, tibb bacısı ixtisasına yiyələnmək üçün tibb kolleclərində təhsil almaq lazımdır. Orta ixtisas təhsili olmayanların iynə vurmaq kimi fəaliyyətləri olmamalıdır. Hələ nəzərə almaq lazımdır ki, kollec məzunlarının da bilikləri çox aşağıdır. Bəzən də olur ki, kimsə tibb bacısıdır, yaxşı qabiliyyəti var, amma sənədi yoxdur, kimdənsə iynə vurmağı öyrənib.

Düşünürəm ki, tibb bacıları ilə yanaşı estetik cərrahlar da ilk növbədə ümumi cərrahlıq praktikasına sahib olmalıdırlar. Ondan sonra plastik cərrahiyə üzrə rezidentura təhsili almalıdırlar. Bizdə bu məsələlər pozulub. Estetik əməliyyatlarda korporativ maraq var. Hamı da o mağara qaçır.

- Səhiyyədəki problemlərdən biri də həkimlərin daha bahalı dərman yazmalarıdır. 100 manatlıq dərman varkən, nəyə görə 300 manatlıq resept yazılır? Məqsəd nədir?

- Bu cür neqativ tendensiyaların qarşısını almaq üçün ilk növbədə klinik protokollar tətbiq edilməlidir. Mühüm müayinələr, skrininqlər, dinamik müşahidələr icbari tibbi sığorta paketinə daxil olduğu halda xəstə bu yükdən azad olur. Bundan sui-istifadə halları da avtomatik olaraq aradan qalxır. Həkim klinik protokoldan kənara çıxmadığı, situasiyadan sui-istifadə etmədiyi zaman problem həll olur. Çünki xəstəyə təyinat vermək həkimə aiddir. Həkim də ona vicdanla yanaşmalıdır.

- Eyni anda bir neçə proseduru etmək daha risklidir, yoxsa ayrı-ayrılıqda hər biri üçün anesteziya almaq?

- Həkim hər bir xəstəni fərdi dəyərləndirməlidir. Onun yaşı, başqa xəstəliklərinin olub-olmaması, sağlamlıq parametrlərinin yetəri qədər olması əməliyyatın həcmini genişləndirməyə imkan verir, amma elə xəstələr var ki, həkimlər onların problemlərinin fərqində olmurlar. Məhz ağırlaşmaların böyük əksəriyyəti bu səbəbdən – həkim səhlənkarlığından qaynaqlanır.

- Estetika deyəndə adətən qadınlar canlanır gözümüzdə. Amma, artıq kişilər də gözlərini dartdırır, burunlarına forma verir, üz-çənə xətlərini dəyişdirir, dodaq-burun məsafələri ilə bağlı çoxsaylı əməliyyatlar icra etdirirlər. Gözəllik şkalası kişilər arasında da yayğınlaşıb. Bu bizi hara aparır?

- Azərbaycanda istər qadınlar, istər kişilər arasında estetik əməliyyatlara bu qədər meyl cəmiyyətdə dəyərlərin dəyişməsi ilə bağlıdır. İnkişaf etmiş xarici ölkələrdə siz estetik əməliyyatla heç kimi təəccübləndirə bilməzsiniz. Yalnız intellektlə insanları heyrətləndirmək mümkündür. Onlar heç vaxt saçınızın rənginə, geyiminizə baxmırlar. Əksinə, orada hansısa xanıma ayaqqabınız sizə çox yaraşır, desəniz, o, bunu tamamilə fərqli qavrayacaq. Amma bizdə dəyərlər başqadır.

Hesab edirəm ki, biz müsəlman kişisi kimi ata-babalarımızın ənənələrini qoruyub-saxlamalıyıq. Kişinin saçını rəngləməsi, üzünə hansısa estetik əməliyyatlar etdirməsi, lazer epilyasiya etdirməsini eşidəndə insan təəccüblənir. Bunlar Azərbaycanda transgenderlərin fəaliyyəti, kifayət qədər ciddi mənbələrdən maliyyələşən qruplaşmaların tendensiyası ilə bağlıdır.

Dünyada ailə institunun dağılması və bu cür məsələlərlə bağlı ciddi işlər gedir. Biz də çox istəyərdik ki, bu hallar Azərbaycan məişətinə daxil olmasın, amma faktlar bunu demir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prezidentin bu sözləri rus təbliğatçılarını “dəli” etdi
Bu gün, 16:53
İstintaqa cəlb edilmişdi, baş həkim təyin olundu – FOTO
Bu gün, 16:47
"Qardaşıma zəng etdim ki, “Qarabağ”ın qələbəsinə görə qurban kəssin" - Aqil Abbas
Bu gün, 16:43
“Dövlətin dəstəyi olmasa, Azərbaycan teatrı yaşaya bilməyəcək”
Bu gün, 16:31
Düzün ortasında bina tikib, "mən universitet açıram" demək doğru olmaz - Misir Mərdanov
Bu gün, 16:29
Ruslar Ukraynada “Bayraktar”ın zavodunu vurdu: Türkiyə milyonlar itirdi - KİV
Bu gün, 16:25
“Pirr qələbəsi”: “Qarabağ” nə üçün məğlub oldu - YEKUN ANALİZ
Bu gün, 16:20
Göyüşovun Amerika səfirliyində yarım milyonluq yeyintisi... - TƏFƏRRÜAT
Bu gün, 16:16
Beynəlxalq auditoriyaya ünvanlanan siyasi mesajlar - MƏQALƏ
Bu gün, 16:11
Saatlını 109 minə abadlaşdıracaq şirkət: 4 dəfə ad dəyişib, vergi borcu var - DETALLAR
Bu gün, 16:01
Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəlilərin cinayət işi məhkəmə baxışına verilib - TƏFƏRRÜAT
Bu gün, 15:58
Ağdamda körpəni ölümcül hala salan valideynlərə hansı CƏZA VERİLƏCƏK?
Bu gün, 15:53
Xalq artistinin dəniz kənarında bodidə canlı ifası müzakirə yaratdı - VİDEO
Bu gün, 15:50
"Bəzən sevgi əzaba çevrilir"
Bu gün, 15:47
Rusiya Avropa İttifaqının ofisini vurdu – Leyen Moskvanı hədələdi
Bu gün, 15:42
"Əməliyyat etdirən qızlar buna görə bir-birinə oxşayır" - Adil Qeybulla SİRLƏRİ AÇDI
Bu gün, 15:30
43 saylı məktəb: Valideynlərdən pul yığmaq istədilər, etiraza səbəb oldu... - Bakının mərkəzində XARABAXANA
Bu gün, 15:15
Ramiz Mehdiyevin olduğu deyilən villa satılır – Qiymət
Bu gün, 15:03
Bakıda hərbi qulluqçu bibisi oğlu ilə metroda qızlara sataşdı: "Dedi, mənlikdi" - TƏFƏRRÜAT
Bu gün, 14:48
Mirzoyan və Paşinyan xalqı bəhanə gətirərək vaxt qazanmağa çalışır -ŞƏRH
Bu gün, 14:44
Rus əsirliyində olan jurnalistin dəhşətlərlə dolu hekayəsi - “Bizi it kimi...”
Bu gün, 14:26
Qazaxlar məşhur rusiyalı müğənnini boykot etdilər - BUNA GÖRƏ...
Bu gün, 14:06
Nazir sabiq səfirin qızını işdən niyə çıxarıb? - AÇIQLAMA
Bu gün, 14:04
Muğam qalmaqalına Xalq artisti də qoşuldu: - Münsiflər ədalətsizlik edib
Bu gün, 13:59
Bakıda gedişhaqqının 1 manat olacağı iddiası VƏ... - AYNA-dan SUSQUNLUQ
Bu gün, 13:56
Paşinyan xalqın seçkilərdə Sarkisyan və Koçaryanı siyasi səhnədən siləcəyinə inanır
Bu gün, 13:54
"Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?" - Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi
Bu gün, 13:50
Ermənistanın dövlət borcu 14,1 milyarda çatıb
Bu gün, 13:41
Tibbi qurumun avadanlıqlarını təmir edəcək şirkət - 3,7 MİLYON QAZANACAQ
Bu gün, 13:37
“Azersun Holding”in zavoduna yeni direktor təyin edildi – FOTO
Bu gün, 13:32
Dövlət qurumu 67 ton çirkli paltarını yuyacaq - ŞİRKƏT AXTARIR
Bu gün, 13:29
"Həyatımda unudulmaz bir gündür"
Bu gün, 13:26
II Qaregin vəzifəsini tərk etməlidir - Paşinyan
Bu gün, 13:20
Naxçıvan "canişin"liyinin yeni kirli oyunu - Məhəllə basqısı...
Bu gün, 13:16
İrəvanla Bakı arasında yeni səhifə açılır - “Chatham House”
Bu gün, 13:09
"Bu qurumlar birləşməlidir" - ÇAĞIRIŞ
Bu gün, 13:07
Ermənistan və Azərbaycan arasında sülh qurulub, lakin fikir ayrılıqları qalıb - Paşinyan
Bu gün, 13:04
Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər - AÇIQLAMA
Bu gün, 13:02
Ermənistan lideri Çində Putin və Ərdoğanla görüşlərin mümkünlüyünü istisna etmir
Bu gün, 12:54
“Rüstəm, niyə belə elədin, niyə belə tez?” - ANIM
Bu gün, 12:53
Paşinyan Rusiyaya səfəri haqqında: - Moskvada məni gözlədiklərinə şadam
Bu gün, 12:49
"17 yaşlı uşağın 1 manatına qalmısan?" - ETİRAZ
Bu gün, 12:48
Rusiya diplomatiyası topu öz meydanına keçirməyə çalışır
Bu gün, 12:00
Az istifadə edənlər 1 manat, çox istifadə edənlər 25 qəpik gedişhaqqı ödəsin – Yeni təklif
Bu gün, 11:58
“Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı” qanunu pozurlar - ÇÜNKİ...
Bu gün, 11:56
Daha bir iştirakçı Muğam Müsabiqəsindən şikayətləndi - AÇIQLAMA
Bu gün, 11:55
Bankın texniki nasazlığı sizi borca sala bilər - ABB müştərilərinin NƏZƏRİNƏ
Bu gün, 11:51
Ağdamda valideynləri tərəfindən döyülən körpənin aqibəti məlum olub - AÇIQLAMA
Bu gün, 11:43
Ləqəbi "Xata Bala" imiş, müəmmalı məsələlər var, evdə heç kəs omayıb - Ata qətlinin təfərruatları
Bu gün, 11:41
Hökumətə satılmışam, ona görə də parkda kitab satmağıma icazə verdilər… - Kəramət Böyükçöl
Bu gün, 11:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru