Sübhaninin İrəvandakı missiyası başa çatır: .....                     BOKT “International” 50 investordan illik 18% ilə borc götürdü .....                     Tiktoker “Miray” saxlanıldı .....                     Döyülən uşaqların anası yenə hamilədir... .....                     DSMF 3 xidməti maşınını 140 minə təmir etdirəcək .....                     “Ramada” hotelin çirkab suları Şıxov çimərliyinə AXIR? .....                     Prezidentin bu sözləri rus təbliğatçılarını “dəli” etdi .....                     İstintaqa cəlb edilmişdi, baş həkim təyin olundu .....                     "Qardaşıma zəng etdim ki, “Qarabağ”ın qələbəsinə görə qurban kəssin" .....                     “Dövlətin dəstəyi olmasa, .....                     Düzün ortasında bina tikib, "mən universitet açıram" demək doğru olmaz .....                     Ruslar Ukraynada “Bayraktar”ın zavodunu vurdu: Türkiyə milyonlar itirdi .....                     “Pirr qələbəsi”: “Qarabağ” nə üçün məğlub oldu .....                     Göyüşovun Amerika səfirliyində yarım milyonluq yeyintisi... .....                     Beynəlxalq auditoriyaya ünvanlanan siyasi mesajlar .....                     Saatlını 109 minə abadlaşdıracaq şirkət: 4 dəfə ad dəyişib, vergi borcu var .....                     Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəlilərin cinayət işi məhkəmə baxışına verilib .....                     Ağdamda körpəni ölümcül hala salan valideynlərə .....                     Xalq artistinin dəniz kənarında bodidə canlı ifası müzakirə yaratdı .....                     "Bəzən sevgi əzaba çevrilir" .....                     Rusiya Avropa İttifaqının ofisini vurdu .....                     "Əməliyyat etdirən qızlar buna görə bir-birinə oxşayır" .....                     43 saylı məktəb: Valideynlərdən pul yığmaq istədilər, etiraza səbəb oldu... .....                     Ramiz Mehdiyevin olduğu deyilən villa satılır .....                     Bakıda hərbi qulluqçu bibisi oğlu ilə metroda qızlara sataşdı: "Dedi, mənlikdi" .....                     Mirzoyan və Paşinyan xalqı bəhanə gətirərək vaxt qazanmağa çalışır .....                     Rus əsirliyində olan jurnalistin dəhşətlərlə dolu hekayəsi .....                     Qazaxlar məşhur rusiyalı müğənnini boykot etdilər .....                     Nazir sabiq səfirin qızını işdən niyə çıxarıb? .....                     Muğam qalmaqalına Xalq artisti də qoşuldu: .....                     Bakıda gedişhaqqının 1 manat olacağı iddiası VƏ... .....                     Paşinyan xalqın seçkilərdə Sarkisyan və Koçaryanı siyasi səhnədən siləcəyinə inanır .....                     "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?" .....                     Ermənistanın dövlət borcu 14,1 milyarda çatıb .....                     Tibbi qurumun avadanlıqlarını təmir edəcək şirkət .....                     “Azersun Holding”in zavoduna yeni direktor təyin edildi .....                     Dövlət qurumu 67 ton çirkli paltarını yuyacaq .....                     "Həyatımda unudulmaz bir gündür" .....                     II Qaregin vəzifəsini tərk etməlidir .....                     Naxçıvan "canişin"liyinin yeni kirli oyunu .....                 

“Pirr qələbəsi”: “Qarabağ” nə üçün məğlub oldu - YEKUN ANALİZ
Tarix: Bu gün, 16:20 | Çap et

Azərbaycan çempionu “Qarabağ” növbəti şanlı tarixi yazmağa nail oldu. Bunun sevinci hələ də yaşanmaqdadır. Amma qələbə ilə yanaşı, Ağdam təmsilçisinin rəqibə-Macarıstan birincisi “Ferensvaroş”a 2-3 hesabı ilə uduzaraq (ilk oyun 1-3) Çempionlar Liqasının Liqa mərhələsinə düşməsi də müzakirələr sırasındadır. Bu uğur etiraf edək ki, keçmiş əsrlərdən üzü bəri bu günə qədər gəlib çıxan bir deyimə -“Pirr qələbəsi”nə bənzəyir...

Musavat.com xəbər verir ki, tanınmış idman mütəxəssisi Kənan Məstəliyev sosial mediada “Köhlən atlar”ın nə üçün məğlub olması ilə bağlı fikirlərini bölüşüb:

“İlk matçdakı qələbə həm hesabda, həm də psixoloji planda üstünlüyü biz tərəfə çevirmişdi. Yalnız doğma divarlar arasında, öz azarkeşlərimizin gözü önündə sadəcə sərfəli nəticə qazanmaq, bu üstünlüyü qorumaq lazım idi. Bərabərlik də olardı, minimal hesablı məğlubiyyət də. Təəssüf ki, sonuncusu yaşandı və hamımız böyük stress yaşamağa məcbur olduq. Səbəblərini araşdıraq.

Start heyətində dəyişikliyimiz yox idi. Qurban Qurbanov adəti üzrə “qalib heyəti dəyişməzlər” prinsipinə üstünlük vermiş, ada yox, yenə də öz sisteminə güvənmişdi. Xüsusi bir gözlənti də yox idi. Müdafiənin mərkəzinə toxunmaq olmazdı, çünki ora həssas nöqtədi. Ordakı futbolçular sırf bir-biriləriylə yüksək anlaşma olanda yaxşı çıxış edirlər. Bəhlulla Kevin isə bu gün üçün ideal cütlükdü. Hərçənd Saminin müdafiədən çıxma zamanı əla ötürmələrinə ehtiyac vardı, çöx köməyimizə gələrdi, amma risk etmək olmazdı. Cinahda Elvini Toralla, ortada isə Bikalyonu Kuakuyla əvəzləmək olardı, ancaq Hoca yenə də “sınaqdan keçmiş”lərə üstünlük verdi.

Rəqibdə isə ilk matçdan fərqli olaraq Şalai, Qartenmann və Tot ehtiyata düşmüşdü. Sonuncunu əvəzləyən Keyta əla oyun keçirdi və əsas ümid zonamız olan yarımmüdafiəmizə ciddi problemlər yaratdı. Karyerası ərzində keçirdiyi böyük matçlar təcrübəsi köməyinə gəldi. Ötvösün də oynamama ehtimalı vardı, zədəsi mane olmalı idi. Ancaq yenə də bir hissə kömək edə bildi, komandasına. Çempionatlarındakı oyunun təxirə salınması “Ferensvaroş”a toparlanmaq, daha yaxşı fiziki duruma gəlmək imkanı vermişdi. Oyunboyu bu baxımdan problem yaşamadılar, son saniyələrə qədər qapımızda çadır qurduqlarını da gördük.

Qonaqların düzülüşü dəyişməmişdi, 3-5-2 ilə oynadılar. Budapeştdəki matçın ilk yarısında Robbi Kin fərqli addım ataraq komandasını çox irəli göndərməmiş, ehtiyatlı oynayaraq sistemini daha çox 5-3-2-yə transformasiya etmişdi. Bu plan yaxşı işləmişdi, “Qarabağ” gözlənilmədən qarşısında qapanan komanda görmüş, uyğunlaşa bilməmişdi. Yalnız fasilədən sonra Hoca dəyişikliklərə gedərək durumu toparlaya bilmişdi. Bakıda isə Kin daha intensiv, daha hücumameylli oyuna üstünlük vermişdi (plan ilk yarıda yormaq, sona yaxın isə məsələni həll etmək idi). Gözlənilirdi, ancaq bu intensivliyin forması gözlənilməz idi. Sanki qonaqlar “Qarabağ”ın nəbzinə uyğun basqı edirdilər. Ümumilikdə, startdan bütün nöqtələr üzrə pressinq edir, bunu orta xətdə xüsusilə artırır, hər oyunçumuza fərdi təzyiq edərək komandamızın əsas gücü olan yarımmüdafiədəki oyununu pozurdular. Nəticədə müdafiədən hücuma uzun paslarla cinahlardan çıxmalı olur, bu zaman da rəqibin uzunboy müdafiəçilərinin nisbi üstünlüyü ilə qarşılaşırdıq. Toplar ordan geri qayıdır, rəqib hücumu yenidən başlayırdı. Nəbz məsələsi o idi ki, macarlar “Qarabağ”ın həyəcanı səviyyəsinə uyğun artıma gedirdilər. İlk qoldan sonrakı 10 dəqiqədə bunu çox rahatlıqla görmək mümkün oldu. Ağdamlılar ikinci qolu buraxmamaq qorxusu ilə spontan müdafiə olunur, xeyli səhvlərə yol verir, boşluqlar yaradırdı. Kinin yetirmələri də məhz bunu gözləyirmiş kimi intensivliyi maksimuma çatdırır, var gücü ilə təzyiq edərək istəklərinə çatmağa çalışırdılar. Leandronun qolu bu baxımdan çox yerində gəldi. Sürətli əks-hücum, Nərimanın sona qədər mübarizəsi, əla kombinasiyanın əla yekunlaşdırılması. Vaxtında, rəqibin konsentrasiyasını pozan qol oldu. Bundan sonrakı dəqiqələrdə də “Ferensvaroş” heç nə ilə yadda qalmadı və növbəti dəfə nəfəs dərərkən daha bir topu qapısından çıxarmaq məcburiyyətində qaldı. İlk yarının ilk yarısı onların, ikinci hissəsi isə bizim aktivimizə yazıla bilər.

Hər şeyin bizim üçün yaxşı bittidiyini düşündüyümüz anda “bura Çempionlar Liqasıdır” cümləsini xatırlamaq lazım oldu. Fasilədən çox rahat dönən və qrupu təmin etmiş kimi davranan "Qarabağ" tezliklə "nəsib"ini aldı. Bu turnirdə heç bir hesabla, heç bir rəqibə qarşı vaxtından əvvəl rahatlaşmaq olmaz. Sona qədər mübarizə aparmaq lazımdı. Necə ki, macarlar etdi. Kin fasilədə əvəzetmələr edərək orta düzlüyü yenilədi, gücünü bərpa etdi. Robbi müəllim doğru təyin edilməsinə əmin olmadığım penaltidən sonra da rəqibin müqavimətinin zəiflədiyini görərək müdaxilələrini dayandırmadı. Çox çalışıb müsbət təəssürat yaradan Keytanı əvəzləyən Tot da qol vurunca, işlər lap cığırından çıxdı. Qeyri-dəqiq zərbə ilə yekunlaşan bir neçə əks-hücumumuzu çıxsaq, ikinci hissədə oyunun ancaq meydançanın bizə aid olan hissəsində keçdiyini deyə bilərik. Sona yaxın Kadi və Zubir əldən düşmüşdü, hətta dəmir adam Yankoviç də güclə nəfəs alırdı. Əla oyun keçirən Nəriman da yorulmuşdu. Məncə, onları daha əvvəl də dəyişmək olardı. Yeganə ümid dözməyə və gözləməyə qalırdı. Bu məqamda Koxalskinin adı çəkməliyik. Məhz qolkiperin inamlı oyunu (cərimə zərbəsindən qolu nəzərə almırıq) komandanın özünə güvənini təmin etdi. Mateuş kritik seyvlərlə istedadını ortaya qoya bildi”.

K.Məstəliyev daha bir vacib məqama da toxunub:

“Hər halda, tarixdə nəticə qalır və onilliklər sonra hər kəs oyunun necə keçdiyini yox, onun necə bitdiyini xatırlayacaq. Qurban Qurbanov əlinin altındakı heyətin potensialına bələddi və gücü 180 dəqiqəyə doğru paylamışdı. "Qarabağ"ın qaçan yox, topla oynayan komanda olduğunu bilirik. Heyətdə texnikalı futbolçular yetərincədi və əsas olan onlardan doğru vaxtda, doğru həcmdə yararlanmağı bacarmaqdı. Zubir və Kadi, məsələn. Onların istənilən matçın taleyini 15-20 dəqiqədə həll edib qalan dəqiqələrdə meydanda sadəcə gəzişdiyinə dəfələrlə şahidlik etmişik. Bu yaşdan sonra onları dəyişmək də mümkün deyil. "Gülü sevən, tikanına da dözər" misalını xatırlayıb, "taleyimizlə barışmalıyıq".

Cəfərquliyev və Bikalyo yenə imkanlarından zəif oynadılar. Xüsusilə Elvinin cinahı boş idi. Hücuma aludə olması, müdafiədə isə inamsız oyunu bizə tura başa gələ bilərdi. Hər iki matçda onun cinahından xeyli təhlükələr gördük, qollar da buraxdıq. Addai haqda isə söz açmasam yaxşıdı.

Nəriman Axundzadə haqda da danışmalıyıq. Möhtəşəm oynadı. Vallah, hansısa legioner bu qədər faydalı iş əmsalı nümayiş etdirsəydi, yerə-göyə sığdırmazdıq. Sağ olsun, son nəfəsə qədər döyüşdü, xeyir verdi, qələbədə müstəsna rol oynadı. Ancaq hücuma oyunçu alınması lazımdı. Qrupda tək Axundzadə ilə alınmayacaq. Zədə, vərəqə amili, həmçinin rəqibdən asılı olaraq müxtəlif hücum variantlarının tətbiqi gərəkəndə alternativ addımlara ehtiyac olacaq”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sübhaninin İrəvandakı missiyası başa çatır: - Həmişə ermənilərin dostu olacağam
Bu gün, 17:41
BOKT “International” 50 investordan illik 18% ilə borc götürdü
Bu gün, 17:36
Tiktoker “Miray” saxlanıldı - FOTO
Bu gün, 17:29
Döyülən uşaqların anası yenə hamilədir... - Video
Bu gün, 17:24
DSMF 3 xidməti maşınını 140 minə təmir etdirəcək
Bu gün, 17:09
“Ramada” hotelin çirkab suları Şıxov çimərliyinə AXIR? – ŞİKAYƏT/VİDEO
Bu gün, 17:03
Prezidentin bu sözləri rus təbliğatçılarını “dəli” etdi
Bu gün, 16:53
İstintaqa cəlb edilmişdi, baş həkim təyin olundu – FOTO
Bu gün, 16:47
"Qardaşıma zəng etdim ki, “Qarabağ”ın qələbəsinə görə qurban kəssin" - Aqil Abbas
Bu gün, 16:43
“Dövlətin dəstəyi olmasa, Azərbaycan teatrı yaşaya bilməyəcək”
Bu gün, 16:31
Düzün ortasında bina tikib, "mən universitet açıram" demək doğru olmaz - Misir Mərdanov
Bu gün, 16:29
Ruslar Ukraynada “Bayraktar”ın zavodunu vurdu: Türkiyə milyonlar itirdi - KİV
Bu gün, 16:25
“Pirr qələbəsi”: “Qarabağ” nə üçün məğlub oldu - YEKUN ANALİZ
Bu gün, 16:20
Göyüşovun Amerika səfirliyində yarım milyonluq yeyintisi... - TƏFƏRRÜAT
Bu gün, 16:16
Beynəlxalq auditoriyaya ünvanlanan siyasi mesajlar - MƏQALƏ
Bu gün, 16:11
Saatlını 109 minə abadlaşdıracaq şirkət: 4 dəfə ad dəyişib, vergi borcu var - DETALLAR
Bu gün, 16:01
Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəlilərin cinayət işi məhkəmə baxışına verilib - TƏFƏRRÜAT
Bu gün, 15:58
Ağdamda körpəni ölümcül hala salan valideynlərə hansı CƏZA VERİLƏCƏK?
Bu gün, 15:53
Xalq artistinin dəniz kənarında bodidə canlı ifası müzakirə yaratdı - VİDEO
Bu gün, 15:50
"Bəzən sevgi əzaba çevrilir"
Bu gün, 15:47
Rusiya Avropa İttifaqının ofisini vurdu – Leyen Moskvanı hədələdi
Bu gün, 15:42
"Əməliyyat etdirən qızlar buna görə bir-birinə oxşayır" - Adil Qeybulla SİRLƏRİ AÇDI
Bu gün, 15:30
43 saylı məktəb: Valideynlərdən pul yığmaq istədilər, etiraza səbəb oldu... - Bakının mərkəzində XARABAXANA
Bu gün, 15:15
Ramiz Mehdiyevin olduğu deyilən villa satılır – Qiymət
Bu gün, 15:03
Bakıda hərbi qulluqçu bibisi oğlu ilə metroda qızlara sataşdı: "Dedi, mənlikdi" - TƏFƏRRÜAT
Bu gün, 14:48
Mirzoyan və Paşinyan xalqı bəhanə gətirərək vaxt qazanmağa çalışır -ŞƏRH
Bu gün, 14:44
Rus əsirliyində olan jurnalistin dəhşətlərlə dolu hekayəsi - “Bizi it kimi...”
Bu gün, 14:26
Qazaxlar məşhur rusiyalı müğənnini boykot etdilər - BUNA GÖRƏ...
Bu gün, 14:06
Nazir sabiq səfirin qızını işdən niyə çıxarıb? - AÇIQLAMA
Bu gün, 14:04
Muğam qalmaqalına Xalq artisti də qoşuldu: - Münsiflər ədalətsizlik edib
Bu gün, 13:59
Bakıda gedişhaqqının 1 manat olacağı iddiası VƏ... - AYNA-dan SUSQUNLUQ
Bu gün, 13:56
Paşinyan xalqın seçkilərdə Sarkisyan və Koçaryanı siyasi səhnədən siləcəyinə inanır
Bu gün, 13:54
"Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?" - Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi
Bu gün, 13:50
Ermənistanın dövlət borcu 14,1 milyarda çatıb
Bu gün, 13:41
Tibbi qurumun avadanlıqlarını təmir edəcək şirkət - 3,7 MİLYON QAZANACAQ
Bu gün, 13:37
“Azersun Holding”in zavoduna yeni direktor təyin edildi – FOTO
Bu gün, 13:32
Dövlət qurumu 67 ton çirkli paltarını yuyacaq - ŞİRKƏT AXTARIR
Bu gün, 13:29
"Həyatımda unudulmaz bir gündür"
Bu gün, 13:26
II Qaregin vəzifəsini tərk etməlidir - Paşinyan
Bu gün, 13:20
Naxçıvan "canişin"liyinin yeni kirli oyunu - Məhəllə basqısı...
Bu gün, 13:16
İrəvanla Bakı arasında yeni səhifə açılır - “Chatham House”
Bu gün, 13:09
"Bu qurumlar birləşməlidir" - ÇAĞIRIŞ
Bu gün, 13:07
Ermənistan və Azərbaycan arasında sülh qurulub, lakin fikir ayrılıqları qalıb - Paşinyan
Bu gün, 13:04
Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər - AÇIQLAMA
Bu gün, 13:02
Ermənistan lideri Çində Putin və Ərdoğanla görüşlərin mümkünlüyünü istisna etmir
Bu gün, 12:54
“Rüstəm, niyə belə elədin, niyə belə tez?” - ANIM
Bu gün, 12:53
Paşinyan Rusiyaya səfəri haqqında: - Moskvada məni gözlədiklərinə şadam
Bu gün, 12:49
"17 yaşlı uşağın 1 manatına qalmısan?" - ETİRAZ
Bu gün, 12:48
Rusiya diplomatiyası topu öz meydanına keçirməyə çalışır
Bu gün, 12:00
Az istifadə edənlər 1 manat, çox istifadə edənlər 25 qəpik gedişhaqqı ödəsin – Yeni təklif
Bu gün, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru